Month: September 2020

  • Messinin klub seçimi təsdiqləndi – FOTO

    “Barselona”nın kapitanı Lionel Messinin hansı klubda çıxış edəcəyi məsələsinə nəhayət ki, aydınlıq gəlib.

    Goal.com-un məlumatına görə, argentinalı forvard elə “Barselona”da qalacaq.

    Bu barədə açıqlama verən Messi bildirib ki, Bartomeunun rəhbərliyindən narazıdır:

    “Xoşbəxt deyildim, buna görə də klubdan ayrılmaq istəyirdim. Lakin buna icazə verilmədi. Qanuni mübahisəyə girməmək üçün klubda qalacağam. Bartomeunun rəhbərlik etdiyi klubun idarəçiliyi fəlakətdir”.

  • ГДП обратилось к участникам дорожного движения

    Главное управление Государственной дорожной полиции (ГДП) МВД Азербайджана обратилось к участникам дорожного движения в связи отменой ограничений по въезду/выезду из Баку, Сумгайыта и Абшеронского района с 00:00 8 сентября.

    В обращении говорится:

    “Учитывая решение оперативного Штаба о снятии с 00:00 8 сентября 2020 года ограничений на въезд и выезд в Баку, Сумгайыт и Абшеронский район за исключением междугородних и межрайонных пассажирских перевозок, принятое в соответствии с санитарно-эпидемиологической ситуацией, Главное управление ГДП призывает граждан не пытаться проехать в другие города и районы республики, а также в обратном направлении без командировочных удостоверений, либо информации, внесенной в портал icaze.e-gov.az, и проявляя сдержанность, следовать требованиям и правилам до указанного срока”.

  • DYP sürücülərə müraciət etdi

    Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

    Müraciətdə deyilir:

    “Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması barədə məlumatı nəzərə alınaraq DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından müvafiq ezamiyyə sənədləri olmadan və ya “icaze.e-gov.az” portalına bu barədə məlumatlar daxil edilmədən respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd edilməməsini və qeyd olunan vaxtadək təmkin göstərərək mövcud qaydalara ciddi riayət olunmasını xahiş edir”.

  • Doqquz ay bətnində körpə gəzdirdiyindən doğuş günü xəbər tutdu – FOTO

    28 yaşlı Böyük Britaniya sakini Taşa Devis övladını dünyaya gətirdiyi günə qədər hamilə olduğunu bilməyib.

    Hadisə barədə “Daily Mirror” xəbər yayıb.

    Gənc ana bildirib ki, özündə hamiləlik əlamətlərini hiss etməyib, çəkisinin artmasını isə karantinlə əlaqədar evdə oturmağı ilə əlaqələndirib.

    Doğuş başlamazdan bir saat əvvəl T.Devis şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya yollanıb. Həkimlər ona hamilə olub-olmadığını soruşanda isə qadının cavabı mənfi olub. Yalnız ultrasəs müayinəsindən sonra 28 yaşlı qadının uşaq dünyaya gətirəcəyi məlum olub.

    Xəstəxanadan bildirilib ki, 4,28 kiloqram çəkisi olan körpə özünü yaxşı hiss edir və tam sağlamdır.

  • Kişi hamının gözü qarşısında keçmiş sevgilisini bıçaqladı – ANBAAN VİDEO

    Kişi hamının gözü qarşısında keçmiş sevgilisini bıçaqladı.

    “112” “Telegram” kanalının məlumatına görə, dəhşətli hadisə Tatarıstanda baş verib.

    Məlumata görə, Sulaymon Kirqizov və Lyudmila Zaboyeva uzun müddət bir yerdə yaşayıblar, ancaq sonra ayrılıblar. Lakin Kirqizov münasibətlərin bitməsi ilə barışa bilməyib. O, mütəmadi olaraq qadının yanına gəlib, barışmaq istəyib. Ancaq L.Zaboyeva razılaşmayıb. Bundan sonra kişi Lyudmilaya cinsi təcavüz edib.

    Zərərçəkən hadisə ilə bağlı polisə şikayət verib. Ona qarşı “Təcavüz” maddəsi ilə cinayət işi açılıb. Bu gün o, polisə ifadə verməyə getməli idi. Ancaq bunun əvəzinə, Kirqizov Lyudmilanı izləyib, onun girdiyi mağazaya soxulub və keçmiş sevgilisinə 13 bıçaq zərbəsi vurub.

    Xoşbəxtlikdən qadın sağ qalıb.

    Kirqizov axtarışa verilib.

    (Xəbərdarlıq: Ürəyi zəif olanlar və həssas insanlar videoya baxmasın)

  • Ровнаг Абдуллаев встретился с членами национальной сборной – ФОТО

    Сегодня на Бакинском олимпийском стадионе состоялась открытая тренировка национальной команды Азербайджана, которая завтра встретится со сборной Люксембурга в Баку в рамках Лиги наций УЕФА.

    Как сообщает Report, перед тренировкой президент Ассоциации футбольных федераций Азербайджана (АФФА) Ровнаг Абдуллаев встретился с членами сборной.

    Президент АФФА пожелал сборной успехов в предстоящих играх турнира. Главный тренер команды Джанни Де Бьязи поблагодарил руководство АФФА.

    Во встрече приняли участие вице-президент АФФА Эльшад Насиров и исполнительный вице-президент Эльхан Мамедов.

  • Rövnəq Abdullayev milli komanda ilə görüşüb – FOTO

    UEFA Millətlər Liqası çərçivəsində sabah Bakıda Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının bu gün Bakı Olimpiya Stadionunda açıq məşqi olub.

    Məşqdən əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev yığmanın heyəti ilə görüşüb.

    AFFA prezidenti milliyə turnirdə keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Komandanın baş məşqçisi Canni De Byazi çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.

    Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak edib.

  • Азербайджанский ученый нашел лекарство от коронавируса – ВИДЕО

    Проживающий в Турции азербайджанский ученый разработал вакцину против COVID-19.

    Как передает Baku TV, член-корреспондент Национальной академии наук Азербайджана, профессор турецкого университета Акдениз – Тарлан Мамедов представил свое новое изобретение. Под руководством ученого два исследования вакцин, изготовленных из зеленых растений против COVID-19, дали успешные результаты на животных и готовы к испытаниям на людях.

    Около четырех месяцев назад Тарлан Мамедов со своей группой из 20 человек приступили к работам над вакциной от COVID-19.

    “Мы верим в то, что образцы вакцины, которую мы произвели, будут безопасными и эффективными против всех мутаций. Теперь мы можем тестировать образцы вакцины COVID-19 на людях”, – сказал он.

    Т.Мамедов добавил, что исследование было передано в Турецкий научный комитет по вакцинации в виде отчета и в ближайшее время будет отправлено в Министерство здравоохранения.

    Новое изобретение ученого имеет большое значение для лечения наследственного заболевания гемофилия B, которое характеризуется нарушением свертываемости крови человека. Эти и другие его важные изобретения были зарегистрированы как новые международные патенты. В Азербайджане также планируется испытать и применить новые инновационные продукты.

  • Azərbaycanlı alim koronavirusun dərmanını tapdı – VİDEO

    Türkiyədə yaşayan azərbaycanlı alim COVID-19-a qarşı peyvənd hazırlayıb.

    Baku TV xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov yeni ixtirasını təqdim edib. Alimin rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilərdən hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib və insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

    Tərlan Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı peyvənd işlərinə başlayıb.

    “İstehsal etdiyimiz vaksin nümunələrinin bütün mutasiyalara qarşı təhlükəsiz və effektiv olacağına inanırıq. Artıq COVID-19 peyvənd nümunələrini insanlar üzərində sınaqdan keçirə bilərik. İstehsal və saflaşdırma effektivliyi anticisimlərin ticarəti üçün kifayət qədər yüksəkdir,” – deyə alim bildirib.

    T.Məmmədov araşdırmanı Türkiyə Peyvənd Elmi Komitəsinə hesabat şəklində təqdim etdiklərini və yaxın zamanda Səhiyyə Nazirliyinə göndərəcəklərini əlavə edib.

    Alimin yeni ixtirası insan qanının laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan Hemofiliya B irsi xəstəliyinin müalicəsi üçün böyük əhəmiyyət kəsb edir. Onun bu və digər mühüm ixtiraları yeni beynəlxalq patent kimi öz təsdiqini tapıb. Yeni innovasiya məhsullarının Azərbaycanda da sınağının keçirilməsi, eləcə də tətbiqi nəzərdə tutulur.

  • İctimai yerlərdə 10 nəfərədək toplaşmağa icazə veriləcək

    İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

    Bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən dəyişiklikdə əksini tapıb.

    Qeyd edək ki, bundan əvvəl insanların beş nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.

    Qərar 8 sentyabr 2020-ci ildən qüvvəyə minir.