Month: August 2020

  • Nazirlər Kabineti Tovuz Rayon İcra Hakimiyyətinə vəsait ayırdı

    Baş nazir Əli Əsədov Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə sərəncam imzalayıb.

    Sərəncam əsasən, Tovuz Rayon İcra Hakimiyyətinə 450 min manat məbləğində vəsait ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

  • В школе Агсу применили новшество при оценке знаний учащихся – ФОТО

    В средней школе №2 города Агсу было проведено оценивание знаний учащихся, ранее получивших задания на лето.

    Как передает Report, процесс был организован на открытом воздухе в соответствии с правилами карантинного режима, введенного в связи с коронавирусной пандемией.

    В Азербайджане с 3 марта приостановлен учебный процесс в образовательных заведениях.



  • Azərbaycanda şagirdlər açıq havada imtahan verdi – FOTO

    Ağsu şəhər 2 saylı tam orta məktəbin yay tapşırığı alan şagirdlərinin qiymətləndirilməsi prosesi təşkil edilib.

    Report xəbər verir ki, imtahan karantin rejiminin tələblərinə uyğun olaraq açıq havada keçirilib.

    Qeyd edək ki, Azərbaycanda mart ayının 3-dən etibarən pandemiya səbəbindən ümumtəhsil müəssisələrində tədris dayandırılıb.



  • Hakimiyyət nümayəndəsinə zor tətbiq edən narkotacirlərdən xəbər var

    Bu il mayın 7-də Cəlilabad rayon sakinləri Daxil İmanov və Vasif Süleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə əldə edib saxlamaları, daşımaları və cinayətkar niyyətlərini həyata keçirən zaman hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmələri faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Cəlilabad Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

    Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla Vasif Süleymanovun qeyd edilən cinayət əməllərini həyata keçirən zaman xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.3 (külli miqdarda törədildikdə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə, Daxil Zamanov isə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Azərbaycanda açıq səma altında kənd-muzey – VİDEOREPORTAJ

    Astaranın ucqar Sım kəndi sanki açıq hava altında muzeydir.

    Baku TV xəbər verir ki, qədim tarixə malik kəndin hər daşı, hər qayası özündə hansısa dövrün sirrini, sehrini saxlayır.

    Yerli sakinlərin kəndin müxtəlif yerlərindən topladıqları maddi-tarixi nümunələr isə buraya gələn turistlərin diqqətini daha çox cəlb edir.

    Sım kənd sakininin 25 il ərzində yığdığı maddi-mədəniyyət nümunələrinin bir çoxu bu ərazidə başqa məqsədlər üçün aparılan qazıntı işləri zamanı aşkarlanıb.

    Gələcəkdə bu ekspozisiyanı daha da zənginləşdirib, kəndin tarixini özündə əks etdirən muzeyin yaradılması nəzərdə tutulur.

    Astarada turizm marşrutlarının birinin də Sım kəndindən salınması təklif edilir.

  • Deputat ölkəyə gətirilən mallara tətbiq olunan limitin azaldılmasını tənqid etdi

    Nazirlər Kabinetinin fiziki şəxslərin ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara tətbiq edilən birdəfəyə limit səviyyəsinin 2-3 dəfə azaldılması müsbət haldır.

    Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

    Onun sözlərinə görə, şəxsi sifarişlə gələn məhsulların bir qismi satışa çıxarılır və nəticə etibarı ilə həmin məhsulların vergiyə cəlb edilməsi mümkün olmur.

    V.Bayramov bildirib ki, mexanizm olaraq bir çox inkişaf etmiş ölkələrdəki kimi bu istiqamətdə sistemin təkmilləşdirilməsi təklif edilir:

    “Xüsusən də gömrükdə qeydiyyatdan keçməyən malların daxili bazarda satışa çıxarılmasının qarşısının alınması əslində məqsədəuyğundur. Bunun üçün təbii ki, belə malların satışının qarşısının alınması, vergidən yayınma halları ilə bağlı cərimələrə yenidən baxılması və məbləğlərin dəyişdirilməsi, eləcə də digər inzibati qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Bu mexanizmin hazırlanması və tətbiq edilməsi bir qədər zaman alacaq. Bütün hallarda istehlak bazarı ilə idxal daxilolmalarının incələnməsi üçün elektron bazaların da təkmilləşdirilməsinə ehtiyac var”.

    V.Bayramov bu istiqamətdə qəbul edilən qərarda limitin bir anda kəskin azaldılmasının isə tərəfdarı olmadığını vurğulayıb:

    “Konkret olaraq, qərarda göstərilən kəskin azalmalar məqsədəuyğun deyil. Ölkəyə gömrük rüsumu tətbiq edilməyən malların dəyərində azalmanın nəzərdə tutulması mərhələli şəkildə aparılmalı idi. Poçt vasitəsilə rüsumsuz 1000 dollar (1700 manat) dəyərində mal gətirilməsi ilə bağlı limitin 300 dollara (510 manat) endirilməsi üç dəfəyə qədər azalma deməkdir.

    Bir qərarla hər hansı bir limitin üç dəfədən çox azalması heç məqsədəuyğun deyil. 1500 dollarlıq (2550 manat) malların gətirilməsi ilə bağlı limitinin 800 dollara (1360 manat) endirilməsi də kifayət qədər çoxdur. Düşünürəm ki, limitlərə yenidən baxılmasına və mövcud şəraitə uyğunlaşdırılmasına ehtiyac var.

    Biz bütün hallarda bu dəyişikliklərdə inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanırıq. Lakin, inkişaf etmiş ölkələrin təcrübəsində gün ərzində hər hansı limitin üç dəfədən artıq azaldılması çox nadir hallarda tətbiq olunur. Odur ki, bu məsələyə yenidən baxılmalıdır. Həm də edilən dəyişikliklərin əsaslandırılması, qiymətləndirilməsi də yenidən həyata keçirilməlidir”.

    Qeyd edək ki, yeni qaydalara əsasən, bugünə qədər vətəndaş şəxsi məqsəd üçün birbaşa özü ay ərzində bir dəfə olmaqla 1500 dollardan (2550 manat) artıq olmayan malları ölkəyə gömrük rüsumundan azad şəkildə gətirə bilirdisə, artıq bu məbləğ 800 dollara (1360 manat) endirildi.

    Eyni zamanda eyni fiziki şəxsin adına elektron ticarət – poçt vasitəsilə rüsumsuz 1000 dollarlıq (1700 manat) malın gətirilməsinə icazə var idisə, artıq bu məbləğ də 300 dollara (510 manat) endirildi.

  • Президент Ильхам Алиев поздравил ректора МГИМО Анатолия Торкунова – ОБНОВЛЕНО

    Президент Азербайджана Ильхам Алиев направил поздравительное послание ректору Московского государственного института международных отношений, академику Анатолию Торкунову.

    Об этом сообщает АЗЕРТАДЖ.

    “Уважаемый Анатолий Васильевич,

    Сердечно поздравляю Вас с 70-летием. Примите мои искренние пожелания крепкого здоровья, счастья и благополучия.

    На протяжении длительного времени Вы с большим успехом возглавляете Московский государственный институт международных отношений. Благодаря Вашим усилиям МГИМО по праву считается одним из самых авторитетных и престижных учебных заведений мирового значения.

    Как крупный ученый, педагог и талантливый организатор вы вносите неоценимый вклад в подготовку высококвалифицированных государственных и общественных деятелей, дипломатов, журналистов, правоведов, достойно представляющих свои страны на международной арене.

    Уважаемый Анатолий Васильевич, еще раз поздравляю Вас с юбилеем, желаю Вам долгих лет жизни, новых достижений и всего самого наилучшего”, – говорится в послании.

    * * * * *

    Президент Азербайджана Ильхам Алиев 25 августа подписал распоряжение о награждении Анатолия Васильевича Торкунова орденом “Достлуг” за особые заслуги в укреплении сотрудничества и двусторонних связей между АР и Россией в сфере образования.

  • İlham Əliyev Anatoli Torkunova məktub ünvanlayıb – YENİLƏNİB

    Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) rektoru akademik Anatoli Torkunova məktub ünvanlayıb.

    AZƏRTAC-ın dərc etdiyi məktubda deyilir:

    “Hörmətli Anatoli Vasilyeviç.

    Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul edin.

    Siz uzun müddətdir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna uğurla rəhbərlik edirsiniz. Sizin səyləriniz sayəsində MDBMİ haqlı olaraq dünya miqyasında ən nüfuzlu və prestijli ali məktəblərdən biri sayılır.

    Siz böyük alim, pedaqoq və istedadlı təşkilatçı kimi, öz ölkələrini beynəlxalq arenada ləyaqətlə təmsil edən yüksək ixtisaslı dövlət və ictimai xadimlər, diplomatlar, jurnalistlər, hüquqşünaslar hazırlanmasına çox dəyərli töhfə verirsiniz.

    Hörmətli Anatoli Vasilyeviç, Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür, yeni nailiyyətlər diləyir, ən xoş arzularımı bildirirəm”.

    * * * * *

    Prezident İlham Əliyev Anatoli Torkunovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Müvafiq sənəd AZƏRTAC-da dərc olunub.

    Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Anatoli Vasilyeviç Torkunov “Dostluq” ordeni ilə təltif edilib.

  • Valideyn himayəsindən məhrum olmuş uşaqlara daha bir qayğı

    Nazirlər Kabineti “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli qərarında dəyişiklik edib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu dəyişiklik valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan dövlət ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlarla yanaşı, peşə təhsili müəssisələrində də təhsil alan şəxslərə təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınmasının məhz təhsil aldığı müəssisə hesabına təmin edilməsini, yaxud həmin peşə təhsili müəssisəsi tərəfindən dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət verilməsini nəzərdə tutur.

    Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin mənzillə təmin olunduğu “Məzun evi” Sosial Müəssisəsi Heydər Əliyev Fondunun mühüm sosial əhəmiyyətli layihələrindən biridir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən müəssisədəki yeni yaşayış binalarında 365 gənc mənzillə təmin olunub və daha bir yaşayış binası da tikilir.

    Nazirlər Kabineti yeni Qərarla “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsində də dəyişiklik edib. Dəyişiklik həmin müəssisədə yaşayan, dövlət ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlarla yanaşı, peşə təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin də kommunal xərclərinin onların təhsil aldığı müddətdə “Məzun evi” Sosial Müəssisəsi tərəfindən ödənilməsini nəzərdə tutur.

    Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından dövlət, ümumi təhsil, orta iхtisas təhsili, ali təhsil müəssisələri ilə yanaşı, peşə təhsili müəssisələrini bitirən şəxslər də məhz müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla, birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar.

  • Глава Минобороны России прибыл в Азербайджан

    Министр обороны России генерал армии Сергей Шойгу прибыл 25 августа с рабочей поездкой в Азербайджан, где примет участие в церемонии открытия конкурса “Кубок моря”. Об этом сообщили журналистам в российском оборонном ведомстве, пишет ТАСС.

    “Министр обороны РФ Сергей Шойгу прибыл в Баку, где примет участие в церемонии торжественного открытия конкурса “Кубок моря” Армейских международных игр – 2020″, – говорится в сообщении.

    Международный конкурс “Кубок моря” проводится в шестой раз, Азербайджан принимает эти соревнования уже в четвертый раз.

    В этом году команда РФ выступит на малом артиллерийском корабле “Махачкала” Каспийской флотилии. “Кубок моря – 2020” будет проходить на военно-морской базе “Пута” ВМС Азербайджана. Морякам предстоит продемонстрировать свое мастерство в выполнении артиллерийских стрельб по морским и воздушным целям, постановке корабля на якорь и швартовую бочку, спасательной подготовке, а также в борьбе за живучесть судна.