Month: September 2020

  • “Pianoçu” filminin ssenaristi öldü

    Böyük britaniyalı dramaturq və “Oskar” laureatı Ronald Harvud 86 yaşında vəfat edib.

    Bu barədə “The Telegraph” mərhumun ailəsinin açıqlamasına istinadən xəbər verib.

    Yaxınlarının verdiyi məlumata görə, Harvud Sasseksdəki evində ölüb.

    Ölümün səbəbi dəqiqləşdirilməyib.

    Qeyd edək ki, 2003-cü ildə Harvud “Pianoçu” filminə görə “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyasında “Oskar”a layiq görülüb. 2008-ci ildə “Skafandr və kəpənək” filminin ssenarisinə görə BAFTA mükafatını alıb.

    2010-cu ildə isə o, “Cəngavər” titulu alaraq Sir Ronald Harvud oldu.

  • Azərbaycanda sabiq vəzifəli şəxs barəsində cinayət işi başladı

    Lənkəran rayon Xanbulan bələdiyyəsinin sədri işləmiş Kazım Məmmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

    Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Kazım Məmmədovun 2019-cu ilin sentyabr ayında bələdiyyə sədri işlədiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinin Teymur Şahbazovun adına sənədləşdirilməsini öz üzərinə götürərək, bunun müqabilində sonuncudan üç min manat məbləğində pul vəsaitini alıb, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib imzası və sədri olduğu bələdiyyənin möhürü ilə təsdiq etməsi nəticəsində Teymur Şahbazovun hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Sosial şəbəkələrdə video paylaşmaq həvəsi ölümlə nəticələndi – VİDEO

    Sosial şəbəkələrdə Rusiyanın Altay bölgəsində çayda boğularaq həlak olan turistin videosu müzakirə olunur.

    REN TV xəbər verir ki, qadın internetdə paylaşım etmək üçün çaya baş vurub.

    Lakin güclü axın onu sahildən suyun dərin hissəsinə aparıb və bir neçə dəqiqə sonra qadın suda boğularaq həlak olub.

    Qadının meyitini sudan çıxarmaq hələ də mümkün olmayıb.

  • Məktəbə gedən uşaqları virusdan belə QORUMAQ OLAR

    Pandemiya şəraitində aylardır məktəblərdən uzaq qalan uşaqlar bir neçə gündən sonra yenidən tam olmasa da ənənəvi təhsilə qayıdacaqlar.

    Oxu24.com xəbər verir ki, uşaqlar üçün sosial məsafə, maska şərtlərinə əməl etməyin böyüklərə nisbətən çətin olacağı bəllidir.

    Onların sağlamlığı naminə diqqət yetirilməli olan əsas məsələlərdən biri qidalanmadır.

    Mütəxəssislər uşaqların immun sistemini gücləndirmək üçün onların səhər yeməkləri və ara qidalanmalarının kalsium, mineralla zəngin olmasına xüsusi diqqət yetirməyi məsləhət görürlər. Bunun üçün isə süd əvəzsizdir.

    Məktəblilərə gündə 2 stəkana kimi süd içmək tövsiyyə edilir. Süd uşaqları qış aylarında gözlənilən virus, xəstəliklərdən qoruyur.

    Zəkanın inkişafına təkan verir, uğurları artırır.

    Süd enerji yaranmasına təsir edən karbohidrat, protein və yağla zəngindir.

    Mövsüm dəyişiklikləri zamanı yuxarı tənəffüs yolları infeksiyaları ilə qarşılaşmaq riski də yüksəkdir. Tərkibində 40-dan artıq faydalı mineral olan süddən istifadə soyuqdəymə, farengit kimi xəstəliklərin qarşısını alır.

  • Əhaliyə xəbərdarlıq: Adambaşına düşən məbləğ 90 manat…

    Nazirlər Kabinetinin “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 17 mart tarixli 98 nömrəli qərarında dəyişiklik edilib.

    Oxu24.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Dəyişikliyə əsasən dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta üzrə sığorta haqqının 2020 və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi nəzərdə tutulub.

    Belə ki, icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə sığorta haqqının adambaşına düşən məbləği 90 manat müəyyən edilib. 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə sığorta haqqı 90 manat (2020-ci il üçün) + 90 manat * ölkə üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi inflasiya səviyyəsi miqdarında müəyyən edilib. 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə isə sağorta haqqı 67,5 manat + 67,5 manat * ölkə üzrə istehlak qiymətlərinin indeksi cəmi miqdarında müəyyən edilib

    Misal üçün, 2020-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 2 faiz təşkil edərsə, 2021-ci ilin yanvar ayından etibarən icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə adambaşına sığorta haqqı 91 manat 80 qəpik (90 manat + 90 manat x 2%), 2021-ci ilin aprel ayından etibarən icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 68 manat 85 qəpik (67,5 manat + 67,5 manat x 2%) təşkil edəcək.

    Oxu24.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
    Qeyd edək ki, birinci mərhələdə icbari tibbi sığorta cari ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.

    İkinci mərhələdə, 2021-ci il 1 yanvar tarixindən daha 36 şəhər və rayon – Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul sözügedən sistemə qoşulacaq.

    Üçüncü mərhələdə, 2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək.

  • Türkiyədə hər yerdə maska taxmaq məcburi oldu

    Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin tövsiyəsinə və Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatlarına uyğun olaraq, Daxili İşlər Nazirliyi 81 vilayət rəhbərliyinə “COVID- 19 Tədbirləri” mövzusunda təlimat göndərib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təlimatda bir sıra yeni qaydaların tətbiq olunacağı qeyd olunub. Belə ki, yeni qaydalara görə vətəndaşlar yaşayış məskənləri istisna olmaqla, ölkənin hər yerində (prospektlər, küçələr, parklar, bağlar, gəzinti sahələri, çimərliklər, ictimai nəqliyyat vasitələri, iş yerləri, fabriklər və s.) maska taxmalı olacaq.

    Restoran, kafe, otel və s. ictimai iaşə obyektlərində gecə saat 12-dən sonra heç bir halda musiqi səsləndirilməsinə icazə verilməyəcək.

  • Azərbaycanda şok hadisə: Gəlin və qayınana həbs olundu – VİDEO

    Biləsuvarda dələduzluq yolu ilə ayrı-ayrı şəxslərin pul və qızılını ələ keçirən şəxslər saxlanılıb.

    Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Bərdə şəhər sakinləri Bərahət Əliyeva və onun gəlini Aynurə Abdullayeva yaxalanıb.

    Oxu24.com-un verdiyi məlumata görə, saxlanılan şəxslər Biləsuvar rayonunun Ağayrı kənd sakini olan qadını dələduzluq yolu ilə aldadaraq onun 2000 manat dəyərində 3 ədəd qızıl üzüyünü ələ keçiriblər.
    Onlar zərərçəkmiş şəxsə bildiriblər ki, onun ailəsində baş verəcək bədbəxt hadisənin qarşısını almaq məqsədilə qızıl-zinət əşyalarını aparıb dua oxuduqdan sonra geri qaytaracaqlar.

    Aparılan araşdırmalarla həmin şəxslərin dua yazmaq və digər bu kimi müxtəlif üsullarla daha 3 şəxsi aldadaraq ümumilikdə 800 manat pullarını və 2300 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdikləri müəyyən edilib.

    Faktlarla bağlı istintaq davam edir.

  • Похищенная в Барде несовершеннолетняя девочка направлена на реабилитацию в Баку

    Информация, распространенная в соцсетях о похищении несовершеннолетней девочки в Бардинском районе на основании обращения родителя, была незамедлительно взята под контроль Уполномоченным по правам человека (Омбудсменом) Азербайджанской Республики Сабиной Алиевой, она лично позвонила этой несовершеннолетней девочке.

    Кроме того, по поручению Омбудсмена сотрудники Гянджинского регионального центра уполномоченного по правам человека побывали в семьях, вопрос был изучен на месте.

    Как сообщили в Аппарате Омбудсмена, несовершеннолетняя девочка направлена на необходимую социальную и психологическую реабилитацию в городе Баку, осуществляется контроль над соблюдением ее прав:

    “Следует отметить, что в подобных вопросах, имеющих социальную и морально-психологическую сущность, требуется поддержка каждого из нас. Омбудсмен выражает признательность гражданам, государственным структурам, оказавшим содействие в обеспечении интересов несовершеннолетней девочки”, – отметили в ведомстве.

  • Cəlilabadda sürücü vəzifəli şəxsin maşınının yanından sürətlə ötdüyü üçün saxlanılıb? — AÇIQLAMA

    Cəlilabad rayon sakini Saməddin Məmmədovun uzaq qohumu olan M.Cəfərovun rayonun vəzifəli şəxslərindən birinin xidməti avtomobilinin yanından sürətlə ötüb keçdiyi üçün saxlanıldığı barədə iddialar qərəzlidir və heç bir əsası yoxdur.
    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilir ki, videogörüntüdə haqqında bəhs edilən Bakı şəhəri Qaradağ rayon sakini M.Cəfərov avqustun 31-də idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Cəlilabad rayonu ərazisində cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Həmin şəxs özü ona istinad olunan inzibati xətanı törətdiyini və ziqzaqvari hərəkətlər etməklə avtoxuliqanlıq etdiyini boynuna alıb, əməlindən peşman olduğunu bildirib.

    Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə M.Cəfərov nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs edilib.

  • TƏBİB-də yeni təyinat

    Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Aygün Əliyeva TƏBİB-də vəzifəyə təyin edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, artıq bu gün yeni vəzifəsində işə başlayıb.

    Qeyd edək ki, bundan öncə Aygün Əliyeva 2013-cü ildə 25 yaşında olarkən ən gənc xanım müavin olaraq vəzifəyə təyin edilmişdi.