Month: July 2020

  • Сегодня День рождения Лейлы Алиевой

    Сегодня День рождения вице-президента Фонда Гейдара Алиева, инициатора кампании “Справедливость для Ходжалы”, генерального координатора Молодежного форума Организации исламского сотрудничества по межкультурному диалогу, председателя Азербайджанской молодежной организации России (АМОР), учредителя и председателя Общественного объединения “Международный диалог во имя охраны окружающей среды” (IDEA) Лейлы Ильхам гызы Алиевой.

    Как передает Oxu.Az, Лейла Алиева родилась 3 июля 1985 года.

    С 1989 по 2000 год она училась в школе №160 города Баку.

    По окончании школы Лейла Алиева поступила в Европейскую школу бизнеса (ESB).

    С 2006 по 2008 год Лейла Алиева училась в магистратуре Московского государственного института международных отношений (МГИМО).

    С 10 мая 2007 года является главой российского представительства Фонда Гейдара Алиева, с 2011 года – вице-президентом Фонда Гейдара Алиева.

    Будучи вице-президентом Фонда Гейдара Алиева, Лейла Алиева уделяет особое внимание тем, кто больше всего нуждается в заботе и помощи. Свой День рождения она традиционно проводит рядом с детьми, по отношению к которым проявляет заботу и оказывает помощь.

    Она помогает пожилым людям, детям, лишенным родительской опеки, семьям беженцев и вынужденных переселенцев.

    Кроме того, Лейла Алиева принимает непосредственное участие во многих проектах в сфере образования, здравоохранения, спорта и культуры.

    АМОР во главе с Лейлой Алиевой стала самой активной и влиятельной молодежной структурой в России. География организации постоянно расширяется, а количество мероприятий под ее патронатом растет. Под руководством Лейлы Алиевой АМОР активно работает над более близким ознакомлением россиян с историей и культурой Азербайджана.

    В то же время молодые азербайджанцы, являющиеся членами АМОР, не забывают о своих корнях и поддерживают тесную связь с Родиной.

    Лейла Алиева 19 декабря 2007 года основала в Москве журнал “Баку”. Она является не только основателем, но и главным редактором издания.

    Лейла Алиева является инициатором кампании “Справедливость для Ходжалы”, стартовавшей 8 мая 2008 года.

    Уже более 11 лет в рамках этой инициативы во всем мире – от Европы до Америки – проводятся мероприятия и акции, призванные донести до людей правду об одном из самых ужасных событий новейшей истории – Ходжалинском геноциде.

    Активная деятельность Лейлы Алиевой в рамках кампании внесла большой вклад в разоблачение агрессивной политики Армении в отношении Азербайджана и дала возможность показать истинное лицо оккупантов.

    В июле 2011 года распоряжением Президента Азербайджанской Республики Лейла Алиева была награждена медалью “Терегги” за вклад в доведение правды об Азербайджане до мировой общественности.

    В ноябре 2011 года ей была присуждена почетная премия “Ключ к жизни” за активное участие в гуманитарной акции в Нью-Йорке.

    12 сентября 2012 года Лейла Алиева была награждена медалью “За заслуги перед Астраханской областью”.

    Основатель IDEA Лейла Алиева 5 апреля 2013 года была награждена специальной международной почетной премией “За защиту окружающей среды”.

    Следует отметить, что по инициативе учредителя и главы Общественного объединения IDEA Лейлы Алиевой в Баку было благоустроено и передано в пользование жителей 25 дворов в рамках проекта “Наш двор”.

    Миллионы деревьев были посажены в стране со дня основания объединения. Лейла Алиева также является инициатором проекта “Школьные сады”, который объединяет социальные и экологические проекты. Во время первой акции проекта при участии Лейлы Алиевой во дворе одной из школ Баку было посажено 100 миндальных, сливовых и гранатовых деревьев.

    Кроме того, 20 декабря 2013 года Л.Алиева была награждена Орденом святой равноапостольной княгини Ольги III степени и медалью “За заслуги перед Волгоградской областью”.

    В мае 2015 года Лейла Алиева была удостоена звания посла доброй воли Продовольственной и сельскохозяйственной организации ООН за вклад в борьбу против голода и достижение таких целей, как обеспечение продовольственной безопасности, повышение эффективности сельского, лесного и рыбного хозяйства, создание здоровых продовольственных систем.

    20 октября 2015 года награждена медалью Пушкина.

    28 сентября 2016 года решением Научного совета Московского государственного института международных отношений удостоена медали “За заслуги”.

    Лейла Алиева также является творческим человеком. Она пишет стихи, картины, являлась исполнительным продюсером фильма “Али и Нино”, возглавляла кинопроект “Баку, я тебя люблю”.

    Отметим, что Лейла Алиева имеет двоих сыновей и дочь.

  • Leyla Əliyevanın doğum günüdür

    Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

    Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.

    1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb.

    2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

    2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

    10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.

    Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara böyük diqqət yetirir. O, öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan kömək etdiyi uşaqların yanında keçirir.


    O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

    Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.

    Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

    Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.

    Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib.

    2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.

    Artıq 11 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

    Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

    2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

    2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatına layiq görülüb.

    12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

    IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.


    Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində indiyə qədər 25 həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

    Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib. Leyla Əliyeva, həmçinin, sosial və ekoloji layihələri özündə birləşdirən “Məktəb bağları” layihəsinin təşəbbüskarıdır. Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib.


    Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

    2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

    20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.

    2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb.

    Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də, “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib.

    Məlumat üçün bildirək ki, Leyla Əliyeva iki oğul, bir qız anasıdır.

  • Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

    İyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

    Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

  • “Planet Parni iz Baku” KVN teatrından Bəhram Bağırzadəyə: “Bizim dost itirən vaxtımız deyil” – VİDEO

    “Planet Parni iz Baku” KVN teatrının aktyorları hazırda koronavirusa yoluxduğu üçün ağır reanimasiya şəraitində müalicə olunan Əməkdar artist Bəhram Bağırzadəyə dəstək məqsədilə video yayımlayıblar.

    Teatrın aktyorları şair Hafiz Baxışın “Bizim dost itirən vaxtımız deyil” şeirini növbə ilə səsləndirərək Bəhram Bağırzadəyə dəstəklərini nümayiş etdiriblər.

    Sözügedən videonu təqdim edirik:

  • Baş epidemioloqun Bakıda olmaması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Yaşı 65-dən çoxdur, işə çıxmır”

    Bu gün ölkə mediasında Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev barəsində bəzi məlumatlar yayılıb.

    Məsələ ilə bağlı ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-a açıqlamasında bildirib ki, karantin rejimi ilə əlaqədar ATU-da tədris prosesi dayandırıldığına görə yaşı 65-dən yuxarı olan professor İbadulla Ağayev hazırda işə çıxmır:

    “O, bu gün iki nəfər qohumu ilə birgə Bakıdan kənarda, ailə üzvünün dəfnində iştirak edib. Jurnalist zəng edərkən İ.Ağayev məhz dəfn mərasimində olub. Bu durumda bir qədər emosional danışaraq jurnalistə yalnız axşam cavab verə biləcəyini bildirib. Lakin təəssüf ki, jurnalist İ.Ağayevin axşam müsahibə verəcəyi ilə bağlı hissəni yazmadan yalnız Baş epidemioloqun ölkədəki durumdan xəbərsiz olduğunu yazıb.

    Qeyd edək ki, İ.Ağayev tutduğu vəzifəyə əsasən, ictimai əsaslarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş epidemioloqu kimi fəaliyyət göstərir. Digər tərəfdən, xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, respondentin xəbəri olmadan onun səsini yazıb paylaşmaq qanun pozuntusudur.

    Qeyd edim ki, ATU rəhbərliyi məsələ ilə bağlı ətraflı araşdırma aparacaq”.

  • Türkiyədə koronavirus xəstələrinin sayı 202 mini ötdü

    Türkiyədə son sutkada koronavirusdan daha 17 ölüm qeydə alınıb.

    Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

    Onun sözlərinə görə, ölkədə koronavirus qurbanlarının sayı 5 167 nəfərə çatıb.

    Bu gün koronavirusa 1 186 yeni yoluxma aşkarlanıb. Bununla da Türkiyədə COVID-19 xəstələrinin sayı 202 284 nəfərə yüksəlıb.

    Nazir qeyd edib ki, son sutka ərzində 1 543 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 176 695 nəfərə çatıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Bu hallarda SMS icazə tələb olunmur

    Nazirlər Kabineti yanında Operativ Qərargah SMS-icazənin tələb olunmayacağı halları açıqlayıb.

    Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS – məlumatın göndərilməsi tələb olunmur.

    Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS – məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

  • Daha səkkiz rayonda xüsusi karantin rejimi tətbiq olunacaq – SİYAHI

    Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.

    Operativ Qərargahdan Oxu.Az-a verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

  • Azərbaycanda faydalı qazıntılar elektron hərrac yolu ilə istismara veriləcək

    Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Ukraynanın İqtisadiyyat Nazirliyinin dövlət müəssisəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

    Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən verilən xəbərə görə, memorandumun imzalanmasında məqsəd faydalı qazıntı yataqlarının şəffaf şəkildə, elektron hərrac yolu ilə sahibkarlara istismara verilməsi sahəsində Ukraynanın qabaqcıl təcrübəsini öyrənmək və mövcud rəqəmsal texnologiyaları Azərbaycanda tətbiq etməkdir.

  • Sərt karantin rejiminin tətbiq olunduğu bölgələrdə həftəsonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq

    Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

    Bu barədə Oxu.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Qeyd edilib ki, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonlarında aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

    4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

    11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

    18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.