Month: August 2020

  • Uşaq şəhərlərarası avtobusu idarə etdi – VİDEO

    Sosial şəbəkələrdə şəhərlərarası avtobusu idarə edən uşaq barədə görüntülər hər kəsi heyrətə gətirib.

    “Hürriyet”in məlumatına görə, kadrlar Türkiyənin Adıyaman şəhərində lentə alınıb.

    Maraqlıdır ki, həm yoldakı digər sürücülərin, həm də öz canlarını təhlükəyə atan avtobusun digər xidmət göstərənləri heç nədən çəkinməyərək, həmin anları videoya çəkiblər.

  • Daha 119 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyyə edilib

    Gürcüstandan daha 320 nəfər Azərbaycana təxliyyə edilib.

    Bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

    Bildirilib ki, təxliyyə edilənlərdən 119-u Azərbaycan, qalanları isə Azərbaycanda daimi və müvəqqəti yaşayış icazəsi olan Gürcüstan və Rusiya vətəndaşıdır.

    Onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd keçid məntəqəsinə yola salınıblar.

    Təxliyyə edilənlər ötən gün Tbilisidəki klinikalardan birində PCR testindən keçiriliblər və onlardan heç birində virusa yoluxma müəyyən edilməyib.

    Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana ümumilikdə 2060 nəfərin təxliyyəsi həyata keçirib, 398 vətəndaşımızın isə müxtəlif ölkələrdən Gürcüstan ərazisi ilə ölkəyə qayıdışı təmin edilib.

  • Məktəbəhazırlıq qruplarına Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başladı

    Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi ilə əlaqədar Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi formada təşkil olunub.

    Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

    Elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupuna təqdim edə bilərlər.

    İşçi qrupu tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Bütün digər hallarla bağlı isə valideynlər şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq müraciət edə bilərlər.

    Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə avqustun 18-dən start verilib.

    Valideynlər (qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının və özünün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilərlər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə isə avqust ayının 20-dən başlanılacaq.

    Onu da qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına yalnız 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

  • İmişli bazarı zibilliyə çevrilir? – YENİLƏNİB

    İmişli rayonunda bazar ətrafında anti-sanitar vəziyyətlə bağlı məlumat vermişdik. Rayonun İcra Hakimiyyəti məsələyə münasibət bildirib.

    İmişli Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Fuad Kərimov Oxu.Az-a açıqlamasında irəli sürülən iddiaların əsassız olduğunu deyib:

    “Bazar ərazisi olduğu üçün məişət tullantıları çox olur. Amma belə mənzərə günlərlə qala bilməz. Ərazidə dörd zibil qutusu qoyulub. Gün ərzində iki dəfə – səhər və axşam ərazidə təmizlik işləri aparılır.

    Sadəcə olaraq, orada “Pojarnı” adlanan bazarda yığılan zibillər də buraya atılır.

    Bundan başqa, ətrafda yaşayan vətəndaşlar da məişət tullantılarını buraya atırlar. Bütün hallarda bu istiqamətdə tədbirlər görülür və görüləcək”.

    * * * * *

    İmişli sakinləri məişət tullantılarının zamanında təmizlənməməsindən şikayət edir.

    Bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, fotolar İmişlidə bazar yaxınlığında çəkilib.

    Məsələyə münasibət bildirən sosial şəbəkə istifadəçiləri şərh bölməsində mövcud vəziyyətin uzun illər davam etdiyini qeyd ediblər.

  • Азербайджан поднялся в рейтинге УЕФА благодаря победе “Карабаха”

    Азербайджан улучшил позиции в рейтинге УЕФА.

    Благодаря победе “Карабаха” над “Силексом” (Северная Македония) со счетом 4:0 наша страна с показателем 14.750 поднялась в нем с 26-го на 24-е место.

    Азербайджан отстает от Болгарии, занимающей 23-ю позицию, всего на 1.625.

  • “Qarabağ”ın qələbəsi Azərbaycanın reytinqini qaldırdı

    UEFA reytinqində Azərbaycan irəliləyib.

    “Qarabağ”ın Şimali Makedoniya klubu “Sileks” üzərində qələbəsi (4:0) Azərbaycanın reytinqinə də müsbət təsir göstərib.

    Cari mövsümdə 0,375, son beş mövsümün nəticələrinə əsasən 14,750 xala malik Azərbaycan reytinqdə iki pillə irəliləyərək, XXIV yerə yüksəlib.

    XXIII yerdəki Bolqarıstandan Azərbaycan 1,625 xal geri qalır.

  • Глава ИВ Агстафинского района произвел новые назначения

    В рамках кадровых реформ в Агстафинском районе произведены очередные назначения, сообщили в Исполнительной власти (ИВ).

    Начальник Управления статистики района Кянан Ибрагимов назначен заместителем главы ИВ – заведующим отделом анализа и прогнозирования социально-экономического развития, советник районной организации партии “Ени Азербайджан” Насими Гаджиев – ведущим советником того же отдела.

    Кроме того, Таги Имамвердиев стал главой аппарата агстафинской организации партии “Ени Азербайджан”, а Фейруз Гасанов – начальником Управления статистики.

    Заместитель заведующего отделом по общественно-политическим и гуманитарным вопросам аппарата ИВ – организатор работы с религиозными структурами Азиз Масмалыев назначен начальником Управления молодежи и спорта, Габиль Мамедов возглавил Управление оросительных систем района, Нагиф Мехдиев стал завсектором информационного обеспечения и анализа аппарата Исполнительной власти, Закир Гасанов – ответственным секретарем комиссии по делам и защите прав несовершеннолетних при аппарате ИВ.

  • Azərbaycanda icra başçısından yeni TƏYİNATLAR

    Ağstafa rayonunda aparılan kadr islahatları çərçivəsində növbəti təyinatlar olub.

    Bununla bağlı Rayon İcra Hakimiyyəti məlumat yayıb.

    Bildirilib ki, Ağstafa Rayon Statistika İdarəsinin rəisi Kənan İbrahimov başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının məsləhətçisi Nəsimi Hacıyev həmin şöbəyə aparıcı məsləhətçi, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının aparat rəhbəri vəzifəsinə Tağı İmamverdiyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov rayon Statistika İdarəsinin rəisi təyin olunublar.

    Bundan başqa, Ağstafa RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev Rayon Gənclər və İdman İdarəsinin rəisi, Qabil Məmmədov Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisi, Naqif Mehdiyev Ağstafa RİH başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri, Zakir Nəsibov Ağstafa RİH başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifələrinə təyin olunublar.

  • Дорожная полиция обратилась к водителям в связи с техосмотром транспортных средств

    Главное управление Государственной дорожной полиции МВД обратилось к юридическим и физическим лицам в связи с началом работы нового центра технического осмотра транспортных средств на территории Гарадагского района Баку.

    Как сообщили в управлении, владельцы автомобилей, проживающие в Баку, Сумгайыте и Абшеронском районе, получившие SMS-уведомление об истечении срока прохождения техосмотра, помимо центра технического осмотра на территории Сабунчинского района столицы, а также Сумгайытского регионального регистрационно-экзаменационного отдела, могут обратиться и в новый центр в Гарадагском районе.

    Все пункты техосмотра в республике работают ежедневно с 09:00 до 18:00, включая выходные и праздничные дни.

  • Avtomobillərini texniki baxışdan keçirmək istəyənlərin NƏZƏRİNƏ

    Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində yeni istifadəyə verilmiş müayinə mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar DİN Baş DYP İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib.

    İdarədən verilən məlumata görə, idarə, istifadəsində olan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat alan və ya qanunvericiliklə nəzərdə tutulan texniki baxış müddəti bitən avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun ikinci kilometrliyində (Sədərək Ticarət Mərkəzinin yanı) yeni istifadəyə verilən, müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilən Müayinə Mərkəzində də nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər.

    Sürücülərin diqqətinə çatdırılır ki, respublika üzrə bütün texniki baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla, hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərirlər.

    Texniki baxışa təqdim olunan nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır.