Month: July 2020

  • Bakıdakı dözülməz üfunət qoxusunun episentrindən VİDEOREPORTAJ

    Dünən axşam saatlarından etibarən Bakının bəzi ərazilərində kəskin üfunət qoxusu yayılıb.

    Müəyyən olunub ki, həmin qoxunun mənbəyi Böyükşor gölüdür.

    İlkin ehtimal odur ki, qoxuya səbəb gölə axıdılan kanalizasiya sularıdır.

    Digər ehtimala görə, üfunət iyi “Sobsan” boya fabrikində yanğın baş verdikdən sonra yayılmağa başlayıb. Hazırda gölün ətrafında kəskin, dözülməz qoxu var.

    Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırma aparılır.

  • Koronavirusa görə min nəfərə yaxın məhkum şərti azadlığa buraxıldı

    Pandemiya dövründə 1000 nəfərədək məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

    Bu barədə Ədliyyə Nazirliyində Avropa İttifaqının və diplomatik korpusun təmsilçiləri ilə “Ədliyyə orqanlarında COVID-19 infeksiyası ilə mübarizə tədbirləri” mövzusunda keçirilən videokonfransda məlumat verilib.

    Tədbirdə dövlət başçısının əfv sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkumun azadlığa buraxıldığı, həmçinin, davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqinin dərhal intensivləşdirildiyi vurğulanıb.

  • Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu

    “Azad Azərbaycan” Televiziyasının (ATV) bir neçə əməkdaşı koronavirusa yoluxub.

    News24.az-ın məlumatına görə, yoluxanlar arasında televiziyanın baş mühasibi, hüquqşünas, baş operator da var.

    Daha bir neçə əməkdaş isə xəbərlər departamentindəndir.

    Bildirilib ki, xəbərlər departamentində bu virusa yoluxan əməkdaşlar artıq müalicə olunaraq sağalıblar.

  • Bakıda yeniyetmə mağazadan iki min manatlıq oğurluq etdi

    Bakıda mağazada oğurluq hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 7-də Hövsan qəsəbəsi ərazisindəki mağazaların birindən 300 manat pul və 1 700 manat dəyərində ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri olan bir yeniyetmə və S.Nağıyev adlı şəxs saxlanılıb.

  • В Учебно-терапевтической клинике АМУ коронавирусом заразились 24 медработника – ВИДЕО

    За все время пандемии в Учебно-терапевтической клинике Азербайджанского медицинского университета (АМУ) коронавирусом заразились 24 медработника.

    Об этом Oxu.Az сообщила пресс-секретарь вуза Гюнель Асланова.

    По ее словам, в числе инфицированных – врачи, медсестры и санитарки.

    “Некоторые уже выздоровели и вернулись к работе, лечение других продолжается”, – сказала Г.Асланова.

    Ранее сообщалось, что 33 медработника Учебно-хирургической клиники АМУ также заразились коронавирусом.

  • Azərbaycanda daha bir xəstəxanada 24 tibb işçisi koronavirusa yoluxdu – VİDEO

    “Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlanıb.

    ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, klinikada bu günə qədər 24 tibb işçisi koronavirusa yoluxub:

    “Buraya həkimlər, rezidentlər, tibb işçiləri daxildir. Onlardan artıq sağalıb evə gedənlər də, iş başına qayıdanlar da var”.

    “Hazırda klinikada müalicəsi davam etdirilənlər var, vəziyyətləri normaldır”, – deyə o qeyd edib.

    Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub.

  • Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr təyinatı olub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

    Əmrə əsasən, Sənan Məmmədzadə yeni yaradılan 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin rəhbəri vəzifəsinə təyinat alıb.

    O, bundan əvvəl Suraxanı Rayon Məşğulluq Mərkəzinin direktoru olub.

    S.Məmmədzadə məlumatı saytımıza təsdiq edib.

  • Rusiyada COVID-19 peyvəndinin sınaqlarına qoşulan könüllülərin vəziyyəti açıqlandı

    Rusiyada koronavirusa qarşı hazırlanmış peyvəndin klinik sınaqlarına cəlb olunan könüllülər özlərini yaxşı hiss edirlər.

    Bu barədə TASS Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

    Nazirlikdən bildirilib ki, ötən iki həftə ərzində könüllülərin vəziyyəti stabil-yaxşı olaraq qalıb və peyvəndin heç bir əks təsiri aşkarlanmayıb.

    Hazırda mütəxəssislər könüllülərdən qan analizi götürüblər. Onlar hospitalda hələ iki həftə də qalacaqlar. Sınağın 21-ci sutkasında könüllülərin bədəninə peyvəndin ikinci komponenti yeridiləcək.

  • 305 nəqliyyat vasitəsinin icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb – RƏSMİ

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 6 iyul 2020-ci il saat 00:00-dan 7 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 332 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 149 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə bir nəfər olmaqla, ümumilikdə 1 482 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 40-ı rayon, 45-i paytaxt istiqamətinə olmaqla 85, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 70-i rayon, 50-si paytaxt istiqamətinə olmaqla 120 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 305 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

  • Çatdırılma xidmətlərinə yenidən icazə verildi

    ​​​​

    İyulun 5-i ləğv olunan bir qrup onlayn satış mağazasının işçilərinin icazəsi yenidən bərpa olunub.

    Bu barədə məlumatı “Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli yayıb. Qeyd edib ki, dünən gecə saatlarında onun əməkdaşları ilə yanaşı, xeyli digər işçiyə də onlayn işləmək izni yenidən verilib. N. Köçərli əlavə edib ki, artıq bu gündən icazə verilənlər çatdırılmaları edə biləcəklər.

    Xatırladaq ki, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə iyulun 5-dən etibarən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrdə işçi heyətinin məhdud şəkildə işə çıxarılması tələbini pozan qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub. Bildirilib ki, sistemdə edilmiş dəyişikliyə əsasən, vətəndaşlar icazə almaq üçün fəaliyyət növünün (5 rəqəmli kodunun) Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlamalamaqla yenidən qeydiyyatdan keçə bilər.