Month: September 2020

  • Самый длинный стеклянный мост открыли в Китае

    Самый длинный в мире подвесной стеклянный мост открыли в Китае. Он на высоте птичьего полета соединяет два берега реки Ляньцзян, сообщает Корреспондент.net со ссылкой на Outlook India.

    Мост построили на высоте 201 м. Его длина составляет 526 м, а стекло, из которого он состоит, имеет три слоя общей толщиной 4,5 см.

    Конструкция сооружения позволяет посетителям видеть, что происходит у них под ногами. Одновременно на мосту могут находиться 500 человек.

  • Dünyada ən uzun şüşə körpü açıldı

    Çində dünyanın ən uzun asma şüşə körpüsü açılıb.

    “Outlook India” xəbər verir ki, körpü Lyansızyan çayının hər iki sahilini quş uçuşu səviyyəsində birləşdirir.

    Körpü 201 metr hündürlükdə tikilib, uzunluğu 526 metr, hazırlandığı şüşə isə ümumi qalınlığı 4,5 santimetr olan üç təbəqədən ibarətdir.

    Körpünün quruluşu ziyarətçilərə ayaqlarının altında nə baş verdiyini görməyə imkan verir.

    Eyni zamanda 500 nəfər körpüdən istifadə edə bilər.

  • Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb

    Koronavirus pandemiyası ilə əlaqədar uşaqların cinsi istismarı və onlara qarşı zorakılıq halları artıb.

    “İzvestiya”nın məlumatına görə, bu barədə “Interpol”un yaydığı hesabatda deyilir.

    Bildirilir ki, uşaqların məruz qaldığı cinsi istismar bir çox hallarda COVID-19 pandemiyası fonunda bildirilməmiş qalır.

    Bundan başqa, yetkinlik yaşına çatmayanlar arasında təcavüzlə əlaqəli materiallar daha çox yayılıb.

    “Həmçinin “darknet” qapalı şəbəkəsində cinsi istismara və uşaqlara qarşı təcavüzə həsr olunmuş forumlarda müzakirələr daha da güclənib”, – deyə qurumdan xəbərdarlıq edilib.

    Təşkilat bəzi qanun pozuntuları barədə məlumatların uzunmüddətli gecikmələrlə əlaqədar olaraq həll olunmamış qalmasından da narahatdır. Qurum bunu, digər səbəblərlə yanaşı, insan resurslarının çatışmazlığı, informasiya proseslərinin pozulması və məhkəmələrin bağlanması səbəbi ilə işlərə baxılmasının gecikmələri ilə əlaqələndirib.

  • Karantini pozanları dəfn avtomobilində gəzdirirlər

    İndoneziyanın Proboliqo şəhərinin rəsmiləri COVID-19 rejiminə riayət etməyən sakinlərə qarşı sərt cəza qaydası təyin edib.

    “The Jakarta Post” nəşi yazır ki, koronavirus rejimini pozan sakinləri pandemiyadan vəfat etmiş şəxslərin daşınmasında istifadə edilən dəfn avtomobilində gəzdirirlər.

    İndoneziyanın Koronavirusla Xüsusi Mübarizə Qurumunun rəhbəri bildirib ki, bu tədbir sosial tərbiyə üsulu kimi istifadə olunur.

    Qeyd edək ki, İndoneziya COVID-19-dan ən çox zərər çəkmiş ölkələrdən biridir.

    Son rəqəmlərə əsasən, İndoneziyada 196 989 şəxsin koronavirusa yoluxduğu aşkar edilib, 8 130 xəstə pandemiyanın qurbanı olub.

  • Koronavirusa yoluxanların əksəriyyətində immunitet yarandığı təsdiqləndi

    ABŞ-ın Oksford Universitetinin alimləri koronavirusa yoluxanlarda əksər hallarda immunitet yarandığını sübut ediblər.

    Bu barədə “Nature Immunology” jurnalında məqalə dərc olunub.

    Məlum olub ki, patogen immun sisteminin bərpasına təşviq edən və sonrakı infeksiyalara qarşı qorunma təmin edən T hüceyrələri istehsal edir.

    Bunun üçün ağır vəziyyətdə olan 14 COVID-19 xəstəsinin və yüngül simptomları olan 28 insanın qan nümunələri analiz edilib. Aydın olub ki, sağalanlar xəstəliyin şiddətindən asılı olmayaraq infeksiyadan sonra iki ay ərzində T hüceyrə yaddaşını qoruyub saxlayırlar.

  • Naməlum nömrədən gələn zəngin təhlükələri açıqlanıb

    Sizə zəng edib susurlarsa, məqsəd sizin mövcudluğunuzu yoxlamaqdır. Robot üçün çağırışa verilən cavab səsi abonentin avtikliyinin təsdiqidir. Belə zəngə cavab verəcəyiniz an reklam ismarıcı səslənəcək.

    “Praym”ın məlumatına görə, bu barədə Rusiya Keyfiyyət Sisteminin (“Roskaçestvo”) mütəxəssisi Alesya Borovikova bildirib.

    “Bir qayda olaraq bank, mobil operator və ya başqa şirkətlə müqavilə imzaladığınız zaman bu cür zənglərə razılıq verirsiniz”, – deyə ekspert qeyd edib.

    Onun sözlərinə görə, fırıldaqçılar qurbanlarının məlumat bazasını yaratmaq üçün “qara bazar”larda satın alınan bütün nömrələrə kütləvi şəkildə zəng vurur, cavab verilməsini və ya geriyə zəngi əsas götürərək məlumat bazalarını yeniləyirlər.

    “Zəngə cavab verərkən, çox güman ki, siyahıda nömrənin aktiv olduğunu təsdiqləyən işarə qoyulacaq, sonra dəstək asılacaq. Növbəti dəfə gələn zəng artıq tələ məqsədi daşıyacaq”, – deyə məlumatda bildirilir.

    “Bəzən də naməlum nömrədən zəng gəlir və cavab gözləmədən dəstək asılır. Bu texnikanın məqsədi sizi geri zəng etməyə məcbur etməkdir”, – deyə əlavə edən mütəxəssis bu halda zəngin özünə görə pul silindiyi, ya da hansısa saxta xidmətin “satılmasına” cəhd edildiyi barədə xəbərdarlıq edib.

    “Zərərə uğradığınız üçün məhkəməyə müraciət etdiyinizdə isə sizə özünüzün zəng etdiyinizi deyəcəklər”, – deyə o, bildirib.

    Borovikova ümumiyyətlə tanımadığınız nömrələrdən gələn zənglərə cavab verməməyi tövsiyə edir.

    “Əgər həqiqi şəxs sizinlə əlaqə qurmaq istəsə, o ikinci dəfə sizə zəng edəcək və ya başqa bir əlaqə yolu tapacaq – məsələn, SMS göndərəcək”, – deyə Borovikova sözlərini yekunlaşdırıb.

  • Tac Mahal yeddi aydan sonra turistlərin üzünə açıldı

    COVID-19 pandemiyası ilə əlaqədar bir müddət bağlı qalan Tac Mahal abidəsi sentyabrın 21-dən ziyarətçilərin üzünə açılacaq.

    “Scroll” agentliyi məlumat verir ki, qərar Aqra şəhər rəhbərliyi tərəfindən verilib.

    Bildirilir ki, sutka ərzində ancaq beş min turistin məqbərəyə girişinə icazə veriləcək.

    Ümumilikdə Hindistanda koronavirus pandemiyası ilə əlaqədar 3,4 mindən çox tarixi abidəyə giriş qadağan edilib.

    Qeyd edək ki, Hindistan koronavirus infeksiyasına yoluxanların sayına görə (4 284 103) dünyada ikinci yeri tutur.

  • Rusiyada uşaqlar üçün fərqli koronavirus peyvəndi istehsal olunacaq

    Rusiyanın koronavirusa qarşı peyvəndi iki kateqoriyada (uşaqlar və böyüklər üçün) təqdim olunacaq.

    Bu barədə “RİA Novosti” Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin şöbə müdiri, professor Aleksandr Butenkoya istinadən məlumat yayıb.

    “Uşaqlar üçün peyvənd daha az reaktogen olacaq. Uşaqlarda bədən kütləsi böyüklərə nisbətən daha azdır, buna görə də onlarda doza azaldılacaq”, – A.Butenko bildirib.

    Mütəxəssis bildirib ki, uşaqların immun sistemi böyüklərdəki qədər inkişaf etmiş olmaya bilər.

    Onun sözlərinə görə, uşaqlar üçün peyvəndin istehsalı kütləvi testləşmədən sonra başlanılacaq.

  • Millətlər Liqasının ikinci turu maraqlı nəticələrlə yadda qaldı

    Bu gün UEFA Millətlər Liqasında 2-ci turun oyunları baş tutub. A, C və D liqasında keçirilən ümumilikdə doqquz oyun arxada qalıb.

    A Liqasının 2-ci qrupunda Belçika İslandiya ilə üz-üzə gəlib. Oyun İslandiyanın böyük hesablı məğlubiyyəti ilə bitib – 5:1.

    İngiltərə səfərdə Danimarka ilə qolsuz bərabərliyə razılaşıb.

    Üçüncü qrupda isə Fransa Xorvatiyaya 4:2, Portuqaliya isə İsveçə 2:0 hesabı ilə qalib gəlib.

    Nəhayət, C liqasında Azərbaycan Kipri məğlub edib – 1:0.

    8 sentyabr

    A liqası

    2-ci qrup

    Belçika – İslandiya – 5:1
    Qollar: Aksel Vitsel, 13, Mişi Batşuayi, 17, 69, Dris Mertens, 50, Jeremi Doku, 80 – Holmbert Fridyonsson, 11

    Danimarka – İngiltərə – 0:0

    3-cü qrup

    Fransa – Xorvatiya – 4:2
    Qollar: Antuan Qrizmann, 43. Antoni Marsyal, 45+1, Dayo Upamekano, 65, Olivye Jiru, 76 (pen.) – Deyan Lovren, 17, Yosip Brekalo, 55

    İsveç – Portuqaliya – 0:2
    Qollar: Kriştiano Ronaldo, 45+1, 72

    C liqası

    1-ci qrup

    Kipr – Azərbaycan – 0:1
    Qol: Maksim Medvedev, 29

    Lüksemburq – Monteneqro – 0:1
    Qol: Fatoş Beqiraj, 90+3-pen

    2-ci qrup

    Gürcüstan – Şimali Makedoniya – 1:1
    Qollar: Tornike Okriaşvili, 13-pen – Milan Ristovski, 33

    Ermənistan – Estoniya – 2:0
    Qollar: Aleksandr Karapetyan, 43, Anqulo Vbeymar, 65

    D liqası

    2-ci qrup

    San-Marino – Lixtenşteyn – 0:2
    Qollar: Nikolas Hasler, 3, Yanik Frik, 14

  • Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib, ölən var – VİDEO

    Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisənin Ceyranbatan qəsəbəsi ərazisində baş verdiyi deyilir.

    Sosial şəbəkədə qəzanın görüntüləri yayılıb.

    Məlumata görə, ağır bədən xəsarətləri alan piyada təcili tibbi yardım xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Həmin görüntüləri təqdim edirik: