Month: September 2020

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis müavini təyin edilib.

    Report xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Qoşqar Kazımov Biləsuvar RPŞ-nin xidmət üzrə rəis müavini təyin olunub.

    O, bu təyinatdan əvvəl Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru vəzifəsində çalışıb.

    Xatırladaq ki, ötən ay Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Biləsuvar RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Toğrul Mahmudov vəzifəsindən azad edilərək Cəbrayıl RPŞ-nin rəisi təyin edilib.

  • Səkkiz ayda ödənilən sosial təminatların məbləği açıqlandı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-avqust aylarında ümumilikdə 2 milyon 600 minə yaxın şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Həmin sosial təminat növləri üzrə əhaliyə yanvar-avqust aylarında 3,8 milyard manatdan çox vəsait ödənilib.

    Bu da ötən ilin eyni dövrünə nisbətən 25,7 faiz və ya 782,7 milyon manat çoxdur.

  • Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə

    Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün bu il sentyabrın 6-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçməlidirlər.

    Bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda qeyd olunub.

    Belə ki, memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

    Qeyd edək ki, memarlıq ixtisasına qəbul olmaq üçün müsabiqədə I ixtisas qrupu üzrə imtahan verən, ümumi balı 200 və daha yuxarı olan və Qabiliyyət İmtahanı Komissiyasından (QİK) məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər. QİK-in tərkibinə memarlıq ixtisası üzrə ekspertlər daxildirlər.

    Qeydiyyatdan keçən abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək.

    Ali təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (o cümlədən memarlıq) üzrə məlumatlar 2020-ci ildə nəşr edilən “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilib.

  • Nazirlik Sumqayıt bələdiyyəsini məhkəməyə verdi

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Sumqayıt şəhərinin Səməd Vurğun və Sahil küçələrində tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

    Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, sözügedən ərazilərə keçirilən baxış zamanı məişət və istehsalat tullantılarının ətrafa atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi təsdiqini tapıb:

    “Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Sumqayıt bələdiyyəsi barəsində protokol tərtib olunaraq hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış materiallar Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

    Ərazilərin tullantılardan təmizlənməsi, gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib.

    Nazirlik tullantıların idarə olunmasına cavabdeh olan bələdiyyə və yerli icra orqanlarına bir daha müraciət edir ki, tabeliklərindəki ərazilərdə tullantıların qanunvericiliyə uyğun toplanmasını və daşınmasını təşkil etsinlər, əhalidə narahatlıq yaradan hallara, sanitar və ekoloji normaların pozulmasına yol verməsinlər”.

  • Водитель автобуса BakuBus оскорбил пассажиров – ВИДЕО

    Утром 3 сентября на автобусной остановке возле Центрального банка в Баку произошел инцидент между водителем автобуса BakuBus и пассажирами.

    Об этом Baku.ws сообщил очевидец происшествия – житель столицы Надир Ахундов.

    По его словам, водитель, остановив автобус маршрута №2, не открыл дверь, и пассажиры не смогли попасть в салон. Это и стало причиной инцидента.

    “Пассажиры выразили возмущение, а шофер начал оскорблять их. Он размахивал руками и на повышенных тонах разговаривал с женщиной. Другие пассажиры вмешались, но водитель и их оскорбил. Немного погодя он позвонил диспетчеру и заявил, что пассажиры обругали его”, – сказал Н.Ахундов.

  • “BakuBus”ın sürücüsü sərnişinləri təhqir etdi – VİDEO

    Bu gün səhər saatlarında Mərkəzi Bankın yaxınlığındakı dayanacaqda 2 saylı “BakuBus” avtobusunun sürücüsü sərnişinləri təhqir edib.

    Bu barədə hadisə şahidi Nadir Axundov Baku.ws-ə məlumat verib.

    Paytaxt sakini bildirib ki, mübahisə sürücünün dayanacaqda dayanmasına baxmayaraq, qapını açmaması səbəbindən yaranıb:

    “Sərnişinlər buna etiraz etdikdə, sürücü onları təhqir edib. Bununla kifayətlənməyən sürücü avtobusdan aşağı düşərək əl-qol hərəkətləri ilə qadınla uca səslə danışmağa başlayıb. Digər sərnişinlər məsələyə müdaxilə etdikdə isə sürücü onları da təhqir edib. Sürücü sonradan qabaqdangəlmişlik edib, dispetçerlə əlaqə saxlayıb. Sürücü sərnişinlər tərəfindən söyüldüyünü deyib”.

    Hadisənin görüntülərini təqdim edirik:

  • Məktəbdəki kadr sıxlığı hesaba alınmadan müəllimlərin əmək müqaviləsi müddəti uzadılır – RƏSMİ

    İstisna deyil ki, məktəbdəki kadr sıxlığı, müəllimlərin qənaətbəxş olmayan nailiyyətləri və akademik göstəriciləri hesaba alınmadan əmək müqaviləsinin müddəti uzadılır.

    Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

    Onun sözlərinə görə, əmək müqaviləsinin müddətinin bu formada uzadılması haqlı olaraq, digərlərində narazılıq yaradır və “ümumi ədalət” prinsiplərini müzakirə predmetinə çevirir.

    M. Camalzadə qeyd edir ki, əsas məsələlərdən biri bəzən əmək müqavilələrinin ləğvi zamanı mənəvi amillərin yaddan çıxarılmasıdır:

    “Nəzərə almalıyıq ki, həyatını bu sənətə həsr etmiş müəllimlərimiz var. Hüquqi əsasımızın nə olmasından asılı olmayaraq, məktəbdən uzaqlaşmaq həmin insanlar üçün ağırdır. Amma bu psixoloji travmanı azaltmaq üçün biz nəsə edə bilərik. Həmin insanları təntənəli şəkildə yola sala bilərik. Onların ünvanına biz, kollektivin digər üzvləri və şagirdlər xoş sözlər deyə bilərlər. Əminəm ki, bu tədbirin təşkilində tərbiyə işləri üzrə direktor müavinlərimiz də öz köməyini əsirgəməyəcək. Həmin tədbiri məktəblərimizin sosial hesablarında işıqlandıra da bilərik. Hətta sosial şəraitimiz imkan verərsə, balaca bir gül buketi də təşkil edə bilərik”.

  • Сколько планируется потратить на мероприятия по борьбе с COVID-19 в 2021 году?

    На финансирование мероприятий по борьбе с коронавирусной пандемией в Азербайджане в 2021 году прогнозируются выделить около 600 млн манатов.

    Об этом говорится в сообщении Министерства финансов о прогнозных показателях государственного и сводного бюджетов на 2021 год.

    Отмечается, что одной из основных характеристик госбюджета на следующий год является то, что удельный вес социально ориентированных расходов в общих бюджетных расходах составит 42%.

  • Azərbaycanda koronavirusla mübarizəyə xərclənəcək vəsaitin həcmi – PROQNOZ

    2021-ci ildə Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

    Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

    Qeyd olunub ki, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir.

  • Liseylərə qəbulla bağlı nəticələr açıqlandı

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

    İdarədən verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 374 şagird uğur qazanıb.

    Onlardan 171 nəfər Texniki-Humanitar Lisey, 42 nəfər 2 nömrəli Texniki-Humanitar Lisey, 74 nəfər 147 nömrəli Texniki-Humanitar Lisey, 87 nəfər isə 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul olub.

    Qeyd edək ki, şagirdlərin nəticələri valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.

    Həmçinin, müsabiqənin nəticələri barədə məlumatı valideynlər müraciət etdikləri təhsil müəssisələrindən də əldə edə bilərlər.