Month: August 2020

  • Азербайджан будет представлен на онлайн-олимпиаде по шахматам

    Сегодня, 21 августа, стартует онлайн-олимпиада по шахматам, которую впервые проводит Международная шахматная федерация (FIDE).

    Как сообщает сайт FIDE, в высшем дивизионе борьбу будет вести и сборная Азербайджана.

    Сегодня наша команда проведет три матча в рамках группы В: в 15:00 по бакинскому времени с представителями Нидерландов, 16:00 – Венгрии, 17:00 – ЮАР.

    Групповой этап турнира завершится 23 августа. Занявшие первые три места в группе завоюют путевку в плей-офф.

    Отметим, что на онлайн-олимпиаде, которая продлится до 30 августа, Азербайджан будут представлять Шахрияр Мамедъяров, Теймур Раджабов, Гюнай Мамедзаде, Гюльнара Мамедова, Вугар Асадли и Ханым Баладжаева.

  • Şahmat millimiz Olimpiadada mübarizəyə başlayır

    Bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ilk dəfə keçirəcəyi Onlayn Olimpiada Top Divizionda start götürəcək.

    FIDE-nin saytı xəbər verir ki, güclü komandaların yarışdığı bu divizionda Azərbaycan millisi də mübarizə aparacaq.

    Komandamız bu gün B qrupunda üç görüş keçirəcək. Bakı vaxtı ilə saat 15:00-da Niderlandla, 16:00-da Macarıstanla və 17:00-da CAR-la qarşılaşacaq.

    Qrup mərhələsinə ayın 23-də yekun vurulacaq. Qrupda ilk üç yeri tutan komandalar “pley-off”a vəsiqə qazanacaq.

    Qeyd edək ki, avqustun 30-da başa çatacaq Onlayn Olimpiadada Azərbaycan Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva ilə təmsil olunacaq.

  • COVID-19 infeksiyası zamanı ağciyərlərdə pnevmoniya deyil, kimyəvi proses olan pnevmonit yaranır

    Artıq 8 aydır ki, bütün dünyada əsas diqqət mərkəzində olan və xəbər manşetlərini bürüyən koronavirus pandemiyası digər xəstəlikləri nisbətən unutdurmaqla yanaşı, insanların yaşam tərzini, hətta dünyanın düzənini dəyişib. Koronavirus pandemiyasının ilk vaxtlarında vətəndaşlarımızın bir qismi bu infeksiyanın mövcudluğuna inanmayaraq karantin rejiminin qaydalarına ciddi əməl etməsələr də, xəstəliyin yayılmasından və hər kəsin yaxın çevrəsində bu infeksiyaya yoluxanların olmasından sonra həmin infeksiyaya qarşı bir növ fobiya, stiqma yarandı.

    Hazırkı pandemiya dövründə həm digər xroniki xəstəliklərin profilaktikası, həm də COVID-19 infeksiyasından qorunmaq üçün vətəndaşlarımız sağlamlıqlarına qarşı xüsusilə diqqətlə yanaşmalıdırlar. Xroniki xəstəliklərin kəskinləşməsinin qarşısını almaq üçün müvafiq mütəxəssislərin tövsiyələrinə əməl edilməlidir. Tənəffüs infeksiyaları, o cümlədən COVID-19 infeksiyasından qorunmaq üçün isə, hər kəs mövcud karantin rejiminin qaydalarına – qoruyucu maskaların istifadəsi, sosial məsafənin saxlanılması prinsiplərinə ciddi əməl etməklə yanaşı, orqanizmin immun qabiliyyətinin normal saxlanılması üçün balanslı qidalanmalı, zərərli vərdişlərdən və stresdən uzaq olmalı, normal gün rejiminə əməl etməli, soyuqlamadan qorunmalı, idmanla məşğul olmalıdır.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov deyib.

    “Koronavirus infeksiyası bütün orqanlara, xüsusilə də ağciyərlərə ciddi mənfi təsir edir. Araşdırmalara görə, COVID-19 infeksiyası zamanı ağciyərlərdə adi iltihabi proses, yəni pnevmoniya deyil, kimyəvi bir proses, yəni pnevmonit baş verir. Bunun yaranma mexanizmi haqqında fərqli fikirlər mövcuddur. Belə ki, məşhur Rusiya pulmonoloqu, akademik A.Çuçalin qeyd edir ki, koronavirus infeksiyası tənəffüs yolları vasitəsilə alveollara düşərək onu zədələyir və alveollara hialuron turşusu toplanaraq kimyəvi pnevmonit törədir. ABŞ alimləri isə belə hesab edirlər ki, COVID-19 əsasən hemoqlobinə təsir edir və onun parçalanmasına səbəb olur ki, nəticədə ayrılan dəmir alveolları zədələyərək kimyəvi pnevmonit törədir. Hazırda COVID-19 infeksiyasının xüsusiyyətləri haqqında çox müxtəlif, hətta bir çox hallarda bir-birini təkzib edən fikirlər mövcuddur. Ona görə də, bu infeksiyanın orqanizmdə, xüsusilə də ağciyərlərdə törətdiyi dəyişikliklər, onun gedişi xüsusiyyətləri, spesifik müalicə və profilaktika üsulları haqqında dolğun, elmi əsaslandırılmış məlumatların olması üçün zaman lazımdır”, – deyə R.Bayramov bildirib.

    Kafedra müdirinin sözlərinə görə, COVID -19 pandemiyası dövründə pnevmoniya olan xəstələrin sayı xeyli artıb. Etioloji amillərdən asılı olmayaraq pnevmoniyalar zamanı müxtəlif təzahür səviyyəsində torokal əlamətlər – öskürək, bəlğəm ifrazı, təngnəfəslik, döş qəfəsində ağrı və s. ilə yanaşı, ümumi intoksikasiya simptomları, yəni hərarətin yüksəlməsi, başağrısı, iştahasızlıq və s. müşahidə olunur. Koronavirus infeksiyası zamanı ağciyərlərdə baş verən dəyişikliklərin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, proses adətən ikitərəfli olur, yəni hər iki ağciyər, xüsusilə aşağı paylar zədələnir. COVID-19-un klinik əlamətləri xəstələrin əksəriyyətində digər mənşəli pnevmoniyalara nisbətən daha az olur. Belə ki, xəstələrin böyük bir qismində temperaturun hətta bəzən bir dəfə 37,2-37,5° C-dək yüksəlməsi, iybilmə, dadbilmə hissinin zəifləməsi, kürək nahiyyəsində ağrıların olması və s. müşahidə olunur. Hətta bəzi hallarda heç bir ciddi narahatçılığı olmayan, lakin ya bu infeksiyaya görə PZR testinin nəticəsi pozitiv olduğuna, ya da COVID-19-a yoluxan xəstə ilə təmasda olduğuna görə döş qəfəsi orqanlarının kompüter tomoqrafiyası olunan şəxslərdə koronavirus pnevmoniyası üçün xarakterik olan hər iki ağciyərin aşağı payında, subplevral lokalizasiyalı “buzlu şüşə” görüntüsü müəyyən edilir. Onu da qeyd edim ki, “buzlu şüşə” görüntüsü yeni deyil və yalnız koronavirus zamanı yox, ağciyərlərin müxtəlif mənşəli iltihabi proseslərində də aşkar edilir.

    Mütəxəssis bildirib ki, tənəffüs infeksiyaları arasında vərəm heç də koronavirus infeksiyasından az aktual deyil: “Doğrudur, COVID-19 infeksiyasının yeni olması, kontagiozluğunun yüksəkliyi, inkubasiya dövrünün daha qısa olması, spesifik müalicə və profilaktika üsulunun mövcud olmaması kimi xüsusiyyətləri ilə səciyyələnsə də, vərəm xəstəliyi də cəmiyyət üçün çox təhlükəlidir. Yaşı təxminən bəşəriyyətin, canlıların yaşı ilə eyni olan vərəm xəstəliyinin spesifik profilaktika və müalicə üsulları mövcud olsa da, təəssüflə qeyd etmək istəyirəm ki, hazırda bu xəstəlik dünyada aktual problemlərdən biri olaraq qalmaqdadır. Hazırda bütün dünyada, o cümlədən bizim ölkəmizdə də vərəmlə yoluxma, xəstələnmə göstəricilərində stabilləşmə və ya nisbi azalma müşahidə olunsa da, dərmanlara rezistent vərəmin rastgəlmə tezliyi artmaqdadır. Bu da aktual bir problemdir, çünki dərmanlara rezistent vərəmlə ciddi mübarizə aparılmazsa, vərəmə görə epidemioloji göstəricilər kəskin pisləşə bilər. Hər il dünyada 10 milyondan çox insan vərəmlə xəstələnir ki, onların da təxminən 1,5 milyonu bu xəstəlikdən dünyasını dəyişir. 8 ay ərzində dünyada COVID-19 infeksiyasından ölənlərin sayının 780 mindən çox olduğunu nəzərə alsaq, həmin müddətdə vərəm xəstəliyindən dünyasını dəyişənlərin sayı heç də bundan az deyil”.

    R.Bayramov payız-qış fəslində koronavirus infeksiyasına yoluxma hallarında artımın olacağına dair fikirlərə münasibətini bildirərək deyib: “İstər COVID infeksiyası, istərsə də hər hansı bir xəstəlik haqqında öncədən dəqiq proqnoz söyləmək mümkün deyil. Ümumiyyətlə, ilin soyuq fəsillərində tənəffüs infeksiyaları ilə xəstələnənlərin sayında həmişə artım müşahidə olunur. Lakin bu ciddi narahatçılığa səbəb olmamalıdır və koronavirus pandemiyası ilə mübarizədə qalib gəlmək üçün hər kəs həmrəy olaraq karantin qaydalarına ciddi əməl etməlidir. Hazırda həmin infeksiyaya yoluxanların sayındakı azalma arxayınlıq yaratmamalı və profilaktik tədbirlərə riayət edilməlidir.

    Bəzən öskürək şikayəti olan kimi ağıla ilk olaraq tənəffüs sistemi patologiyaları gəlir. Lakin qeyd etmək istərdim ki, bəzən heç bir bronx-ağciyər patologiyası olmayan şəxslərdə də, məsələn, qastroezofaqial reflüksdən əziyyət çəkənlərdə, AÇF inhibitorlarının istifadəsi zamanı və s. uzun sürən öskürək müşahidə edilə bilər. Ümumiyyətlə, bronx-ağciyər aparatının 800-ə qədər xəstəliyi var ki, onların da hər birinin müxtəlif inkişaf mərhələsində fərqli səviyyədə öskürək müşahidə oluna bilər. Ona görə də, öskürəklə mübarizə aparmaq üçün ilk olaraq onu yaradan səbəb aradan qaldırılmalıdır”.

  • Emin Ağalarov: “Bizim məkanda toy keçirilməyib”

    “Bizim restoranda toy mərasimi keçirilməyib”.

    Bunu “Sea Breeze” restoranının sahibi, Xalq artisti Emin Ağalarov İnstaqram hesabında yazıb.

    O bildirib ki, pandemiya ilə əlaqədar hazırkı şəraitdə restoranda toyun keçirilməsi mümkünsüzdür:

    “Mətbuatda belə bir məlumat yayılıb ki, bizim məkanda toy mərasimi keçirilib. Karantin şərtlərini nəzərə alaraq restoranın terrasında cəmi 6 nəfər yerləşə bilər. Həmçinin karantinə görə yalnız çimərlik işləyir və hovuzlarımız açıq deyil. “Sea Breeze” restoranında toy mərasimi keçirilməyib”.

    Qeyd edək ki, sabiq millət vəkili Hadı Rəcəblinin ötən gün nəvəsinə təmtəraqlı toy mərasimi keçirdiyi haqda məlumat yayılıb. Bildirib ki, “Sea Breeze” restoranında keçirilən mərasimdə 150 qonaq iştirak edib. Emin bu məlumatı təkzib edib.

  • Onun anası ermənidir, xalası Bakıda hakim işləyir

    Azərbaycanda ”beşinci kolon” təbii ki, var və bu, məni də narahat edir.

    Bu sözləri Milli Məclisin komitə sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında deyib.

    O qeyd edib ki, hazırda mühüm bir məsələ ilə bağlı araşdırmalar aparır:

    “Uzun illərdir deyilir ki, Azərbaycan paytaxtında 30 mindən artıq erməni yaşayır. Birinin arvadı, birinin qayınanası, digərinin nənəsi ermənidir. Bu gün sosial şəbəkələrdə antidövlət, antixalq, antimillət fikirlər yayan, xalqı aşağılayan statusların böyük əksəriyyəti həmin adamlara məxsusdur”.

    S.Novruzov bildirib ki, söhbət çox ciddi təhlükədən gedir:

    “Bunlar artıq ölkəmizin altında olan bir bombadır. Həmin şəxslər həm ayrı-ayrı dairələrə informasiya ötürür, həm bu və ya digər şəkildə dövlət strukturlarına soxulmaq, orda fəaliyyət göstərmək istəyir və fəaliyyət göstərənlər də var. Xaricdə oturan, ”sapı özümüzdən olan baltalar” ki var, onların əksəriyyətini yoxlasan, qanında erməni qarışığı olduğu aydınlaşar”.

    Komitə sədri hesab edir ki, bunlarla mübarizə və həmin şəxsləri ifşa hər kəsin işi olmalıdır: “Hər bir vətəndaş bunlarla mübarizə aparmalıdır”.

    S.Novruzov deyib ki, hələ illər öncə Bakıda 30 min erməninin yaşadığı məlum idi:

    “İndi onların övladları, nəvə-nəticələri var, familiyalarını dəyişiblər, yaşayırlar. Bu yaxınlarda Sabunçu rayonunda bir nəfər mənim çıxışımla əlaqədar status yazmışdı. Dedim mən bu adamı tanımıram, bu da məni tanımır, axı, bu, kimdir, nəçidir? Onunla bağlı ciddi araşdırma apardım. Araşdırdım ki, bu adamın anası ermənidir. Xalası məhkəmələrin birində işləyir, hakimdir. Familiyasını dəyişib, bir dənə Elyenora adını saxlayıb, artıq kimliyi bəllidir. Onun mənimlə mübarizədə məqsədi mənimlə mübarizə deyildi, erməni-Azərbaycan münasibətidir”.

    S.Novruzov bildirib ki, hələlik Bakıdakı ermənilər bizimlə sosial şəbəkələrdə döyüşürlər:

    “Hələ ki, üzə çıxa bilmirlər. Amma hesab edirəm ki, onlarla çox ciddi şəkildə mübarizə aparmaq lazımdır. İndi doğrudan da hüquq-mühafizə orqanları çox gözəl işləyir, təhlükəsizlik xidməti yerindədir və yüksək səviyyədə fəaliyyət göstərir, Daxili İşlər Nazirliyi, digər strukturlar hər biri. Amma bu qurumlara dəstək lazımdır. Təkcə həmin qurumların fəaliyyəti ilə kifayətlənmək olmaz, vətəndaşlarımızın hər biri belə ünsürlərə qarşı mübarizə aparmalıdır. Məsələn, Gəncədə qonşudurlar, bilir ki, qonşu ermənidir. Baba deyir ki, qonşunun nənəsi ermənidir. Bunları bilirlər və ifşa etmək, ortaya çıxartmaq lazımdır”.

    YAP-çı deputat əlavə etdi ki, ayrı-ayrı dövlət qurumlarında da müvafiq araşdırmalar aparmaq lazımdır:

    “Araşdırma aparıb tapa bilərik ki, dövlət qurumlarında kimdir informasiyaları ötürən, bu işlərlə məşğul olan. İstər Bakıda, istər rayonda, istər kənddə yaşayan belə adamların əsil-kökünün kimliyi araşdırılmalıdır. Ən azı onun yeddi arxa dönənini tanıyanlar var. O baxımdan da vətəndaşların üzərinə dövlətçiliyin qorunmasında mühüm vəzifələr düşür”.

  • Ramiz Mehdiyevin nəvəsinin toyu oldu – Video

    Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdə yalnız qohumlar və ailənin yaxın dostları iştirak edib.

    Videodan görünür ki, ofisiant maska taxsa da, qonaqlar heç bir qoruyucu vasitədən istifadə etməyiblər.

    Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.

  • В Азербайджане проводятся очередные экзамены по приему на работу учителей

    В Азербайджане продолжается тестовый этап конкурса по приему на работу учителей.

    21 августа проводятся экзамены по музыке и физкультуре.

    Как сообщили в Министерстве образования, в них участвуют 2 997 кандидатов.

    Тестирование проводится в 32 центрах в Баку, Гяндже, Сумгайыте, Лянкяране, Масаллы, Ширване, Кюрдамире, Агдаше, Мингячевире, Барде, Агджабеди, Губе, Шамахы, Балакене, Исмаиллы, Агстафе и Товузе.

    Его участникам предстоит за 90 минут ответить на 60 вопросов: 40 – по специальности, 20 – по стратегии обучения и методике.

  • Müəllimlərin işə qəbul imtahanları keçirilir

    Avqustun 21-də musiqi və fiziki tərbiyə fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, imtahanlarda 2997 namizədin iştirakı nəzərdə tutulub.

    Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla, ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir.

    Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla, ümumilikdə 60 sual təqdim edilir.

  • Подготовлена книга воспоминаний о генерал-майоре Поладе Гашимове – ВИДЕО

    Подготовлена книга воспоминаний о генерал-майоре Поладе Гашимове, погибшем при пресечении провокации вооруженных сил Армении на товузском направлении армяно-азербайджанской границы.

    Как передает Baku TV, ее первый тираж составит 2 000 экземпляров, которые будут бесплатно распределены среди работников госструктур и рядовых читателей.

    Все те, кто близко знал генерала, отзывались о нем только положительно, отметил Сабухи Шахмарсой, директор издательства Hədəf, где печатается книга.

    “Ее бесплатная раздача планируется на следующей неделе”, – сказал С.Шахмарсой.

  • Polad Həşimovla bağlı xatirələr kitab oldu – VİDEO

    Şəhid general-mayor Polad Həşimovla bağlı xatirə kitabı hazırlanıb.

    Baku TV xəbər verir ki, xatirələrdən ibarət kitabın ilk nəşri 2000 tirajla çap olunacaq və sıravi oxuculara və bir çox dövlət qurumlarına pulsuz paylanacaq.

    Kitabı ərsəyə gətirən “Hədəf” nəşrlərinin direktoru Səbuhi Şahmursoy xatirələri qələmə alarkən heç kimdən mənfi bir rəy eşitmədiyini bildirib:

    “Kitab artıq hazırlanıb və çapa verilib. Gələn həftənin ilk günlərindən kitabın ödənişsiz şəkildə paylanılması nəzərdə tutulur”.