Month: September 2020

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 27 292 661 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxan 887 555 xəstə ölüb, 19 377 320 nəfər sağalıb.

    Koronavirusun ən çox yayıldığı qitə Asiya (7 760 042 nəfər), ölkə isə ABŞ-dır (6 460 250 nəfər).

    Yoluxma sayına görə digər yerləri Hindistan (4 204 613 nəfər) və Braziliya (4 137 606 nəfər) paylaşır.

    Azərbaycanın sərhəd qonşusu Rusiya 1 025 505 yoluxma ilə dördüncü yerdədir.

    Digər qonşularımız İranda 386 658, Türkiyədə 279 806 yoluxma qeydə alınıb.

    Ermənistanda 44 783, Gürcüstanda isə 1 650 nəfərdə virus müəyyən edilib.

    Azərbaycanda indiyə qədər koronavirusun aşkar edildiyi 37 329 nəfərdən 548-i ölüb, 34 705-i sağalıb.

  • Qubanın kəndində yaşayış evi yaxınlığında ot tayaları yanır

    Qubanın ucqar Muçu kəndində yanğın hadisəsi baş verib.

    Report-un verdiyi məlumata görə, Qubanın ən ucqar və rayon mərkəzindən 80 kilometr məsafədə yerləşən kənddə ot tayaları yanır.

    Hadisə kənd sakini Yarqulu Gülməhəmməd oğlu Şahverdiyevə məxsus yaşayış evinin həyətində baş verib. Yanğın barədə Quba Yanğından Mühafizə Xidmətinə məlumat verilib, hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib.

    Yerli sakinlər yanğını qonşuların köməkliyi ilə söndürməyə cəhd edirlər. Havanın küləkli olması alovun güclənməsinə şərait yaradır.

  • Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir

    2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi üçün 10 fənn üzrə müvafiq keçid balı müəyyənləşdirilib.

    Nazirlikdən bildirilib ki, keçid balı Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimliyi üzrə 36, rus dili və ədəbiyyat, rus dili, biologiya, fizika, fransız dili, fiziki tərbiyə, musiqi və təsviri sənət fənləri üzrə 30 müəyyən edilib.

    Yuxarıda qeyd olunan fənlər üzrə işə qəbul imtahanlarında iştirak edərək keçid balını toplamış namizədlər 8-9 sentyabr tarixlərində şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

  • В Гяндже прошел футбольный турнир памяти Полада Гашимова – ВИДЕО

    В Гяндже прошел футбольный мини-турнир, организованный Главным управлением молодежи и спорта города в честь погибшего в товузских боях генерала Полада Гашимова.

    В мероприятии приняли участие восемь любительских команд, состоящих из сотрудников ряда учреждений и организаций.

    Матчи были проведены по олимпийской системе. После завершения турнира состоялась церемония награждения победителей. Также жюри оценило игру футболистов в разных номинациях.

    Отметим, что было принято решение сделать соревнования традиционными.

    Подробности – в видеосюжете Baku TV.

  • Polad Həşimovun xatirəsinə futbol turniri təşkil olundu – VİDEO

    Gəncədə şəhid generalımız Polad Həşimovun xatirəsinə həsr olunan mini-futbol turniri keçirilib.

    Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən mini-futbol turnirinin son günü final mərhələsinə yekun vurulub.

    Turnirdə şəhərin müxtəlif idarə, müəssisə və təşkilatlarının həvəskar futbolçularından ibarət səkkiz komandası qüvvəsini sınayıb.

    Oyunlar olimpiya sistemi üzrə təşkil olunub. Turnir başa çatdıqdan sonra mükafatlandırma mərasimi reallaşıb. İlk üç yeri tutan kollektivlə yanaşı, mütəxəssislərin rəyinə əsasən müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçuların da əməyi qiymətləndirilib.

    Qalib komandaya kubok təqdim olunub və yarışların ənənəvi keçirilməsi qərara alınıb.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Sumqayıtda işıq dirəyinə çırpılan avtomobil aşdı, sürücü xəsarət almadı

    Sumqayıt şəhərinin Səməd Vurğun küçəsində 4 nömrəli şəhər xəstəxanasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini Amil Almuradov idarə etdiyi “10 0B 677” dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobili yol ayrıcındakı işıq dirəyinə çırpıb.

    Zərbənin gücündən işıq dirəyi yerindən qopub, idarəetmədən çıxan avtomobil isə aşıb. Yaxınlıqdakı şəxslərin köməyi ilə avtomobildən çıxarılan sürücü xəsarət almayıb.

    Qəza səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

    Əraziyə DYP əməkdaşları cəlb olunub və hərəkət bərpa olunub. Sürücü alkoqol testindən keçirilib, onun sərxoş olmadığı məlum olub.

    A.Almuradov hərəkətdə olarkən başqa bir avtomobilin onu sıxışdırması nəticəsində qəzanın baş verdiyini deyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Грузинский пограничник снова попытался сорвать портреты героев Азербайджана и Турции – ФОТО

    Водитель грузовика из Турции Метин Эрдем, который вывесил большой портрет Национального героя Азербайджана Мубариза Ибрагимова, снова задержан грузинскими пограничниками. Об этом журналистам рассказал сам Метин Эрдем.

    Напомним, что Метин Эрдем вывесил на кузове своего грузовика портреты Национального героя Азербайджана Мубариза Ибрагимова и турецкого военнослужащего Омара Халисдемира, погибшего во время предотвращения попытки военного переворота в Турции в 2016 году.

    Эрдем отмечает, что у него есть все документы, для того чтобы ездить на грузовике с портретами героев, но каждый раз его останавливают и создают проблемы на границе Грузии.

    В этот раз Метин Эрдем вместе с 6 водителями выехал из Нахчывана, чтобы доставить груз соли в Грузию. После того как они достигли границы с Грузией, местный пограничник остановил машину Метина Эрдема с госномерами 76 AAB 845. Полицейский начала расспрашивать Эрдема про портреты и затем потребовал снять портрет Мубариза Ибрагимова. Водитель отметил, что фотографии героев для него очень важны.

    Между водителем и пограничниками возникла перепалка. Затем сотрудники жандармерии Ардагана проинформировали об инциденте консульский отдел посольства Турции в Грузии. После переговоров водитель был пропущен через границу.

    «На грузинской границе мне всегда создают проблемы из-за портрета Мубариза Ибрагимова. Они задерживают меня на 4-5 часов, проверяют документы. Грузинские пограничники говорят, что не пропустят меня из-за конфликта между Азербайджаном и Арменией. Я уже устал от этого, но никто не сможет заставить меня снять эти портреты», – сказал он.

  • Ermənilər atəşkəsi pozmaqda davam edir

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 50 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Kiprdə “qızıl pasport” alanların arasında Azərbaycan əsilli biznesmen də var

    Kiprin “Politis” qəzeti 2008-2012-ci illərdə investisiya yatırımına görə ölkənin “qızıl pasport”u və ya respublika vətəndaşlığını alan insanların siyahısını yayımlayıb.

    RBC xəbər verir ki, nəşr Kipr Prezidenti Nikos Anastasiadesin məktubuna istinad edib.

    Göstərilən müddətdə ümumilikdə 141 nəfərin Kipr vətəndaşlığını aldığı bildirilir. Onlar arasında əslən Bakıdan olan iş adamı Yan Abramov da olub.

    Bəzi ukraynalı biznesmenlərin də Kipr vətəndaşlığı aldığı qeyd edilir.

  • Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır

    Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır.

    Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat prosesi bu gün saat 23:59-dək davam edəcək.

    Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 7 sentyabr saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

    Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.