Month: September 2020

  • ВС Армении нарушили режим прекращения огня 46 раз за сутки

    Подразделения вооруженных сил Армении, используя крупнокалиберные пулеметы и снайперские винтовки, в течение суток 46 раз нарушили режим прекращения огня в различных направлениях фронта.

    Об этом 3 сентября сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селах Мосесгех, Чинари Бердского района, на безымянных высотах в Ехегнадзорском районе и в селе Хндзорут Вайкского района Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Алибейли, Агдам, Коханеби Товузского района, в селах Гюннут Шарурского и Юхары Бузгов Бабекского районов Нахчыванской Автономной Республики.

    Оборонное ведомство отмечает, что обстрел велся и с позиций близ оккупированных сел Гейарх, Чилябюрт – Тертерского, Юсифджанлы, Мерзили – Агдамского, Куропаткино – Ходжавендского, Гараханбейли, Горадиз – Физулинского районов, а также с безымянных высот в Тертерском, Ходжавендском и Физулинском районах.

  • Cəbhədə atəşkəs yenidən pozuldu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 46 dəfə pozublar.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində, Vayk rayonunun Xndzorud kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Уголовное дело по факту отравления и смерти студентки в общежитии БГУ направлено в суд

    Уголовное дело по факту отравления в общежитии Бакинского госуниверситета (БГУ) трех студенток и смерти одной из них направлено в следственное управление Генпрокуратуры Азербайджана.

    Как говорится в сообщении Генпрокуратуры, уголовное дело возбуждено по статье 314.2. (халатность, повлекшая по неосторожности смерть потерпевшего или иные тяжкие последствия) по факту отравления и смерти в общежитии №2 БГУ Шекер Хасметовой (1999 г.р.), отравления Дильрубы Гулиевой и Гамиды Ибадовой (1998 г.р.).

    Отмечается, что во время следствия были выявлены обоснованные подозрения в том, что исполнявший обязанности коменданта и директора студенческого городка Перваз Аскеров, халатно отнесся к служебным обязанностям, не обеспечил необходимое техническое обслуживание и правильную установку водонагревателей и дымовых труб к ним в общей ванной комнате на первом этаже общежития, что по неосторожности привело к нанесению вреда здоровью двух и смерти одного человека.

    2 сентября 2020 года следствие по данному уголовному делу было завершено и передано в суд Ясамальского района.

  • BDU tələbəsinin ölüm işi: Vəzifəli şəxs həbs olundu

    Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri – 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadovanın isə zəhərlənərək həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid xəsarət almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun İstintaq İdarəsində istintaq aparılıb.

    Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

    İstintaqla yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən Pərvaz Əsgərovun işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəsləyib vəzifəsini yerinə yetirməyərək yataqxananın birinci mərtəbəsində yerləşən ümumi hamam otağında özbaşına axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini təmin etməyərək ehtiyatsızlıqdan iki nəfərin ağır zərər vurmaya aid xəsarət almalarına, bir nəfərin isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Pərvaz Əsgərov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

    2 sentyabr 2020-ci il tarixdə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

  • В бакинском отеле мужчина зарезал жену – ОБНОВЛЕНО

    Стали известны подробности убийства, совершенного в ночь на 3 сентября в Бинагадинском районе Баку.

    В отеле Salt в поселке Баладжары была убита 35-летняя Шагана Шамилова.

    Как сообщили Oxu.Az в правоохранительных органах, женщине было нанесено 18 ножевых ранений, два из них проникающие в область груди.

    Известно, что с некоторых пор супруги проживали отдельно, так как Ш.Шамилова подала в суд иск о разводе.

    Незадолго до убийства мужчина позвонил жене и назначил ей встречу в указанном отеле, сказав, что нужно обсудить вопросы, связанные с разводом.

    Она приняла его предложение, но встреча с мужем закончилась трагедией. Сообщается, что женщина работала певицей в ресторанах столицы.

    У Шамиловых двое малолетних детей.

    * * * * *

    Тяжкое преступление, жертвой которого стала женщина, совершено в отеле Salt, расположенном в бакинском поселке Баладжары на улице Мехти Гусейнзаде.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Управлении полиции Бинагадинского района столицы.

    Здесь 3 сентября в 02:00 житель указанного поселка Мурад Шамилов (1982 г.р.) нанес своей жене Шагане Шамиловой (1985 г.р.) два ножевых ранения в область груди.

    Женщина скончалась на месте, а мужчина с повинной явился в полицию.

    По данному факту возбуждено уголовное дело, выясняется мотив преступления.

  • Bakıda hoteldə cinayət: müğənni əri tərəfindən öldürüldü

    Bakının Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində qadın ölümü ilə nəticələnən ağır cinayət törədilib.

    Bu barədə paytaxtın Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

    Belə ki, 3 sentyabr, saat 02:00 radələrində 1982-ci il təvəllüdlü qəsəbə sakini Murad Şamilov 1985-ci il təvəllüdlü həyat yoldaşı Şahanə Şamilovaya ikisi sinə nahiyəsinə nüfuz etməklə 18 bıçaq xəsarəti yetirib.

    Qadın yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib.

    Faktla bağlı cinayət işi başlanıb, hadisənin motivləri araşdırılır.

    Məlum olub ki, cütlük ayrı yaşayıb, Ş.Şamilova boşanma üçün məhkəməyə müraciət edib.

    Ölümündən əvvəl əri ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün yuxarıda adı qeyd edilən hoteldə görüş təyin edib.

    Qadın onun təklifini qəbul edib. Ş.Şamilovanın əri ilə görüşü faciə ilə bitib.

    Qeyd edilir ki, qadın paytaxt restoranlarının birində müğənni işləyib.

    Şamilovların iki azyaşlı övladı var.

  • Dörd bankın əmanətçilərinə yarım milyard manat vəsait ödənilib – RƏSMİ

    Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 21 295 qorunan əmanətçisinə 503 milyon 574 min 785 manat kompensasiya ödəyib.

    Bu barədə fondan bildiriblər.

    Həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 75 faizini təşkil edir.

    “Atabank” ASC üzrə 8 709 əmanətçi 199 milyon 687 min 379 manat, “Amrah Bank” ASC üzrə 5 381 əmanətçi 128 milyon 543 min 405 manat, “AGBank” ASC üzrə 3 560 əmanətçi 67 milyon 494 min 282 manat, “NBC Bank” ASC üzrə isə 3 645 əmanətçi 107 milyon 849 min 718 manat kompensasiya alıb.

    “Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

    “AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

    “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

  • Bu gün müəllim olmaq istəyən 2396 nəfər imtahan verir

    Bu gün riyaziyyat və texnologiya fənləri üzrə müəllim olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, imtahanlarda 2396 namizədin iştirakı nəzərdə tutulur.

    Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

  • Sumqayıtın xəstəlik saçan küçəsi niyə unudulub? – VİDEO

    Sumqayıtda unudulan ərazi dəhşət saçır.

    Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat verib. Söhbət şəhərin Stansiya Sumqayıt adlanan ərazisindən gedir.

    Sakinlərin sözlərinə görə, ərazidə zibillik əlindən yaşamaq mümkün deyil:

    “İki ildən çoxdur ki, əraziyə məişət tullantıları atılır. Ərazidə bataqlıq, natəmizlik baş alıb gedir. Dəfələrlə aidiyyəti qurumlara, icra hakimiyyətinə müraciət etsək də, şikayətimizə baxan olmayıb. Hər gün bu yoldan mindən çox ailə istifadə edir. Bu şəraitdə hər cür xəstəlik yarana bilər. Xahiş edirik ki, məsələnin həlli üçün köməklik göstərəsiniz”.

  • Число инфицированных COVID-19 в мире превысило 26 млн человек

    По данным на утро 3 сентября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 26 182 808.

    Звесь период пандемии скончались 867 362 человека, выздоровели 18 447 188 заразившихся.

    Больше всего инфицированных в США (6 290 737). На втором месте – Бразилия (4 001 422), третьем – Индия (3 853 406). В первую пятерку также входят Россия (1 005 000) и Перу (663 437).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 189 964, вылечились – 3 547 032 человека.

    Иран с 378 752 заболевшими занимает 12-е место, Турция (273 301) – 18-е.

    В Армении коронавирусом заразились 44 075 человек, в Грузии – 1 548.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 21 797 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 36 732 случая инфицирования коронавирусом, 34 116 человек вылечились, 538 – скончались.