Month: August 2020

  • Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir

    “Pandemiya dövründə müəllimlərin 37%-nin yaşına görə risk qrupuna daxildir”.

    APA-nın xəbərinə görə, bunu Təhsil nazirinin müşaviri Elnur Nəsibov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Pandemiya şəraitində təhsil sisteminin üzləşdiyi çətinliklər və təhsil prosesinin səmərəli təşkilinə ictimai dəstək” mövzusunda onlayn konfransında bildirib.

    E. Nəsibov pandemiya dövründə təhsil ictimaiyyətinin qarşısında dayanan yeni çağırış və imkanların geniş müzakirəsinin faydalı olduğunu bildirib. Təhsil Nazirliyinin ölkədəki sanitar-gigyenik vəziyyəti daim monitorinq etdiyini deyən Elnur Nəsibov, həmçinin, ictimai rəyin də diqqətlə öyrənildiyini bildirib.

    Təhsil nazirinin müşaviri “ARB Günəş” və “Mədəniyyət” kanallarının efirində təşkil olunan, həmçinin virtual dərslərin məktəblilər üçün mühüm alternativ olduğunu deyib.

    Nazirlik rəsmisi bildirib ki, yeni tədris ilində təhsilin formaları ilə bağlı axtarış və müzakirələr hazırda davam etdirilir. Təhsil nazirinin müşaviri valideynlərin övladlarının təhsilini distant və ənənəvi formada davam etdirməsi ilə bağlı seçim imkanına malik olacağını deyib.

  • Оглашено решение суда по жалобе Эльдара Гасанова

    В Бакинском апелляционном суде рассмотрена апелляционная жалоба бывшего генерального прокурора Азербайджана, экс-посла Эльдара Гасанова.

    Как сообщает Report, об этом сообщил его адвокат Адиль Исмаилов.

    По его словам, Э.Гасанов обжаловал решение Сабаильского районного суда в связи с избранной мерой пресечения в виде заключения под стражу.
    Бакинский апелляционный суд не удовлетворил жалобу бывшего посла Азербайджана в Республике Сербия, Черногории, Боснии и Герцеговине.

    Ранее сообщалось о задержании Э.Гасанова Службой государственной безопасности (СГБ). Против него выдвинуты обвинения по статьям 308.2 (злоупотребление должностными полномочиями) и 308-1.1 (нецелевое использование средств государственного бюджета, целевых бюджетных фондов или внебюджетных государственных фондов) Уголовного кодекса АР.

  • Lalə Şövkətin səhhəti ağırlaşıb: Əməliyyat olunacaq

    Azərbaycan Liberal Partiyasının (ALP) lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb.

    Bu barədə “Report”a partiyanın sədri Əvəz Temirxan məlumat verib.

    Onun sözlərinə görə, Lalə Şövkət ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir.

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 20-nə olan statistik göstəriciləri açıqlayıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 174 test edildiyi bildirilib.

    Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 855 802 test aparılıb. Aktiv xəstə sayı 1 738 nəfərdir, onlardan 179 nəfər reanimasiyadadır, 24 nəfər isə süni tənəffüs aparatına qoşulub.

  • В Баку задержана подозреваемая в торговле наркотиками

    В Баку задержали женщину по подозрению в торговле наркотиками.

    Как передает Trend, инцидент зарегистрирован в Бинагадинском районе.

    В результате оперативных мероприятий, проведенных сотрудниками 6-го Отделения полиции Бинагадинского РУП, была задержана жительница района Фируза Мансимова (1985 г.р.), ранее судимая по статье 178 (мошенничество) УК АР.

    В ходе личного досмотра у нее было изъято 0,213 г героина.

    По данному факту проводится расследование.

  • “28 may” və “Elmlər Akademiyası” stansiyalarının vestibülləri açıq olacaq

    Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq 21.08.2020 tarixindən metronun “28 may” və “Elmlər Akademiyası” stansiyalarının vestibülləri səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

    Median.Az Trend-ə istinadən bildirir ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “28 may” və “Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.

    Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.

    Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

  • Xınalıq istiqamətində yeni çəkilən yolun 2021-ci ildə yekunlaşacağı gözlənilir

    Yeni Xınalıq yolunun tikinti işləri dəniz səviyyəsindən 1500-2500 metr hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.

    Median.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bildiriblər. Qeyd olunub ki, Xınalıq istiqamətində yeni çəkilən yolun 2021-ci ildə yekunlaşacağı gözlənilir:

    “Xınalıq istiqamətində yeni yolun inşası ilə bərabər mövcud Quba- İspik -Xınalıq yolu da nəzarət altındadır. Yolun ehtiyac olan hissələrində mütəmadi olaraq təmir işləri aparılır, avtomobil vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti üçün qabaqlayıcı tədbirlər görülür. Yolun Qüdyalçay çayının kənarı ilə (Qüdyalçay kanyonu) keçən hissəsi növbətçi texnika və işçilər tərəfindən nəzarət altında saxlanılır. Hərəkətin intensivliyinin pozulmasına səbəb olan fəsadlar dərhan aradan qaldırılır. Yeni Xınalıq yolunun tikinti işləri dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.

    Yeni yolun təqribən 1,2 km-lik hissəsi Böyük Qafqaz sıra dağlarının 2625 m-lik hündürlüyə malik ərazisindən keçir. Yeni inşa edilən yol üzərində Şahdağın ətəklərində Xınalıq kəndi kimi qədim tarixə malik Susay Qrız, və Qalayxudat kəndləri yerləşir. Kəndlərdə qədim tarixə malik evlərdən bəziləri indiyədək qorunub saxlanılıb. Həmin evlərdən bəzilərində hazırda da yaşayış mövcuddur. Burda qədim evlərlə yanaşı turistlərin diqqətini çəkən tarixi abidələr də var.

    Yolun çəkilişinə başlanılması ilə artıq nəqliyyat vasitələri də bu yüksək dağlıq ərazilərə qalxmağa başlayıblar. Alternativ yolun üstünlüyü təkcə Xınalığa gediş-gəlişin asanlaşması deyil, eyni zamanda uzun müddət yolun çətinliyi ucbatından istifadəsiz qalmış torpaqlara da yeni həyat verməsidir.

    Yeni yolun Alpan, Uzunmeşə, Gərəy, Susay, Kürkün kəndlərindən keçməsini də nəzərə aldıqda aydın bilinir ki, bu, həmin yaşayış məskənləri və ərazidə yaşayan əhali üçün də çox faydalı olacaq. Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmağa imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına da gətirib çıxaracaq.

    Bu səbəbdən ölkənin ucqar kəndində yeni avtomobil yolunun inşası mühüm hadisə kimi qiymətləndirilir. Şübhəsizdir ki, bu hadisə kəndin gələcək inkişafına da xidmət edərək Azərbaycanın bu qədim kəndinin digər sosial problemlərinin həllində də vacib rol oynayacaq.

    Qeyd edək ki, Xınalıq istiqamətində təhlükəsiz və rahat Avtomobil yolunun tikintisinin 2021-ci il ərzində yekunlaşdırılması planlaşdırılır”.

  • “Lotu Quli”nin vurulduqdan sonrakı görüntüləri yayılıb – FOTO

    Xəbər verdiyimiz kimi, azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

    Onun cənazəsi bir neçə saat öncə yaxınlarına təhvil verilib.

    “Qafqazinfo” “Lotu Quli”nin xəstəxanaya gətirilən zaman çəkilmiş fotolarını yayımlayıb:

  • Qobustanda ağır qəza: Bir ölü, iki yaralı – VİDEO

    Qobustanda ağır yol qəza hadisəsi baş verib.

    Baku TV xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 104- cü kilometiriliyində Qobustan rayonu ərazisində qeydə alınıb.

    Qobustan rayon Çuxanlı kənd sakini, 2000-ci il təvəllüdlü Qüdrət Şahverdiyevin idarə etdiyi minik maşını eyni istiqamətdə hərəkətdə olan, Qobustan rayon Təklə kənd sakini 1962-ci il təvəllüdlü Bəybala Cəbrayılovun idarə etdiyi yanacaq daşıyan yük avtomobilinin arxa hissəsinə çırpılıb.

    Qəzanın gücündən, avtomobilin ön hissəsi yararsız hala düşüb.

    Hadisə zamanı avtomobildə olan sərnişin Qobustan rayon Çuxanlı kənd sakini 1978-ci il təvəllüdlü Sevda Şahverdiyeva, onun oğlu sürücü Qüdrət Şahverdiyev ağır bədən xəsarətləri ilə Xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

    Avtomobildə olan digər sərnişin onların həmkəndlisi 2000- ci il təvəllüdlü Aytac Məmmədova isə hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Обнародованы правильные ответы на тестовые задания сегодняшних экзаменов

    Государственный экзаменационный центр обнародовал правильные ответы на тестовые задания сегодняшних вступительных экзаменов по I и IV группам специальностей.

    Oxu.Az представляет правильные ответы (азербайджанский и русский секторы) заданий закрытого и открытого типа:

    I группа специальностей (азербайджанский сектор);
    I группа специальностей (русский сектор);
    IV группа специальностей (азербайджанский сектор);
    IV группа специальностей (русский сектор).