Month: July 2020

  • Çində məktəbliləri aparan avtobus su anbarına aşdı: 20-dən çox ölü

    Çinin cənub-qərbindəki Quyçjou əyalətində avtobus su anbarına aşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 21 nəfər həlak olub, daha 15 nəfər isə xəsarət alıb.

    Qeyd olunur ki, məktəbliləri aparan avtobus naməlum səbəblərdən aşıb və dəmir sədləri qıraraq, su anbarına düşüb. Xilaedicilər avtobusu sudan çıxarıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli açıqlanıb

    Təhsil Nazirliyi “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı”nın 8 iyul üçün nəzərdə tutulan cədvəlini təqdim edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, teledərslər bu formatda 17 iyuladək davam edəcək.

    “Dərs vaxtı” proqramında abituriyentlərə ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. ilə bağlı məlumatlar veriləcək.

    Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcək.

  • Qazaxda qadın ərini və qayınatasını bıçaqladı

    Qazaxda ata və oğlu bıçaq xəsarəti alıblar.

    APA-nın məlumatına görə, rayon sakinləri – 1988-ci il təvəllüdlü İsmayılov Rafiq Yaşar oğlu və onun atası, 1965-ci il təvəllüdlü İsmayılov Yaşar Musa oğlu üz və qol nahiyələrindən aldıqları bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

    İlkin məlumata görə, ata və oğul gəlin tərəfindən bıçaqlanıb. Belə ki, R.İsmayılovun həyat yoldaşı ərini və qayınatasını bıçaqlayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Naxçıvan koronavirusdan qurtuldu – yeni yoluxma qeydə alınmadı

    Ölkə üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür.

    Bu barədə statistika TƏBİB-in koronavirusinfo.az saytında təqdim etdiyi son məlumatda əksini tapıb.

    Belə ki, Bakı ilə yanaşı, koronavirusa yoluxma faktlarının 16,3%-i Abşeronun, 8,4%-i isə Gəncə-Qazax bölgəsinin payına düşür.

    Eyni zamanda, koronavirusa yoluxmaların 7,5 faizi Aran zonasında, 5,8 faizi Lənkəran rayonunda, 1,6 faizi Quba-Xaçmaz zonasında, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Dağlıq Şirvan zonasında, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində qeydə alınıb.

    Ümumilikdə, əvvəlki rəqəmlərlə müqayisədə yoluxma sayında nisbətən azalma müşahidə edilir. Lakin qrafikdə bu dəfə Naxçıvan Muxtar Respublikasında heç bir yoluxma faktının qeydə alınmadığı göstərilib.

  • Manatın sabaha MƏZƏNNƏSİ

    Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 08.07.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

  • Azərbaycan klublarına məşq keçməyə icazə verildi

    Ölkəmizi avrokuboklarda təmsil edəcək klubların sərt karantinin tətbiq olunmadığı bölgələrdə təlim-məşq toplanışı keçməsinə icazə verilib.

    Artıq bununla bağlı klublar məlumatlandırılıb. Avrokuboklarda iştirak edəcək klublar Qəbələyə üz tutaraq orada təlim-məşq toplanışı keçə bilərlər.

    Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Ke

  • DİN-dən Xırdalanda karantin rejiminin pozulması ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

    Daxili İşlər Nazirliyi (DİN) bu gün Xırdalanda sakinlərin karantin qaydalarına riayət etməməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları mütəmadi olaraq ərazilərdə koronavirusla mübarizə çərçivəsində xidmət aparırlar:

    “Bəzi xəbər saytlarında Xırdalan sakinlərinin karantin qaydalarını pozması ilə bağlı xəbər yerləşdirilib.

    Bununla bağlı qeyd etmək istəyirik ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki parklarda, supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir.

    Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunurlar”.

    Z.Hüseynov polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı karantin qaydalarını pozan şəxslər barəsində protokolların tərtib edildiyini də vurğulayıb:

    “Həmin parkda da fasiləsiz olaraq polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularından ibarət naryadlar xidmətə cəlb ediliblər. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq həmin parkda reydlər keçirilir.

    Sonuncu belə reyddə müvafiq icazəsi olmayan, o cümlədən, sosial məsafəni gözləmədən beş nəfərdən artıq toplaşaraq, hərəkət edən 20 nəfər şəxs RPİ-yə gətirilərək, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib”.

  • Əli Əsədovdan aqrar sığorta ilə bağlı MÜHÜM QƏRAR

    “Aqrar sığorta” informasiya sisteminin Əsasnaməsi” və “Aqrar sığorta informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların Siyahısı” təsdiqlənib.

    Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

    Sözügedən Əsasnamə “Aqrar sığorta haqqında” qanunun 13.2-ci maddəsinə əsasən hazırlanıb.

    “Aqrar sığorta” informasiya sisteminin (ASİS) formalaşdırılmasının, aparılmasının və digər qurumların informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

    Qərarla ətraflı buradan tanış ola bilərsiniz.

  • Kürdə bir nəfər batdı

    Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

  • Azərbaycanda elektrik cərəyanı iki nəfərin ölümünə səbəb oldu – VİDEO

    Şəki şəhəri, Sarabski küçəsindəki fərdi yaşayış evlərinin birində yüksək gərginlikli elektrik xəttinin altında yerləşən fərdi yaşayış evinin dam örtüyünü quraşdıran usta, Şəki şəhər sakini 32 yaşlı Nəriman Mustafayev faciəvi şəkildə ölüb.

    N.Mustafayev aldığı ağır elektroşok xəsarətindən hadisə yerində vəfat edib. Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparıb, təcili tibbi yardım xidmətinin əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə təhvil verib.

    Daha bir cərəyan vurma hadisəsi Sabirabadda baş verib. Rayonunun Rüstəmli kənd sakini, 28 yaşlı Kamran Paşazadə həyətyanı sahəsində quraşdırdığı su nasosunu nizamlayarkən elektrik cərəyanı onu vurub. O, hadisə yerindəcə keçinib.

    Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik: