Month: August 2020

  • Rusiyanın müdafiə naziri Azərbaycana gəlib

    Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

    Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, general “Dəniz Kuboku” yarışının açılış mərasimində iştirak edəcək.

    Bildirilir ki, səfər zamanı S.Şoyqu Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri Zakir Həsənovla görüşəcək və Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.

    Altıncı dəfədir keçirilən beynəlxalq “Dəniz Kuboku” yarışmasına Azərbaycan dördüncü dəfə ev sahibliyi edir.

  • Завтра в Азербайджане будет до 30 градусов тепла

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 26 августа.

    В Баку и на Абшеронском полуострове ожидается погода без осадков, умеренный южный ветер.

    Температура воздуха на Абшероне составит ночью 17-20, днем – 25-28, в Баку ночью – 17-19, днем – 26-28 градусов тепла.

    Атмосферное давление – 761 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 40-45%.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 22-23, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 23-24 градуса тепла.

    В районах Азербайджана прогнозируется погода без осадков, порывистый восточный ветер.

    Температура воздуха составит ночью 15-18, днем – 25-30, в горах ночью – 5-10, днем – 13-18 градусов тепла.

  • Bakıda 28 dərəcə isti olacaq

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

    Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi norma daxilində – 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
    Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • В Баку расследуют уничтожение десятков деревьев

    В Госслужбу экологической безопасности Министерства экологии и природных ресурсов поступила жалоба об уничтожении зеленых насаждений на проспекте Нобеля в Хатаинском районе Баку.

    Как заявила Oxu.Az пресс-секретарь ведомства Ирада Ибрагимова, в ходе осмотра места происшествия было установлено, что на огороженном забором участке площадью 0,2 га в темное время суток экскаватором было повалено около 30 деревьев и кустарников.

    “Затем они были вывезены на двух грузовиках. Сотрудники госслужбы потребовали приостановить проводимые там работы. Продолжается расследование с целью выявления виновников и применения к ним законных мер”, – сказала она.

  • Bakıda gecə saatlarında ağaclar məhv edilib

    Bakı şəhəri, Xətai rayonu Nobel prospektində 30-a yaxın ağac kəsilib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə şikayət daxil olub.

    Hadisə ilə bağlı nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a açıqlama verib.

    O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda hasara alınan 0.2 hektar ərazidə 30-a yaxın ağac və kol bitkisinin gecə saatlarında ekskavatorla məhv edildiyi və 90-JX-379, 99-LJ-581 dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsilə ərazidən daşındığı məlum olub:

    “Əməkdaşlarımız tərəfindən ərazidə görülən işlər dayandırılıb. Təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırmalar davam edir”.

    İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə sayıqlıqlarına görə təşəkkür edib.

  • DGK: “Malların gətirilməsi ilə bağlı qərar bir neçə qurumun müzakirəsi nəticəsində qəbul edilib”

    Nazirlər Kabinetinin fiziki şəxslərin ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara tətbiq edilən limitin azaldılması qərarı geniş müzakirələr, iqtisadi təhlil və aidiyyəti qurumların birgə araşdırması nəticəsində qəbul edilib.

    Bu barədə İctimai Televiziyanın efirində yayımlanan “Diqqət mərkəzi” verilişində Dövlət Gömrük Komtəsinin Hüquqi Təminat İdarəsinin rəisi Sənan Muxtarov məlumat verib.

    “Bu məsələ İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi tərəfindən müzakirə olunub. Fikirlər də müxtəlif olub. Lakin ümumi razılığa gəlinib, işçi qrupu səviyyəsində aparılan təhlillər yekunda dövlət səviyyəsində baxılıb və qəbul edilib”, – deyə, o bildirib.

    S.Muxtarov qeyd edib ki, bu qərara artıq bir neçə dəfə dəyişiklik edilib:

    “Sonuncu dəyişiklik hələ qüvvəyə minməyib. Sentyabr ayında qüvvəyə minəcək. Bu qaydalara edilən dəyişikliyin məqsədi son dövrlərdə insanların təklif olunan güzəştlərdən sui-istifadə etməsinə dair məqamların aşkarlanması ilə əlaqəlidir.

    Yeni qaydalara görə, vətəndaşın şəxsi istifadəsi üçün aldığı iki ədəd telefonun qiyməti 800 dolları (1360 manat) keçərsə, yerdə qalan məbləğə gömrük rüsumu tətbiq ediləcək. Poçt vasitəsilə göndərilən mallarda isə qiymətdən 300 dollar (510 manat) çıxmaq şərtilə yerdə qalan məbləğə gömrük rüsumu tətbiq ediləcək. Əgər eyni növ maldan, məsələn, bir telefondan şəxsi istifadə adı ilə üç ədəd gətirilirsə, bu zaman güzəşt limiti gözlənilmədən gömrük rüsumu tətbiq ediləcək”.

    Pandemiya dövründə iri ticarət mərkəzlərinin bağlı olduğuna görə insanların onlayn ticarətə üstünlük verdiyini nəzərə alaraq bu qərarın qəbul edilməsi istehlakçıların hüququnun pozulması kimi qiymətləndirilə bilərmi sualına isə S.Muxtarov belə cavab verib:

    “Pandemiya dövrü müvəqqəti çətinlikdir. Uzun müddət davam etməyəcək. Sərhədlər də açılacaq, hər şey də öz qaydasına düşəcək. Bu qərar nə istehlakçıların hüquqlarının pozulmasına, nə iri şirkətlərin biznes inkişafına, nə də qiymət artımına təsir etməyəcək. Ölkədə bu sahələrə nəzarət edən aidiyyəti qurumlar var. Əslində həmin qərarda sadələşmələr var. Onlara nə üçün az diqət ayrıldığını da anlamırıq”.

  • В ПЕА не исключают возможности проведения внеочередного съезда

    В 2020 году может состояться внеочередной съезд партии “Ени Азербайджан” (ПЕА).

    Об этом Report сообщил источник в ПЕА.

    “В настоящее время этот вопрос является предметом обсуждения в партии”, – заявил он.

    Отметим, что VI съезд ПЕА прошел 8 февраля 2018 года.

  • YAP-da növbədənkənar qurultay keçirilə bilər? – AÇIQLAMA

    Bu il Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçirilə bilər.

    Bu barədə Report-a partiyadakı mənbə bildirib.

    “YAP-ın növbədənkənar qurultayının keçirilməsi istisna edilmir. Hazırda bu məsələ partiyanın müzakirə mövzusudur”, – məlumatda qeyd edilib.

    Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.

  • Армяне обстреляли товузское село Агдам – ФОТО

    Армянские подразделения вновь обстреляли населенные пункты в Товузском районе Азербайджана, сообщает АПА.

    25 августа, около 11:00, село Агдам подверглось обстрелу из крупнокалиберного оружия.

    В результате был нанесен ущерб дому местного жителя Паши Сулейманова.

    Пострадавших нет.

    Провокация противника пресечена ответным огнем.






  • Ermənilər Tovuzun Ağdam kəndini atəşə tutdu – FOTO

    Ermənistan ordusu Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini yenidən atəşə tutub.

    APA-nın məlumatına görə, bu gün saat 11.00 radələrində rayonun Ağdam kəndi iriçaplı silahlardan atəşə tutulub.

    Nəticədə, Süleymanov Paşa Abbasəli oğluna məxsus evə ziyan dəyib.

    Hadisə zamanı xəsarət alan olmayıb.

    Düşmən cavab atəşi ilə susdurulub.