Month: September 2020

  • Müəllimlərin işə qəbulu imtahanları davam edir

    Sentyabr 7-də informatika və tarix müəllimi olmaq istəyən namizədlərin işə qəbul imtahanları keçirilir.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, imtahanlarda 2434 namizədin iştirakı nəzərdə tutulub.

    Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

  • Təhsil Nazirliyində vətəndaşların qəbulu dayandırılır

    Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il sentyabrın 30-dək fəaliyyətini dayandırıb.

    Nazirlikdən verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

    Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

  • В Барде в связи с незаконной вырубкой деревьев возбуждено уголовное дело

    В Бардинской прокуратуре проведено расследование на основе поступившего из регионального управления экологии и природных ресурсов №9 материала о незаконной вырубке 15 и обрезке 40 деревьев во дворе Центральной больницы района.

    Установлено, что данные действия были совершены в январе этого года завхозом медучреждения Яхъей Гасымовым по указанию главврача Низами Мехдизаде, в связи с чем был нанесен ущерб окружающей среде, сообщает прокуратура.

    По данному факту возбуждено уголовное дело по статьям 259.2.3 (незаконная вырубка деревьев, совершенная с использованием служебного положения) и 308.1 (злоупотребление должностными полномочиями) УК АР.

    В настоящее время проводятся необходимые мероприятия по установлению круга причастных к преступлению лиц и привлечению их к ответственности, оценке нанесенного окружающей среде ущерба и обеспечению его возмещения, а также по устранению последствий незаконных действий.

  • Bərdədə baş həkimin göstərişi ilə ağaclar kəsildi, cinayət işi başlandı – RƏSMİ

    “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həyətində olan 15 ağacın köküstə kəsilərək məhv edilməsi və 40 ağacın isə qanunsuz olaraq budanması ilə bağlı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Bərdə rayon prokurorluğunda araşdırma aparılıb.

    Bərdə rayon prokurorluğundan verilən məlumatına görə, aparılmış araşdırmalarla cari ilin yanvar ayında qeyd edilən xəstəxananın baş həkimi Nizami Mehdizadənin göstərişi əsasında təsərrüfat şöbəsinin müdiri Yəhya Qasımov tərəfindən həmin ağacların məhv edilməsi və nəticədə təbiətə maddi ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

  • Bu il bal yarmarkası keçiriləcək?

    COVİD-19 pandemiyası səbəbindən ölkədə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar bu il bal yarmarkası keçirilməyəcək.

    Bunu Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mais Musayev bildirib.

    M.Musayev qeyd edib ki, əgər Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən yarmarkanın keçirilməsinə icazə verilərsə, bu, mümkün ola bilər:

    “Hazırda bal yarmarkasının keçiriləcəyi ilə bağlı qərar yoxdur”.

    Nazirlik rəsmisi deyib ki, bal yarmarkasının keçirilməsi üçün ən azı bir aylıq hazırlıq müddəti lazımdır:

    “Keçən il bal yarmarkası sentyabrın 28-dən oktyabrın 18-nə kimi olan müddətdə keçirildi. 2018-ci ildə isə yarmarka 5-28 oktyabr tarixlərində baş tutdu. Bu il üçün hələ ki, qərar yoxdur. Əgər karantin ləğv edilərsə və operativ qərargah tərəfindən icazə verilərsə, bal yarmarkasının keçirilməsini oktyabra planlaşdırmaq olar. Çünki qeydiyyat və arıçıların balı Bakıya gətirməsi üçün vaxt lazımdır. Amma hazırkı situasiyaya görə bal yarmarkasının keçirilməsi nəzərdə tutulmur”.

    M.Musayev həmçinin bildirib ki, “Kənddən şəhərə” yarmarkalarının da fəaliyyəti aprel ayından etibarən dayandırılıb:

    “Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müvafiq qərar olarsa, həftəsonu, ənənəvi yarmarkaların da keçirilməsi müzakirə edilə bilər”.

  • Сегодня сборная Азербайджана по футболу проведет тренировку перед игрой с Кипром

    В рамках Лиги наций УЕФА 8 сентября пройдет матч Кипр – Азербайджан. Игра начнется в 22:45 по бакинскому времени.

    Сегодня в 20:00 (по бакинскому времени – ред.) наша сборная проведет тренировку на кипрском стадионе GSP, сообщает сайт Ассоциации футбольных федераций Азербайджана (АФФА).

    Первые 15 минут тренировки будут открытыми для прессы, а за полчаса до нее состоится пресс-конференция главного тренера сборной Джанни Де Бьязи.

    Отметим, что обе команды уже провели первые игры в рамках Лиги наций на домашнем поле. Азербайджан проиграл Люксембургу, а Кипр – Черногории.

  • Futbol millimizin Kiprdəki məşqinin vaxtı bilindi

    UEFA Millətlər Liqası turniri çərçivəsində sabah Kipr – Azərbaycan oyunu keçiriləcək.

    AFFA-nın saytının xəbərinə görə, komandamız bu gün Kiprdə məşqə çıxacaq.

    Məşq prosesi Bakı vaxtı ilə saat 20:00-da oyunun keçiriləcəyi GSP stadionunda olacaq. Bunun ilk 15 dəqiqəsi mətbuat üçün açıq keçiriləcək. Məşqdən yarım saat əvvəl isə millimizin italiyalı baş məşqçisi Canni De Byazi mətbuat konfransına çıxacaq.

    Kiprin belçikalı baş məşqçisi Yohan Valem isə Bakı vaxtı ilə saat 13:00-da mətbuat konfransına çıxacaq. Saat 21:45-də isə meydan sahibi komanda oyun öncəsi son məşqini keçirəcək.

    Qeyd edək ki, hər iki komanda qrupdakı ilk oyununu öz meydanında keçirsə də, uduzub. Bu görüş sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

  • Balaxanıda fotosessiya izdihamı – VİDEO

    Ötən gün sosial şəbəkələrdə Balaxanı qəsəbəsində vətəndaşların bir yerə yığışmasını əks etdirən video yayılıb. Məlum olub ki, həmin izdihamı son günlər qəsəbənin xarici görünüşünün dəyişilməsi ilə əlaqədar orada foto çəkdirmək istəyən şəxslər yaradıb.

    “Qafqazinfo” məsələylə bağlı Balaxanı icra nümayəndəliyi ilə əlaqə saxlayıb.

    Bildirilib ki, toplaşanlar kənd camaatı olub:

    “Onlar qəsəbədə yaradılmış şəraitlə tanış olublar. Bu zaman da fotosessiya etmək istəyiblər”.

  • Biləsuvarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı

    Biləsuvarda qaçaqmalçılıq yolu ilə külli miqdarda müxtəlif növ narkotik vasitələr, psixatrop və güclü təsiredici maddələr gətirən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat verib.

    Bildirilir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayonunun Əsgərabad kənd sakini Musa Rəmiyev saxlanılıb.

    Onun özünə məxsus müxtəlif növ narkotik vasitə, psixatrop və güclü təsirli maddələri saxladığı idman çantası Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində gizlətdiyi yerdən aşkar edilib.

    Həmin çantadan ayrı-ayrı bükümlərdə ümumilikdə 7 kiloqram 637 qram narkotik vasitə tiryək, 284 qram heroin, 74 qram qurudulmuş marixuana, 2 kiloqramdan artıq psixatrop maddə metamfetamin və tərkibində güclü təsiredici maddələr olan 90 ədəd “Gabaprel 300” preparatları aşkar edilərək götürülüb.

    M.Rəmiyevin həmin narkotik vasitə, psixatrop və güclü təsiredici maddələri İran İslam Respublikasından qanunsuz olaraq əldə etdiyi və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən edilib.

    Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

  • В Азербайджане лица, которым запрещено заниматься педагогической деятельностью, могут быть оштрафованы

    7 сентября на заседании Комитета Милли Меджлиса (парламента) Азербайджана по вопросам науки и образования состоится обсуждение внесения в Кодекс об административных проступках АР дополнительной статьи 192.12, передает Oxu.Az.

    Она предусматривает наказание для должностных лиц, которым запрещено заниматься педагогической деятельностью, заключившим трудовой контракт в этой сфере.

    В отношении них предлагается назначить штраф в размере трех тысяч манатов.