Month: July 2020

  • Yüzlərlə maşın icazə olmadan postlardan keçmək istədi – RƏSMİ

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 01.07.2020-ci il saat 00:00-dan 02.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 717 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 106 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 824 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 85-i paytaxt istiqamətinə olmaqla 115, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-i rayon, 85-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 300-ü rayon, 150-i paytaxt istiqamətinə olmaqla 450 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 700 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

  • Сегодня в Азербайджане пройдут очередные выпускные экзамены

    Сегодня, 3 июля, Государственный экзаменационный центр (ГЭЦ) проведет в ряде городов и районов Азербайджана выпускные экзамены на базе общего (9-летнего) и полного (11-летнего) среднего образования.

    Как сообщили в ГЭЦ, в них ожидается участие 15 526 школьников (абитуриентов).

    При входе в помещения, где проводится экзамен, его участники должны предъявить удостоверение личности, пропускной лист и справку о состоянии здоровья.

    Участники должны быть в медицинских масках и правильно пользоваться ими.

    Экзамены начнутся в 11:00. За 15 минут до этого, то есть в 10:45, пропуск в помещение будет прекращен. Во избежание скопления людей и контактов для участников установлено разное время входа, которое указано в пропускном листе.

  • Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

    Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

    Mərkəzdən verilən məlumata görə, imtahanlarda 15526 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

    İmtahanlar saat 11:00-da başlanır.

    İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

    İmtahanların təşkil edilməsi üçün 71 imtahan binası, 1273 imtahan zalı, 71 ümumi imtahan rəhbəri, 207 imtahan rəhbəri, 1660 nəzarətçi – müəllim, 142 buraxılış rejimi əməkdaşı, 71 bina nümayəndəsi ayrılıb.

    Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 3 iyul 2020-ci ildə şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq:

    • Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və kolleclərə qəbul imtahanı (Naxçıvanda);

    • 9-cu sinif üzrə buraxılış imtahanları;

    • 11-ci sinif üzrə buraxılış imtahanları;

    • Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

    • Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçirilir;

    • Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı (Naxçıvanda).

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 3 июля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 10 990 250.

    За весь период пандемии скончались 524 176 человек, выздоровели – 6 149 888.

    Больше всего инфицированных в США (2 837 189). На 2-м месте – Бразилия (1 501 353), на 3-м – Россия (661 165). В первую пятерку также входят Индия (627 168) и Испания (297 183).

    Также Соединенные Штаты лидируют по числу жертв инфекции – 131 485, вылечился 1 191 091 человек.

    Соседний Иран с 232 863 заболевшими занимает 11-е место, Турция (202 284) – 13-е.

    В Армении коронавирусом заразились 26 658 человек, в Грузии – 939.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 11 106 летальных исходов.

    На сегодняшний день в Азербайджане подтверждены 18 684 случая инфицирования коронавирусом, 10 425 человек вылечились, 228 – скончались.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 10 990 250 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 524 176 nəfər ölüb, 6 149 888 xəstə sağalıb.

    Ölkələr arasında koronavirusa yoluxma ən çox ABŞ (2 837 189 nəfər), Braziliya (1 501 353 nəfər) və Rusiyada (661 165 nəfər) müşahidə olunub.

    Sərhəd qonşularımızdan koronavirus İranda 232 863, Türkiyədə 202 284, Ermənistanda 26 658, Gürcüstanda 939 nəfərdə aşkarlanıb.

    Azərbaycanda koronavirusa yoluxan 18 684 nəfərdən 10 425-i sağalıb, 228 xəstə ölüb.

  • Seçki məntəqəsində evlilik təklifi etdi, cavabı… – VİDEO

    Rusiyanın Orenburq vilayətinin Buquruslan şəhərinin sakini olan gənc iyulun 1-də Rusiyada keçirilən Konstitusiya düzəlişlərinə dair səsvermədə müşahidəçi qismində iştirak edən sevgilisinə evlilik təklif edib.

    REN TV xəbər verir ki, əlində gül dəstəsi və üzüklərlə seçki məntəqəsinə daxil olan oğlan sevdiyi qızdan “hə” cavabını alıb.

    Oğlan qeyd edib ki, o, həyatlarındakı bu xüsusi hadisəni məhz səsvermə günü həyata keçirməklə münasibətlərini əbədiləşdirmək istəyib.

  • Еще один сотрудник AzTV скончался от коронавируса

    Главный редактор редакции кинопрограмм и дубляжа ЗАО “Азербайджанское телевидение и радиовещание” (AzTV) Этибар Бабаев скончался от коронавируса, сообщает Report.

    Он был доставлен в критическом состоянии в Учебно-терапевтическую клинику Азербайджанского медицинского университета. Несмотря на усилия врачей, спасти его жизнь не удалось.

    Ранее сообщалось, что от коронавирусной инфекции скончались режиссер департамента общественно-политических и аналитических программ ЗАО Самир Нематзаде и режиссер департамента общественно-политических и аналитических программ Самир Наджафзаде.

  • AzTV-nin baş redaktoru COVID-19-dan vəfat etdi

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin daha bir əməkdaşı koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.

    “Report”un məlumatına görə, AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev koronavirusdan vəfat edib.

    O, ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına gətirilmişdi və orada müalicə alırdı. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, iki gün bundan əvvəl (1 iyul – red.) “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nemətzadə də koronavirusdan vəfat edib.

  • Эмин Агаларов поздравил Лейлу Алиеву – ФОТО

    Народный артист Азербайджана Эмин Агаларов поздравил вице-президента Фонда Гейдара Алиева Лейлу Алиеву с днем рождения.

    Он сделал на своей странице в Instagram публикацию с поздравлением:

    “С днем рождения, Лейла. Ты настоящий друг, замечательная мама и партнер в жизни. Будь всегда счастлива – Ничто не сможет остановить тебя” , – говорится в поздравлении народного артиста.

  • Emin Ağalarov Leyla Əliyevanı təbrik etdi – FOTO

    Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib.

    Bu barədə Emin Ağalarov öz “Instagram” səhifəsində status paylaşıb.

    “Ad günün mübarək, Leyla. Sən əsl dost, heyrətamiz ana və həyat yoldaşısan. Heç nə səni dayandıra bilməz”, – E.Ağalarov yazıb.