Month: September 2020

  • Обнародован курс маната на следующий год – ОФИЦИАЛЬНО

    Усиление координации фискальной и монетарной политики в целях сохранения макроэкономической стабильности будет способствовать тому, что обменный курс национальной валюты останется таким же стабильным, как и в текущем году.

    Об этом говорится в сообщении Министерства финансов о прогнозных показателях государственного и сводного бюджетов на 2021 год.

    Отмечается, что с учетом обеспечения макроэкономической стабильности и осуществляемых экономических реформ, спада тенденций к долларизации и других факторов курс маната к доллару США в 2021 году взят на уровне 1,7.

    “В то же время, отсутствие макроэкономических рисков с точки зрения регулирования уровня инфляции и стабильности курса окажет положительное влияние на показатели социального благополучия населения в среднесрочном периоде”, – подчеркнули в министерстве.

  • Manatın gələn il üçün məzənnəsi açıqlandı – RƏSMİ

    Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək.

    Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

    Qeyd olunub ki, makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.

    “Eyni zamanda inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə müsbət təsir edəcək”, – Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

  • Messi üçün həlledici gün

    Mətbuata Lionel Messinin İspaniyanı tərk etməyəcəyi barədə yeni məlumatlar sızıb.

    İspaniya KİV-ləri Argentinanın “TyC Sports” agentliyinə istinadən xəbər verir ki, 33 yaşlı ulduz futbolçu 2021-ci ilin yayına qədər “Barselona”da qalacaq.

    Mənbə yazır ki, 3 sentyabr L. Messinin transfer məsələsində həlledici gün hesab oluna bilər.

    Xatırladaq ki, L. Messi 16 il formasını geyindiyi “Barselona” klubunun rəhbərliyinə müraciət sənədi ünvanlayıb.

    L.Messi onunla müqaviləyə xitam verilməsini xahiş edir.

  • Обнародован официальный прогноз по доходам и расходам госбюджета-2021

    Министерство финансов Азербайджана обнародовало прогноз по доходам и расходам в проекте госбюджета на 2021 год.

    Согласно прогнозу, доходы госбюджета в следующем году составят 24 млрд 327 млн манатов, расходы – 25 млрд 847 млн манатов.

    Сообщается, что 13 млрд 950 млн манатов доходов приходится на нефтяной, 10 млрд 377 млн манатов – ненефтяной сектор.

    Ожидается, что 12 млрд 200 млн манатов бюджетных доходов по нефтяному сектору составят трансферты из Государственного нефтяного фонда, 1 млрд 750 млн манатов – поступления от нефтяного сектора по линии налоговых органов.

    При расчете доходов сводного и госбюджета на 2021 год цена одного барреля нефти на основе более консервативного подхода заложена на уровне 35 долларов.

    В министерстве отметили, что 18 млрд 106 млн манатов составят текущие расходы, 5 млрд 389 млн манатов – основные расходы, 2 млрд 351 млн манатов – расходы, связанные с государственным долгом и обязательствами.

    Напомним, что доходы госбюджета на 2020 год определены в размере 24 млрд 124 млн манатов, расходы – 27 млрд 492 млн манатов.

  • 2021-ci ilin büdcəsinin gəlirləri və xərcləri – RƏSMİ

    2021-ci ilin dövlət büdcə layihəsində gəlir və xərclərinə dair rəsmi proqnozlar açıqlanıb.

    Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

    Proqnozlara əsasən, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon, xərcləri isə 25 milyard 847 milyon 500 min manat olacaq.

    Gəlirlərin 13 milyard 950 milyon manatının neft sektorunun, 10 milyard 377 milyon manatının isə qeyri-neft sektorunun payına düşəcəyi bildirilir.

    Neft sektoru üzrə büdcə gəlirlərinin 12 milyard 200 milyon manatını Dövlət Neft Fondundan transfertlər, 1 milyard 750 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmaların təşkil edəcəyi gözlənilir.

    “2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb”,-deyə məlumatda qeyd olunur.

    Xərclərin isə 18 milyard 106 milyon 600 min manatını cari xərclər, 5 milyard 389 milyon 100 min manatını əsaslı xərclər, 2 milyard 351 milyon 800 min manatını dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

    Qeyd edək ki 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri isə 27 milyard 492 milyon 200 min manat məbləğində müəyyən edildi.

  • Hökməlidə məişət tullantıları yandırılır – ŞİKAYƏT+FOTO

    Abşeron rayonu Hökməli qəsəbəsinin sakinləri zibillikdən şikayət edir.

    Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan müraciətdə qeyd olunub. Sakinlər bildirirlər ki, 28 may qəsəbəsində zibil konteynerləri yoxdur:

    “Bu əraziyə rayon üzrə icra hakimiyyəti tərəfindən ad belə qoyulmayıb. Həmin ərazi Hökməli bələdiyyəsinin tabeliyində olan 28 May qəsəbəsi kimi tanınır. Məişət tullantılarının atılması üçün ərazidə zibil konteynerləri qoyulmayıb. Əhali zibilləri ortalıq yerə atır. Yadlarına düşəndə bir kamaz göndərirlər, çox səliqəsiz halda yığırlar. Amma əksər hallarda vəziyyət günlərlə fotolarda gördüyünüz kimi olur. Üstəlik çox vaxt zibilləri yığmaq yerinə yandırırlar. Üfunət, xəstəlik bürüyür aləmi. Əraziyə zibil konteynerlərinin qoyulmasını, təmizliyə mütəmadi nəzarət olunmasını istəyirik”.



  • Сегодня Яшару Нури исполнилось бы 69 лет

    Сегодня день рождения выдающегося актера театра и кино, народного артиста Азербайджана Яшара Нури.

    Я.Нури родился 3 сентября 1951 года в Баку, в семье известного азербайджанского артиста Мамедсадыха Нуриева.

    В школьные годы он был ведущим детских и юношеских передач, участвовал в драмкружках.

    На сцену впервые вышел в возрасте 11 лет, сыграв роль Тапдыга в спектакле “Той киминдир?” (“Чья это свадьба?”) в Театре музыкальной комедии. В 1972 году окончил факультет актера театра и кино Азербайджанского государственного института искусств.

    С 1974 года – актер Азербайджанского государственного академического драматического театра. Народный артист Азербайджана с 1989 года.

    За заслуги в развитии театрального искусства в Азербайджане был награжден орденом “Шохрат” (2011), являлся президентским стипендиатом.

    Я.Нури снялся в 50 художественных фильмах и более 100 телевизионных спектаклях. Многие из телеспектаклей, в которых Я.Нури сыграл главную роль, вошли в золотой фонд азербайджанского телевидения.

    За время работы в театре Я.Нури создал незабываемые образы. Среди них Безумный Салман (“Сборище сумасшедших” Дж.Мамедгулузаде), Мешеди Орудж (“Мертвецы”, Дж.Мамедгулузаде), Абдулали бек (“Севиль”, Дж.Джаббарлы), Агамуса Нагиев (“Меценат”, А.Амирли), Рахман (“Вопль”, Б.Вагабзаде) и многие другие.

    Снимался в таких известных фильмах, как “Мерзавец”, “Дорожное происшествие”, “Все к лучшему”, “Проверка” и др.

    Народный артист Азербайджана Я.Нури скончался 22 ноября 2012 года на 62-м году жизни после продолжительной болезни.

    Церемония прощания с выдающимся актером состоялась на сцене родного для него Азербайджанского драматического театра.

    Я.Нури похоронен на Второй Аллее почетного захоронения.

  • Bu gün Yaşar Nurinin doğum günüdür

    Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, aktyor Yaşar Nuri yaşasaydı bu gün 69 yaşını qeyd edəcəkdi.

    Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

    Aktyor səhnəyə ilk dəfə on bir yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb.

    O, 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsinə daxil olub.

    İnstitut dövründə “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız müqəssirlər”də Neznamov və s. obrazlarını yaradıb.

    1972-ci ildə institutu bitirdikdən sonra bir il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

    Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanan yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın “Yollar görüşəndə…”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, Hüseyn Cavidin “Topal Teymur”, Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, İslam Səfərlinin “Göz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında “Ac həriflər” və s. televiziya tamaşalarını misal göstərmək olar.

    Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı “Dörd bazar günü” filmində yaratdığı Seyran obrazı Yaşar Nurinin kinoda ilk işi oldu. Onun maraqlı rollarından biri “Əzablı yollar” nağıl-filmindəki kiçik div obrazıdır.

    Aktyorun yaddaqalan obrazlarından biri də “Yol əhvalatı” filmindəki Makintoş roludur.

    Vaqif Mustafayevin müştərək işlərindən olan “Musiqili xaş” və “Bəyin oğurlanması” (mərhum sənətkar Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil (“Bəyin oğurlanması”) obrazının xüsusi yeri var.

    Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun “Yaramaz”dakı Maşallahını, “Lətifə”dəki Məmmədini, “Qətl günü”ndəki Mahmud doktorunu, “Nə gözəldir bu dünya…”dakı Asim Əliyeviçi, “Hər şey yaxşılığa doğru”, “Nakəs”, “Fransız”, “Yoxlama” filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.

    Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

  • В Азербайджане повысится стоимость проезда в общественном транспорте?

    Высказанное завотделом Бакинского транспортного агентства (БТА) Хикметом Бабаевым в телеэфире мнение о том, что “неправильно превращать такси в повседневный вид транспорта”, стало предметом бурного обсуждения в азербайджанском обществе.

    Недовольные граждане утверждают, что в связи с внедрением единого тарифа для служб такси, может возрасти и стоимость проезда в общественном транспорте, в частности, метро – до 50 гяпиков.

    В связи с этим oxu.az обратился к руководителю пресс-службы БТА Маису Агаеву, который, в свою очередь, опроверг слухи о повышении стоимости проезда.

    “В Азербайджане коллегиальным органом исполнительной власти, осуществляющим государственное регулирование цен (тарифов) на применяемые в стране услуги является Тарифный совет. БТА, которое осуществляет государственный контроль в сфере регулярных пассажироперевозок в Баку, не обращалось в Тарифный совет по данному вопросу, и в настоящее время рост цен не стоит на повестке”, – сказал он.

  • Ölkədə ictimai nəqliyyatın qiyməti bahalaşır? – AÇIQLAMA

    Son günlər ölkədə taksi xidmətlərinin vahid tariflərə keçirilməsi məsələsi müzakirə edilir.

    Belə ki, ötən gün Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayevin çıxışı zamanı səsləndirdiyi “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikir geniş müzakirəyə səbəb olub. Müzakirələrdə taksi xidmətləri ilə yanaşı, ictimai nəqliyyatda, o cümlədən metroda da gediş haqlarının qaldırılacağı qeyd olunur.

    İddia edilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpiyə qədər qaldırılacaq.

    Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev oxu.az-a açıqlamasında gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:

    “Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil”.