Month: November 2020

  • Ermənilərin əsir götürdüyü Aminin yeni görüntüsü yayıldı – FOTO/VİDEO

    “İnfoteka24” saytı ermənilər tərəfindən əsir götürülən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Amin Musayevin fotosunu paylaşıb.

    Görüntülərdə bunun Amin Musayev olduğu görünür, ancaq onun harada saxlanıldığı barədə məlumat verilməyib.

    Xatırladaq ki, noyabrın 12-də “ANNA News” “YouTube” kanalında azərbaycanlı əsirə (Amin) rusiyalı jurnalist tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb. Həmin video erməni tərəfinin humanizm nümunəsi kimi qələmə verilsə də, sonradan ermənilərin hərbçimizə işgəncə verməsinə dair video da ortaya çıxıb.

    Onun harada olması barədə məlumat yoxdur.

    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi ilə hərbi əsir haqqında hər hansı məlumatın yalnız onların ailələrinə veriləcəyini bildirib.

    Hərbçimizin dayısı Sənan Sadıqov isə onun haqqında ancaq sağ olduğunu bildiklərini deyib.

    A.Musayev Ağstafa rayon sakinidir, ailənin tək övladıdır.

  • Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa edilir

    Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.

    Bildirilib ki, yenidənqurmadan sonra körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri nəzərdən keçirilib. Yaxın zamanda Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.

    Tam olaraq Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkətə başlaması ilə bağlı tarix barədə əlavə məlumat veriləcək.

  • Познакомимся с нашим наследием: церковь, построенная на руинах албанского храма – ВИДЕО

    В рамках проекта “Познакомимся с нашим христианским наследием” представлен видеоролик о Курмухской церкви.

    Он подготовлен и распространен Министерством культуры Азербайджана.

    Курмухская церковь была построена в XIX веке в Гахском районе Азербайджана на руинах древнего албанского храма (I-III вв.).

  • İrsimizi tanıyaq: ​Alban məbədinin qalıqları üzərində tikilən ibadətgah – VİDEO

    “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Kürmük məbədi haqqında qısa videoçarx təqdim edilib.

    Bu barədə videoçarx Mədəniyyət Nazirliyi tərəfindən yayımlanıb.

    Kürmük məbədi – Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlərdə) qalıqları üzərində XIX əsrdə inşa edilib.

    Həmin videonu təqdim edirik:

  • Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

    Bakıda yaşayış binasında yanğın olub.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində, çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyləri nəticəsində qısa müddətdə söndürülüb.

    Əlavə məlumat veriləcək.

  • İtalyan senator: “Ölkəmizin Azərbaycanda strateji maraqları cəmləşir”

    “İtaliya Senatında “İrəli İtaliya” siyasi qrupunun üzvü senator Urania Papatheu İtaliya mətbuatına açıqlamasında bildirib ki, Ermənistan tərəfindən heç bir əsası olmayan təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən tanınır və dəstəklənir. İtaliya müharibənin sona çatmasından sonra vəziyyətin mütəmadi normallaşması istiqamətində Azərbaycana kömək etməli və dəstək göstərməlidir”.

    Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

    “İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir, azərbaycanlılar İtaliyanı sevən bir xalqdır, bu baxımdan İtaliyanın Azərbaycanla münasibətləri yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir”, – deyə Papatheu bildirib.

    İtalyan senator əlavə edib ki, işğal olunmuş ərazilərin Azərbaycana geri qaytarılmasını nəzərdə tutan proses İtaliya tərəfindən dəstəklənməlidir və bu, yeni, qarşılıqlı və strateji perspektivlər baxımından yalnız başlanğıc təşkil edir.

    “İtaliya yalnız neft və qazla deyil, habelə sinerji və qarşılıqlı əlaqə imkanları üçün insan resursları və mədəni yaxınlıqlar baxımından da zəngin olan Azərbaycan ilə ortaq bir yolun fəal iştirakçısı olmalıdır”, – deyə italyan senator fikirlərini tamamlayıb.

  • Düşmənin viran qoyduğu Ağdamın helikopterdən çəkilmiş görüntüləri – VİDEO

    Xəbər verdiyimiz kimi, uzun illər düşmən tapdağında qalan Ağdam noyabrın 20-də işğaldan azad edilib.

    Ermənilər öz vəhşi, barbar, vandal xarakterlərini nümayiş etdirərək, yurdumuzu viran qoyublar. İşğal illərində şəhər tamamilə dağıdılıb, məhv edilib, yandırılıb.

    Bundan başqa, rayon Azərbaycana təhvil verilməzdən öncə də təkrar vandalizmə məruz qalıb. Düşmən ölkənin ərazilərimizdə qanunsuz olaraq yerləşdirdiyi mülki əhali rayonu tərk edərkən mümkün olan hər şeyi söküb aparıq, apara bilmədiklərini isə yandırıb.

    Sosial şəbəkələrdə Ağdamın helikopterdən çəkilmiş görüntüləri yayılıb.

    Görüntülərdə şəhərin necə qəddarcasına xarabalığıa çevrildiyini aydın görmək olur:

  • Paşinyan: “Müdafiə xəttimiz dağıdıldı və bu fəlakətlə nəticələndi”

    Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı hərbi məğlubiyyətə görə general Movses Akopyanın cavabdehlik daşıdığını bildirib.

    “Armenia Today” agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa növbəti müraciətində deyib.

    “Təəssüf ki, bizim doqquzuncu müdafiə xəttimiz dağıdıldı və bu fəlakətlə nəticələndi. Ehtiyatda olan general (Movses Akopyan nəzərdə tutur) isə mətbuat konfransı keçirir və uğursuzluqlar barədə danışır. Ancaq unudur ki, o vəzifədə olanda 42 milyon dollara əldə olunmuş metal tullantıları ilə bağlı cinayət işi açılmışdı”, – deyə N.Paşinyan qeyd edib.

  • В Азербайджане выявлены 3 712 новых случаев инфицирования коронавирусом, скончались еще 35 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 3 712 новых случаев инфицирования коронавирусом, еще 1 359 человек вылечились и были выписаны домой.

    Об этом 27 ноября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 35 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 109 813 человек, 1 291 из них скончался, 69 931 – вылечился, 38 591 – находится в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 682 234 теста (за последние 24 часа – 16 402) на COVID-19.

  • Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 3712 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 35 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 38591 nəfərdir.

    Ölkədə son sutka ərzində 16402, hazırkı dövrədək isə 1682234 test aparılıb.

    Ümumi ölənlərin sayı 1291 nəfərdir.

    Ümumi yoluxanların sayı 109813 nəfər, ümumi sağalanların sayı 69931 nəfərdir.