Month: July 2020

  • Dünən gecə Milli Məclisə dəyən ziyan açıqlandı

    “Ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub”.

    Azərbaycan Respublikası Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda belə deyilir.

    Bildirilir ki, dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 azn məbləğində maddi ziyan dəyib:

    “Azərbaycan Respublikası Milli Məclisi olaraq Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, xalqımız, dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik”.

  • Bu rayonlara leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

    Milli Hidrometeorologiya Xidmətinin iyulun 15-i saat 17:00-a olan məlumatına əsasən, Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

    Xidmətdən bildirilib ki, düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib.

    Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb.
    Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.

  • Gecikdirilmiş sosial ödəmənin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-iyun aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 76,1 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

    Nazirlikdən verilən məlumata görə, həmin vəsaitin 73,3 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.

    Xidmət gecikdirilmiş vəsaitlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Görülən tədbirlər zamanı həmçinin aidiyyəti işəgötürənlərə müvafiq məsələlərlə bağlı əmək qanunvericiliyindən irəli gələn tələblər izah olunub.

  • Tovuzda mülki şəxsin ermənilər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi başlanıldı

    Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

    Məlumatda deyilir:

    2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaq məqsədi ilə artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutulublar.

    Təcavüzkar Ermənistan bu kimi təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.

    Belə ki, iyulun 14-də saat 14 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən sonuncu aldığı çox saylı qəlpə xəsarətləri nəticəsində həlak olub.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

    Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşməçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

    Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

  • Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı – VİDEO

    Şəhid polkovnik İlqar Mirzəyevin oğlu bugünkü dəfn mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələri ilə əlaqə saxlamasını yüksək dəyərləndirib.

    Unikal.org-a açıqlama verən Elvin Mirzəyev bildirib ki, Prezident şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.

    Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər.

  • Azərbaycan Prezidentinin köməkçisi ilə Ermənistan XİN başçısının debatı olub – VİDEO

    “Al Jazeera İnternational” beynəlxalq televiziya kanalında Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə debatı olub.

    Ermənistan xarici işlər naziri Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif etməyə, Ermənistanın guya sülh tərəfdarı olduğunu, ölkəsinin yaranmış gərginliyin aradan qaldırması istiqamətində çalışdığını, Qarabağdakı ermənilərin təhlükəsizliyinin zəmanətçisi olduğunu bildirib.

    Prezidentin köməkçisi Hikmət Hacıyev canlı yayımda Ermənistan xarici işlər nazirinin yalanlarını ifşa edib. H.Hacıyev Ermənistan xarici işlər nazirinin bu kimi açıqlamaları ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və ərazi iddialarını bir daha sübut etdiyini qeyd edib.

    O, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi təcavüz yolu ilə işğal etdiyini, işğal olunmuş ərazilərdən bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qovulduğunu bildirib. Azərbaycana qarşı hərbi təcavüzə görə Ermənistanın bir dövlət olaraq beynəlxalq hüquqi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

    H.Hacıyev “Ermənistan əsgərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var” sualı ilə Ermənistan xarici işlər nazirinə müraciət edib.

    Prezidentin köməkçisi Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin adi sərhəd toqquşması olmadığını, Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını və Azərbaycana qarşı davam edən hərbi təcavüzün davamı olduğunu bildirib. H.Hacıyev Ermənistanın bu təxribatının aşağıdakı səbəblərlə bağlı olduğunu deyib:

    – Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən və bu münaqişəyə görə üzərinə düşən məsuliyyətdən qaçmağa çalışır;

    – Ermənistan bu təxribat vasitəsilə regionda yeni gərginlik ocağı yaratmağa cəhd edir və regionu yeni təhlükələrlə üzbəüz qoyur;

    – Rəsmi Yerevan üzvü olduğu Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını münaqişəyə cəlb etməyə çalışaraq çirkin və məsuliyyətsiz siyasi oyun aparmağa səy göstərir;

    – Ermənistan kənarda qaldığı Şərq-Qərb nəqliyyat dəhlizinə, regional connectivity layihələrinə xələl gətirmək məqsədi güdür;

    – Həmçinin, bu yolla Ermənistan rəhbərliyi COVİD-19 pandemiyasının ölkədə geniş yayılması şəraitində kəskin sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.

    Hikmət Hacıyev Ermənistan rəhbərliyinin “Qarbağ Ermənistandır və nöqtə” deməklə Ermənistanın Azərbaycan ərazilərinin anneksiyası siyasətini apardığını bildirib, bu kimi açıqlamalarla Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatını və mahiyyətini dağıtdığını vurğulayıb. Bunun ilk növbədə həmsədr ölkələrə qarşı hörmətsizlik olduğunu qeyd edib.

    O, sərhəddə baş vermiş təxribatın məsuliyyətinin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü deyərək, Ermənistanın itkilərini gizlətdiyini və Ermənistan rəhbərliyinin bu hərbi avantüraya görə itkilər barədə öz ictimaiyyətinə hesabat verməli olduğunu deyib.

  • Onkoloji klinikanın yaxınlığında yaşayış binasının tikintisi narahatlıq yaratdı – RƏSMİ AÇIQLAMA

    Tibb Universitetinin Onkoloji Klinikasının yaxınlığında tikilən bina narazılığa səbəb olub.

    Bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb. Kadrlarda ATU-nun Onkoloji Klinikasının laboratoriyasının yaxınlığında iki yanaşı binanın tikildiyi görülür.

    Binanın çox əlverişsiz yerdə inşa edilməsi narazılığa səbəb olub. Binalardan birinin eyvanı digər binanın divarına baxır. Hər kəsə maraqlıdır ki, bu binaların tikintisi başa çatdıqdan sonra orada kim yaşayacaq? Ümumiyyətlə, bu ərazidə yaşayış binasının inşası əlverişlidirmi? Tikinti zəruri qaydalara cavab verirmi?

    Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu Oxu.Az-ın sorğusunu cavablandırıb. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Orxan-TİT” MMC-yə Nərimanov rayonu, M.Sənani küçəsi, 13 və 15 saylı ünvanlarda yerləşən şəxsi torpaq sahəsində və ona bitişik ərazidə yaşayış binasının layihələndirmə işlərinin aparılması üçün sərəncam 2015-ci il 29 dekabr tarixində verilib.

    Müvafiq sərəncam nəzərə alınmaqla tikinti layihəsi razılaşdırıldıqdan sonra 2016-cı il 15 dekabr tarixində sözügedən ünvanda yaşayış binasının tikintisinə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilib.

  • В Азербайджане выявлено 559 новых случаев инфицирования COVID-19, скончались еще семь человек – ФОТО

    В Азербайджане выявлено 559 новых случаев инфицирования коронавирусом, еще 545 человек вылечились и были выписаны из больниц.

    Об этом 15 июля сообщает оперативный штаб при Кабинете министров.

    За последние сутки от COVID-19 скончались еще семь человек.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 25 672 человека, 326 из которых скончались, 16 695 – излечились, 8 651 – продолжает лечение в больницах особого режима.

    В республике на сегодняшний день проведено 592 778 тестов (за последние 24 часа – 8 312) на выявление COVID-19.

  • Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu: Yeddi nəfər öldü – FOTO

    Son sutka ərzində Azərbaycanda daha 559 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Qeyd edilib ki, daha əvvəl virusa yoluxduğu aşkarlanmış 545 nəfər koronavirusdan sağalıb, yeddi nəfər isə vəfat edib.

  • Ermənistan vətəndaşı Azərbaycana keçdi – VİDEO

    Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək, Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.

    Hərbçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində  olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək, sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib. 

    NUHÇIXAN İnformasiya Agentliyi Sardaryanın etiraflarını təqdim edir:

    – Özünüzü təqdim edin.

    – Mən, Sardaryan Narek Suren oğlu 18 oktyabr 1990-cı ildə doğulmuşam, Syunik rayonunun Aşağı Xndzoresk kənd sakiniyəm, 2014-cü ildə ailə həyatı qurmuşam, iki uşağım var, heyvandarlıq və əkinçiliklə məşğul oluram.

    – Sərhədi nə üçün keçmişdiniz, məqsədiniz nə idi? 

    – Sərhədi əvvəllər də keçmək istəmişəm, amma imkanım olmayıb, Naxçıvanla sərhəddə heyvandarlıqa məşğul olanda bu imkanı əldə etdim. Çünki Ermənistanda zorakılıqlar, ədalətsizliklər var, mən çox məmurlara, hakimiyyət nümayəndələrinə müraciət etmişəm, lakin kömək etməyiblər. Ona görə mən Azərbaycan sərhədini keçmişəm. Azərbaycan tərəfdən köməklik istəyirəm. Sərhəddə əsgərlər mənə yaxşı münasibət göstərdilər, atəş açmadılar.

    – Sərhəddi necə keçdiniz?

    – Heyvanları otara-otara Azərbaycan postuna doğru yaxınlaşdım, hərbiçilər məni vurmasın deyə ağ paltarımı çıxarıb göydə yellədim və hərbiçilər məni saxladılar.

    – Sizə qarşı hansı haqsızlıqlar olub? 

    – Mənə qarşı çox haqsızlıqlar olubdur, kənd icra nümayəndəsi torpaq vergisi ilə yanaşı hər bir heyvan başına 20000 dram pul istəyir. Əslində 2000 dram verməliyik, bizdən zorla rüşvət olaraq artıq pul alırlar. Heyvan satmaq istədikdə sahə müvəkkili Andranik gələrək onun üçün haqq istəyir. Əks təqdirdə şər ataraq həbs edəcəyi ilə hədələyir.

    – Naxçıvanla sərhəddə yerləşən Qorayk kəndinin otlaq sahələrinə heyvanları nə üçün gətirmişdiniz?

    – Gorusda otlaq sahəsi yox idi, Qoraykda isə 200 hektar otlaq sahəsi üçün məndən 1000 dollar rüşvət aldılar. Sisyan icra orqanına da otlaq sahələrindən istifadə üçün 1000 dollar pul vermişəm.

    – Ermənistandakı vəziyyət barədə nə deyə bilərsiniz?

    – Ermənistanda vəziyyət çox pisdir, demək olar ki, heç bir iş yoxdur, rüşvətxorluq və ədalətsizlik baş alıb gedir. Polisdə rüşvətxorluq çoxdur, əhalinin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Syunik vilayəti ərazisindəki otlaq sahələrində Gorusun yol polisinin rəisi Sevak və hərbi komissar Armen səlahiyyətlərindən istifadə edib bütün əlverişli torpaqları zəbt ediblər və bizlərə orada heyvandarlıqla məşğul olmağa imkan vermirlər, həmin əraziyə digər yerli sakinləri buraxmırlar.

    – Ermənistan ordusunda ümumi vəziyyət necədir?

    – Ermənistan ordusunda vəziyyət çox pisdir, heç kim bir-birini qəbul etmir, intizamsızlıq var, bir-birlərinə tabe olmurlar, narkotikdən geniş istifadə edilir. Orduda hərbiçilərin narkotik yetişdirib satmasına göz yumulur. Ümumiyyətlə, orada polis narkotikdən istifadə edənlərə qarşı heç bir tədbir görmür. Ayrı-ayrı ərazilərdə tiryək və narkotik yetişdirilir, polis zəifdir, mübarizə apara bilmir.

    – Sizin xidmət keçdiyiniz hərbi hissələrdə hansı qanunsuzluqlar mövcud idi?

    – Mən Sərhəd Qoşunlarının Vanadzordakı 5060 saylı və Zəngilan rayonunun Kaşatağ bölgəsindəki 5070 saylı hərbi hissələrdə xidmət keçmişəm. 2019-cu ildə Qubadlı rayonunda səfərbərlik toplantısında iştirak etmişəm. Ermənistan ordusunda hərc-mərclik, intizamsızlıq və rüşvətxorluq baş alıb gedir. Səfərbərlik toplantısında 700 nəfərin iştirakı nəzərdə tutulsa da, heç 200 nəfər iştirak etmirdi.

    – Siz həyatınızın bundan sonrakı hissəsini necə görürsünüz?

    – Xahiş edirəm ki, burada mənə vətəndaşlıq verilsin, Ermənistana geri qaytarılmayım, oradan bezmişəm, orada insanları çox incidirlər. Olmasa belə xahişim budur ki, məni üçüncü bir dövlətə təhvil versinlər.