Month: August 2020

  • Şirvanda narkotacir tutuldu, 45 min manatlıq oğurluq edənləri ələ verdi – VİDEO

    Şirvanda beş mənzildən nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.

    Baku TV xəbər verir ki, Şirvan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan, 27 yaşlı Qafarlı Əlizadə saxlanılıb.

    Onun evindən narkotik vasitə olan heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb. Səkkiz ədəd sellofan bükümdə qablaşdırılan narkotik vasitə satış məqsədi üçün nəzərdə tutulub.

    Axtarış zamanı mənzildə müxtəlif mobil telefonlar və məişət əşyaları aşkar edilib. Bunların narkotik vasitələrin satışı müqabilində əldə edildiyi ehtimal olunub.

    İstintaq zamanı müəyyən edilib ki, ünvanda aşkarlanan rəqəmsal televizor oğurluq olub. Həmin televizoru ona narkotik əvəzinə silsilə oğurluqlar edən şəxslər verib.

    Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqlar edən 24 yaşlı Fərhad Eyvazov və həmyaşıdı Qəribağa saxlanılıb. Əlbir oğrular beş evdən, ümumilikdə, 45 min manat dəyərində qızıl-zinət, nağd pul, elektron və digər məişət əşyaları oğurlayıblar.

    Bu ilin yanvar ayının 29-da onlar Şirvan sakini Günay Gözəlovaya məxsus mənzildən 11 min 290 manat dəyərində müxtəlif növ qızıl-zinət əşyaları və 800 ABŞ dolları nağd pul oğurlayıblar.

    Qarətçilər may ayında Şirvan sakini Xəyalə Mehdiyevaya məxsus mənzildən mobil telefon, 320 manat dəyərində qızıl, 1900 manat və 10 min ABŞ dolları nağd pul oğurlayıblar.

    Bu azmış kimi, onlar iyun ayında Şirvan sakini, Həyat Əliyevaya məxsus mənzildən 700 manat dəyərində noutbuk, 290 manat dəyərində mobil telefon, 8600 manat dəyərində qızıl-zinət əşyaları – ümumilikdə 9650 manat məbləğində ziyan vurmaqla oğurluq ediblər.

    Avqust ayında Şirvan sakini Fikrət Axundova məxsus mənzildən bir ədədi 1300 manat dəyərində iki ədəd plazma televizor, 700 manat dəyərində noutbuk və digər məişət əşyaları, ümumilikdə, 2150 manat oğurlanıb.

    İstintaq daha bir evdən oğurluq edilməsi barədə məlumat əldə etsə də, həmin evin sahibi şəhərdə olmadığından oğurlanan əşyalar barədə məlumatlar onun müraciətindən sonra araşdırılacaq.

    Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

    Faktla bağlı Şirvan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

  • Azərbaycanda yüksək vəzifəli şəxs karantində qızına nişan etdiyi üçün cəzalandırıldı – VİDEO

    Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova qızı Mehparə Əzizovaya karantin zamanı nişan etdiyi üçün cəzalandırılıb.

    Bu barədə Oxu.Az-a Mətanət Misirxanova özü məlumat verib.

    O qeyd edib ki, sözügedən məclis 23 may 2020-ci ildə keçirilib:

    “Nişan mərasimi öz evimdə, yalnız ailə üzvlərimizin iştirakı ilə keçirilib. Məclisdə ailədən kənar heç kim olmayıb.

    Nişanda qız və oğlan evi birgə 18 nəfər olub. Karantin qaydalarını pozduğuma görə haqqımda Ağdam Rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilib”.

  • ÜST-dən koronavirusa təkrar yoluxma ilə bağlı AÇIQLAMA

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yenidən yoluxma hallarını istisna etmir.

    “RİA Novosti” bu barədə ÜST-ün rəsmi təmsilçisi Marqaret Harrisin bu gün keçirilən brifinqdəki açıqlamasına istinadla xəbər yayır.

    Onun sözlərinə görə, bəzən insanların mənfi nəticə verən testi sonradan müsbət göstərir:

    “Həqiqətən həmin insanların koronavirusa yenidən yoluxmaları və ya testlərin problemli olması hələ ki, məlum deyil. Ancaq qeyd etmək lazımdır ki, belə hadisələr çox az hallarda baş verir”.

  • Gəncədə köhnə bina uçmaq təhlükəsi qarşısında – VİDEO

    Gəncə şəhərinin Poçt qəsəbəsi, Aydınbəyov küçəsi, bina 49-da yaşayan sakinlərin yaşadıqları bina təhlükəli vəziyyətdədir.

    Baku TV-nin xəbərinə görə, ötən əsrin 60-cı illərində istifadəyə verilmiş binada indiyədək heç bir əsaslı təmir aparılmayıb.

    Binanın kanalizasiya xətləri köhnəldiyindən zirzəmilər su ilə doludur, dəhlizlərin pilləkənləri tamamilə çöküb, divarlarda dərin çatlar əmələ gəlib.

    Məsələ ilə bağlı Gəncə Şəhər Su-Kanal Törəmə Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

    Qurumun direktor müavini Yaşar Məhərrəmov Baku TV-yə açıqlamasında vəziyyətdən məlumatlı olduqlarını bildirdi:

    “Zirzəmidə suyun təmizlənməsi işi aparılıb. Bu gün problemin yenidən aktuallaşmasının səbəbi isə sakinlərin məsuliyyətsizliyidir”.

    Binadakı çatların aqibətinə gəlincə, bu barədə rəsmi şəkildə açıqlama verən olmadı.

    İki gün ərzində Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyindən rəsmi cavab veriləcəyi bildirilsə də, heç kim suallarımızı cavablandırmaq istəmədi.

  • Гражданин Азербайджана пытался незаконно перейти границу РФ на территории Дагестана

    Сотрудниками Пограничного управления Федеральной службы безопасности (ФСБ) России по Дагестану в Тляратинском районе задержан гражданин Азербайджана при попытке пересечения госграницы, сообщили РИА Дагестан в пресс-службе ФСБ РФ по региону.

    “Ранее нарушитель был осужден Назрановским районным судом Республики Ингушетия по ч.2 ст. 161 УК РФ (грабеж) и после отбывания наказания в начале 2020 года выехал из России. Решением уполномоченных органов въезд на территорию РФ ему был запрещен сроком на 8 лет, до 2028 года”, – говорится в сообщении.

    В информации отмечается, что иностранный гражданин привлечен к ответственности в установленном российским законодательством порядке и в настоящее время ожидает выдворения за пределы России.

  • Rusiya sərhədini qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanıldı

    Rusiya Federasiyasının Dağıstanla sərhəd ərazisində Azərbaycan vətəndaşı saxlanılıb.

    Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional mətbuat xidmətinin məlumatına görə, azərbaycanlı Tlyaratinski rayonundakı sərhəd ərazidən Rusiyaya keçmək istəyib.

    Bildirilir ki, daha əvvəl həmin şəxs soyğunçuluqda ittiham edilib. Cəzasını çəkdikdən sonra 2020-ci ilin əvvəlində Rusiyadan çıxıb. Rusiya Federasiyasının müvafiq orqanlarının qərarı ilə 2028-ci ilə qədər onun Rusiya ərazisinə girişinə qadağa qoyulub.

  • AZAL обратился к пассажирам, планирующим поездки в Стамбул, Берлин и Лондон

    “Азербайджанские авиалинии” (AZAL) обратились к пассажирам, планирующим поездки специальными рейсами в Стамбул, Берлин и Лондон.

    В информации говорится, что с сегодняшнего дня пассажиры могут бесплатно взять еще один багаж весом не более 10 кг и сдать его в аэропорту при регистрации на рейс.

    Таким образом, пассажиры эконом-класса могут взять всего два багажа – 23 кг + 10 кг, пассажиры бизнес-класса – три багажа: два по 32 кг + 10 кг, а члены VIP-клуба – четыре багажа: три по 32 кг + 10 кг.

    Данное правило предусматривает сдачу в багаж предметов ручной клади для минимизации плотности в салоне самолета и обеспечения беспрепятственного доступа в него.

    Следует отметить, что в качестве ручной клади разрешается брать только мужской портфель, женскую сумку, сумку для ноутбука и детское питание.

  • AZAL İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət etdi

    AZAL İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət edib.

    Bu gündən etibarən çəkisi 10 kiloqramdan artıq olmayan daha bir ədəd baqajı ödənişsiz götürə və hava limanında qeydiyyat masasına təhvil verə bilərsiniz.

    Beləliklə, ekonom sinifdə səyahət edən sərnişinlər cəmi iki ədəd baqaj – 23 kq + 10 kq, biznes sinifdə səyahət edən sərnişinlər – üç ədəd baqaj: ikisi 32 kq + 10 kq, VIP klubun üzvləri isə dörd ədəd baqaj: üçü 32 kq + 10 kq götürə bilərlər.

    Bu qayda təyyarə salonunda sıxlığı minimuma endirmək və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etmək üçün əl yükünə aid olan əşyaların baqaja təhvil verilməsini nəzərdə tutur.

    Qeyd edək ki, əl yükü qismində yalnız kişi portfeli, qadın əl çantası, noutbuk çantası və uşaq qidasının götürülməsinə icazə verilir.

  • Nazirlik rəsmisindən odun tədarükü ilə bağlı AÇIQLAMA

    Odun tədarükü nazirliyin meşələrin inkişafı mərkəzi tərəfindən həyata keçirilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

    O bildirib ki, bu prosedur xaotik həyata keçirilmir:

    “Bu istiqamətdə sahələr, həmin sahələrdəki ağaclar qiymətləndirilir. Xüsusilə bioloji həyatını başa vurmaq üzrə olan ağaclar müəyyənləşdirilir və odun tədarükü üçün hazırlanır. Qaz təchizatı ilə bağlı problemlərin qısa zamanda həll olunacağına ümid edirik. Lakin bu müddət ərzində qeyd etdiyim şəkildə odun tədarükündən yararlanmaq olar”.

    H.Əlizadə bu istiqamətdə qayda pozuntusu ilə bağlı faktlarla rastlaşan şəxslərin məsələ barədə Nazirliyə məlumat verməsini rica edib:

    “Qeyd edilən prosedurdan kənar odun tədarükü ilə bağlı faktlarla rastlaşan şəxslər dəlilləri nazirliyə təqdim etsinlər. Bu istiqamətdə mütləq şəkildə araşdırma aparılacaq və ictimaiyyətə məlumat veriləcək”.

  • “Formula-1”: Azərbaycanda ləğv olundu, Türkiyədə bərpa edildi

    “Formula-1”in builki yarış təqviminə Türkiyə Qran-Prisi əlavə olunub.

    “Formula-1”in saytı xəbər verir ki, 13-15 noyabrda İstanbul Park adlanan yarış yerində Türkiyə Qran-Prisi keçiriləcək.

    Bu, 2005-2011-ci illərdə Türkiyədə keçirilmiş yarışın bərpa olunması deməkdir.

    Bəhreyndə isə iki Qran-Pri baş tutacaq.

    Beləliklə, bundan sonra ilin sonunadək bu yarışlar Belçika (28-30 avqust), İtaliya (4-6 və 11-13 sentyabr), Rusiya (25-27 sentyabr), Almaniya (9-11 oktyabr), Portuqaliya (23-25 oktyabr), İtaliya (31 oktyabr – 1 noyabr), Türkiyə (13-15 noyabr), Bəhreyn (27-29 noyabr və 4-6 dekabr) və BƏƏ-də (11-13 dekabr) keçiriləcək.

    Xatırladaq ki, bu il pandemiya səbəbindən Azərbaycan Qran-Prisi ləğv olunub.