Month: August 2020

  • Azərbaycanda 20 minə yaxın şagird yenidən məktəbdaxili qiymətləndirmə üçün müraciət edib

    COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Təhsil Nazirliyinin Kollegiyasının 21.05.2020-ci il tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib.

    Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial mediada bildirib. O qeyd edib ki, Qaydaya əsasən şagirdlərin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilib. Hər hansı fənn üzrə illik qiyməti ilə razılaşmayan V-VIII və X sinif şagirdlərinə ümumi təhsil müəssisəsinə yenidən məktəbdaxili qiymətləndirmənin təşkili ilə bağlı müraciət etmək imkanı yaradılıb. Əldə olunan ilkin məlumatlara əsasən 20 minə yaxın şagird bu hüququndan istifadə etmək üçün müraciət edib.

    C.Valehov deyib ki, ölkə ərazisində 31 avqust 2020-ci il tarixədək xüsusi karantin rejiminin tətbiq olunduğunu nəzərə alaraq, illik qiyməti ilə razılaşmayan və ya biliyi qiymətləndirməyən şagirdlərin biliyinin yenidən qiymətləndirilməsi prosesinin 21-31 avqust 2020-ci il tarixləri arasında aşağıdakı iki formadan biri və ya hər ikisi seçilməklə həyata keçirilməsi tövsiyə olunur:

    1. Microsoft Teams platformasında onlayn şəkildə;

    2. Məktəblərdə açıq hava şəraitində.

    Açıq hava şəraitində qiymətləndirmə “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”in (əlavə olunur) tələbləri gözlənilməklə həyata keçirilir.

    Qiymətləndirmənin təşkili formasının müəyyənləşdirilməsi üçün məktəb rəhbərliyi tərəfindən məktəbin maddi-tədris bazası, texniki təminatı və şagird-müəllim heyətinin internet resurslarına çıxış imkanları araşdırılmalı, araşdırma nəticəsinə əsasən, qiymətləndirmə formasının keçirilməsiə dair qərar qəbul edilməli və bu barədə müəllimlərə, valideyn və şagirdlərə məlumat verilməlidir.

    C.Valehov onu da bildirib ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən tənzimlənir.

  • Bu ölkədə fövqəladə vəziyyət bir ay da uzadıldı

    Tailand hökuməti COVID-19 virusunun yayılmasına görə tətbiq edilmiş fövqəladə vəziyyət rejimini sentyabr ayının 30-dək uzadıb.B

    Bu barədə ölkənin Nazirlər Kabinetinin sözçüsü Anuça Burapaçaisri bildirib.

    Onun dediyinə görə, belə bir addım ölkənin Milli Təhlükəsizlik Şurası tərəfindən təklif edilib.

    Qeyd edək ki, mart ayında tətbiq edilmiş fövqəladə vəziyyət rejimi artıq 5-ci dəfədir uzadılır.

    Hökumət həmçinin koronavirusa qarşı dərman üzərində çalışmaları dəstəkləmək üçün 1 milyard baht (43 milyon ABŞ dolları) məbləğində vəsait ayırıb. Həmçinin Tailandda hazırlanan yerli mRNA peyvəndi meymunlar üzərində sınaqdan çıxarılıb, insanlar üzərində sınaqlara isə oktyabr ayında başlamaq nəzərdə tutulur.

    Bildirilib ki, bu gün qeydə alınan 5 yoluxmanın hamısı xarici ölkələrdən qayıdan taylarda aşkarlanıb. Bütövlükdə indiyədək ölkədə koronavirusa yoluxan 3 402 nəfərdən 3 229-u sağalıb, 58 nəfər isə ölüb. Bu ilin may ayının 26-dan sonra ölkədə yoluxma halları qeydə alınmayıb. /// report.az

  • İlqarədən Elnurla sevgili olma iddialarına cavab

    Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə son günlər həmkarı Elnur Hüseynovla fotosessiyası ilə müzakirələrə səbəb olub.

    Median.Az axşam.az-a istinadən bildirir ki, “Dəniz ver” adlı mahnını duet şəklində ifa edən sənətçilər səmimi fotoları ilə gündəmə gəliblər. Sosial şəbəkədə Elnurla İlqarənin sevgili olduğu iddia edilib.

    Məsələyə münasibət bildirən İlqarə sevgili olduqları xəbərini yalanlayıb:

    “Dəiz ver” adlı mahnımıza göstərmiş olduğunuz diqqətə görə bütün media nümayəndələrinə və xoş rəylərinizlə bizi ruhlandırdığınız üçün siz hörmətli izləyicilərimizə dərin təşəkkürümüzü bildirmək istəyirəm. O ki qaldı Elnurla mənim aramda sevgi münasibəti olması haqda deyilənlərə… Biz sadəcə, dostuq. Hələ ki…”.

  • Azərbaycanın Müdafiə naziri rusiyalı həmkarı ilə görüşüb

    Avqustun 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.

    Müdafiə Nazirliyindən APA-ya verilən xəbər görə, qonaqları salamlayan Azərbaycanın Müdafiə naziri vurğulayıb ki, dövlətlərimizin başçılarının dostluq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik inkişafını müəyyənləşdirir.

    Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanda deyil bütün regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir. Ermənistan tərəfinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlara da toxunan general-polkovnik Z.Həsənov qeyd edib ki, bu, Azərbaycan ilə MDB ölkələri arasında əlaqələrin sarsıdılmasına yönəldilmişdir.

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu qeyd edən Azərbaycanın müdafiə naziri vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar kimi Rusiya da ölkəmizin ərazi bütövlüyünü tanıyır, onun müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır.

    Səmimi qəbula görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən Rusiyanın müdafiə naziri Ermənistanla sərhəddə baş vermiş son döyüş toqquşmaları zamanı şəhid olmuş Azərbaycan hərbi qulluqçularının ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

    Ordu generalı S.Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması barədə son zamanlar mətbuatda yayılan məlumatlara münasibət bildirərək qeyd edib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. O, xüsusilə qeyd edib ki, Rusiya bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq.

    Tərəflər həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələləri, hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Sabirabadda yük avtomobili aşıb, sürücü xəsarət alıb

    Sabirabadda yük avtomobili aşıb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb. “Shacman” markalı yük avtomobili “Vito Mercedes” markalı avtomobillə toqquşub. Qumla yüklənmiş yük avtomobili aşıb, qum yola dağılıb. Yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sərnişin maskaya görə avtobus sürücüsünü vurdu

    Avtobusdan istifadə edən hər bir sərnişin müəyyən olunan qaydalara və sürücünün tövsiyələrinə əməl etməlidir.

    Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

    Bildirilib ki, 13 nömrəli marşrut xətti üzrə avtobusun sürücüsü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə edib. Sərnişin buna əməl etmədiyindən sürücü də avtobusu sürməyəcəyini bildirib. Sonda sərnişin sürücüyə qarşı güc tətbiq edərək onu vurub.

    Sərnişinin şəxsiyyəti müəyyən edilərək törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara müraciət olunub.

  • Azərbaycanın xarici işlər naziri erməni həmkarı ilə görüşün mümkünlüyünə münasibət bildirib

    “Həmsədrlər bu ilin payızında Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etmək istəyirlər. Lakin Ermənistanın fəaliyyəti faktiki olaraq həmsədrlərin səylərini sıfıra endirib”.

    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS agentliyinə müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gedişatını Azərbaycanın necə qiymətləndirməsi ilə əlaqədar suala cavabında bildirib.

    Nazirin sözlərinə görə, Ermənistanın münaqişənin nizamlanması prosesini pozması təkcə iyulun 12-də baş verən hərbi hücumla məhdudlaşmır: “Bu ölkənin rəhbərliyi müharibənin nəticələrini möhkəmləndirməyin vacibliyini, ərazilərin azad edilməsinin mümkünlüyünün istisnalığını bəyan edərək, Azərbaycanın yaşayış məntəqələrinə zərbələr endirməklə hədələyərək, işğal altındakı ərazilərə qanunsuz köçürülmə siyasətini davam etdirərək danışıqların bərpa olunması şansına zərbə vurur. Ermənistan tərəfinin bu aqressiv bəyanatlarının və təxribatçı addımlarının siyahısını davam etdirmək olar. Bu cür şərtlərdə XİN başçılarının görüşünün tarixi haqqında danışmaq tez olardı.

    ATƏT-in Minsk Qrupu həmsədrlərindən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsində və 1994-cü ildə ATƏT-in Budapeşt Sammitinin qərarında nəzərdə tutulduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və silahlı münaqişənin digər nəticələrinin aradan qaldırılması ilə bağlı Ermənistan tərəfinin əsaslı danışıqlar aparmağa hazır olmasının təminatını gözləyirik. Bu cür razılaşmaların həyata keçirilməsi daha sonra siyasi məsələlərə baxmağa başlanılmasına imkan verəcək”.

  • Bulvarda özünü dənizə atan gənc qız xilas edildi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

    “Report”un xəbərinə görə, bu barədə FHN-in saytı məlumat yayıb.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

    “Report” gənc qızın xilas edilməsi hadisəsi ilə bağlı əldə etdiyi görüntüləri təqdim edir:

  • На Бакинском бульваре предпринята попытка самоубийства

    В Приморском национальном парке в Баку один человек предпринял попытку самоубийства, бросившись в море, говорится в сообщении МЧС.

    В Центр управления в кризисных ситуациях поступила информация о том, что в Приморском национальном парке, находящемся в Сабаильском районе города Баку, один человек бросился в море. Спасатели Государственной службы по контролю над маломерными судами и спасению на водах МЧС спасли гражданина и передали его по назначению.

  • Сколько денег потратили бакинцы на продовольствие?

    В январе-июле этого года объем торгового оборота Баку по сравнению с аналогичным периодом 2019 года сократился на 1,5% и составил 11 741,6 млн. манатов, передает АПА со ссылкой на Госкомитет по статистике.

    Стоимость реализованных в торговой сети продуктов питания, напитков и табачных изделий выросла на 2,5% по сравнению с аналогичным периодом прошлого года и составила 5 682,5 млн. манатов, объем непродовольственных товаров сократился на 4,5% и составил 6 059,1 млн. манатов.

    30,6% потребительских товаров реализовано на предприятиях со статусом юридического лица, 46,4% – на торговых объектах, принадлежащих индивидуальным предпринимателям, 23% – на товарных рынках столицы.