Month: September 2020

  • Xəzərə axıdılan çirkli suyun mənşəyi məlum oldu – VİDEO

    Baku Tv-nin qaynar xəttinə Xəzər dənizinin çirkab suyu ilə bağlı şikayət videosu göndərilib.

    Televiziyanın əməkdaşları şikayət əsasında Lökbatan dairəsi yaxınlığında yerləşən Şıxov çimərliyi ərazisinə gedərək süjet hazırlayıb.

    Borudan dənizə axıdılan su təxminən 5-10 dəqiqədən bir gah durulur, gah da bulanır. Yəni daimi çirkli su axmır. Yəqin ki, bu da hansısa istehsal prosesi ilə bağlıdır. Videogörüntülərdə axıdılan suyun yaxınlıqdakı sement zavodundan qaynaqlandığı qeyd edildiyinə görə, əməkdaşlar həmin müəssisəyə üz tutub.

    Həqiqətən də ərazidə hər hansı istehsal prosesi görünməyib. Zavoddakı beton istehsal edən qurğular isə tamamilə fəaliyyətsiz vəziyyətdədir. Üstəlik, borunun mənbəyi də digər zavoda aiddir.

    Nəhayət, əməkdaşlar borunun başlanğıc götürdüyü gəmi təmiri zavoduna çatıblar. Müəssisənin baş mühəndisinin sözlərinə görə, videogörüntülərdə əks olunan fikirlər tamamilə yanlışdır. Gəmilərin rahat yan alması üçün ərazidə dib dərinləşdirmə işləri aparılır. Axıdılan su da qazıntı zamanı gillə suyun qarışığından əmələ gəlib. Qısacası sementli su yox, palçıqlı su.

    Baş mühəndis bildirib ki, Ekologiya və Təbii Sərvətlər nazirliyindən əraziyə baxış keçirilib və proseslə tanışlıq olub. Yəni hər-hansı qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz.

    Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, həqiqətən də əraziyə baxış keçirilib. Axıdılan suyun isə heç bir ziyanı yoxdur. Çünki dəniz suyu ilə gilin qarışığından əmələ gələn sırf palçıqdır. Bir sözlə, dənizdən götürülən dənizə də qayıdır.

  • Разработаны методические указания по годовому планированию в общеобразовательных учреждениях

    В целях обеспечения организации и регулирования учебного процесса в общеобразовательных учреждениях разработаны “Методические указания по подготовке годовых планов в общеобразовательных учреждениях в период особого карантинного режима”.

    Как сообщает АПА, об этом говорится в письме заместителя министра образования Махаббат Велиевой, адресованном районным (городским) отделам (управлениям) образования, общеобразовательным учреждениям, находящимся в непосредственном подчинении Министерства образования и другим общеобразовательным учреждениям, не находящимся в его непосредственном подчинении.

    В методических указаниях отмечено, что в учебных заведениях с высокой плотностью учащихся классы делятся на подгруппы с целью соблюдения социальной дистанции (1,5 м) в классной комнате.

    Отмечено, что учитель в начале учебного года выделяет соответствующие часы для повторения пройденного в дистанционной форме материала, в частности в марте-июне. При этом в методических пособиях для учителя сохраняются предусмотренные учебным планом часы уроков со ссылкой на приведенные ориентировочные примеры годового планирования. Так, в V-XI классах предусматривается повторение материала 4-5 часов по математике, информатике, физике, химии, биологии, географии, 2-3 часа – по азербайджанскому языку, литературе, истории и т.д.

    В I классах предусмотрено повторение за счет учебных часов по азербайджанскому языку и математике занятий, проведенных в течение 2 недель на этапе дошкольной подготовки, а в II-IV классах – повторения пройденного материала по азербайджанскому языку и математике в течение 4-5 часов. В начале учебного года нужно обязательно учитывать повторное преподавание занятий, проведенных в марте-июне текущего года. При составлении годового (полугодового) планирования в начальных классах объединяют близкие по содержанию темы. Объединение тем утверждается решением Педагогического совета. В V-XI классах сокращаются часы, выделенные на обобщающие занятия и на повторение.

    Разделение еженедельной часовой нагрузки по предметам на очные или дистанционные занятия проводится на основании учебных планов, приспособленных к особому карантинному режиму. Первые 15 минут нового урока, параграфа отводятся на диагностическое оценивание. При составлении годового (полугодового) планирования учитывается форма проведения занятий, указанная в учебном плане (очная или дистанционная). В учебные планы лицеев и гимназий по решению Педагогического совета могут быть внесены соответствующие изменения. Продолжительность очных занятий ограничивается 45 минутами, а дистанционных занятий 30 минутами.

  • Kipr – Azərbaycan: Start heyətləri açıqlandı

    UEFA Millətlər Liqasının II turunda bu gün keçiriləcək Kipr – Azərbaycan oyunu üçün start heyətləri müəyyənləşib.

    Sfera.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

    Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 16. Elvin Camalov, 19. Təmkin Xəlilzadə, 22. Rəhim Sadıxov, 11. Ramil Şeydayev

    Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 3. Şəhriyar Əliyev, 6. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 6. 10. Namiq Ələsgərov, 14. Elvin Bədəlov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev

    Kipr: 12. Haralambos Kiriakidis, 2. Andreas Karo, 5. Valentinos Sielis, 6. Haralambos Kiryaku, 9. Dimitris Xristofi (k), 10. Pyeros Sotiriu, 13. İoannis Kusulos, 19. Kostas Laifis, 20. Qriqoris Kastanos, 21. Marinos Tsionis, 23. İoannis Pittas

    Ehtiyat oyunçular: 1. Anastasios Kissas, 22. Mixail Neofitos, 3. Xristos Uiler, 7. Minas Antoniu, 8. Ç. Kiryaku, 11. Andreas Avraam, 14. Kipros Xristoforu, 15. Marios Elia, 16. Matiya Şpolyariç, 17. Loizos Loizu, 18. Marinos Satsias

    Qeyd edək ki, Nikasiyadakı matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

  • Миру предрекли новую пандемию

    Миллионы людей теряют доступ к здоровой пище, что чревато усугублением проблемы ожирения во всем мире и может вызвать новую глобальную пандемию, сообщает Bloomberg.

    По прогнозам ООН, к концу этого года более 130 миллионов человек столкнутся с голодом, однако, в развитых странах гораздо более серьезную угрозу представляет ожирение.

    За время пандемии коронавируса люди по всему миру лишались доходов, из-за чего вынуждены экономить на еде, выбирая вредные продукты, в частности, фастфуд.
    Уже сейчас количество людей с лишним весом в разы превосходит число голодающих, особенно это заметно по развитым странам.

    Так, две трети британцев в настоящее время страдают от лишнего веса или ожирения. В итоге каждая седьмая смерть в стране вызваны нездоровым питанием, из-за чего постоянно растут расходы на медицину. Уточняется, что люди с лишним весом более склонны к диабету, сердечно-сосудистым и онкологическим заболеваниям.

    В настоящее время, по подсчетам ООН, три миллиарда человек по всему миру не могут себе позволить здоровое питание, что создает предпосылки для появления лишнего веса. Это, в свою очередь, сродни новой пандемии.

    Если не предпринять меры, то из-за лишнего веса и вызванных им проблем со здоровьем, в следующем десятилетии расходы на здравоохранение в мире вырастут на 1,3 триллиона долларов в год.

  • Tanınmış rejissora yüksək vəzifə verildi

    Rejissor Elçin Musaoğlu Azərbaycan Televiziyasının nəzdindəki “Aztelefilm” yaradıcılıq birliyinə rəhbər təyin olunub.

    Median.Az xəbər verir ki, bu gün Elçin bəy kollektivə təqdim olunub.//kulis.az

  • Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olundu

    Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

    Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan sularda xilasetmə məntəqəsinin ərazisində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

  • Qaraciyərin təbii yollarla təmizlənməsi

    Qaraciyərin orqanizmin sağlamlığında böyük rolu olduğu hamıya məlumdur. Qaraciyərin sağlam olması isə bizim qəbul elədiyimiz qidalardan, yaşadığımız mühitdən, ekologiyadan asılıdır. İllərlə sadaladığımız səbəblər üzündən qara ciyər toksinlərin hücumuna məruz qalır, yediyimiz yağlı, ədviyyatlı, tünd qidalar onun parenximasına mənfi təsir göstərir. Süni qidaların orqanizmə verdiyi zəhərlənmələrdən ən çox əziyyət çəkən orqan qaraciyər olduğu üçün, qaraciyərin vaxtaşırı təmizlənməyə ehtiyacı olur. Qaraciyərin təmizlənməsini ev şəraitində, təbii vasitələrlə həyata keçirmək mümkündür.

    Qaraciyəri təmizəməyə başlamamışdan əvvəl mütləq həkimə müraciət edib, öd kisəsi və qaraciyəri USM-də yoxlatdırmaq lazımdır. Çünki öd kisəsində iri daşların olması vəziyyətinizi ağırlaşdıra bilər.

    Xalq təbabətində qaraciyərin təmizlənməsi üçün müxtəlif tübaj üsulları vardır. Onlardan bir-neçəsini sizlərə təqdim edirik:

    1. Qaraciyəri təbii bitkilərlə təmizlənməsi.
    Bu zaman 1 dəstə təzə cəfəri blenderdə üyüdülür, üzərinə 1 limonun şirəsi sıxılır. Şüşə qaba tökülüb, üzərinə 1 stəkan su əlavə edilir və səhər acqarına içilir. Bu proseduru 15 gün etmək illərlə qaraciyərdə yıılıb qalmış toksinlər xaric olunur.

    2. Qaraciyərin balla təmizlənməsi.
    Hər səhər acqarına 1 stəkan qaynar suyun içərisinə 1 xörək qaşığı bal əlavə edilir və yarım limon sıxılır. Prosedur 10-15 gün təkrarlanır.

    3. Qaraciyərin zeytun yağı ilə təmizlənməsi.
    Hər səhər acqarına 2 xörək qaşığı zeytun yağının içərisinə limon şirəsi sıxılıb içilir.

    4. Qaraciyərin bəkməzlə təmizlənməsi.
    Hər səhər 1 xörək qaşığı bəkməz isti suya qarışdırılıb içilir.

    Qaraciyərin təmizlənməsi zamanı aşağıdakı qaydalara əməl olunmalıdır:

    – Müalicə vasitəsini qəbul edən zaman məhsul isti olmalıdır.
    – Məhsulu qəbul etdikdən sonra sağ tərəf üstə uzanmalı və qaraciyər nahiyəsinə isti qrelka qoyulmalıdır.
    – Proseduru edib evdən çıxmaq olmaz, çünki tualetə ehtiyac ola bilər.
    – Tubaj olunan günlər yüngül qida qəbul eləmək lazımdır.//milli.az

  • Bloomberg: Piylənmə dünyada yeni pandemiyaya səbəb ola bilər

    “Milyonlarla insan sağlam qida əldə etmək imkanını itirir ki, bu da dünyada piylənmə problemini daha da artırır. Bu, nəticə etibarı ilə yeni qlobal pandemiyaya səbəb ola bilər”.

    Median.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Bloomberg-in yaydığı məlumatda bildirilib.

    BMT-nin proqnozlarına istinadən qeyd edilib ki, bu ilin sonunadək 130 milyondan çox insan aclıqla üzləşəcək, lakin bu inkişaf etmiş ölkələrdə daha ciddi təhlükə yaradacaq: “Koronavirus pandemiyası zamanı dünyada insanların gəlirləri azaldı və bu səbəbdən onlar qənaət etmək məqsədilə ucuz, zərərli qidalara, xüsusən də “fast-food” qidalarına üstünlük vermək məcburiyyətində qaldılar”.

    Məlumatda bildirilib ki, hazırda artıq çəkidən əziyyət çəkən insanların sayı ac insanlardan dəfələrlə çoxdur, bu, xüsusilə, inkişaf etmiş ölkələrdə nəzərə çarpır: “Məsələn, britaniyalıların üçdə ikisi hal-hazırda artıq çəkilə və piylidir. Nəticədə, ölkədə hər yeddi ölümdən biri zərərli pəhriz səbəbindən baş verir. Artıq çəkili insanların şəkərli diabet, ürək-damar və onkoloji xəstəliklərə daha çox meylli olduqları aydınlaşdırılıb”.

    Qeyd edilib ki, BMT-nin hesablamalarına görə, dünyada 3 milyard insan sağlam pəhriz saxlaya bilmir və nəticədə artıq çəkiyə meyllilik yaranır və bu da öz növbəsində yeni pandemiyanın baş verəcəyini şərtləndirir.

    Xüsusi olaraq vurğulanıb ki, tədbir görülməsə, artıq çəki və ortaya çıxan sağlamlıq problemləri səbəbindən yaxın on ildə dünyada səhiyyə xərcləri ildə 1,3 trilyon dollar artacaq.

  • Türkiyədə son sutkada koronavirusdan 52 nəfər ölüb

    Türkiyədə son sutka ərzində koronavirusdan 52 nəfər ölüb.

    APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində yazıb.

    Nazir bildirib ki, son 24 saatda 110 565 şübhəli koronavirus testindən keçib, onlardan 1761-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1159 nəfər olub, 1093 xəstə isə sağalaraq evə buraxılıb.

    Türkiyədə ümumilikdə 283 270 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 253 245 nəfər sağalıb, 6782 nəfər ölüb.

  • Şəkidə fərdi yaşayış evi yanıb

    Şəki şəhərinin Qoxmuq kəndində Məmməd Qurban oğlu Seyidova məxsus ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, evə bitişik talvar yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.