Month: August 2020

  • Abel Məhərrəmovun var-dövləti açıqlandı – SİYAHI

    Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən çıxarılandan sonra “kölgəyə” çəkilən akademik Abel Məhərrəmov yenidən diqqət mərkəzinə gəlib.

    Median.Az Yenisabah.az-a istinadla xəbər verir ki, keçmiş rektor Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiyinə və onun şəninə sağlıq dediyinə görə müzakirə mövzusuna çevrilib.

    Bəzi məlumatlara görə, Abel Məhərrəmov təkcə cərimə cəzası ilə yaxasını kənara çəkə bilməyəcək. Onun hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılacağı, hətta rektor olduğu dönəmdə topladığı varidata əl qoyulacağı iddia olunur.

    Keçmiş rektorun sərvətinə gəlincə, hələ illər öncə mediada bu barədə yazılıb və bəlli olub ki, akademik vəzifədə olduğu illər ərzində özünə biznes imperiyası qurub. Onun olduğu iddia edilən biznes strukturların siyahısını təqdim edirik. Məlumat üçün deyək ki, bu siyahını bir neçə il əvvəl siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov yaymışdı.

    1. “El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi – 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.

    2. “Mono Liza” – Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596)

    3. “İzabella” şadlıq sarayı, Bakıda “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.

    4. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.

    5. “Sahil” ticarət mərkəzində ən bahalı “Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)

    Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:

    1. “Lamborghini”

    2. “Bentley”

    3. “Porsche Cayenne”

    4. “Land Rover”

    5. “Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)

    6. “Audi Q7”

    7. “Audi Q8” (Son model, qiyməti 450 min avro)

    8. “Mercedes Geländewagen” (qiyməti 250 min avro)

    9. “BMW X6” (son model – qiyməti 200 min avro)

    10. “BMW -760” (qiyməti 400 min avro)

    Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:

    1. Binəqədidə Vorovski deyilən ərazidə 2 villa;

    2. Quba rayonunda 1 villa;

    3. Xızı rayonunda 1 villa;

    4. Nabranda 1 villa;

    5. Şüvəlan qəsəbəsində 1 villa;

    6. Mərdəkan qəsəbəsində 1 villa;

    7. AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;

    Şərifzadə küçəsində yerləşən ev.

    – Qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq bağçası.

    – 8-ci mikrorayonda daha bir restoranı

    – N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.

  • Azərbaycanda ekologiya ilə bağlı məsələlər müzakirə olunub – VİDEO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” adlı layihəyə başlayıb.


    Layihə çərçivəsində Nazirliyin mütəxəssisləri canlı yayım vasitəsilə “Facebook” istifadəçilərinin suallarını cavablandırılır.

    “Ekspert saatı” verilişinin canlı yayımda bugünkü qonağı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədir.

    O, canlı yayımda ətraf mühitin mühafizəsi sahəsində mövcud problemlərlə bağlı izləyicilərin suallarını cavablandırır və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verir.

  • Ov icazələrində əcnəbilərə üstünlük verilir? – RƏSMİ AÇIQLAMA

    Ov üçün icazə məsələlərində xarici vətəndaşlara üstünlük verilmir. Qaydalar hər zaman hər kəsə şamil edilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

    O bildirib ki, pandemiya ilə əlaqədar bu dövrdə ov üçün ölkəyə gələn xarici vətəndaşlar yoxdur:

    “Bəzən ov icazəsi ilə bağlı əcnəbilərə üstünlük verildiyi barədə fikirlər səsləndirilir. Lakin nəzərə almaq lazımdır ki, bəzi hüquqlar qanunvericilik çərçivəsində tənzimlənir. Necə ki biz sürücülük vəsiqəsi ilə bəzi ölkələrdə avtomobil idarə edə bilirik, bu məsələdə də müəyyən məqamlar var.

    Amma qanun hər zaman hər kəs üçün eynidir. Ov icazəsi müəyyən qaydalar çərçivəsində verilir və bu qaydaları pozan şəxslər aidiyyəti üzrə məsuliyyətə cəlb olunublar. Statistik məlumatlara nəzər salsaq, bunu görmək mümkündür.

    Belə ki, təkcə 2019-cu ildə 20 xarici vətəndaş ov qaydasını pozduğu üçün iki min manat dəyərində cərimə olunub. 2018-ci ildə isə 16 xarici vətəndaşa qarşı bu cəza tədbiri şamil edilib. Onların ölkədən dərhal çıxarılması üçün də aidiyyəti üzrə müraciətlər edilib”.

    Ov icazələrinin alınması ilə bağlı prosedur qaydalarına aydınlıq gətirən H.Əlizadə ov etmək istəyən şəxslərin yaşadığı ərazi üzrə nazirliyin müvafiq idarəsinə müraciət etməli olduqlarını deyib:

    “Həmin müraciət əsasında sizə geniş məlumat veriləcək. Siyəzən, Xızı ərazilərində ov icazəsi ilə bağlı izləyicilərimizin ünvanlandığı suala cavab olaraq deyim ki, bununla bağlı sizə idarədən müvafiq məlumatlar veriləcək”.

  • В Азербайджане выявлены 133 новых случая инфицирования COVID-19, скончались еще два человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 133 новых случая инфицирования коронавирусом, еще 86 человек вылечились и были выписаны домой.

    Об этом 25 августа сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще два пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 35 559 человек. Из них 521 скончался, 33 190 – излечились, 1 848 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 885 279 тестов (за последние 24 часа – 6 612) на COVID-19.

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 133 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6612 test aparılıb.

    Aktiv xəstə sayı isə 1848 nəfərdir.

  • Bakıda binada yaşamaq ekstrimə çevrilib: “Qaçqınlar özləri məskunlaşıb, ona görə…” – VİDEOREPORTAJ

    Qaraçuxur qəsəbəsindəki bina 14B ünvanının sakinləri problemlərlə üz-üzə qalıb.

    Baku TV xəbər verir ki, binanın həyətində qəzalı vəziyyətə düşən su anbarının təmir olunmaması, binaya liftin qoyulmaması, zirzəmilərdə kanalizasiya sularının yığılması sakinlərin ciddi narazılığına səbəb olub.

    Onlar dövlət qurumlarına müraciətlərinin cavabsız qaldığını deyirlər.

    Həyətdəki böyük su anbarının üzərindəki beton plitələr aylar əvvəl dağılıb. Nəticədə, həyətin ortasında dərin bir quyu əmələ gəlib.

    Təxminən 155 tonluq su anbarı hər an faciəyə səbəb ola bilər.

    Binanın zirzəmisində də acınacaqlı vəziyyət hökm sürür. Su anbarının örtüyünün dağılması və binadakı kanalizasiya sisteminin sıradan çıxması ilə bağlı “Azərsu” ASC-dən Baku TV-yə açıqlama verilib.

    ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı həmin problemlə bağlı ərazi üzrə aidiyyəti qurumlara müraciət olunduğunu və tezliklə problemin aradan qaldırılacağını bildirib.

    Binada liftin olmaması məsələsinə Suraxanı Rayon İcra Hakimiyyətindən aydınlıq gətirilib.

    Suraxanı İH-nin şöbə müdiri Xanoğlan Allahverdiyev qeyd edib ki, qaçqınlar özləri gəlib orada məskunlaşıblar: “Bina tam təhvil verilməyib. Bu səbəbdən də hazırkı vəziyyətdə oraya lift quraşdırmaq mümkün deyil”.

  • Президент Ильхам Алиев принял делегацию во главе с министром обороны России – ОБНОВЛЕНО + ФОТО/ВИДЕО

    25 августа Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию во главе с министром обороны Российской Федерации Сергеем Шойгу.

    Как сообщает АЗЕРТАДЖ, приветствуя гостей, Президент Ильхам Алиев сказал:

    – Уважаемый господин министр, рад вас видеть снова в Азербайджане. Я вспоминаю нашу предыдущую встречу. Примерно год назад вы посещали нашу страну. Тогда в Баку проходило заседание Совета глав оборонных ведомств СНГ. Сегодня в Баку открывается соревнование “Кубок моря”, которое является частью Армейских игр. Как вы знаете, Азербайджан традиционно участвует в Армейских играх и традиционно принимает соревнования “Кубок моря”. Думаю, что эти соревнования будут и дальше служить делу укрепления сотрудничества между всеми странами, которые в них участвуют.

    Инициатором Армейских игр является Россия, и основные соревнования проходят тоже на территории РФ. Наши танкисты участвуют в танковом биатлоне. Это хорошая возможность увидеться и обменяться мнениями по вопросам, связанным с перспективой нашего сотрудничества в военной сфере, которое является частью очень обширной повестки дня наших межгосударственных отношений.

    Буквально недавно у меня состоялся телефонный разговор с Президентом России Владимиром Владимировичем Путиным. Во время разговора мы обсуждали вопросы, связанные с региональной безопасностью, региональной проблематикой. Завтра начинается официальный визит министра иностранных дел Азербайджана в Российскую Федерацию. Уверен, что обсуждения, которые пройдут между главами внешнеполитических ведомств, будут полезными. Они обсудят сложившуюся динамику отношений, а также перспективы развития связей. Так что диалог идет, и рад, что вы снова нас посещаете. Желаю вам приятного пребывания в Азербайджане.

    Министр обороны России Сергей Шойгу, в свою очередь, сказал:

    – Спасибо, уважаемый господин Президент. Для меня посещение Азербайджана – это всегда хорошая возможность обменяться мнениями, обсудить вопросы региональной безопасности и, безусловно, нашего военного и военно-технического сотрудничества. Здесь у нас есть о чем доложить нашим президентам, есть что обсудить. К сожалению, пандемия во всем мире накладывает свой отпечаток на планы нашего сотрудничества. Но я уверен, что мы сегодня с моим коллегой, министром обороны Азербайджана обсудим, каким образом нам наверстать упущенное из-за этой пандемии и войти в тот график и тот режим, который у нас был достигнут на сегодняшний день.

    Вчера стартовал азербайджанский экипаж. Мы это посмотрели. Стартовал очень неплохо. Я имею в виду танковый биатлон. В остальных соревнованиях тоже довольно неплохо выступает азербайджанская команда. Я желаю ей успехов. Конечно, освещение в мире этих мероприятий и проходящей выставки довольно широкое. И здесь нельзя не сказать о том, что то, что мы показываем на выставке, это, пожалуй, на сегодняшний день самое современное в России вооружение. Это тоже мы сегодня обсудим с моим коллегой. Надеюсь, что и там у нас будет возможность наверстать упущенное.

    В остальном нас не может не радовать то, что и Азербайджан, и азербайджанская команда традиционно принимают у себя соревнования на Каспии. Они всегда проходят на высоком уровне. Потому что здесь и традиционное гостеприимство, и сама организация всех этих соревнований, конечно, на самом высоком уровне. Раньше у нас проходили состязания в 10 странах, но пандемия, к сожалению, сузила их число до пяти. Но, к счастью, Азербайджан остался в этой пятерке. Спасибо, что нашли время и возможность встретиться с нами.

    * * * * *

    Президент Азербайджана Ильхам Алиев 25 августа принял делегацию во главе с министром обороны России Сергеем Шойгу.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – YENİLƏNİB + FOTO/VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

    – Hörmətli cənab nazir, sizi yenidən Azərbaycanda görməyimə şadam. Mən sizinlə əvvəlki görüşümüzü xatırlayıram. Təqribən bir il bundan əvvəl siz bizim ölkəmizə gəlmişdiniz. O vaxt Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilirdi. Bu gün Bakıda Ordu Oyunlarının bir hissəsi olan “Dəniz Kuboku” yarışı açılır. Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir və ənənəvi olaraq “Dəniz Kuboku” yarışlarına ev sahibliyi edir. Düşünürəm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir.

    Ordu Oyunlarının təşəbbüskarı Rusiyadır və əsas yarışlar da Rusiya ərazisində keçirilir. Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır. Bu məsələlər bizim dövlətlərarası münasibətlərimizin çox geniş gündəliyinin tərkib hissəsidir.

    Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik. Sabah Azərbaycanın Xarici İşlər nazirinin Rusiya Federasiyasına rəsmi səfəri başlanır. Əminəm ki, xarici siyasət idarələrinin rəhbərləri arasında aparılacaq müzakirələr faydalı olacaq. Onlar münasibətlərimizdə yaranmış dinamikanı, habelə əlaqələrimizin inkişaf perspektivlərini müzakirə edəcəklər. Bir sözlə, dialoq gedir və şadam ki, siz yenə bizə gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm.

    Rusiyanın Müdafiə naziri Sergey Şoyqu dedi:

    – Sağ olun hörmətli cənab Prezident. Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər var. Bütün dünyanı bürümüş pandemiya təəssüf ki, bizim əməkdaşlıq planlarımıza da təsir göstərir. Lakin mən əminəm ki, bu gün mənim həmkarım, Azərbaycanın Müdafiə naziri ilə pandemiya ucbatından gerçəkləşdirə bilmədiyimiz məsələlərin əvəzini necə çıxmağı və bu gün mövcud olan qrafikə və rejimə necə daxil olmağı müzakirə edəcəyik.

    Dünən Azərbaycan heyəti start götürdü. Biz onu müşahidə edirdik. Heyət heç də pis start götürmədi. Mən tank biatlonunu nəzərdə tuturam. Azərbaycan komandası qalan yarışlarda da kifayət qədər yaxşı çıxış edir. Mən bu komandaya uğurlar arzu edirəm. Əlbəttə, bu tədbirlər və keçirilən sərgi dünyada geniş işıqlandırılır. Onu da qeyd etməmək olmaz ki, bizim bu sərgidə göstərdiklərimiz bu gün üçün ən müasir silahlardır. Bu gün biz mənim həmkarımla bunu da müzakirə edəcəyik. Ümidvaram ki, əldən çıxmış fürsətləri orada bərpa etmək imkanı olacaq. Digər tərəfdən bizi sevindirməyə bilməz ki, Azərbaycan və onun komandası ənənəvi olaraq Xəzərdə keçirilən yarışlara ev sahibliyi edir. Bu yarışlar həmişə yüksək səviyyədə keçirilir. Ona görə ki, burada ənənəvi qonaqpərvərlik və bu yarışların təşkili, əlbəttə, ən yüksək səviyyədədir. Əvvəllər bu yarışlar on ölkədə keçirilirdi, lakin təəssüf ki, pandemiya səbəbindən ölkələrin sayı beşə enib. Xoşbəxtlikdən, Azərbaycan bu beşlikdə qalıb. Sağ olun ki, bizimlə görüşməyə vaxt və imkan tapmısınız.

    * * * * *

    Prezident İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Nazirlər Kabinetinin qərarı büdcə daxilolmalarına müsbət təsir edəcək

    Dəyişiklik idxalla məşğul olan sahibkarlara heç bir təsir etməyəcək, əksinə rəqabət mühiti yaradacaq.

    Bu barədə “İTV”-nin efirində yayımlanan “Diqqət mərkəzi” verilişində çıxış edən Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinin rəisi Sənan Muxtarov daşınma qaydalarına edilən dəyişikliklərin idxalla məşğul olan iri sahibkarların işinə yaraması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

    “Mən özüm hüquqşünasam və bu fikirlərin tamamilə yanlış olduğunu düşünürəm. Qətiyyən bu fikirlə razı deyiləm. Əksinə tam rəqabət mühiti yaranacaq, heç bir problem olmayacaq”, – deyə S.Muxtarov bildirib.

    Bu dəyişikliklərin elektron ticarətə təsiri ilə bağlı məsələyə toxunan S.Muxtarov qeyd edib: “Elektron ticarət, rəqəmsal texnologiya bu gün sürətlə inkişaf edir. Bu sahəyə elə bir təsirin olacağını düşünmürəm. Hətta istərdik ki, biz qanunvericilikdə bunu ayrı şəkildə qeyd edək. Çünki Avrasiya İttifaqı ölkələrində poçt göndərişləri ilə bağlı məqam tamamilə ayrılıb. Gələcəkdə biz də bu məqamı ayrı şəkildə tənzimləməyi düşünürük”

    O, həmçinin qeyd edib ki, daşınma qaydalarına edilən dəyişikliklər büdcəyə daxilolmalara müsbət təsir edəcək.

  • Выделены средства на устранение ущерба населению Товуза от обстрела со стороны Армении

    25 августа премьер-министр Азербайджана Али Асадов подписал распоряжение о выделении Исполнительной власти (ИВ) Товузского района 450 000 манатов на дополнительные меры по ликвидации ущерба, нанесенного гражданскому населению в результате обстрела со стороны вооруженных сил Армении.

    Документ опубликован на сайте Кабмина.

    Министерству финансов поручено обеспечить финансирование в сумме, указанной в распоряжении.