Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась в Instagram твитами Президента, Верховного главнокомандующего Вооруженными силами Ильхама Алиева в связи с освобождением ряда территорий нашей страны от оккупации.
Month: October 2020
-
Erməni təbliğatının əsas üzü: Azərbaycan ordusunda bir qarın çörək müqabilində döyüşən “muzdlular” – VİDEO
“Karabakh is Azerbaijan” “Telegram” kanalı növbəti dəfə Ermənistanın Azərbaycan tərəfində Suriyadan olan muzdluların döyüşçülərlə bağlı iddialarını ifşa edib.
Hazırlanan videoçarxda “muzdlular”ın acından “ölməmək” üçün Azərbaycan tərəfinə keçdiyinə dair yalan, gülməli xəyalları əks olunub.
Terrorçu Ermənistan siyasi rəhbərliyinin daha bir feyk çəkilişi ifşa edilib:
-
“Le Figaro”: “Paşinyanın vəziyyəti ümidsizdir”
Fransanın “Le Figaro” nəşri hazırda Dağlıq Qarabağda həyata keçirilən hərbi əməliyyatlar barədə növbəti yazını dərc edib.
Məqalədə qeyd olunur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin heç bir siyasi həllinin olmadığını deyərək, insanları könüllü olaraq cəbhəyə yollanmağa çağırıb.Məqalədə bildirilir ki, Paşinyan şəhər, qəsəbə və kəndlərin yerli rəhbərlərinə, vətəndaş təşkilatları, siyasi partiya, işgüzar dairələrin və könüllü birliklərin rəhbərlərinə müraciət edərək, onları Dağlıq Qarabağ separatçılarına qoşulub, Azərbaycana qarşı döyüşməyə çağırıb.
O, cəbhə xəttindəki vəziyyətin separatçılar üçün kifayət qədər ağır olduğunu da etiraf edib və hər kəsi birləşməyə çağırıb.
Yazıda Azərbaycanın 90-cı illərdə itirdiyi torpaqları geri qaytardığı qeyd olunur.
Sonda bildirilir ki, Paşinyanın bu çıxışı oktyabr ayında razılaşdırılmış iki humanitar atəşkəsin ardıcıl olaraq uğursuzluqla nəticələnməsi zəminində baş tutub.Yazıda hər iki ölkənin xarici işlər nazirlərinin Moskva və bu gün baş tutmalı olan Vaşinqton görüşlərinə də toxunulub.
-
Karantin qaydaları yenidən sərtləşdirildi, Operativ Qərargah vətəndaşlara müraciət etdi
Nazirlər Kabineti yanında Operativ Qərargah karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı vətəndaşlara müraciət edib.
“Report” xəbər verir ki, müraciətdə deyilir:
“Hazırda dünya ölkələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu günədək dünyada 42 milyondan çox şəxs COVID-19 infeksiyasına yoluxub, 1 milyondan çox insan isə bu xəstəlikdən vəfat edib.
Vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizə sahəsində mövcud karantin tələblərinə riayət etməyə, eləcə də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırırıq”.
Xatırladaq ki, ölkədə karantin qaydaları yenidən sərləşdirilib.
-
Polisə müqavimətdə təqsirləndirilənlərin valideynləri: “Övladlarımız peşmandır”
Nizami Rayon Məhkəməsində Bakı Metropolitenində maska taxmaqla bağlı xəbərdalıq edən polis əməkdşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report” xəbər verir ki, proses hakim Nəriman Mehdiyevin sədriyi ilə keçirilib.Vəkil Sadiq Rəsulovun verdiyi məlumata görə, iclasda zərərçəkmiş şəxslər ifadə verib. Proses noyabrın 2-də davam etdiriləcək.
Təqsirləndirilən şəxslərin məhkəmənin qarşısına toplaşan valideynləri övladlarının törətdiyi əməldən peşman olduqlarını bildiriblər.
Qeyd edək ki, Bakı şəhər sakinləri Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov, Taleh Baxşıyev və Sərvan Kərimov iyunun 4-də Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onlara müqavimət göstərməkdə və xuliqanlıqda ittiham edilirlər.
-
Президент Ильхам Алиев: Еще 13 населенных пунктов освобождены от армянской оккупации – ФОТО
Президент Азербайджана, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев в своем аккаунте в Twitter опубликовал список очередных населенных пунктов, освобожденных от армянской оккупации.
“Победоносная азербайджанская армия освободила от оккупации села Зиланлы, Кюрд Махрызлы, Муганлы и Алагуршаг – Губадлинского, Доланлар, Бюньядлы – Ходжавендского, Даг Тумас, Нюсюс, Халафли, Минбашилы, Вейселли – Джебраильского, Ванадли и Мирзагасанли – Зангиланского районов. Да здравствует азербайджанская армия! Карабах – это Азербайджан!”, – говорится в публикации.

-
Ermənistan tərəfindən mülki şəxslərə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb
Baş Prokurorluq 27 sentyabr 2020-ci il tarixindən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində mülki şəxslərə qarşı törədilmiş cinayətlərin statistikasına dair məlumat yayıb.
“Report” xəbər verir ki, 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olmuş, 139 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Goranboy üzrə 7 nəfər həlak olmuş, 10 nəfər yaralanıb.
27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olub.
Tərtər üzrə 16 nəfər həlak olmuş, 50 nəfər yaralanıb.
Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.
Bərdə üzrə 2 nəfər həlak olmuş, 12 nəfər yaralanıb.
Beyləqan üzrə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanıb.
Ağcabədi üzrə 1 nəfər həlak olmuş, 19 nəfər yaralanıb.
Füzuli üzrə 3 nəfər həlak olmuş, 17 nəfər yaralanıb.
Ağdam üzrə 7 nəfər həlak olmuş, 40 nəfər yaralanıb.
Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.
Mingəçevir üzrə 5 nəfər yaralanıb.
Daşkəsən üzrə 1 nəfər yaralanıb.
Cəbrayıl üzrə 1 nəfər yaralanıb.
Xocalı üzrə 1 nəfər yaralanıb.
Qəbələ üzrə 1 nəfər yaralanıb.
Ümumilikdə 27 sentyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində 63 nəfər həlak olmuş, 298 nəfər yaralanıb.