Month: August 2020

  • 44 yaşlı qadını ilan sancdı

    Kürdəmir rayon sakinini ilan sancıb.

    Report xəbər verir ki, hadisə rayonun Qarabucaq kəndində qeydə alınıb.

    Belə ki, 44 yaşlı kənd sakini Mehdiyeva Xatirə Rüstəm qızı həyətyanı sahədə işləyərkən onu ilan sancıb.

    O, yaxınlarının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Həkimlər ona ilan zəhəri əleyhinə zərdab vurublar.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    Число инфицированных коронавирусом в мире достигло 22 862 465.

    От COVID-19 в мире скончались 797 117 человек, выздоровели – 15 517 694.

    Среди стран больше всего инфицированных в США (5 746 272), Бразилии (3 505 097) и Индии (2 905 823).

    В соседней с Азербайджаном России выявлено 942 106 случаев коронавируса.

    В Иране этот показатель составляет 352 558, Турции – 254 520, Армении – 42 319, Грузии – 1 370.

    В Азербайджане на сегодня коронавирусом заразились 34 759 человек, 510 из которых скончались, 32 511 – выздоровели.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 22 862 465 nəfərdə koronavirus aşkar edilib.

    Virusdan 797 117 nəfər ölüb, 15 517 694 nəfər sağalıb.

    Ölkələr arasında koronavirusa yoluxma sayına görə ilk üçlüyə 5 746 272 nəfərlə ABŞ, 3 505 097 nəfərlə Braziliya, 2 905 823 nəfərlə Hindistan daxildir.

    Azərbaycanın sərhəd qonşularından Rusiya 942 106 yoluxma ilə ölkələr arasında dördüncüdür.

    İranda 352 558, Türkiyədə 254 520, Ermənistanda 42 319, Gürcüstanda 1 370 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 34 759 nəfərin 510-u ölüb, 32 511-i sağalıb.

  • Сегодня в Азербайджане пройдут очередные вступительные экзамены в вузы

    Сегодня, 21 августа, Государственный экзаменационный центр (ГЭЦ) проведет вступительные экзамены в вузы по I и IV группам специальностей для выпускников нынешнего года и прошлых лет, дополнительный экзамен по иностранному языку по II, III и V группам специальностей вузов или средних специальных учебных заведений и дополнительный экзамен (по азербайджанскому или русскому языку).

    Экзамены пройдут в экзаменационных центрах: Бинагади, Пираллахи, Сураханы, Нариманов, Сабунчи, Гарадаг, Абшерон, Мингячевир (Мингячевир, Евлах, Агдаш), Шамкир (Шамкир, Гедабей), Агджабеди (Агдам), Кюрдамир (Кюрдамир, Зардаб, Агсу), Масаллы (Масаллы, Ярдымлы), Джалилабад (Джалилабад), Ширван (Ширван, Гаджигабул, Саатлы), Загатала (Балакен, Загатала, Гах), Губа (Губа, Гусар), Шамахы (Шамахы, Гобустан) и Нахчыван.

    Ожидается, что в экзаменах примут участие 16 884 абитуриента.

  • Azərbaycanda növbəti qəbul imtahanları keçirilir

    Bu gün cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları və II, III və V ixtisas qrupları üzrə ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahanlar (Azərbaycan və ya rus dili) keçirilir.

    İmtahanlar Binəqədi, Pirallahı, Suraxanı, Nərimanov, Sabunçu, Qaradağ, Abşeron, Mingəçevir (Mingəçevir, Yevlax, Ağdaş), Şəmkir (Şəmkir, Gədəbəy), Ağcabədi (Ağcabədi, Ağdam), Kürdəmir (Kürdəmir, Zərdab, Ağsu), Masallı (Masallı, Yardımlı), Cəlilabad (Cəlilabad), Şirvan (Şirvan, Hacıqabul, Saatlı), Zaqatala (Balakən, Zaqatala, Qax), Quba (Quba, Qusar), Şamaxı (Şamaxı, Qobustan), Naxçıvan imtahan mərkəzlərində keçirilir.

    İmtahanlar 19 şəhər və rayonda təşkil olunub. İmtahanlarda 16884 abituriyentin iştirakı nəzərdə tutulur.

    Qeyd edək ki, doqquz illik orta təhsil bazasından kolleclərə sənəd verən abituriyentlər də yuxarıda qeyd olunan əlavə xarici dil imtahanı verəcəklər.

  • Evində zibildən kolleksiya toplayır – VİDEO

    Böyük Britaniyada tənha yaşayan kişi 18 ildir mənzilində zibil kolleksiyası toplayır.

    Bu barədə “Daily Mail” məlumat yayıb.

    64 yaşlı kişi 2002-ci ildə həyat yoldaşını itirib.

    Mənzilində pişiyi ilə birlikdə yaşıyan Naydjel adlı şəxs müxtəlif tullantıları yığmağa başlayıb.

    Naydjel mənzilindən pis qoxuların gəldiyindən utandığını bildirsə də, tullantı yığmaq vərdişindən xilas ola bilmədiyini bildirib.

  • Xəzər rayonunda yolu keçmək istəyən piyadanı avtomobil vurdu

    Bakının Xəzər rayonunda piyadanı avtomobil vurub.

    APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

    1965-ci il təvəllüdlü Şiriyev Rəfael Hidayət oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib

  • Həbsdəki icra başçılarının sayı 6-ya çatdı…

    Son illərdə Azərbaycanın hökumət strukturunda ciddi və əsaslı kadr islahatları aparılır. Bunlar həm də nazirlik, nazirlər və icra başçıları səviyyəsində zaman-zaman həyata keçirilib. 2005-ci ildə Fərhad Əliyev və Əli İnsanovun həbsindən sonra bir müddət bu sahədə sabitlik olsa da, 2015-ci ildə “MTN işi” ilə başlanan proses hələ də davam edir. Son aylarda ölkədə 10-a yaxın rayonun icra başçısı həbs olunub.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, icra hakimiyyətlərində ilk əməliyyat Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 2019-cu il dekabrın 19-da Ağstafada baş tutdu. Başçı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs edildi.

    Öncədən onu qeyd edək ki, icra başçılarının hər biri ortaq maddələrlə – rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunublar.

    Nizaməddin Quliyev həbs edilərkən oğlanları ilə gündəmə gəldi. Onun bir oğlu – Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir. Kiçik oğlu Ramal Quliyev isə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi idi. Atasının həbsindən sonra keçmiş baş prokuror Zakir Qaralov onu vəzifəsindən çıxardı. Ramal Quliyev Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin bir neçə il əvvəl yayılan qalmaqallı videosunda da yer almışdı. Onun bankların birində filial müdiri işləyərkən milyonluq yeyintiyə yol verdiyi haqda məlumat yayılmışdı.

    Nizaməddin Quliyevlə birgə Yevlaxın icra başçısı olmuş Qoca Səmədov da həbs olunmuşdu. Lakin onun həmin zaman vəzifədə olmaması və mənimsədiyi məbləğin az olması Qoca Səmədovun ictimai müzakirələrə səbəb olmaması ilə nəticələndi.

    Əməliyyatın davamı kimi 2020-ci ilin fevral ayında DTX Neftçalaya üz tutdu. İcra başçısı İsmayıl Vəliyevlə birgə birinci müavini Vurğun Əkbərov və bir neçə şöbə müdiri də həbs edildi. Bu rayonda əməliyyat daha geniş sferanı əhatə etdi və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da rüşvət alma və verməyə görə dəmirbarmaqlıqlar arxasına yollandılar.

    Gəncliyində bank sektorunda işləyən İsmayıl Vəliyev daha sonra Gömrük Komitəsində vəzifə tutub. İsmayıl Vəliyev Azərbaycanın sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur. Onun oğlu Məhərrəm Vəliyev Fövqaladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində rəis müavini vəzifəsində çalışır. Lakin o, həbsindən sonra aldığı rüşvətlər və işlətdiyi eşşək ferması ilə daha çox yadda qaldı.

    Aprelin 29-da isə rüşvətxor məmurların kabusuna çevrilən əməliyyatçılar Biləsuvar rayonuna baş çəkdilər. İcra başçısı Mahir Quliyev kabinetindəcə həbs olundu. O da digər icra başçıları kimi özündən aşağı vəzifədə olanlardan rüşvət almaqda, aztəminatlı vətəndaşları ictimai işlərə yazdırıb pullarını özü mənimsəməkdə ittiham olundu. DTX-da ifadə verərkən “bugünkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm” demişdi. Mahir Quliyevin 42 yaşına kimi heç bir ali təhsili olmayıb.

    Onun bioqrafiyasında 2000-ci ildə “Naxçıvan” universitetini bitirdiyi qeyd edilsə də, TQDK bu məlumatı təkzib edib. Onun əmək fəaliyyətinə kolxozda fəhlə kimi başlaması, sonra vəzifəsinin artaraq usta olması diqqət çəkmişdi. Daha sonra Bakıda işləyən Mahir Quliyev bulvarda “Sahil” restoranında ofisiant, bir neçə il sonra isə administrator kimi işləyib. İddiaya görə, həmin restorana tez-tez gedən sabiq PA rəhbəri Ramiz Mehdiyevlə burada başlayan tanışlığı onun sonrakı vəzifə pillələrində irəliləməsində dəstəyi olub. Mahir Quliyevin məşhur iş adamı Hacı İbrahim Nehrəmli ilə quda olduğu bildirilir. Mahir Quliyevin qızı Hacı İbrahimin oğlu ilə evlidir. Cütlüyün toyu 2011-ci ildə baş tutub. 

    Bu əməliyyatdan bir həftə sonra, mayın 5-də DTX əməliyyatçıları İmişliyə yollandı. Həbsindən bir neçə ay öncə 124 manata kirayə yaşadığını elan edən Hacıyevin evindən və kabinetindən milyonlarla manat məbləğində pullar çıxdı.

    Onun evində və kabinetində quraşdırılan kameralar vasitəsilə aldığı rüşvətlər və sövdələşmələri anbaan qeydə alınmışdı. Əməliyyat çəkilişi zamanı onun evinin qarajında 10 PR 777 nömrəli “Bentley” və 90 KH 900 nömrəli “Range Rover” markalı lüks avtomobillər də qeydə alınıb. Həbs edilib məhkəmədən çıxarkən isə qohumlarına “Hər şey yaxşı olacaq, bu günlər də keçəcək. Möhkəm olun” demişdi. Onun oğlu Məhəmməd Hacıyev də atasının həbsindən sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki müstəntiq vəzifəsindən çıxarılmışdı. Maraqlı bir məqam budur ki, V.Hacıyev 2004-cü ildə Göygöldə başçı olarkən qardaşı Eldar Hacıyev həmin rayonda bank filial müdiri olub. E.Hacıyev mətbuata açıqlamasında bildirib ki, qardaşı Vilyam ona rayonda bir çox abadlıq işləri gördürsə də, sonradan 32 min manatı ona “atıb”. 

    Üç aylıq fasilədən sonra bu dəfə Baş Prokurorluq bir icra başçısını “ovladı”. Avqustun 19-da Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov həbs edildi.

    Sabiq başçı C.Cəfərov may ayında iş otağında keçirdiyi videokonfrans zamanı “5 ay ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən icra başçıları həbs olunub. Mən istəməzdim bizim rayonumuzda da belə hallar baş versin” demişdi. Onun istəyi qismən də olsa həyata keçdi. Çünki C.Cəfərovu digərlərindən fərqli olaraq DTX yox, prokurorluq həbs etdi. Ceyhun Cəfərov əmək fəaliyyətində İstilik-İstismar sahəsində çilingər kimi başlayıb, daha sonra isə Bakının müxtəlif rayonlarında “JEK”lərdə şöbə müdiri və müdir vəzifələrində çalışıb. Ceyhun Cəfərov Rabitə Nazirliyinin həbs edilən Aparat rəhbəri Vidadi Zeynalovla qayın-yeznədir.

    Yazıda adları çəkilən hər bir icra başçısı və onların tabeliyində olan vəzifəli şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həbs edilən icra başçıları Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub.

  • В организме Навального нашли опасный яд

    Жена основателя Фонда борьбы с коррупцией Алексея Навального Юлия сообщила, что транспортная полиция нашла вещество, которым отравили оппозиционера. Об этом говорится в сообщении штаба Навального в Омске, пишет “Медуза”.

    «Вещество опасно для жизни окружающих. Всем находящимся рядом с ним требуются специальные костюмы. Поэтому ей отказываются отдавать Алексея», — рассказали в штабе.

    Название вещества, обнаруженного в организме Навального, не раскрывается, сообщила пресс-секретарь политика Кира Ярмыш. В транспортной полиции объяснили это «тайной следствия», сказал директор Фонда борьбы с коррупцией Иван Жданов.

    Ярмыш опубликовала видео с заявлением Ивана Жданова и Юлии Навальной. Супруга Навального рассказала, что не доверяет больнице скорой помощи № 1 Омска, в которой находится ее муж. Она считает, что врачи удерживают политика в клинике и не дают разрешение на его транспортировку на лечение в Европу, «чтобы то химическое вещество, которое находится в организме Алексея, исчезло».

  • Сенсационное заявление Лаврова: Армения хотела продвинуться на 15 км вперед

    Россия вместе с партнерами по Минской группе ОБСЕ работает над скорейшим возобновлением переговоров по нагорно-карабахскому урегулированию, заявил министр иностранных дел РФ Сергей Лавров в интервью газете “Труд”.

    “Рассчитываем на скорейшее возобновление переговорного процесса по нагорно-карабахскому урегулированию. Работаем над этим совместно с нашими партнерами по Минской группе ОБСЕ”, – цитирует ТАСС российского министра.

    Российский министр отметил, что июльский пограничный конфликт между Арменией и Азербайджаном стал вторым наиболее масштабным нарушением Соглашения о прекращении огня 1994 года. Лавров обратил внимание, что высокоинтенсивные боестолкновения с использованием полевой артиллерии, минометов и ударных беспилотников впервые за последние 26 лет проходили не на линии соприкосновения в Нагорном Карабахе, а непосредственно на участке государственной границы между Арменией и Азербайджаном.

    По словам главы российского внешнеполитического ведомства, к конфликту привел комплекс причин, в числе которых “исключительная перегретость” публичного пространства по обе стороны границы: “Своего рода спусковым крючком послужил и географический фактор: решение армянской стороны реанимировать старый приграничный КПП, расположенный в 15 км от экспортных азербайджанских трубопроводов, вызвало повышенное беспокойство одних, неоправданную ответную реакцию других и в итоге запустило маховик противостояния с самыми непредсказуемыми последствиями”.

    Как указал Лавров, МИД России предпринимал активные посреднические усилия по урегулированию конфликта: “Российский сопредседатель Минской группы ОБСЕ по Нагорному Карабаху Игорь Попов все это время находился на прямой связи с руководством внешнеполитических ведомств двух стран. В результате при активном российском посредничестве вышли, хоть и не с первой попытки, на режим прекращения огня с 16 июля”.