Month: August 2020

  • Bəzi karxanalar fəaliyyətini dayandıra bilər – AÇIQLAMA

    Son üç ildə ölkədə fəaliyyət göstərən karxanaların sayı 300-ə enib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi Facebook səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

    “Üç il əvvəl ölkədə 800-dən artıq daş, çınqıl, qum karxanası fəaliyyət göstərirdisə, bu müddət ərzində onlardan 500-nün fəaliyyəti ya dayandırılıb ya da bizim qoyduğumuz tələblərə uyğun olaraq özləri imtina ediblər. Hazırda fəaliyyət göstərən karxanaların sayı 300-ə endirilib.

    Ümumilikdə son illərdə bağlanan karxanalara tədbiq edilən ziyanın həcmi 30 milyon manat olub. Bu məbləğin 15 milyon 600 min manatı Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilib. Hansısa qanun pozuntusuna yol verən karxana sahibi məbləği ödəməyibsə, onlar barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib. Onların bir hissəsi ilə bağlı işə prokurorluqda baxılıb və yaxın zamanda ödəniş etmələri barədə qərar çıxarılıb”.

    Bir sıra karxanaların fəaliyyətin bağlanması məsələsinə toxunan Xidmət rəisi onu da bildirib ki, yaxın gələcəkdə bu mümkün ola bilər:

    “Bəzi tikinti materialları artıq rezindən hazırlanır. Bu da yaxın gələcəkdə bəzi karxanaların öz fəaliyyətlərini dayandırmasına səbəb olacaq. Bu gün mütləqdir ki, fəaliyyət göstərən karxanaların təbiətə müəyyən mənfi təsir var. Bu səbəbdən onlara fərdi qaydada ödəmələr tətbiq edilir. İnanın ki, karxanaların fəaliyyətinin bu gün dayandırılması tikinti bazarında qiymətlərin kəskin artımına səbəb ola bilər. Bu səbəbdən də Ətraf Mühitin Mühafizəsinə cavabdeh olan qurum kimi qırmızı ortanı tapmağa çalışırıq”.

  • Azərbaycan Rusiyadan koronavirus dərmanı ala bilər

    Rusiyanın istehsal etdiyi koronavirus dərmanı beynəlxalq miqyasda təsdiqləndikdən sonra Azərbaycan bu dərmanı idxal edə bilər.

    Median.Az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

    “Dərmanı almağa maraqlı olduğumuz üçün “Sputnik V” peyvənd dərmanının, ilk növbədə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləndikdən sonra bu sahədə əməkdaşlıq etmək barədə rusiyalı həmkarların təkliflərinə baxa bilərik”, – nazir deyib.

    Nazir Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının üzv ölkəsi olaraq koronavirusun müalicəsilə bağlı həmin qurumun tövsiyələrinə və üsuluna əməl etdiyini vurğulayıb.

  • Türkiyə ordusu iki əsgərini itirdi

    Türkiyə ordusu iki əsgərini itirib.

    Median.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hakkaridə təlim zamanı müvazinətini itirərək qayalıqdan düşən müqaviləli əsgər Mesut Yıldırımla, Mersində avtomobil qəzasında yaralanan Cihat Şengil dünyasını dəyişib.

    Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölən əsgərlərin ailələrinə başsağlığı verib.

  • Bu il aşura günündə qan veriləcək ünvanlar açıqlandı- VİDEO

    Ötən illərin praktikasından hər kəsə məlumdur ki, aşura günü bütün məscidlərdə necə izdihamla qeyd olunurdu. İnsanlar ibadətlərini etdikdən sonra elə məscidlərin həyətində ehsan təşkil olunan qanvermə aksiyasında iştirak edirdilər. Ancaq pandemiya səbəbindən ölkədə kütləvi hər hansı tədbirin keçirilməsi qadağan olunub. Məhz buna görə Qafqaz Müsəlmanları İdarəsi və operativ qərərgahın qərarı ilə qanvermə aksiyası mərkəzi qan bankında və onun filiallarında təşkil olunacaq.

    Baku.tv xəbər verir ki, bu il vətəndaşlar Mərkəzi Qan Bankında Hemotologiya və Transfiziologiya Mərkəzinə yaxınlaşaraq qan verə biləcəklər. Bir şərtlə ki, vətəndaşlar bütün sosial məsafə qaydalarına riayət edəcək, maska taxacaqlar. Artıq Milli Hematologiya və Transfuziologiya Mərkəzinində qanvermə aksiyası ilə bağlı şöbələr də məlumdur.

    Mərkəzi QAN Bankının mütəxəssisi Xəyalə Qafarova mətbuata açıqlamasında bildirib:

    “Qan vermək istəyən vətəndaşların əvvəlcə hərarəti ölçüləcək. Bütün sağlamlıq imkanları yoxlandıqdan sonra qan verəcəklər. Bu işdə əsas məsələ aradakı sosial məsafənin qorunmasına diqqət etməkdir. Bu işdə bizə könüllülər və polis əməkdaşları da yardım edəcək.”

    Həmçinin bölgələrdə yaşayıb, bu aksiyada iştirak etmək istəyənlər üçün regional ərazilər də müəyyənləşdirilib:

    “Ötən il aksiyada 4-5 min insan iştirak etmişdi. Bu il də bu rəqəmlər ətrafında bütün qabaqlayıcı tətbirlər görülüb. Regionlara gəldikdə, Şirvan, Gəncə, Mingəçevir, Sumqayıt, Bərdə, Lənkəran bölmələrinə müraciət edərək qanlarını bağışlaya bilərlər,” -deyə Xəyalə Qafarova əlavə edib.

    Xatırladaq ki, Daxili İşlər Nazirliyi Operativ Qərargahın qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsini, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsini qadağan edib, məscidlərin fəaliyyəti dayandırılıb. Avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar Aşura günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir. Hər kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq. Qeyd edək ki, bu il Aşura günü avqustun 30-a təsadüf edir.

  • Qazaxıstanlı hakimlər niyə son anda Bakıya buraxılmayıb? – ÖZƏL

    UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” (Moldova) oyununda Qazaxıstandan olan hakimlər briqadasının dəyişdirilməsinin səbəbi bəlli olub.

    Oxu.Az-ın Qazaxıstandakı mənbələrdən əldə etdiyi məlumata görə, yan xətt hakimlərindən Sergey Kalaçyov Bakıya səfər öncəsi koronavirus üçün test verib. Lakin onun testi pozitiv çıxıb. Bu üzdən də dörd nəfərdən ibarət briqadanın (digərləri baş hakim Furkat Atacanov, laysman Darxan Tuleqenov və dördüncü hakim Qriqori Moskovçenkodur – S.M.) Bakıya gəlişinə icazə verilməyib. Nəticədə UEFA son anda bu matç üçün Bakıya Ukraynadan olan hakimlər briqadasının göndərilməsini məqbul bilib.

    Xatırladaq ki, sabah saat 20:00-da başlayacaq görüşdə iş başında olacaq ukraynalı hakimlər Nikolay Balakin, Viktor Matyaş, Sergey Pristupa və Andrey Kovalenkodur.

  • Qanunsuz balıqçılıqla məşğul olan 12 nəfər barəsində cinayət işi açılıb

    Balıqçılıqla məşğul olan vətəndaşlar arasında mövcud qaydalara əməl edənlərlə yanaşı, sintetik torlardan istifadə etməklə təbiətə qənim kəsilənlər də var.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi Facebook səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

    Onun sözlərinə görə, nazirliyin müvafiq qurumları tərəfindən cari ilin 7 ayı ərzində 46 min 200 metr sintetik tor su hövzələrindən götürülüb:

    “Qaydaları kobud şəkildə pozan 60 nəfər cərimələnərək, saxlanılıb. Hüquq-mühafizə orqanları tərəfindən saxlanaılan 12 nəfər barəsində cinayət işi açılıb. Amma razılaşaq ki, nazirlik öz əməkdaşlarını hər bir su hövzəsinin ətrafına qoyaraq vəziyyətə nəzarət edə bilməz. Su hövzələrində sintetik torlardan, tok aparatlarından istifadəyə dair faktlarla rastlaşan vətəndaşlardan bizə məlumat vermələrini xahiş edirik.

    Yaxud da bizə çoxlu sayda şikayətlər gəlir ki, ağac kəsildi, amma nazirlik xəbər tutmadı. Əgər o ağac kəsiləndə hansısa vətəndaş bunu görəndə bizə dərhal məlumat verirsə, biz onunla bağlı tədbir görürük. Məlumat özündə ümumi halı əks etdirirsə, konkret şəxslər barədə məlumat, dəlillər yoxdursa, o şəxsləri tapmaq da çətinləşir. Müxtəlif icmalarda, kəndlərdə, yaşayış məntəqələrində tokla balıq tutan, qanunsuz vaxtda balıq tutmağa gedən şəxsləri yaşadıqları ərazidəki sakinlər daha yaxşı tanıyır. Burada ictimai qınaq mühüm rol oynayır.

    Əgər onlar bilsə ki, ətrafdakı insanlar bu hadisəyə dərhal kəskin reaksiya versə, onlar daha bu addımı atmazlar. Biz bu məsələdə əməkdaşlığa hazırıq, kiminsə əlində sübutu varsa, bunu vaxtında istər nazirliyin mərkəzi, istərsə də yerli idarələrinə təqdim etmək lazımdır. Biz də bu tədbirlərin qarşısını birgə alaq”.

  • Baş Prokurorluq və DTX birgə məlumat yaydı

    Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində saxlanılan erməni hərbçisi ilə bağlı məlumat yayıb.

    “Avqustun 23-də saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.

    Qurgen Alaverdyanın Ermənistan Silahlı Qüvvələrinin apardığı təcavüzkar müharibələr nəticəsində işğal edilmiş Kəlbəcər rayonu ərazisində qanunsuz olaraq yaradılmış silahlı birləşmələrin tərkibində iştirak edərək Azərbaycan Respublikasının hərbi qulluqçularına, müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etməsinə, habelə onlara qarşı zorakılıq hərəkətləri etməsinə, insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə yönələn hərəkətlər törətməsinə, eləcə də, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib saxlaması, daşıması və gəzdirməsinə, habelə Ermənistan Respublikası xüsusi xidmət orqanlarının tapşırığı ilə 23 avqust 2020-ci il tarixdə ölkəmizin təhlükəsizliyi zərərinə istifadə olunması məqsədilə dövlət sirri təşkil edən məlumatları toplamaq və Ermənistan Respublikasına ötürmək məqsədilə casusluq etməklə dövlət sərhədini qanunsuz olaraq keçməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 276 (casusluq), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

    Cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması üçün Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin peşəkar əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb.

    Törədilmiş cinayət hadisəsinin xarakter və mürəkkəbliyi nəzərə alınmaqla Baş prokuror tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılmış və hazırda iş üzrə zəruri və intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

  • Uşaqlarda koronavirusun fəsadları müəyyən edilib

    Uşaqlar koronavirusa qarşı əvvəllər düşündüyündən daha həssas imiş.

    “The Wall Street Journal”ın məlumatına görə, bu barədə amerikalı həkimlər xəbərdarlıq ediblər.

    Onların sözlərinə görə, uşaqlar bu xəstəlikdən sağaldıqdan sonra belə koronavirusun orqanizmdə qoyduğu fəsadlar qalır.

    Tibb işçilərinin sözlərinə görə, COVID-19-dan sonra uşaqlarda baş ağrıları və öskürək davam edir, həmçinin həzm sisteminin işi pozulur.

    Bununla belə, onların əksəriyyətinin xəstəliyi daha rahat keçirdiyi təsdiqini tapıb. Uşaqlarda ən çox multisistemli iltihab sindromuna rast gəlinib.

    O da vurğulanır ki, ABŞ-da iyulun əvvəlindən bəri yoluxmuş uşaqların sayı iki dəfə artıb.

  • Şirvanda 45 min manatlıq oğurluq edən şəxslər saxlanılıb – VİDEO

    Şirvanda beş mənzildən nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.

    Baku.tv xəbər verir ki, Şirvan polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan 27 yaşlı Qafarlı Əlizadə saxlanılıb. Onun evindən narkotik vasitə olan heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb. Səkkiz ədəd sellofan bükümdə qablaşdırılan narkotik vasitə satış məqsədi üçün nəzərdə tutulubmuş.

    Axtarış zamanı mənzildə müxtəlif mobil telefonlar və məişət əşyaları aşkar edilib. Bunların narkotik vasitələrin satışı müqabilində əldə edildiyi ehtimal olunub.

    İstintaq zamanı müəyyən edilib ki, ünvanda aşkar olunan rəqəmsal televizor oğurluq olub. Həmin televizoru ona narkotik əvəzinə silsilə oğurluqlar edən şəxslər verib.

    Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqlar edən 24 yaşlı Fərhad Eyvazov və həmyaşıdı Qəribağa saxlanılıb. Əlbir oğrular beş evdən ümumilikdə, dəyəri 45 min manat dəyərində qızıl-zinət, nağd pul, elektron və digər məişət əşyaları oğurlayıblar.

    Bu ilin yanvar ayının 29-da onlar Şirvan sakini Günay Gözəlovaya məxsus mənzildən 11.290 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyaları və 800 Amerika dolları nağd pul oğurluq ediblər.

    Qarətçilər may ayında isə Şirvan sakini Xəyalə Mehdiyevaya məxsus mənzildən mobil telefon, 320 manat dəyərində qızıl, 1900 manat və 10.000 min Amerika dolları nağd pul oğurluq ediblər. Bu azmış kimi, onlar iyun ayında isə Şirvan sakini, Həyat Əliyevaya məxsus mənzildən 700 manat dəyərində noutbuk, 290 manat dəyərində mobil telefon, 8600 manat dəyərində qızıl-zinət əşyaları – ümumilikdə 9650 manat məbləğində ziyan vurmaqla oğurluq ediblər.

    Avqust ayında Şirvan sakini, Fikrət Axundova məxsus mənzildən bir ədəd 1300 manat dəyərində iki ədəd plazma televizor, 700 manat dəyərində noutbuk və digər məişət əşyaları, ümumilikdə, 2150 manat oğurlanıb.

    İstintaq daha bir evdən oğurluq olunması barədə məlumat əldə etsə də, həmin evin sahibi şəhərdə olmadığından oğurlanan əşyalar barədə məlumatlar onun müraciətindən sonra araşdırılacaq.

    Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

  • В Азербайджане для повторного внутришкольного оценивания обратились около 20 тысяч учащихся

    С учетом мероприятий, осуществляемых по борьбе с распространением коронавирусной инфекции COVID-19, решением Коллегии Министерства образования от 21.05.2020 года утвержден “Временный порядок проведения аттестации (внутришкольного оценивания) лиц, обучающихся на ступени общего образования”.

    Как передает АПА, об этом сообщил заведующий сектором по связям с общественностью Министерства образования Джасарат Валехов. По его словам, в соответствии с документом, баллы и оценки учащихся за I полугодие учебного года приняты как итоговые баллы и оценки за учебный год.

    Учащимся V-VIII и X классов, которые не согласны с годовыми оценками по каким-то предметам, предоставлена возможность повторно обратиться в общеобразовательные учреждения в связи с внутришкольным оцениванием. В связи с этим обратились около 20 тысяч учащихся.

    Дж.Валехов отметил, что с учетом того, что на территории страны до 31 августа введен особый карантинный режим, процесс повторного оценивания знаний учащихся, которые не согласны с годовыми оценками или учащихся, знания которых не были оценены, рекомендуется провести 21-31 августа 2020 года с выбором одной или обеих нижеуказанных форм:

    1. онлайн на платформе Microsoft Teams;

    2. в школах под открытым небом.

    Завсектором добавил, что переводы учащихся из класса в класс в II-VIII и X классах по итогам внутришкольного оценивания осуществляются на основании “Временных правил перевода учащихся общеобразовательных учреждений из класса в класс”.