Month: August 2020

  • Hacıqabulda “Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub

    Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

    APA-nın məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hacıqabul şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Alim Namiq oğlu saxlanılaraq üzərinə baxış keçirilən zaman ondan bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

    Məlum olub ki, narkotik vasitəni ona əvvəllər Rusiya və Azərbaycanda məhkum olunan, Hacıqabul şəhər sakini, 1986-cı il təvəllüdlü kriminal dairələrdə “Şirinbala” ləqəbi ilə tanınan Səmədov Faiq Rahib oğlu satıb. Əməliyyatın davamı olaraq müəyyən edilib ki, F.Səmədova narkotik vasitəni yas məclislərində mollalıq edən, “Kərbəlayi Valeh” kimi tanınan əvvəllər məhkum olunan Hacıqabul şəhər sakini, 1974-cü il təvəllüdlü Vəliyev Valeh Balaqardaş oğlu satıb. Sonuncunun üzərinə baxış keçirilən zaman ondan 32,332 qram narkotik vasitə olan heroin, 4,044 qram psixotrop maddə olan metamfetamin və üzərində heroin izi olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

    Həmçinin müəyyən edilib ki, V.Vəliyevə narkotik vasitələri Şirvan şəhər sakini, əvvəllər Rusiya Federasiyasında məhkum olunan 1971-ci il təvəllüdlü kriminal dairələrdə “Hacı” ləqəbi ilə tanınan narkotacir Məmmədov Fərrux Məmməd oğlu 360 manata satıb. Sonuncu saxlanılarkən onun da üzərindən narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

  • Şamaxıda toy məclisi təşkil edənlər cərimələndilər

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Şamaxıda toy məclisi keçirənlər cərimələniblər.

    Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

    Bildirilir ki, avqustun 19-da daxil olan məlumat əsasında Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Pirqulu qəsəbəsi ərazisində yerləşən “Fortuna” restoranında Çarhan kənd sakini Aləm Cəfərovun qardaşı Şamoya toy məclisi təşkil etməsi faktı aşkar edilib.

    Polis əməkdaşları tərəfindən məclis dayandırılıb, restoranın sahibi Hilal Bəkirov, A.Cəfərov və toyda iştirak edən 11 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

    Karantin rejimi qaydalarını pozduqlarına görə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə protokollar tərtib edilib, H.Bəkirov 1500 manat, digərləri isə 200 manat məbləğində cərimə olunublar.

    Qeyd edək ki, Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

  • Mağazalara yararsız yumurta satan şəxs saxlanıldı – VİDEO

    Abşeronda misli görünməmiş dələduzluğun üstü açılıb.

    “Giləzi“ quşçuluq fabrikində daşıyıcı işləyən şəxsin minlərlə vaxtı keçmiş yumurtanı yeniləri ilə qarışdıraraq satışa çıxardığı məlum olub.

    Əməliyyatı Abşeron rayon Polis İdarəsi və Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları birgə keçiriblər.

    İşin təşkilatçısı Kamil Teymurov Xırdalan şəhər 28-ci məhəllə Həsən Bəy Zərdabi küçəsində kirayələdiyi evdə mağazalardan geri qaytarılan, vaxtı keçmiş yumurtaları yenidən bərpa edərək, şirkətə məxsus yük avtomobili ilə dostu Malik Qasımovla birlikdə yenidən mağazalara daşıyıb.

    Beləliklə, 84 qutu, hər birində 360 ədəd yumurta olmaqla ümumi sayı 32400 olan yararsız yumurta aşkar edilərək götürülüb. Saxlanılan şəxs bu işi şirkətin tapşırığı ilə etsə də, sözügedən şirkət Xırdalan şəhərindəki mənzildən xəbərsiz olduğunu bildirib.

    K.Teymurov saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib.

    Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.

  • Müharibə əlilləri və digər imtiyazlı şəxslərə daha 250 avtomobil veriləcək

    Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin, 1990-cı il 20 Yanvar hadisələri və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təmin olunması işləri davam etdirilir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-ci ildə həmin kateqoriyalardan olan vətəndaşlara daha 400 avtomobilin verilməsi nəzərdə tutulub. Bu ilin əvvəlində artıq 150 avtomobil təqdim edilib. İlin sonunadək daha 250 avtomobil veriləcək.

    Təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir.

    Ümumilikdə indiyədək nazirlik tərəfindən müharibə əlilləri və digər imtiyazlı şəxslərə 6900 avtomobil verilib.

  • Кадры спецоперации в ИВ Кюрдамирского района – ВИДЕО

    19 августа Главное управление по борьбе с коррупцией при генпрокуроре провело спецоперацию в Исполнительной власти (ИВ) Кюрдамирского района.

    В результате оперативных мероприятий был задержан глава ИВ Джейхун Джафаров, его первый заместитель Таджеддин Новрузов и завотделом Натиг Керимов. Решением суда в их отношении избрана мера пресечения в виде ареста.

    Представляем вниманию читателей видео спецоперации.

  • Kürdəmirin İcra Hakimiyyətindəki əməliyyatın görüntüləri – VİDEO

    Xəbər verdiyimiz kimi ötən gün, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

    Nəticədə Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.

    Əməliyyatın görüntülərini təqdim edirik:

  • Bakıda dağıntılar altında qalan üç ailədən xəbər var – VİDEO

    Üç ay bundan öncə Baku TV Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 115 ünvanında sakinlərin tam şəraitsiz və qəzalı bir evdə yaşadığına diqqət çəkdi. Aidiyyəti qurumların tezliklə məsələyə müdaxilə edib insan həyatına biganə qalmayacağını ümid etsək də, sakinlərin probleminə baxan olmayıb.

    Baku TV xəbər verir ki, ərazidə olan bina altı ildir ki, qəzalı vəziyyətdə olsa da, üç ailə hələ də dözülməz şəraitdə yaşamaq məcburiyyətindədir.

    Məsələnin həlli ilə bağlı Baku TV Yasamal Rayon İcra Hakimiyyətinə üz tutub. Kamera qarşısına çıxan olmasa da, suallara şifahi şəkildə cavab alınıb.

    İcra hakimiyyətinin Ərazi İdarəetmə şöbəsinin müdiri Xaqan Teymurov bildirib ki, sözü gedən ərazi “Azər Gür” şirkətinə məxsusdur. Bu məsələnin Yasamal Rayon İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur.

  • Azərbaycanda zavod direktoru külli miqdarda cərimələndi

    Xaçmaz rayonunda fəaliyyət göstərən Qafqaz Konserv Zavodunun istehsalat tullantılarının Qobuqırağı kəndinin ərazisindən keçən çaya atıldığı ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

    Bunu Oxu.Az-a açıqlamasında xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

    O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı zavodda əmələ gələn istehsalat tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və çaya atıldığı faktı təsdiqini tapıb.

    Faktla bağlı akt və protokol tərtib olunaraq zavodun direktoru Rüstəm Rüstəmovun İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən hüquqi şəxs qismində 7500 manatdan 10000 manatadək cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib.

    “Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə zavoda məcburi göstəriş verilib”.

  • Генпрокуратура назвала размер взяток, полученных главой ИВ Кюрдамирского района

    Генпрокуратура Азербайджана распространила заявление в связи с операцией, проведенной в Исполнительной власти (ИВ) Кюрдамирского района.

    Как говорится в сообщении надзорного ведомства, в результате расследования в связи с нарушениями закона, допущенными в ИВ района, в Главном управлении по борьбе с коррупцией при генпрокуроре возбуждено уголовное дело по соответствующим статьям УК АР.

    У следствия появились обоснованные подозрения в том, что глава ИВ Джейхун Джафаров, вступив в сговор со своим первым заместителем Таджеддином Новрузовым, завотделом территориального управления Натигом Керимовым и другими должностными лицами, собирал деньги с госучреждений на территории района, ряда частных предприятий, а также совершил другие противоправные действия, которые нанесли ущерб государству.

    Следствие установило, что указанные лица при посредничестве других чиновников ИВ в разное время получили взятку от медицинских учреждений района в размере 137 000 манатов, от комбината коммунальных предприятий – 58 000 манатов, от образовательных заведений – 120 000 манатов, от ООО Azbiyan – 71 000 манатов.

    Кроме того, сотрудники Управления по борьбе с коррупцией при генпрокуроре 19 августа провели следственно-оперативные мероприятия в административном здании ИВ Кюрдамирского района, в Управлении по орошению и озеленению, на комбинате коммунальных предприятий и в представительстве ИВ по административно-территориальному округу в городе Кюрдамир.

    В результате указанные лица были задержаны. Джейхуну Джафарову, Таджеддину Новрузову, Натигу Керимову предъявлены обвинения по статьям 308.2 (злоупотребление служебными полномочиями), 311.3.1 (получение взятки группой заговорщиков или организованной группой), 311.3.2 (получение взятки – совершенное повторно) и 311.3.3 (получение взятки – в крупных размерах). Решением Бинагадинского районного суда в их отношении избрана мера пресечения в виде ареста.

    Следственные мероприятия продолжаются, общественности будет представлена дополнительная информация.

  • Kürdəmir icra başçısının aldığı rüşvətlər açıqlandı – RƏSMİ

    Baş Prokurorluq Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) keçirilən əməliyyatla bağlı rəsmi açıqlama yayıb.

    Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində baş vermiş qanun pozuntularına dair aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Aparılmış istintaqla Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla və onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitlərini, eləcə də, dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Belə ki, istintaqla həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən 120 min manat, “Azbiyan” Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat məbləğində vəsaiti rüşvət qismində istəyərək almalarına əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilənlərə əsasən, 19 avqust 2020-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinin İnzibati binasında, habelə rayonun Suvarma sistemləri və Yaşıllaşdırma idarələrində, Kommunal Müəssisələri Kombinatında və Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində əməliyyat-istintaq tədbirləri keçirilmiş, görülmüş tədbirlər nəticəsində həmin şəxslər tutularaq, Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

    Hazırda Kürdəmir Rayon İcra Hakimiyyətinin tabeliyindəki qurumlarda və rayon ərazisində fəaliyyət göstərən digər qurumların fəaliyyətində yol verilmiş qanun pozuntularının araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    İş üzrə təqsirləndirilən şəxslərin dairəsinin dəqiq müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilmələri və istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcək.