Month: August 2020

  • В Азербайджане продолжается тестовый этап конкурса по приему на работу учителей

    В Азербайджане продолжается тестовый этап конкурса по приему на работу учителей.

    Как сообщили в Министерстве образования, 19 августа пройдут экзамены по азербайджанскому языку и литературе, а также по русскому языку и литературе.

    Ожидается, что в них примут участие 2 795 кандидатов.

    Тестирование организовано в 17 городах и районах республики.

    Участники должны будут выполнить 40 заданий по специальности и 20 – по стратегии обучения и методике.

  • Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

    Bu gün Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, imtahanlarda 2795 namizədin iştirakı nəzərdə tutulub.

    İmtahanlar təxminən 18 gün davam edəcək.

    Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla, ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir.

    Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

  • Эльдар Гасанов подал апелляционную жалобу

    Бывший посол Азербайджана в Республике Сербия, Черногории, Боснии и Герцеговине Эльдар Гасанов подал апелляционную жалобу на решение Сабаильского районного суда о своем аресте сроком на три месяца.

    Об этом АПА сообщил его адвокат Адиль Исмаилов.

    По его словам, жалоба будет рассмотрена Бакинским апелляционным судом.

    Ранее сообщалось о задержании Э.Гасанова Службой государственной безопасности (СГБ). Против него выдвинуты обвинения по статьям 308.2 (злоупотребление должностными полномочиями) и 308-1.1 (нецелевое использование средств государственного бюджета, целевых бюджетных фондов или внебюджетных государственных фондов) Уголовного кодекса АР.

  • Bakıda həbs olunan sabiq səfirdən xəbər var

    Həbsdə olan sabiq səfir Eldar Həsənov apellyasiya şikayəti verib.

    Bu barədə APA-ya E.Həsənovun vəkili Adil İsmayılov bildirib.

    Vəkilin sözlərinə görə, Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

    Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi (DTX) tərəfindən saxlanılıb.

    DTX-nin yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

    Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə olunub, toplanmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən olunub. Aparılan istintaq çərçivəsində E.Həsənov şübhəli şəxs qismində tutulub.

    Səbail Rayon Məhkəməsi tərəfindən E.Həsənov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

  • DİM qəbul imtahanlarındakı testlərin izahını yaydı

    Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 13-14 avqust 2020-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını yayıb.

    Mərkəzdən bildirilib ki, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

    İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını buradan əldə etmək mümkündür.

  • Atmosferə tullantı atan müəssisənin istehsalat üzrə direktoru cəzalanıb

    Sumqayıt şəhərində yerləşən “Baku Non Ferrous and Foundry Company” MMC-nin fəaliyyəti zamanı havaya qatı tüstünün yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı sözügedən müəssisədə quraşdırılmış qaztəmizləyici qurğunun işləmədiyi və nəticədə atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib. Bunu Xidmətin rəis müavini Ramal Bağırov bildirib:

    “Faktla bağlı müəssisənin istehsalat üzrə direktoru Xaliq Mahmudov barəsində protokol tərtib edilib və o, 3000 manat məbləğində cərimə olunub. Müəssisədə yeni qaztəmizləyici qurğunun quraşdırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib”.

  • В ресторанах и кафе Баку проводятся проверки – ФОТО

    В соответствии с решением оперативного штаба при Кабмине, с 18 августа заведениям общепита в шести районах и семи городах Азербайджана, включая Баку, разрешено обслуживать клиентов на открытом воздухе.

    Услуги в кафе, ресторанах, чайных домах и других подобных заведениях оказываются с 09:00 до 22:00.

    Как сообщили в Исполнительной власти (ИВ) Баку, для проверки работы этих объектов ответственные сотрудники ИВ столицы и ее районов, Министерства экономики, Агентства продовольственной безопасности и Главного управления полиции организовали совместные рейды.

    Во время их проведения было установлено, что в большинстве заведений общепита на открытом воздухе созданы условия в соответствии с решениями оперштаба. Выявленные недостатки устранены на местах, отметили в ИВ.







  • Bakıda kafe və restoranlarda yoxlamalar aparılır – FOTO

    Nazirlər Kabinetini yanında Operativ Qərargahın qərarına əsasən avqustun 18-dən etibarən Bakı şəhəri də daxil olmaqla 7 şəhər və 6 rayonda ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

    Qərara uyğun olaraq, müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçiriləcək.

    Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu obyektlərin qeyd edilən qərara uyğun şəkildə fəaliyyətinin yoxlanılması məqsədi ilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları tərəfindən birgə reydlərə başlanılıb.

    Reydlər zamanı koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin müəssisələrdə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməsi məsələləri araşdırılıb, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb.

    Reydlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, qaydalara düzgün riayət edilməsi müəyyən edilmişdir. Aşkar edilən nöqsanlar yerində aradan qaldırılıb və mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

    Paytaxtda ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.







  • Şabranda ikimərtəbəli evdə yanğın

    Şabran rayonunun Sıncanboyad kəndində ümumi sahəsi 220 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları 50 kvadrat metr sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov söndürülüb.

  • Malidə qiyamçılar sərhədləri bağlayıb komendant saatı tətbiq etdilər

    Malidə üsyan qaldıran hərbçilər ölkənin bütün sərhədlərinin bağlandığını və komendant saatı tətbiq olunduğunu elan ediblər.

    Bu barədə TASS məlumat yayıb.

    “19 avqust 2020-ci il tarixindən etibarən bütün hava və quru sərhədlər əlavə xəbərdarlığa qədər bağlanacaq və 21:00-dan 05:00-a qədər komendant saatı tətbiq ediləcək”, – deyə üsyançıların sözçüsü İsmayıl Vaq ölkənin milli televiziyasının efirində bildirib.

    Xatırladaq ki, ötən gün Malidə qiyam qaldıran hərbçilər bəzi nazirləri və yüksək rütbəli zabitləri həbs ediblər.

    Mali prezidenti İbrahim Bubakar Keyta tutduğu vəzifədən istefa verdiyini və parlamenti buraxdığını elan edib.

    Polkovnik Sadio Kamara qiyama rəhbərlik edir.