Month: September 2020

  • Pedaqoji fəaliyyətinə qadağa qoyulan şəxsləri işə götürən vəzifəlilər cərimələnə bilər – YENİLİK

    Əmək qanunvericiliyinin pozulmasına görə inzibati cəzaların siyahısı genişləndirilir.

    Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 192.12-ci maddənin əlavə olunması təklif edilir.

    Layihə qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə bağlıdır.

    Qanun layihəsi həmin şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslərin cərimələnməsini nəzərdə tutur.

    Layihəyə əsasən, həmin şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.

    Layihə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

  • Masallıda 32 yaşlı kişini qətlə yetirən şəxs tutuldu

    Sentyabrın 7-də gecə saatlarında Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində qəsəbə sakini, 1988-ci il təvəllüdlü Malik Şiriyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Masallı rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaqla zərərçəkmişin tanışı, 1998-ci il təvəllüdlü Kənan Bəyoğlanlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Malik Şiriyevə bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

    Kənan Bəyoğlanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Опубликовал пост в Facebook и ушел из жизни: в Сабирабаде повесился мужчина

    31-летний сотрудник Управления молодежи и спорта Сабирабадского района Рауф Асадов совершил суицид – повесился во дворе собственного дома.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    Известно, что самоубийство совершено 7 сентября, примерно в 04:00. На месте происшествия криминалисты обнаружили предсмертное письмо, в котором Р.Асадов написал, что больше не может так жить и поэтому уходит.

    По предварительным данным, мужчина наложил на себя руки после того, как поучаствовал в торжестве по случаю дня рождения своего сына, который вместе с матерью проживает в Агдамском районе.

    Кроме того, перед смертью Р.Асадов поделился статусом на своей странице в Facebook, где написал, что никто не может знать, что происходит в твоей душе, но все с легкостью осуждают тебя. Написал, что гордится своей женой и сыном, но не достоин их. Он попросил у них прощения, а в конце написал: “Прощайте!”.


  • Sabirabadda intihar edən gəncin son sözləri – YENİLƏNİB + FOTO

    Sabirabadda intihar edən 31 yaşlı Rauf Əsədov hadisədən əvvəl son sözlərini yazıb.

    O, fikirlərini “Facebook” hesabında bölüşüb:

    “Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. Elə bilməyin ki, bir anda hər şeydən imtina edib getmək asandır. Yox, çox çətindir.

    Heç kim sənin nələr yaşadığını, nə dərdinin olduğunu, içində nələr çəkdiyini, nələrlə mübarizə apardığını, hətta necə bir insan olduğunu bilməz. Amma hər kəs səni tanımadan sənin haqqında artıq-əksik danışmağı çox yaxşı bilər.

    Həyatda “Bağışla” deyəcəyim iki insan var: həyat yoldaşım və oğlum. Bağışlayın məni, sizə layiq ola bilmədim! Həyat yoldaşım hər zaman başımı uca etdi, bu hamı üçün pis səslənə bilər, amma mən sənin kimi namuslu, sevgi dolu qadın görmədim. Səni ayaq tozuna layiq olmayanlara dəyişdim, bağışla məni! Üzülmə, dik dur, Romana görə dik dur! Bütün dostlarıma, bir azdan əlvida deyəcəyim həyatda məni tanıyan hər kəsə deyirəm ki, məni əsla qınamayın və pis olmayın!

    Sən mənim həyatımsan, oğlum!
    Olduğun yer nəfəsdir mənə
    Sən qolum-qanadımsan, oğlum!
    Varlığın belə yaşamağa bəsdir mənə.

    Bu sözləri hər gün dəyəcək qədər həyat dolu biriydim mən! Heyif, heç bir şey göründüyü kimi deyil.

    Əlvida!”

    * * * * *

    Sabirabadda intihar hadisəsi baş verib.

    APA-nın məlumatına görə, Sabirabad sakini, 1989-cu il təvəllüdlü Rauf Əsədov mənzilində özünü asaraq intihar edib.

    Hadisə yerinə prokurorluq əməkdaşları baxış keçirib, müvafiq ekspertizalar təyin olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, R.Əsədov Sabirabad Gənclər İdman İdarəsinin əməkdaşı olub. O, hadisədən bir həftə əvvəl işdən çıxıb.


  • В Шамкире мужчина ударил ножом своего соседа

    В ходе конфликта в Шамкире житель района Эльперест Заманов (1981 г.р.) нанес многочисленные ножевые ранения своему соседу Рашаду Гусейнову, сообщает Report.

    Р.Гусейнов был доставлен в больницу.

    По данному факту возбуждено уголовное дело.

    Принимаются меры по задержанию Э.Заманова.

  • Şəmkirdə qonşusunu bıçaqlayan şəxsin kimliyi bilinib

    Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

    Report-un məlumatına görə, Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Elpərəst Zamanov mübahisə zəminində qonşusu, 1990-cı il təvəllüdlü Rəşad Hüseynova daxilə keçməyən çoxsaylı bıçaq xəsarətləri yetirib.

    Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin isə saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Millimizin rəqibinə texniki məğlubiyyət verilə bilər

    Bu gün 21 yaşadək futbol millimiz (U-21) Avropa çempionatının seçmə mərhələsində Fransadan olan yaşıdları ilə qarşılaşacaq.

    Məşhur “Lequipe” nəşri xəbər verir ki, yığmamızın qrupdakı rəqiblərindən olan Gürcüstan U-21-nə texniki məğlubiyyət verilə bilər.

    Belə ki, Fransa U-21-i üç gün əvvəl səfərdə Gürcüstan üzərində qələbə (2:0) qazanıb. Gürcülər meydana adı heyətdə olmayan oyunçu daxil edib. Bu səbəbdən də Gürcüstana 0:3 hesablı texniki məğlubiyyət verilə bilər. Hazırda UEFA bu məsələyə baxır.

    Gürcüstan və Azərbaycan seçmə qrupda altı xal toplayıb.

    Qeyd edək ki, həmin görüşün 26-cı dəqiqəsində “Arsenal”ın sabiq, “Lion”un indiki futbolçusu Jef-Ren Adelaid sağ ayaq əzələsindən zədələnərək sıradan çıxıb. 22 yaşlı yarımmüdafiəçinin tibbi baxışdan sonra bu gün saat 21:00-da Sumqayıtda başlayacaq Azərbaycanla oyunda çıxış etməyəcəyi dəqiqləşib.

  • В Китае мужчина с ножом напал на школьников, есть пострадавшие

    Мужчина с ножом напал на учащихся средней школы в китайской провинции Хунань, сообщает портал Sina в понедельник, 7 сентября, пишут “Известия”.

    Инцидент произошел неподалеку от одного из образовательных учреждений города Чжанцзяцзе. В результате нападения пострадали четыре школьника, все они были госпитализированы в ближайшую больницу.

    Полиция задержала нападавшего, сейчас устанавливаются причины произошедшего, ведется следствие.

    В сентябре прошлого года неизвестные напали на школу в провинции Хубэй в центральной части Китая. Сообщалось, что в результате нападения пострадали как минимум 10 детей.

  • Bıçaqlı kişi məktəblilərə hücum etdi, yaralananlar var

    Bıçaqlı kişi orta məktəb şagirdlərinə hücum edib.

    “İzvestiya”nın məlumatına görə, hadisə Çinin Xunan əyalətində baş verib.

    Hücum nəticəsində dörd məktəbli yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

    Polis hücum edən şəxsi saxlayıb. Hadisənin səbəbləri araşdırılır.

    Ötən ilin sentyabr ayında analoji hadisə Hubey əyalətində baş verib. Həmin vaxt hücum nəticəsində azı 10 uşaq yaralanıb.

  • Число вылечившихся от коронавируса в мире превысило 19 миллионов

    По данным на утро 7 сентября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 27 292 661.

    За весь период пандемии скончались 887 555 человек, выздоровели 19 377 320 заразившихся.

    Больше всего инфицированных в США (6 460 250). На втором месте – Индия (4 204 613), третьем – Бразилия (4 137 606). В первую пятерку также входят Россия (1 025 505) и Перу (689 977).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 193 250, вылечились – 3 725 970 человек.

    Иран с 386 658 заболевшими занимает 12-е место, Турция (279 806) – 18-е.

    В Армении коронавирусом заразились 44 783 человека, в Грузии – 1 650.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 22 293 летальных исхода.

    На сегодня в Азербайджане подтверждены 37 329 случаев инфицирования коронавирусом, 34 705 человек вылечились, 548 – скончались.