Month: August 2020

  • Neft bahalaşır

    Dünya birjalarında neftin bu günə olan satış qiyməti yüksəlib.

    RT xəbər verir ki, WTI markalı neftin oktyabr fyuçersləri 0,23 faiz bahalaşaraq, bir bareli 42,92 dollar olub.

    Oktyabr tədarükü üçün “Brent” markalı neftin fyuçersləri 0,36 faiz bahalaşaraq, bir bareli 45,06 dollar təşkil edib.

  • Ramiz Mehdiyev özünə daha bir köməkçi təyin etdi

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev özünə yeni köməkçi təyin edib.

    “Report” xəbər verir ki, yeni köməkçi vəzifəsinə Fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikov təyinat alıb.

    Bununla da AMEA prezidentinin köməkçilərinin sayı 3-ə çatıb.

    Bundan əlavə, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev Rəyasət Heyəti aparatının yeni yaradılmış Hüquq və kadrlar idarəsinin rəisi vəzifələrinə təyin olunublar.

    Həmçinin texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev AMEA-nın İnnovasiya Fondunun vakant olan rəhbəri vəzifəsinə ictimai əsaslarla təsdiqlənib.

  • Tbilisi-İstanbul uçuşları bərpa edilir

    “Türk Hava Yolları” aviaşirkəti Tbilisidən İstanbula uçuşları bərpa edir.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfirliyindən bildirilib.

    Birtərəfli reyslər avqustun 29-dan sentyabrın 26-dək hər şənbə günü həyata keçiriləcək.

    Aviaşirkət Tbilisi-İstanbul uçuşlarına bilet satışına artıq start verib.

  • Минобразования: В период пандемии 37% учителей из-за возраста входят в группу риска

    В период пандемии 37% учителей из-за возраста входят в группу риска.

    Как сообщает АПА, об этом на онлайн конференции Совета государственной поддержки НПО при Президенте Азербайджанской Республики на тему “Трудности, с которыми сталкивается система образования в условиях пандемии и общественная поддержка эффективной организации учебного процесса” сказал советник министра образования Эльнур Насибов.

    Он отметил, что полезно широкое обсуждение новых вызовов и возможностей, стоящих перед общественностью образования в период пандемии. Э.Насибов сказал, что Министерство образования постоянно осуществляет мониторинг санитарно-гигиенической ситуации в стране, внимательно изучается и общественное мнение. Советник министра образования отметил, что уроки, проводимые в эфире каналов ARB Günə» и Mədəniyyət, а также виртуальные уроки являются важной альтернативой для школьников.

    Представитель министерства отметил, что продолжаются поиски и обсуждения в связи с формами обучения в новом учебном году. Он отметил, что родители получат возможность выбрать форму обучения своих детей.

  • Azərbaycanlı keçmiş futbolçu məşqçilik lisenziyası aldı

    Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Aleksandr Əliyev məşqçilik kurslarını uğurla başa vurub.

    “Report”un məlumatına görə, bu barədə o, özünün rəsmi “Instagram” səhifəsində paylaşım edib.

    Sonuncu imtahanı verən veteran yarımmüdafiəçi “A” lisenziyası alıb.

    Qeyd edək ki, Əliyev daha çox “Dinamo” (Kiyev), Moskvanın “Lokomotiv” və Mahaçqalanın “Anji” klublarındakı çıxışı ilə məşhurdur. Onun oynadığı son komanda Qazaxstan “Taraz”ı olub.

  • Avrokubokda koronavirus səbəbindən daha bir oyun təxirə salınıb

    Avrokubokların yeni mövsümündə daha bir oyun koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

    Apasport.az saytının məlumatına görə, bu gün keçirilməli olan “Tre Penne” (San-Marino) – “Qjilani” (Kosovo) görüşü baş tutmayacaq.

    Kosovo təmsilçisində bir futbolçunun koronavirus testinin pozitiv çıxması UEFA-nı bu qərara vadar edib. Hazırda San-Marinoda olan komanda otellərin birində karantinə alınıb. Adı açıqlanmayan futbolçunun virusa yoluxduğu isə San-Marinoda müəyyənləşib.

    Beləliklə, Kosovonun avrokuboklardakı 3-cü komandasında da koronavirus aşkarlandığından, oyun keçirilməyib. Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin “Linfild” (Şimali İrlandiya) – “Drita” (Kosovo) qarşılaşması öncəsi yaranmış analoji problemə görə ikincilərə texniki məğlubiyyət verilib. Avropa Liqasının ilk mərhələsinin “Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) görüşü isə avqustun 22-nə keçirilib və Kosovo təmsilçisinin yalnız B komandasının meydana çıxmasına icazə verilib.

  • У Лалы Шовкет возникли проблемы со здоровьем

    У лидера Либеральной партии Азербайджана (ЛПА), профессора Лалы Шовкет возникли проблемы со здоровьем.

    Об этом Report сообщил председатель партии Аваз Темирхан.

    По его словам, Лала Шовкет должна перенести серьезную операцию.

  • Eldar Həsənovun vəkilindən keçmiş səfirin son vəziyyəti ilə bağlı AÇIQLAMA

    Həbs edilmiş keçmiş səfir Eldar Həsənovun vəkili Adil İsmayılov onun hansı şəraitdə saxlanılması barəsində danışıb.

    O, bu barədə öz “Facebook” hesabında yazıb:

    “Eldar Həsənovla 30 ildən artıq müddətdir ki, şəxsi tanışlığımız var. E.Həsənov 13 avqust 2020-ci il tarixdə səhər saat 9 radələrində evindən çıxaraq XİN-ə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılıb və oraya gətirilib. Bundan sonra onun arzusu ilə məni dəvət ediblər və müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam.

    Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. O, ittihamları qəbul etmir, həbsini qərəzli, əsassız hesab edir və saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heç bir ifadə verməyib.

    O, həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib. Onun səhhətində problemlər var, həkim olmadığım üçün, həm də onun xahişi ilə bu barədə ətraflı heç nə deyə bilmərəm. Yaxın günlərdə ev dustaqlığı barədə məhkəməyə müraciət etməyi düşünürük. Hələlik deyə biləcəklərim bu qədərdir”.

  • Распространились кадры, снятые после убийства “Лоту Гули” – ФОТО

    Как мы сообщали ранее, известный азербайджанский “вор в законе” Надир Салифов, более известный как “Лоту Гули”, был убит в турецком городе Анталья.

    Несколько часов назад его тело было передано родственникам.

    Qafqazinfo опубликовал фотографии, сделанные при госпитализации “Лоту Гули” в больницу:

  • Bakı sakinini avtomobil vurub

    Bakının Xəzər rayonunda piyadanı avtomobil vurub.

    APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

    1965-ci il təvəllüdlü Şiriyev Rəfael Hidayət oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib