Month: August 2020

  • Vətəndaşlar pandemiyanın ikinci dalğasına hazırdırmı? – VİDEO

    Koronavirus… Pandemiya… Pandemiyanın ikinci dalğası…

    Artıq bu sözləri eşitməkdən yorulmuşuq. Amma koronavirus can almaqdan yorulmadı. Bu bəs etmirmiş kimi, hələ pandemiyanın ikinci dalğası şaiyələri eşidilməkdədir. İndi hər kəsi bu sual düşündürür. Biz nə vaxt normal həyata dönəcəyik? Həyat qaldığı yerdən davam edəcəkmi?

    Ümumdünya Səhiyyə Təşkilatı bir neçə gün bundan öncə təşkilata üzv olan ölkələrdə yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiq olunmağa ehtiyac olmadığını bildirmişdi. Belə ki, sosial məsafəni qorumaqla və tibbi maskadan istifadə etməklə bu virusla mübarizə aparmaq olar deyə çıxış etmişdilər. Amma bəzi ölkələrdə pandemiyanın ikinci dalğası gəlir deyə iddialar dolaşmaqdadır. Görəsən, Azərbaycanda da pandemiyanın ikinci dalğası gələrsə, paytaxt sakinləri, vətəndaşlar buna psixoloji olaraq hazırdılarmı?

    Ətraflı süjetdə:

  • Eldar Həsənovun şikayəti təmin edilmədi

    “Eldar Həsənov 13 avqust 2020-ci il tarixdə səhər saat 9 radələrində evindən çıxaraq Xarici İşlər Nazirliyinə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və oraya gətirilib”.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun vəkili Adil İsmayılov bildirib.

    “Bundan sonra onun arzusu ilə məni dəvət ediblər və müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam. Həmin gün şübhəli şəxs kimi saxlanılıb, ertəsi gün 14 avqustda Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

    Məhkəmənin qərarından apellyasiya şikayəti vermişik. Bu gün 20 avqustda Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərarı qüvvəsində saxlayıb”

  • Американские ученые назвали идеальный возраст для похудения

    Американские ученые провели исследование и выяснили, что после 40 лет снижение веса может вызвать ряд сопутствующих проблем.

    Как передает Median.Az, об этом сообщил сайт Life.

    Американские ученые в ходе эксперимента, который проводился целых 17 лет (с 1998 по 2015 годы), выяснили идеальный возраст для похудения. Им является период с 25 до 40 лет. Уменьшение жировой прослойки в этот период снижает риск наступления ранней смерти в два раза.

    Выяснилось, что, те, кто худел в промежутке с 25 до 40 лет, имели больше шансов на здоровую жизнь. Те же, кто сбрасывал вес после 40 лет, получали дополнительные риски для здоровья.

    По данным Всемирного банка, в мире по состоянию на 2016 год было более двух миллиардов людей с лишним весом, что составляет 44% всего взрослого населения планеты. Этот показатель вырос по сравнению с 1975 годом в три раза. При этом число детей, страдающих ожирением в наше время, перевалило за 40 миллионов.

  • Arıqlamaq üçün əlverişli yaş həddi açıqlandı

    ABŞ tədqiqatçıları 40 yaşından sonra çəkinin azalması nəticəsində insan səhhətində müəyyən fəsadlar yarana biləcəyi qənaətinə gəliblər.

    Median.Az “Life”a istinadən xəbər verir ki, 1998-2015-ci illər arasında həyata keçirilmiş araşdırma nəticəsində arıqlamaq üçün ən əlverişli dövrün 24 ilə 40 yaş arasında olduğu üzə çıxıb. Məhz bu dövrdə piy təbəqəsinin azalması erkən ölüm ehtimalını ikiqat azaldır.

    Bununla belə, 40 yaşından sonra arıqlayanların səhhəti daha böyük risklərlə üzləşib.

    Dünya Bankının 2016-cı ilə olan məlumatına görə, yetişkin insanların 44 faizi artıq çəkidən əziyyət çəkirdi. Bu da 1975-ci ilə nisbətən 3 dəfə çoxdur.

  • Mərdəkan çimərliyində 1 nəfər batdı

    Bakının Xəzər rayonu ərazisində bir nəfər dənizdə batıb.

    “Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumata əsasən, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Ötən il Azərbaycanda 21 ana ölümü qeydə alınıb

    Ötən il Azərbaycanda qeydə alınan ana ölümlərinin sayı açıqlanıb.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda 21 ana ölümü qeydə alınıb.

    Bu, ötən ilin müvafiq göstəricisindən 4 nəfər çoxdur.

    Qeyd olunub ki, ölüm halları hamilәlik, doğuş vә zahılıq dövründә baş verib.

  • “Lotu Quli”nin cənazəsi ailəsinə təhvil verildi – VİDEO

    Türkiyənin Antalya şəhərində qətlə yetirilən “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun cənazəsi ailəsinə təhvil verilib.

    “Sondakika.com” xəbər verir ki, mərhumun həm Türkiyədə, həm də xaricdə yaşayan xeyli sayda tanışı morqun önünə gəlib.

    Cənazənin İstanbula aparılıb, orada dəfn ediləcəyi bildirilib.

  • Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə telefonla danışıb

    Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerikalar üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Dövlət Naziri Vendi Morton Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı münasibətilə təbrik edib.

    Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra istiqamətləri üzrə fikir mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivlərini müzakirə ediblər.

    Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı barədə məlumat verib və bu təxribatın Ermənistan rəhbərliyinin münaqişənin həlli üzrə danışıqlar prosesinə əngəl törətmək məqsədi güddüyünü açıq şəkildə nümayiş etdirdiyini bildirib.

    Vendi Morton öz növbəsində bölgədə gərginliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

    Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.

  • “Lotu Quli” harda dəfn ediləcək? – AÇIQLAMA

    Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun harda dəfn ediləcəyi ilə bağlı yeni xəbər yayılıb.

    “Haqqın.az” xəbər verir ki, ötən gecə Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” İstanbulda dəfn ediləcək.

    Bu barədə mərhumun qardaşı Müşfiq Səlifov açıqlama verib. Kriminal avtoritetin qardaşı bunu ailə üzvlərinin məhz bu şəhərdə yaşamaları ilə izah edib.

    Maraqlıdır ki, daha əvvəl onun Bakıda, Bakıxanov qəsəbəsindəki qəbirstanlıqda dəfn ediləcəyi iddia edilmişdi.

    Qeyd edək ki, N.Səlifov Türkiyədə güllə ilə başından vurulub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Qətli törədən şəxsin “Lotu Quli”nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.

    1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub.

  • İqtisadiyyat Nazirliyi 326 obyektdə epidemiya əleyhinə rejimin tələblərinin pozulduğunu müəyyən edib

    İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində karantin şərtlərinə uyğun zəruri qayda və tələblərə əməl olunmasına nəzarət məqsədilə monitorinqlər keçirib.

    Nazirlikdən verilən məlumata görə, karantin rejiminin müvafiq qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə 18-19 avqust tarixlərində keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonunda “Rahib Restoranı”nda, “Abşeron Market”də, “Rəhman Market”də, Binəqədi rayonunda “Maseyra Mebel Salonu”nda, “Nur Kosmetika Salonu”nda, Nərimanov rayonunda “Baseus Telefon Dükanı”nda, “Buta market”də, “Özsüt Atatürk” restoranında, “Okean Pub”da, “Faceup Beauty” gözəllik salonunda, “Selay Gözəllik” salonunda, Suraxanı rayonunda “Nə alsan, 10 Manat” mağazasında, “Xəyal Kafe”də, “Ləvəngi Restoranı”nda, Səbail rayonunda “Floor Kafe”də, “Cız Bız Restoran”da, “Tadım Dönər”də, “Taksim Kebab”da, “Delfin Kafe”də, “Namlı Kabab”da, Nəsimi rayonunda “Kolarit Kafe”də, “Şaurma 1”də, “Görüş kafesi”ndə, “Pakdad Restoran”da, Xətai rayonunda “ERA Market”də, “Amore Geyim” mağazasında, “Xan Çinar Restoranı”nda, “Ömər Optika” aptekində, “Vita Aptek”də, Suraxanı rayonunda “Oba Market”də, Nizami rayonunda “Sarina geyim mağazası”nda, “Asmen Kişi Geyimləri” mağazasında, “Woodpecker Mebel Salonu”nda, “Cook House”, “Evrolux mağazası”, “Eyfel mebel mağazası”, “Lizza mebel mağazası”, “Massimo mebel mağazası”, “Vega mebel”, “Elmir Market” pərakəndə ticarət obyektlərində, “Zeytun aptek”də, Qaradağ rayonunda “Al Market”də, “101 market”də, “Kafe Sahil”də, Əbilağa Məlikova məxsus aptekdə, Elməddin Təhməzliyə məxsus mağazada, Yasamal rayonunda Elvin Tağıyevə məxsus “Şərab Evi”ndə, “Buta Farm” MMC-yə məxsus “Aptek”də, ümumilikdə, monitorinq aparılmış 4.441 obyektin 326-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

    Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görülüb.