Month: October 2020

  • Paşinyan Hitler və Səddam Hüseynin hərəkətlərini təkrarlayır

    “Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı “Skad” raketlərindən istifadə etməsi onların terrorçu xislətini və hər zaman dinc əhalini hədəf almasını göstərir. Bu, gözlənilədir”.

    Bunu “Report”a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

    O xatırladıb ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və müdafiə nazirliyinin generalları dəfələrlə vurğulayıblar ki, döyüş əməliyyatları başlayanda ballistik raketlərlə Azərbaycanın neft-qaz infrastrukturuna, strateji obyeklərinə, mülki əhalisinin daha çox yaşadığı yerlərə, Gəncə və Mingəçevirə zərbələr endirəcəklər:

    “Bizim taleyimizdəndir ki, normal bir düşmənimiz yoxdur. Çünki ermənilər I Qarabağ müharibəsində və XX əsrin əvvəllərində fürsətdən istifadə edərək, dinc, silahsız əhaliyə qarşı qətliamlar həyata keçirib. Bu da onların növbəti bir addımıdır”.

    Ekspert bildirib ki, “Skad” ballestik raketləri 1967-ci ildən silahlanmaya qəbul edilib:

    “Bu raketlər kerosin yanacaqla işlədiyinə görə sovet ordusunda onu adətən hərbiçilər “kerosinko” adlandırırdılar. Son illər dünyanın müxtəlif ölkələrində – Yəməndə, Liviyada, Suriyada gedən “Skad” raketlərindən istifadə olunma faktları qeydə alınıb. Ancaq bu raketlər heç də hədəfi vura bilməmişdi. Çünki həmin raketlərin dəqiqliyi azdır və lampalı texnologiyaya əsaslanır. Bu raketlərdən istifadə müasir müharibədə uyğunluq təşkil etmir. Biz 2012-ci ildə NATO-da səfərdə olanda NATO və tərəfdaşlarının sərhəddində yerləşən ballistik raketlərlə bağlı bir xəritə üzərində təqdimat keçirildi. O zaman xəritədə Türkmənistanın, Suriyanın “Skad” raketlərindən söhbət açılırdı, ancaq Ermənistanın “Skad”arı göstərilmirdi. Mən o zaman dedim ki, niyə Ermənistan Azərbaycanın neft-qaz infrastrukturunu ballistik raketlə vurmaqla hədələyir? Açığı orada mənə verilən cavablarda da ikili yanaşmanın olduğunu gördüm”.

    R.Süleymanovun sözlərinə görə, Paşinyan son dövrlərdəki çıxışları, hərəkətləri ilə eynilə Hitlerin hərəkətlərini təkrarlayır:

    “Necə ki, o zaman Hitler qoşunları bu raketlərdən hücum edən sovet ordusuna qarşı deyil, Londona, böyük şəhərə qarşı istifadə edirdilər. Paşinyan da eyni hərəkətləri təkrarlayır. Ermənilər yuxarıda qeyd etdiyim kimi vaxtilə dilə gətirdikləri strategiyanı təkrarlayırlar. Gecə vaxtı mülki insanların yaşadığı binaları, evləri raket hücumuna tuturlar. Hesab edirəm ki, Azərbaycan tərəfi həmin raketlərin istifadə edilməsi ilə bağlı əmri verənlər, ondan istifadə edənlər barədə məlumatlar toplayaraq beynəlxalq tribunala verməlidir. Həmin şəxslər barəsində isə beynəlxalq axtarış elan edilməlidir”.

    Ekspert vurğulayıb ki, döyüşlərin gedişatı göstərir ki, “Skad”, “İskəndər”, “Toçka-U” tipində operativ taktiki raket komplekaslərinin, ballistik raketlərin atışı heç nəyi dəyişməyəcək:

    “Çünki Ermənistanın əlində az sayda bu raketlərdən mövcuddur. Azərbaycanın əlində olan raketlər düşmənin həmin hədəflərini vurmağa və böyük dağıntılar törətməyə imkan verir.Azərbaycan səbr edərək beynəlxalq səviyyədə tanınmış öz ərazilərində təmizləmə əməliyyatlarını aparır. Əgər düşmənin təxribat xarakterli belə addımları davam edərsə, onlara qarşı ciddi tədbirlər görüləcək. Ermənistan tərəfi mülki əhalini hədəfə almaqdan əl çəkməlidir. Paşinyan bu addımları ilə Hitler və Səddam Hüseyndən fərqi olmadığını bir daha sübut edir. Paşinyan hazırda başını itirib. Dərk etmir ki, mülki əhalini hədəfə vurmaqla müharibənin hədəfini həll etmək olmaz. Əksinə, insanların qisas hissi daha da artır”.

  • Qarabağdakı separatçıların başçısı Putinə yalvarış dolu müraciət ünvanlayıb

    “Siz dünyada və bizim bölgədə böyük şəxsi nüfuza malik insan və rəhbərsiniz. Sizdən münaqişə zonasındakı döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyi xahiş edirəm”.

    “Report” xəbər verir ki, bunu Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyanın Rusiya prezidenti Vladimir Putinə ünvanladığı yalvarış dolu müraciətdə qeyd olunub.

    Heç bir hüquqi statusa malik olmayan A.Arutyunyan qondarma rejimin Rusiya ilə “münasibətlərin” olmasından, bunun qədim “köklərə” söykəndiyini iddia edib…

  • Азербайджан не забудет тебя, легендарный герой апрельских боев! – ВИДЕО

    Два года назад был снят документальный фильм “Апрельская высота” о Национальном герое полковнике-лейтенанте Шукюре Гамидове, погибшем в бою за освобождение Губадлы.

    Фильм повествует о боевом пути Ш.Гамидова от лица самого героя.

    “В 1995 году я был удостоен звания лейтенанта и получил назначение в Нахчыванскую Автономную Республику.

    Начинал службу в N-ской воинской части с должности командира взвода в городе Джульфе Нахчыванской АР, ушел на передовую. Потом был назначен командиром бригады в Тертере. Часто встречался с личным составом.

    Наши солдаты всегда спрашивали меня о том, когда же мы пойдем в бой и освободим наши земли. Я отвечал, что этот день настанет, наш Верховный главнокомандующий отдаст такой приказ. Этот момент наступил, когда я командовал войсковой частью в Физули”.

    Полковник-лейтенант рассказывал об апрельских боях с тех самых высот, за которые шли бои. Он вспоминал, как они вместе с нашими храбрыми солдатами проучили врага.

    “Мы спрятали технику в этих оврагах, со стороны ее невозможно было различить. Здесь мы разделились на группы. Мы преподали урок армянам. Противник был в замешательстве, он потерял голову.

    Армяне назвали местность в направлении Лелетепе “Стеной Оганяна”. Они думали, что закрепились здесь и тут непроходимый барьер. Но наши бойцы в мгновение ока прорвали эту линию. За 40 минут наши войска освободили местность.
    По прошествии часа на этой высоте развевался наш флаг. Враг в панике бежал”, – рассказывал он.

    Напоминаем, что Шукюр Гамидов родился в 1975 году в Губадлинском районе. В начале апреля приказом министра обороны Шукюру Гамидову было присвоено внеочередное воинское звание полковника за проявленную храбрость во время операции по освобождению высоты Лелетепе.

    Распоряжением Президента Азербайджана от 22 апреля 2016 года Шукюру Гамидову было присвоено звание “Национальный герой Азербайджанской Республики”.//qafqazinfo

  • Nazirlikdən Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANAT

    Mədəniyyət Nazirliyi Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin zəbt etdiyi Azərbaycan Respublikasının tarixi ərazisi – Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar bu günlər müzəffər Azərbaycan ordusu tərəfindən qarış-qarış işğaldan azad edilir.

    Silahlı Qüvvələrimizin şəxsi heyətinin şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan rayon mərkəzləri, habelə bu rayonların, eləcə də, Xocavənd, Tərtər rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad olunub. Azad edilən ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələri də düşmən tapdağından xilas olunub.

    Bununla bərabər, təəssüf hissi ilə qeyd olunmalıdır ki, illərlə davam etmiş bu işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılmış, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb.

    Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən, xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir.

    Azad olunmuş ərazilərdə yerləşən abidələrin bir çoxu, gözlənildiyi kimi, acınacaqlı vəziyyətdədir. Zəngilan rayonunda yerləşən, daşınmaz tarix-mədəniyyət abidəsi kimi dövlət qeydiyyatında olan tarixi məscid binasından donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin daha bir bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq təşkilatların, tərəqqipərvər dünya birliyinin kəskin qınağına səbəb olmalıdır. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.

    Müsəlmanların ibadət yeri olan məsciddə heyvanların saxlanılması Ermənistan Respublikasının bəşəri dəyərlərə olan mənfi münasibəti ilə yanaşı, xalqımızın, bütövlükdə müsəlman dünyasının dini dəyərlərinə hörmətsizlikdir və bu beynəlxalq səviyyədə hüquqi qiymətini almalıdır. Sivil dünya dövlətlərini və xalqlarını Ermənistan Respublikasının bəşəri dəyərlərə qarşı bu cür mənfur əməllərini pisləməyə çağırırıq.

    Xüsusilə diqqətə çatdırırıq ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir”.

  • Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır

    Nazirlər Kabineti “Xüsusui karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına dəyişikliklər edilib.

    “Report” xəbər verir ki, dəyişikliyə əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba şəhəri, Quba rayonunun Rustov və Zərdabi kəndləri ilə yanaşı 2020-ci il 24 oktyabr saat 00:00-dan etibarən Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına da giriş-çıxış dayandırılır.

    Həmçinin Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba rayonları ilə yanaşı Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarında da 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

  • Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub

    “Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

    “Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev özünün tvitter hesabında yazıb.

  • İlham Əliyev: “Qubadlının 4 kəndi işğaldan azad edilib”

    “Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

  • Yaşlı qadın təqaüdünün bir hissəsini ordu üçün ianə etdi – VİDEO

    Azərbaycan xalqı ordumuza dəstək olmaqda davam edir.

    Sosial şəbəkələrdə Qəbələ rayon poçt şöbəsində Azərbaycan Silahlı Qüvvələrinin fonduna pul köçürən qadının görüntüləri yayılıb.

    Yaşlı qadın öz təqaüdünün bir hissəsini oduya ianə edib:

  • “Bakı Metropoliteni” növbəti açılış dövrünə hazırlaşır

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Xocasən” elektrik deposunun tikinti işlərinin davam etdirilməsi ilə əlaqədar satınalmalar həyata keçirib.

    Oxu.Az-ın elektron dövlət satınalmaları portalından əldə etdiyi məlumatına əsasən, “Bakı Metropoliteni” QSC bu istiqamətdə üç şirkətlə, ümumi dəyəri 443 min 797 manat həcmində müqavilələr bağlayıb.

    Belə ki, metropolitenin yeni bənövşəyi xəttinə aid olan “Xocasən” elektrik deposunun “Blok Post” binasında, 1 və 2 saylı Nəzarət Buraxılış Məntəqələrində kondinsioner sisteminin quraşdırılması işlərinin həyata keçirilməsi üzrə Türkiyənin “DNZ Mühendislik” şirkəti ilə dəyəri 122 min 989 manat olan müqavilə imzalanıb. Həmin məntəqələrin santexnika və istilik sistemlərinin quraşdırılması işləri “TMS LTD” MMC-yə həvalə edilib. Şirkət ilə 66 min 858 manat dəyərində müqavilə bağlanıb.

    Həmçinin, elektrik deposunun mənzil tunellərində və 1A saylı ventilyasiya şaxtasında yanğın-texniki su xəttinin çəkilməsi işləri də “TMS LTD” MMC-yə tapşırılıb. Şirkətlə dəyəri 179 min 772 manat olan müqavilə imzalanıb.

    Eyni zamanda, deponun ərazisində müxtəlif obyektlərdə və “B-3” stansiyasındakı Nəzarət Buraxılış Məntəqələrinin dizel generatorları binasında və 3 saylı ventilyasiya şaxtasında yanğın siqnalizasiya sisteminin quraşdırılması işləri üzrə “Fire Company” ilə razılıq əldə edilib. Satınalma üzrə şirkətə 74 min 178 manat vəsait ödəniləcək.

    Qeyd edək ki, hazırda “Bakı Metropoliteni”nin “Xocəsən” elektrik deposunun tikintisi davam etdirilir. Deponun inşası ilə bağlı işlər qrafikə uyğun gedir. Birinci mərhələdə depo üç stansiyada xidmət göstərəcək qatarlara lazımi infrastruktur, təmir, qulluq baxımından önəmli rol oynayacaq. İkinci mərhələdə “Avtovağzal” – “Xocəsən” istiqamətində tunellərin inşasının başa çatması planlaşdırılır. Tunellərdən birində yol inftastrukturunun qurulması başa çatdırılıb. Digər tuneldə də bu istiqamətdə işlər davam etməkdədir.

  • В Вашингтоне началась встреча главы МИД Азербайджана и Госсекретаря США

    В Вашингтоне началась встреча министра иностранных дел Азербайджана Джейхуна Байрамова с государственным секретарем США Майком Помпео, сообщает командированный в Вашингтон корреспондент Report.

    Сразу после встречи с Д. Байрамовым М. Помпео также встретится с главой МИД Армении Зограбом Мнацаканяном.

    Встреча в Вашингтоне будет проходить при участии одного из сопредседателей Минской группы ОБСЕ.

    Ранее влиятельное американское издание POLITICO сообщило, что главы МИД Азербайджана и Армении встретятся с госсекретарем Майком Помпео в Вашингтоне в пятницу, 23 октября.

    Отмечается, что пока неизвестно, состоится ли двусторонняя встреча министров двух стран или же официальные лица США попытаются созвать трехстороннее заседание. “Но их визиты в один день сигнализируют о том, что США активизируют свои усилия по смягчению возобновившегося конфликта”, – пишет издание.