Month: June 2020

  • Ölkənin baş infeksionisti: “Süni tənəffüs aparatlarında çatışmazlıq yarana bilər” – VİDEO

    “Təəssüf ki, bu gün Azərbaycanda kritik vəziyyətdə olan xəstələrimiz var. Yoluxmaların sayı stabil olaraq artır. Belə davam edərsə, xəstəxanalarda çarpayı yerləri, süni tənəffüs aparatlarında çatışmazlıq yarana bilər”.

    Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Real” TV-yə müsahibəsində deyib.

    O bildirib ki, koronavirus ötən aylarla müqayisədə, bu gün daha ağır forma alıb:

    “Artıq xəstəlik cavanlar arasında da sürətlə yayılmağa başlayıb. Onlardan biri də hamımızın sevimlisi, Əməkdar artist Bəhram Bağırzadədir. Ümumiyyətlə, bu virus paralel digər xəstəlikləri olan insanlarda daha ağır nəticələr verə bilir. Amma bu gün koronavirus mutasiyaya uğrayıb və hətta cavan, heç bir digər xəstəliyi olmayan şəxslərdə də ağırlaşmaların olması qaçılmazdır”.

    C.İsayev qeyd edib ki, hava-damcı yolu ilə keçən infeksiyanın qısa müddətdə aradan qaldırılması qeyri-mümkündür:

    “Məqsədimiz bu infeksiyanı tam aradan qaldırmaqdır. Lakin bu, mümkünsüzdür. Mövcud səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməsini təmin etmək lazımdır. Bunun üçün isə insanlar arasında ünsiyyəti minimuma endirmək vacibdir. Tək yol insanlar arasında yoluxma hallarının dinamikasına nəzarət edə bilməkdir.

    Buna nəzarət edə bilsək, infeksiyaya qarşı vaksin hazırlanan qədər zaman qazana bilərik. Bütün bunları kompleks şəkildə aparmalıyıq. İnsanlar məsuliyyətli olmalıdır ki, digər şəxslərin həyatını riskə atmasınlar. İnanmayan olsa belə, qoyulan qaydalara könüllü şəkildə əməl etsinlər”.

  • Millət vəkili işə qarışdı: İcra açıqlama yaydı

    Xətai rayon İcra Hakimiyyəti Gəncə prospekti 2942 A məhəllədə vaxtilə aparılan tikinti işləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    İcra Hakimiyyətindən Axar.az-a daxil olan məlumatda bildirilir:

    “Media orqanlarında və sosial şəbəkələrdə qaldırılan məsələ ilə bağlı bildiririk ki, Xətai rayonu, Gəncə prospekti 2942 A ünvanındakı məhəllədə yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 125 saylı, 19.03.2015-ci il tarixli sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi üçün “Qaya-İnşaat” MMC-yə icarəyə verilmişdir. Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.11.2018-ci il tarixli 1118092941 qeydiyat nömrəli çıxarışına əsasən yaşayış məntəqələrinin torpaqlar kateqoriyasına aid olan 0,32 ha torpaq sahəsi həmin müəssisənin istifadəsindədir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 24.10.2019-cu il tarixli 33 saylı sərəncamı ilə “Qaya-İnşaat” MMC-nin istifadəsində olan həmin torpaq sahəsində layihələndirilən çoxmərtəbəli yaşayış binasının şəhərsalma normalarına və qanunvericiliyin tələblərinə uyğun tikintiyə icazə verilməsi üçün komitə tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada rəy bildirmələri məqsədi ilə aidiyyəti qurumlara sorğular göndərilib. Hazırda həmin ərazidə heç bir tikinti işləri getmir və nəzarətimizdədir”.

    Qeyd edək ki, ötən gün Gəncə prospekti 2942A ünvanında yaşayan sakinlər ərazidə növbəti hündürmərtəbəli binanın tikintisinə hazırlıqdan ciddi narahatlıqlarını bildirmiş və Xətai rayonunun millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevdən yardım istəmişdilər. Sakinlər bildirmişdi ki, 269 saylı məktəbin düz girişi önündə nəzərdə tutulan və prospektə birbaşa çıxışı olmayan, qapalı yerdə yeni yaşayış binasının tikintisi gerçəkləşərsə, ərazidə yaşamaq mümkün olmayacaq.

    Sakinlər seçildiyi ərazi olmamasına baxmayaraq, Xətai rayonunu təmsil edən faktiki yeganə millət vəkili kimi Qüdrət Həsənquliyevin prosesə müdaxiləsini xahiş etmişdilər.

    Q.Həsənquliyev müraciəti dərhal cavablandırmış, Xətai RİH-nin rəhbərliyi ilə əlaqə saxlamış və hazırda tikintinin dayandırıldığı haqda sakinlərə məlumat vermişdi.

    Q.Həsənquliyev qeyd etmişdi ki, Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin cavabına uyğun olaraq, İcra Hakimiyyəti də ərazidə kiçik parkın salınmasını məqsədəuyğun hesab edir.

    Millət vəkili sakinlərin ciddi narahatlığını nəzərə alaraq, Komitəyə özünün də rəsmi müraciət edəcəyini və prosesi sona qədər izləyəcəyini bildirib.

  • Mehriban Əliyeva şəhid qardaşının müalicə xərclərini öz üzərinə götürdü – FOTO

    Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva şəhid polkovnik Səməd Abbasovun ailə üzvlərinin müraciətinə dərhal reaksiya verib.

    Şəhidin ailə üzvləri Unikal.org-a bildiriblər ki, Birinci vitse-prezidentin göstərişi ilə Heydər Əliyev Fondunun nümayəndələri şəhid Səməd Abbasovun qardaşı, ağır cərrahi əməliyyatdan sonra hazırda reanimasiyada olan Məzahir Abbasovun səhhəti ilə dərhal maraqlanıb, onun müalicə xərclərinin Fond tərəfindən ödəniləcəyini bildiriblər.

    Şəhidin ailə üzvləri göstərilən bu diqqət və qayğıya görə həm Azərbaycan Respublikasının Prezidentinə, həm Birinci vitse-prezidentə, həm də Heydər Əliyev Fondunun nümayəndələrinə öz minnətdarlıqlarını bildiriblər:

    “Dərhal verilən bu reaksiyaya, şəhidin ailə üzvünə göstərilən diqqətə görə başda cənab Prezident və Birinci vitse-prezident olmaqla, Heydər Əliyev Fondunun nümayəndələrinə sonsuz təşəkkürümüzü bildiririk.

    Mehriban xanım çox sağ olsun, göstərdiyi bu diqqət bizdə ağır xəstəlikdən əziyyət çəkən ailə üzvümüzün tezliklə sağalacağına inam yaradıb”.

  • Xocalı sakini: “Baş həkim koronavirusa yoluxan oğlumu xəstəxanaya qəbul etmir” – FOTO

    Xocalı sakini Narxanım Məmmədova oğlu Ruslan Məmmədovun koronavirusa yoluxduğunu, lakin onun Qobustanın Baş həkimi Emin Hüseynli tərəfindən xəstəxanaya qəbul edilmədiyini bildirib.

    Moderator.az xəbər verir ki, onun sözlərinə görə, oğlu R.Məmmədovun koronavirusa yoluxması ilə bağlı baş həkimə müraciət etsə də, xəstəni xəstəxanaya aparan yoxdur.

    N.Məmmədova ölkə başçısına müraciət edərək, oğlunun müalicə olunması üçün kömək istəyib.

    Qeyd edək ki, R.Məmmədov özü də erməni əsirliyində olub. Xocalı faciəsi zamanı onun gözü qarşısında həyat yoldaşı və oğlunun ermənilər tərəfindən başı kəsilib.

  • Dövlət qurumu problemi olan şirkətlərin siyahısını dərc edəcək – RƏSMİ

    Son zamanlar çoxmənzilli binalarda və böyük obyektlərdə baş verən yanğın hadisələri bir daha göstərir ki, bəzi sahibkarlar tərəfindən təhlükəsizlik texnikası, elektrik qurğularının quraşdırılması və elektrik enerjisindən istifadə qaydalarına dair müvafiq qanunvericiliyin tələblərinə əməl edilmir.

    Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, qanunvericiliyin tələblərinə əməl edilməməsi, nəticədə, vətəndaşlara çox ciddi maddi və mənəvi ziyan vurur. Təəssüflər olsun ki, hələ də obyektlər və çoxmənzilli binalar bir çox hallarda elektrotexniki normalara əməl olunmadan inşa edilir.

    Baş verən yanğınların səbəbləri araşdırılarkən müəyyən olunur ki, tikinti obyektləri, binalar, evlər inşa edilərkən, enerji təsərrüfatına aid olan işlər texniki normalara və qaydalara uyğun aparılmır.

    Bir çox hallarda elektrik naqilləri və avadanlıqları qeyri-peşəkar quraşdırıldığından, eyni zamanda, onlara istismar qaydalarına uyğun qulluq göstərilmədiyindən qeyd olunan bədbəxt hadisələr baş verir.

    Abonentləri bədbəxt hadisələrdən qorumaq məqsədilə “Azərişıq” ASC tərəfindən texniki qaydalara əməl etməyən obyekt sahiblərinə, çoxmənzilli bina inşa edən sahibkarlara mütəmadi olaraq xəbərdarlıqlar olunmasına baxmayaraq, qeyd edilən nöqsanlar hələ də aradan qaldırılmayıb.

    Odur ki, “Azərişıq” ASC tərəfindən enerji təchizatı sistemində problemi olan şirkətlərin siyahısının yaxın günlərdə mediaya təqdim olunması nəzərdə tutulur.

    Qüvvədə olan qaydalar tələb edir ki, inşa edilən çoxmənzilli binalarda yaşayan sakinləri və obyektləri keyfiyyətli, dayanıqlı və təhlükəsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə enerji təchizatı müəssisəsi ilə sahibkar arasında enerjinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və yalnız bundan sonra mənzillər enerji ilə təmin oluna bilər. Bəzi sahibkarlar əksər hallarda qanunun tələblərini yerinə yetirmir və məsuliyyətdən boyun qaçırmaq üçün istehlakçıları “Azərişıq” ASC ilə üz-üzə qoymağa çalışırlar.

    Səhmdar Cəmiyyəti bir daha vətəndaşların nəzərinə çatdırır ki, “Azərişıq” ASC-nin rəsmi saytında yaradılmış xüsusi bölmədən istifadə edərək, yeni tikililərdən obyekt və ya mənzil alarkən gələcəkdə elektrik enerjisi təchizatında problemlərin yaranmaması üçün binanın texniki sənədlərinin düzgünlüyü və kommunal təminatının vəziyyəti haqqında məlumat əldə etsinlər.

    Eləcə də, tikinti aparan təşkilat bu sistemin yaradılması zamanı normativ sənədlərin tələblərinin icrası və bu günə qədər inşa etdikləri binalarda elektrik quraşdırma işləri yerinə yetirilən zaman binanın və yaşayacaq sakinlərin təhlükəsizliyinin təmin olunmasında gördüyü işlərin keyfiyyəti barədə məlumatlarla öncədən tanış olsunlar.

  • Kürdəmirdə qadından silah aşkar edildi

    Kürdəmir şəhər sakinində pnevmatik tapança aşkarlanıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, əməliyyatı əldə edilmiş məlumat əsasında Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçiriblər.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İ.Həşimovanın evindən pnevmatik tapança aşkar edilərək götürülüb.

  • Daha 4 rayona yeni prokuror təyin edilib

    Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Bəhruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.

    Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdiriləcək.

  • Исполнительная власть Апшерона опровергает Генпрокуратуру «НИКАКИХ ЗАДЕРЖАНИЙ НЕТ»

    Исполнительная власть Апшеронского района отреагировала на информацию о проведении спецоперации в административном здании ИВ и задержании руководящих сотрудников, сообщает haqqin.az.

    «В ряде СМИ прошла информация о проведении оперативно-розыскных мероприятий в здании Исполнительной власти Апшеронского района. Как пресс-служба ИВ Апшеронского района мы заявляем, что распространенная информация не соответствует действительности. Операции в ИВ Апшеронского района не проводилось, и заместители главы района задержаны не были. В настоящее время все заместители главы района находятся на рабочих местах», – сказали в пресс-службе ИВ.

    Напомним, что ранее сообщалось о том, что в пресс-службе Генпрокуратуры подтвердили haqqin.az информацию о спецоперации в здании Исполнительной власти Апшеронского района. В Генпрокуратуре сообщили, что дополнительная информация будет предоставлена общественности позже.

  • Abşeron rayon icra hakimiyyəti yayılan məlumatları təkzib etdi

    Abşeron Rayon İcra Hakimiyyəti qurumun binasında əməliyyat keçirilməsi və müavinlərin həbs olunması barədə yayılan məlumatlara münasibət bildirib.

    Məlumatda deyilir:

    “Bir neçə kütləvi informasiya vasitəsində Abşeron Rayon İcra Hakimiyyətinin binasında əməliyyat axtarış tədbirləri həayta keçirilməsi və müavinlərin həbs olunması barədə məlumatlar dərc edilib. Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat ximəti olaraq bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Rayon İcra Hakimiyyətinin binasında əməliyyat həyata keçirilməyib və müavinlər həbs olunmayıb. Hazıra müavinlərin hər biri iş başındadır.

    Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayaraq bilirir ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılmışdır: “Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”.

  • Завтра в Азербайджане будет до 38 градусов тепла

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 23 июня.

    В Баку и на Абшеронском полуострове ожидается погода без осадков, северо-западный ветер днем сменится юго-восточным.

    Температура воздуха на Абшероне составит ночью 21-24, днем – 31-36, в Баку ночью – 22-24, днем – 33-35 градусов тепла.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 22-23, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 24-25 градусов тепла.

    Атмосферное давление будет на уровне 758 мм ртутного столба, относительная влажность ночью – 65-75%, днем – 40-50%.

    В некоторых северных и западных районах Азербайджана утром и днем прогнозируются грозы, дожди, местами ливни, град, на остальной территории страны ожидается погода без осадков, порывистый восточный ветер.

    Температура воздуха составит ночью 20-25, днем – 33-38, в горах ночью – 12-17, днем – 22-27 градусов тепла.