Month: September 2020

  • Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi – STATİSTİKA

    Dünyada 26 182 808 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxan 867 362 xəstə ölüb, 18 447 188 nəfər sağalıb.

    Yoluxma sayına görə ilk üçlüyə 6 290 737 yoluxma ilə ABŞ, 4 001 422 yoluxma ilə Braziliya, 3 853 406 yoluxma ilə Hindistan daxildir.

    Azərbaycanın sərhəd qonşusu Rusiya 1 005 000 yoluxma ilə dördüncü sıradadır.

    Qonşularımızdan ən çox ölüm hadisəsi İranda qeydə alınıb (21 797 nəfər). Bu ölkədə virus 378 752 nəfərdə müşahidə edilib.

    Türkiyədə 273 301, Ermənistanda 44 075, Gürcüstanda 1 548 nəfərdə koronavirus aşkarlanıb.

    Azərbaycanda koronavirusa yoluxan 36 732 nəfərin 538-i ölüb, 34 116-sı sağalıb.

  • В Сальяне перевернулся автомобиль, есть пострадавший

    В Сальянском районе Азербайджана произошло ДТП.

    Как передает Report, авария произошла на автомагистрали Сальян-Нефтчала.

    Так, житель района Тариэль Аманов (2003 г.р.), находившийся за рулем автомобиля ВАЗ-2107, не справился с управлением.

    В результате транспортное средство перевернулось. Водитель тяжело пострадал и был госпитализирован

    По данному факту ведется расследование.

  • Salyanda avtomobil aşdı: Xəsarət alan var

    Salyanda baş vermiş avtomobil qəzası nəticəsində bir nəfər xəsarət alıb.

    Report xəbər verir ki, hadisə gecə saatlarında Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndindən keçən hissəsində qeydə alınıb.

    Kənd sakini, 2003-cü il təvəllüdlü Əmənov Tariyel Yadigar oğlu “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yolun kənarına aşıb.

    Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    T.Əmənov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Koronavirus böhranın əsas benefisiarı bir günə 5,2 milyard qazandı

    “Zoom” onlayn konfrans xidmətinin qurucusu Erik Yuan bir gündə 5,2 milyard dollar qazanıb.

    “Bloomberg”in məlumatına görə, beləliklə onun sərvəti 22 milyarda çatıb.

    Nəşr bildirir ki, “Zoom” avqustun 31-də rüblük mənfəət hesabatını (illik müqayisədə 355 faiz artaraq 664 milyon dollar olub) yayımladıqdan sonra onun səhmləri 32 faiz bahalaşıb. Şirkətin xalis gəliri təxminən 186 milyon dollar olub. “Zoom”un müştəri bazası 2019-cu illə müqayisədə 458 faiz artaraq 370,2 min şirkətə çatıb.

    Qeyd edək ki, “Amazon” və “Tesla” şirkətləri ilə yanaşı “Zoom” da koronavirus böhranının əsas benefisiarlarından (faydalananlarından) biri sayılır.

  • В Пакистане заблокировали приложения для знакомств

    Управление телекоммуникаций Пакистана заблокировало пять приложений для знакомств, сообщает La Pressе.

    У жителей страны не будет возможности пользоваться приложениями Tinder, Grindr, Tagged, Skout и SayHi.

    Ранее регулятор требовал от руководства компаний адаптировать “аморальное и непристойное” содержание программ в соответствии с местными законами. В частности, убрать непосредственно функцию знакомства.

    Однако руководство платформ не ответило в отведенное регулятором время, в результате чего было решено заблокировать все приложения.

    При этом решение может быть пересмотрено, если компании приведут работу приложений в соответствие с законами Пакистана.

  • Pakistanda tanışlıq proqramları bloklandı

    Pakistanın Telekommunikasiya İdarəsi ölkədə fəaliyyət göstərən beş tanışlıq proqramının fəaliyyətini bloklayıb.

    Bu barədə “La Presse” məlumat yayıb.

    Ölkə vətəndaşları bundan sonra “Tinder”, “Grindr”, “Tagged”, “Skout” və “SayHi” proqramlarından istifadə edə bilməyəcək.

  • ABŞ COVID-19 vaksininin hazırlanmasında ÜST və Çinlə əməkdaşlıq etməyəcəyini bəyan etdi

    ABŞ koronavirusa qarşı vaksinin hazırlanması və yayılması üzrə beynəlxalq təşəbbüslərdə iştirak etməyəcək.

    “İnterfax” agentliyi xəbər verir ki, Ağ Evin mətbuat katibi Jadd Dir bu açıqlama ilə çıxış edib.

    J.Dir bildirib ki, sözügedən təşəbbüs Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bağlı olduğu üçün Birləşmiş Ştatlar orada yer almayacaq.

    “ABŞ koronavirusla mübarizə üçün beynəlxalq partnyorları cəlb etməyə davam edəcək, lakin biz fəaliyyətimizi korrupsiyalaşmış Ümumdünya Səhiyyə Təşkilatının və Çinin təsiri altında olan təşkilatlarla məhdudlaşdırmaq fikrində deyilik”, – deyə Ağ Evin mətbuat katibi bildirib.

  • Zibillə dolu evdə iki mauqli-uşaq aşkarlandı – VİDEO

    Mebelsiz və təmirsiz evdə yaşayan çılpaq uşaqlar dəmirdən olan döşəksiz çarpayıda yatırlar.

    “ÇP Stavropol” “Telegram” kanalının məlumatına görə, ürək dağlayan mənzərə Rusiyanın Stavropol diyarındandır.

    Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən yayımlanan kadrlarda evin zibillə dolu olduğu görünür.

    Məlumata görə, mənzildə qadın iki azyaşlı övladı ilə yaşayır.

    Video yayıldıqdan sonra uşaqlar qadından alınaraq müvəqqəti olaraq sosial reabilitasiya mərkəzinə verilib. Bu müddətdə qadın mənzildə təmir işləri aparmalı, qaz və istilik sistemi çəkdirməlidir.

    Qadının uşaqlarını qaytarmaq üçün artıq mənzili yığışdırdığı, yüngül təmir üçün boya və divar kağızı aldığı bildirilir.

    O da məlum olub ki, qadının daha üç uşağı (iki qız və bir oğlan) var, ancaq onlar atasının himayəsinə verilib.

  • Meşədə qarşınıza ayı çıxsa, nə etməli?

    Meşədə qarşınıza qəfil çıxan ayıdan özünüzü qorumağın bəzi qaydaları var.

    Bu barədə “RİA Novosti” Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayır.

    Bildirilir ki, vəhşi heyvanı görəndə təşvişlənmək, arxa çevirib qaçmağa çalışmaq və onun gözlərinə baxmaq olmaz. Yırtıcını gözlənilməz və böyük bir şeylə qorxutmaq lazımdır.

    Məsələn, bərkdən qışqıra, yaxınlaşan heyvana daş ata və ya üst geyiminizi çıxarıb yelləyə bilərsiniz.

    Ayını qorxutmaq üçün həm də çantanızı yuxarıya qaldırmaq və ya yanınızdakı adamlarla dairə yaradaraq gödəkçələrinizi açmaq kimi üsullar da var.

    Ümumiyyətlə, vəhşi heyvanlar qarşılaşdıqları yad insanı daha yaxşı araşdırmaq və öz varlığı barədə xəbərdar etmək istədikdə arxa pəncələri üzərində dayanırlar.

    Əgər ayı insana baxan zaman alt dodağını uzadır və irəliyə doğru tərpənmirsə, deməli, yad insan ərazini tərk etməlidir.

    Belə olduqda səs çıxarmadan, qəfil hərəkət etmədən və heyvandan üz çevirmədən sürətlə geriyə doğru hərəkət etməlisiniz. Amma ayı sizi izləməyə başlayırsa, dayanın və olduğunuz yerdən ayrılmayın.

    Yırtıcıların hücumuna məruz qaldıqda üzü yerə uzanmaq, yumaq kimi qıvrılmaq və ölmüş kimi davranmaq tövsiyə olunur. Mümkün qədər uzun müddət həmin vəziyyətdə qalın.

    Xilasedicilər qeyd edir ki, meşədən keçərkən hay-küy salmaq, danışmaq, daşı-daşa vurmaq məsləhətdir, belə olduqda yırtıcı həmin yerdə adam olduğunu eşidib gedir.

  • Türkiyədə toy mərasimləri ölkə üzrə qadağan edildi – VİDEO

    Türkiyədə toy mərasimləri ölkə üzrə qadağan edilib. Belə ki, Daxili İşlər Nazirliyi bu günə kimi 14 şəhərdə icazə verilməyən toy-nişan tədbirlərini ölkə üzrə qadağan edən sənəd hazırlayıb.

    “Hürriyet” xəbər verir ki, yeni qərara əsasən, 4 sentyabr tarixindən etibarən toy, nikah, nişan mərasimləri qadağan ediləcək.

    Yalnız nikah şəklində keçirilən məclislər bir saat davam edə bilər. Həmin məclislərdə kütləvi şəkildə yemək verilməsi, bəylə gəlinin birinci və ikinci dərəcəli yaxını olmayan 65 yaş və ondan yuxarı şəxslərin, 15 yaşdan aşağı uşaqların nikah mərasimlərinə gəlməsi də qadağandır.