Month: August 2020

  • Çempionlar Liqasının finalında ədaləti italiyalı hakimlər qoruyacaq

    Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb.

    UEFA-nın saytı xəbər verir ki, həlledici görüşü italiyalı Daniel Orsato idarə edəcək.

    PSJ və “Bavariya” klubları arasında keçiriləcək final görüşündə Orsatonun köməkçiləri Lorenzo Manyanelli, Alessandro Giallatini, dördüncü hakim isə rumıniyalı Ovidiu Hațeqan olacaq.

    Portuqaliyanın paytaxtı Lissabon şəhərinin “Stadio De Luz” arenasında oynanılacaq matç bazar günü, Bakı vaxtı ilə 23:00-da başlayacaq.

  • Глава МИД Азербайджана посетит Россию

    Запланирован визит министра иностранных дел Азербайджана Джейхуна Байрамова в Российскую Федерацию.

    Об этом написала в Twitter глава пресс-службы азербайджанского внешнеполитического ведомства Лейла Абдуллаева.

    Она отметила, что визит намечен на 26 августа.

  • Kəramət Böyükçöl müalicəyə başladı – FOTO

    Yazıçı Kəramət Böyükçöl müalicəyə başlayıb.

    Bu barədə o, öz “Facebook” səhifəsində paylaşım edib.

    Xəstəxanadan fotosunu paylaşan K. Böyükçöl bunları yazıb:

    “Haqqımda yazan, zəng edən, maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm. Var olun. Jurnalist dostlara da demək istəyirəm ki, indi müsahibə və yaxud hansısa mövzuda açıqlama verəcək halda deyiləm, ona görə də nömrəmi bağlamışam, üzrlü sayın. Müalicə olunub qurtarım, sonra danışarıq.

    Və jurnalistlərdən xahiş edirəm, atamı mənim yerimə danışdırmayın ki, onun dediyi sözlərdən bəzi ağzıgöyçəklər mənim əleyhimə istifadə etməsin. Mən uşaq deyiləm. Sinif yoldaşı ilə dalaşan uşağın valideynini məktəb direktoru iki dəqiqədən bir məktəbə çağırdığı kimi, siz də mənim atamı verilişə çağırıb mənim yerimə danışdırırsınız. Olmaz!

    Özünü necə hiss edirsən soruşanlara deyim ki, dəhşət yorğunam, elə bil canımda əbədi bir yuxu var. Nəyəsə ehtiyacın varmı soruşanlara isə bildirim ki, heç nəyə ehtiyac yoxdur. Sevgilər!”

    Qeyd edək ki, avqustun 18-də məişət zəminində səs-küy olduğu üçün K.Böyükçölün qonşularından polisə şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq polis şöbəsinə aparılıb. K.Böyükçöl avqustun 19-da sərbəst buraxılıb.

  • Bu gün 700-ə yaxın Rusiya vətəndaşı Azərbaycandan təxliyyə olunacaq

    Koronavirus pandemiyası səbəbindən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edildiyinə görə və ölkənin sərhədləri bağlandıqdan sonra Azərbaycanda minlərlə Rusiya Federasiyasının vətəndaşı qalıb.

    Bu müddət ərzində Rusiya vətəndaşlarının öz ölkələrinə qayıtması məqsədilə lazımi şəraitin yaradılması üçün Azərbaycan hökuməti tərəfindən Rusiyanın Bakıdakı Səfirliyinə hərtərəfli dəstək göstərilib.

    Rusiya tərəfindən təxliyyələr quru və hava yolu ilə həyata keçirilib.

    İndiyə qədər ümumilikdə 4 mindən artıq Rusiya vətəndaşı Azərbaycandan təxliyyə olunub.

    Avqustun 20-də 700-ə yaxın Rusiya vətəndaşının da Dağıstan vasitəsilə Rusiya Federasiyası ərazisinə keçidi nəzərdə tutulur.

    Təxliyyələr Rusiya Federasiyasının aidiyyəti qurumlarının müəyyən etdiyi xüsusi prosedur və qaydalara uyğun şəkildə dövri əsasda həyata keçirilir.

  • В Азербайджане еще один судья заразился коронавирусом

    34-летняя судья Сабунчинского районного суда Адиля Пашаева заразилась коронавирусом.

    Как передает E-huquq.az, она находится на лечении дома.

    Ее состояние оценивается как стабильное.

    Отметим, что ранее COVID-19 заразился судья Сураханского районного суда Турал Мамедов.

  • Azərbaycanda daha bir hakim koronavirusa yoluxdu

    Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı koronavirusa yoluxub.

    E-huquq.az-ın məlumatına görə, 34 yaşlı hakim müalicəsini ev şəraitində davam etdirir.

    Hazırda onun vəziyyəti stabildir.

    Qeyd edək ki, daha öncə Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Məmmədov da koronavirusa yoluxmuşdu.

  • Президент Ильхам Алиев освободил от должности главу ИВ Кюрдамирского района

    Президент Азербайджана Ильхам Алиев 20 августа подписал распоряжение об освобождении Джейхуна Фаррух оглу Джафарова от должности главы Исполнительной власти Кюрдамирского района.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Prezident Kürdəmirin icra başçısını vəzifəsindən azad etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.

    Bununla bağlı sərəncam AZƏRTAC-da dərc olunub.

    Sərəncama əsasən, Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

  • В Азербайджане выявлены 139 новых случаев инфицирования COVID-19 – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 139 новых случаев инфицирования коронавирусом, еще 148 человек вылечились и были выписаны домой.

    Об этом 20 августа сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 34 759 человек, 510 из которых скончались, 32 511 – излечились, 1 738 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 855 802 теста (за последние 24 часа – 6 174) на COVID-19.

  • Azərbaycanda bu gün koronavirusdan ölən olmadı: 139 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlardan bu gün ölüm halı olmayıb.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6174 test aparılıb.

    Aktiv xəstə sayı isə 1738 nəfərdir.