Month: July 2020

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 14 645 947 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 608 942 nəfər ölüb, 8 736 951 nəfər sağalıb.

    Dünya dövlətləri arasında koronavirusa yoluxma sayına görə ilk üçlüyə ardıcıl olaraq ABŞ (3 898 550 nəfər), Braziliya (2 099 896 nəfər), Hindistan (1 118 107 nəfər) daxildir.

    Azərbaycanın sərhəd qonşusu Rusiya 771 546 yoluxma sayı ilə dördüncüdür.

    İranda 273 788, Türkiyədə 219 641, Ermənistanda 33 877, Gürcüstanda 1 028 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

    Azərbaycanda bu zamana qədər koronavirusa yoluxan 27 521 nəfərin 18 967 nəfəri sağalıb, 354 xəstə vəfat edib.

  • Koronavirusa qarşı peyvənd ilk növbədə kimə vurulmalıdır? – AÇIQLAMA

    Koronavirusa qarşı peyvənd ilk növbədə müəllimlərə və yaşlı insanlara vurulmalıdır.

    TASS xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq bildirib.

    Onun sözlərinə görə, mümkün olduğu qədər vaksinasiya işləri tikinti meydançalarında, kazarmalarda və yataqxanalarda yaşayanlar arasında aparılmalıdır.

    Gintsburq həmçinin qeyd edib ki, xroniki autoimmun xəstəliklər koronavirusa qarşı peyvənd üçün əks göstəriş hesab oluna bilər. “Peyvənd edilməmişdən əvvəl mütləq terapevtin qəbulunda olmaq və onunla məsləhətləşmək lazımdır”, – alim bildirib.

  • Koronavirus xəstəsini dişləmiş ağcaqanad infeksiyanı yaya bilərmi? – AÇIQLAMA

    Alimlər ağcaqanad vasitəsilə koronavirusun yayılmasının mümkünlüyünü araşdırıblar.

    Bununla bağlı keçirilmiş tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

    Mütəxəssislərin fikrincə, virus ağcaqanadların orqanizmində çoxala bilmir. Hətta ağcaqanad koronavirus xəstəsini dişləyəndən sonra sağlam adamı dişləyərsə, COVID-19-un ikinci şəxsə keçməsi qeyri-mümkündür.

    Qeyd edək ki, daha əvvəllər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri də eyni fikirdə olduqlarını bildirmişdilər.

  • С сегодняшнего дня срок действия SMS-разрешения увеличился до трех часов

    С 20 июля 2020 года в городах и районах Азербайджана, где применяется ужесточенный карантинный режим, срок действия SMS-разрешения на выход из дома граждан увеличивается с двух до трех часов.

    Решение об этом 17 июля принял оперативный штаб при Кабинете Министров.

  • SMS ilə icazə müddəti uzadıldı

    Bu gündən SMS icazə sistemində dəyişiklik edilib.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah iyulun 17-də qərar verib.

    Qərarda qeyd edilir ki, şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti iki saatdan üç saatadək artırılıb.

  • Начальник штаба воинской части ГПС погиб в ДТП

    20 июля, около 08:00, у села Хыналыг Губинского района попал в ДТП автомобиль УАЗ Государственной пограничной службы (ГПС), ехавший по служебному поручению погранотряда “Худат”.

    Как сообщили в ГПС, в результате погиб начальник штаба части полковник Шахин Мирзоев, другие военнослужащие получили различные травмы.

    Раненым оказана первая медпомощь, они госпитализированы.

    В связи с инцидентом представители ГПС и военной прокуратуры проводят расследование.

    Руководство Государственной погранслужбы выражает соболезнования семье полковника Ш.Мирзоева.

  • Azərbaycanda hərbi hissənin qərargah rəisi faciəvi şəkildə öldü

    Bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

    DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyyəsi təşkil olunub.

    Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.

    Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailə­sinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

  • Abşeronda ata və oğlu bıçaqlandı

    Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Report-un məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1956-cı il təvəllüdlü Ağamalıyev Ağamalı Rəcəb oğlu və onun övladı, 1986-cı il təvəllüdlü Ağamalıyev Rəcəb Ağamalı oğlu yaşadıqları evin həyətində tanışları tərəfindən bıçaqlanıb.

    Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

    Müayinə zamanı A.Ağamalıyevdə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, R.Ağamalıyevdə isə baş nahiyəsinin bir ədəd və qarın boşluğunun daxilə nüfuz edən iki ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

    R.Ağamalıyevin vəziyyətinin ağır olduğu bildirilir.

    Cinayətin təfərrüatları araşdırılır.

  • Koronavirusa görə həkimdən payız tövsiyəsi

    Soyuq mövsümdə qrip və KRVİ epidemiyaları koronavirusun yayılması ilə üst-üstə düşə bilər. Bu səbəbdən səhiyyə sisteminə təzyiqi azaltmaq üçün tədbirlər görülməlidir.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə İsrailin İxilov Hospitalının həkimi Gay Hoşen xəbərdarlıq edib.

    Mütəxəssisin sözlərinə görə, peyvənd mövsümi qripə qarşı ən təsirli vasitədir.

    “Qarşıdan gələn epidemiyaların mürəkkəbliyi bu xəstəliklərin əlamətlərinin demək olar ki, fərqlənməməsidir”, – deyə o vurğulayıb.

    Həkimin sözlərinə görə, COVID-19-a çox bənzəyən müxtəlif tənəffüs yolları viruslarının simptomları olan xəstələr xəstəxanalara axın etməyə başlayacaqlar:

    “Mikrobioloji yoxlama edilməyincə fərqi müəyyənləşdirmək olduqca çətindir. Səhiyyə sistemi çox yüklənəcək”, – deyə həkim xəbərdarlıq edib.

    O, payız fəslində qripə qarşı peyvəndin icbari olmasını təklif edib.

    Xatırladaq ki, dünyada 14 280 589 nəfərdə koronavirus aşkar edilib. Virusa yoluxanlardan 601 268-i ölüb, 8 531 281-i sağalıb.

  • Агент рассказал о карьере Нурмагомедова после смерти отца

    Агент чемпиона Абсолютного бойцовского чемпионата (UFC) в легком весе Хабиба Нурмагомедова Али Абдель-Азиз развеял слухи о возможном скором завершении карьеры “дагестанского орла”, передает “Вестник Кавказа”.

    Это заявление стало ответом на появившиеся в Сети слухи о том, что боец якобы не смог перенести смерти своего тренера и отца Абдулманапа Нурмагомедова и решил уйти из спорта.

    “Сердце Хабиба разбито, но, в конце концов, его отец рассчитывал, что он продолжит биться за наследие в спорте”, – сказал Абдель-Азиз.

    По его словам, российский чемпион, скорее всего, встретится с Джастином Гэтжи до конца текущего года. В настоящее время у американского бойца временный титул, который он получил после победы над Тони Фергюсоном.

    “Мы видим, что Джастин Гэтжи сделал со своим последним противником. Он доминировал над Тони Фергюсона, он заставил его выглядеть слабым”, – обратил внимание агент Нурмагомедова в интервью интернет-порталу TMZ.