Month: August 2020

  • Sumqayıtda yeddi ay əvvəl itkin düşən 82 yaşlı kişi axtarılır – FOTO

    Sumqayıt şəhəri Xəzər bağlar massivində yaşayan 82 yaşlı Yunus Hüseynov itkin düşüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

    Bildirilir ki, o bu ilin yanvarın 31-də yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

    Qeyd edilir ki, Y.Hüseynovun boyu 165 sm-dir, arıq bədən quruluşludur, ağbənizdir, saçları qısa və ağ, gözlərinin rəngi isə qəhvəyidir.

    Y.Hüseynov evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy cins şalvar, qəhvəyi poliver, başında qara papaq, ayağında qara ayaqqabı olub.

    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin Sumqayıt ŞPİ-yə (018) 65-4-02-02 şəhər və (077) 458-17-18 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • Azərbaycanda daha bir vəzifəli şəxs qızına nişan mərasimi keçirdi: Bəy icra hakimiyyətinin işçisidir – VİDEO

    Azərbaycanda daha bir məmur pandemiya dönəmində övladına nişan mərasimi keçirib.

    Ölkə.Az-ın məlumata görə, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovanın nişan mərasimi olub.

    Mərasim iyulun 9-da Ağdam rayonu Quzanlı qəsəbəsində baş tutub. Bildirilir ki, nişan mərasimində rayonun icra hakimiyyətinin yüksək vəzifəli şəxsləri iştirak edib.

    Sadəcə, onlar üçün digər otaqda xüsusi masa açıldığından həmin görüntülərdə yoxdurlar.

    Mərasim 30-dan artıq şəxsin iştirakı ilə keçirilib.

    Mehparə Əzizova Fəzəməli Nurlan Muradxan oğlu adlı şəxslə nişanlanıb.

    Qeyd edək ki, Fəzəməli Nurlan adlı şəxs Ağdam Rayon İcra Hakimiyyətinin işçisidir.

  • Azərbaycanda kişi tibbi spirt içib, yerdə uzanaraq söyüş söyən dostunu qətlə yetirdi – VİDEOREPORTAJ

    2018-ci il iyunun 12-də gecə saatlarında Sumqayıt şəhərinin 41-ci məhəlləsində yerləşən “Bələdiyyə parkı”nda şəhər sakini Xəyal Abbasov aralarında yaranmış mübahisə zamanı tanışı, Neftçala rayon sakini Emil Nuriyevə mətbəx bıçağı ilə səkkiz zərbə vuraraq, onu qətlə yetirib.

    Baku TV-nin xəbərinə görə, həmin gün polis əməkdaşları tərəfindən 76-cı məhəllədə yaşayan X.Abbasov saxlanılıb.

    İstintaqla müəyyən edilib ki, iyunun 11-i axşamdan iyunun 12-si səhər saat 4-dək Xəyal Abbasov tanışı Emil Nuriyevlə “Bələdiyyə Parkı”nın qarşısındakı marketdən aldığı bir litr arağı, sonra aptekdən aldığı yarım litrlik tibbi spirti içiblər. Sərxoş olandan sonra E.Nuriyev dayanacaqda, yerdə uzanaraq səs-küy yaradıb.

    X.Abbasov onu sakitləşdirmək üçün parka aparıb. Parkda E.Nuriyev onu söydüyü üçün, X.Abbasov onu qətlə yetirib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən X.Abbasov 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • В Азербайджане начался пошив школьной формы

    ООО Bakı Tikiş Evi (“Бакинский швейный дом”) уже приступило к пошиву школьной формы.

    Об этом Oxu.Az заявил завотделом продаж ООО Этибар Азимов.

    По его словам, некоторые граждане уже приобретают школьную форму своим детям, несмотря на то, что пока не известны сроки возобновления занятий в школах.

    “У нас остались комплекты с прошлого года. При этом все сотрудники Bakı Tikiş Evi работают для того, чтобы в наличии были все размеры”, – сказал Э.Азимов.

    Он также отметил, что уже подготовлены образцы новой школьной формы, которые должны быть утверждены.

  • Məktəbli formalarının tikilişinə başlanılıb

    Təhsil müəssisələrinin nə zaman açılacağı bəlli olmasa da, tək-tək məktəbli forması alanlar var.

    Bu barədə Oxu.Az-a açıqlamasında “Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib.

    Onun sözlərinə görə, artıq məktəbli formalarının tikilməsinə başlanılıb:

    “Söhbət köhnə məktəbli formalarından gedir. Əlimizdə kifayət qədər parçalar qalıb. Mövcud vəziyyətdə təhsil müəssisələrinin nə zaman açılacağı bəlli olmasa da, məktəbli formaları alınır. Bəzi ölçüdə olan məktəbli formaları bitib.

    Ehtiyat məqsədilə bütün ölçülərdə məktəbli formalarının əldə olması üçün tikiş evinin əməkdaşları iş başındadır. Biz də hər kəs kimi Təhsil Nazirliyindən məktəblərin açılacağı tarixlə bağlı məlumat gözləyirik”.

    Şöbə müdiri vahid məktəbli formaları ilə bağlı məsələyə də toxunub:

    “Bir neçə model hazırlanıb və təkliflər göndərilib. Hələ bu barədə təsdiq gəlməyib”.

  • Присутствовал ли Иса Габиббейли на свадьбе внучки Рамиза Мехтиева? – ФОТО

    Утверждения о присутствии первого вице-президента Национальной академии наук Азербайджана (НАНА) Исы Габиббейли на свадьбе внучки главы НАНА Рамиза Мехтиева не соответствуют действительности.

    Об этом сообщает пресс-служба Академии наук.

    “И.Габиббейли 18 августа, в 13:00, вылетел из Баку в Нахчыван, где находился до 24 августа”, – уточняет пресс-служба.

  • İsa Həbibbəyli də Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib? – AÇIQLAMA

    Azərbaycan Milli Elmlər Akademiyası qurumun birinci vitse-prezidenti İsa Həbibbəyli ilə bağlı açıqlama yayıb.

    Bildirilib ki, akademik İsa Həbibbəylinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir:

    “İsa Həbibbəyli 18 avqustda, saat 13:00-da Bakıdan Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana uçub və 24 avqustadək orada qalıb”.

  • Astarada ictimai nəqliyyat və velosipedçilərlə bağlı reyd keçirilib – FOTO

    Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə bağlı reyd keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilir ki, Astara rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədikləri aşkarlanıb.

    Onlarla profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.

    Eyni zamanda avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər də saxlanılıb.

    Onlarla aparılan söhbət zamanı bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

    Qaydalara əməl etməyən velosipedçilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.


  • В Пираллахи кафе работало в нарушение правил карантина

    В Пираллахинском районе Баку, на улице Азизбекова, выявлено кафе, работавшее в нарушение карантинного режима и вне установленного решением оперштаба при Кабмине промежутка времени (с 09:00 до 22:00), сообщили в МВД.

    Здесь в закрытых кабинетах клиентам предлагался кальян.

    Восемь человек, нарушивших санитарно-эпидемиологические нормы, были доставлены в районное отделение полиции. В их отношении составлены протоколы по статье 211 Кодекса об административных проступках. Собранные материалы по владельцу объекта направлены в районный суд.


  • Bakıda karantin rejimi qaydalarını pozan ictimai iaşə obyekti aşkarlanıb – FOTO

    Paytaxtın Pirallahı rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Rayon polis şöbəsinin əməkdaşlarının Əzizbəyov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, kafenin qapalı kabinetlərində qəlyan avadanlıqlarından istifadə edilir.

    Sanitar-epidemioloji normaları pozan səkkiz nəfər müvafiq polis şöbəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

    İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib edilib. Obyektin sahibi barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib.

    Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.