Month: September 2020

  • Azərbaycanda ata-bala birlikdə qadını soydular – VİDEO

    Gədəbəydə qadına qarşı soyğunçuluq edilib.

    Baku TV xəbər verir ki, Şabran rayon sakini Natiq Zülfüqarov yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə Gədəbəy rayonunda soyğunçuluq edib.

    Ata və oğul parkda gəzən qadının cibində pul gördükdən sonra onu izləməyə başlayıblar. Qadını yaşadığı ünvana qədər təqib edən “qəhrəmanlar” sonda öz çirkin niyyətlərini reallaşdırıblar. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini deyiblər. Bundan başqa, istintaq zamanı atanın Şəmkir rayonu ərazisində oğurluq etdiyi, oğlunun isə Bakıda soyğunçuluq törətdiyi məlum olub.

    Natiq Zülfüqarov əməli haqqında belə danışıb:

    “Evin arxa tərəfindən içəri girdim. Qapını açanda gördüm, uşağı yelləyir. Dedim pullar var, arxa cibində, bayaq görmüşəm. Dedi pul yoxdur. Stolun üstündə pul qabını görüb üstünə tərəf getdim. Pul qabının ağzını açanda üstümə gəldi, mən də itələdim. İçərisində 900 manat pul var idi. Bunu götürdüm, bir telefonu, bir də əlavə 70 manat pulu götürdüm”.

    Hər iki şəxs barəsində Gədəbəy rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.

  • Hotellər qarşısında qoyulmuş iki tələb ləğv edildi

    Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda dəyişiklik edib.

    Qüvvədə olan Qaydalara əsasən, mehmanxananın bütün işçi heyəti yeddi gündə bir dəfə mehmanxana daxilində və mehmanxana hesabına COVID-19 testindən keçməli idi.

    Bundan başqa, COVID-19 olan, habelə son 48 saat ərzində COVID-19 testinin nəticəsinin neqativ olması barədə müvafiq arayışı olmayan, xəstəlikdən sağalmış (sonuncu COVID-19 testinin nəticəsinin neqativ çıxdığı tarixdən minimum 14 gün keçməlidir), lakin son testin nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçməyən, habelə testin nəticəsi pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən özünütəcrid rejimində olan qonaqlar mehmanxanaya qəbul edilmirdilər.

    Yeni dəyişikliklə hər iki tələb ləğv edilib.

  • DYP sürücülərə müraciət etdi

    Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

    Müraciətdə deyilir:

    “Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması barədə məlumatı nəzərə alınaraq DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından müvafiq ezamiyyə sənədləri olmadan və ya “icaze.e-gov.az” portalına bu barədə məlumatlar daxil edilmədən respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd edilməməsini və qeyd olunan vaxtadək təmkin göstərərək mövcud qaydalara ciddi riayət olunmasını xahiş edir”.

  • Отменяются ограничения на обслуживание клиентов в закрытых помещениях кафе и ресторанов

    С 00:00 8 сентября допускается оказание услуг на объектах общественного питания на местах до 00:00 с соблюдением карантинных правил и в соответствии с постановлением № 237 Кабинета министров АР от 6 июля 2020 года “О регулировании некоторых вопросов, связанных с приемом клиентов в учреждениях общественного питания в период пандемии коронавируса (COVID-19)”.

    Об этом 4 сентября сообщает оперативный штаб при Кабмине.

  • Qapalı məkanda kafe və restoranlar gecə 12-dək işləyəcək – RƏSMİ

    Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bu qərar 2020-ci il sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minir.

  • Отменены ограничения по въезду/выезду из Баку, Сумгайыта и Абшеронского района

    Оперативный штаб при Кабинете министров Азербайджана принял решение об отмене ограничений по въезду/выезду из Баку, Сумгайыта и Абшеронского района (за исключением межгородских и межрайонных пассажироперевозок).

    Решение вступает в силу с 00:00 8 сентября.

  • Rayonlara gediş-gəliş açılır – RƏSMİ

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bu qərar 2020-ci il sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minir.

  • Azərbaycanda karantin rejimi ilə bağlı yeni QƏRAR – RƏSMİ

    Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılmış, yoluxma hallarının sayında azalmaya nail olunub.

    Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilib.

    Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aşağıdakı sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb:

    – Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir;

    – Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

    Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırırıq.

  • Bakıda taksidə dünyaya gələn körpənin – FOTOSU

    Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən taksi şirkətlərindən birinə məxsus avtomobildə uşaq dünyaya gəlib.

    9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbilə yolda olarkən təbii doğuş baş tutub və qadın övladını avtomobildə dünyaya gətirib. Dərhal reaksiya verən sürücü Mehman Rzayev yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb.

    Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır.

    Həmin körpənin fotosunu təqdim edirik:

  • Bakıda kran binanın üstünə aşdı, yaralılar var – VİDEO

    Paytaxtın Həsən Əliyev küçəsində yaşayış binasının üstünə kran aşıb.

    İlkin məlumata görə bir nəfər yaralanıb.

    Hadisə zamanı kranın sürücüsü xəsarət alıb, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.

    Ətraflı məlumat veriləcək.

    Hadisə yerindən videonu təqdim edirik: