Month: November 2020

  • Кадры из разоренного и разрушенного врагом города Кельбаджара – ВИДЕО

    25 ноября наступил конец 27-летней оккупации Кельбаджарского района.

    В распоряжении Oxu.Az оказались кадры освобожденного города Кельбаджара, куда вошла победоносная азербайджанская армия.

    На них отчетливо видно, до какого состояния довел враг этот населенный пункт.

    Армянские варвары практически полностью разрушили и разорили его, не оставив камня на камне.

  • Düşmənin viran qoyduğu Kəlbəcər şəhərinin görüntüləri – VİDEO

    Xəbər verdiyimiz kimi, dünən düşmən Kəlbəcər rayonunu Azərbaycana təhvil verib. Bununla 27 il davam edən işğal başa çatıb. Azərbaycanın müzəffər ordusu Kəlbəcərə daxil olub.

    Müdafiə Nazirliyi dünən gün boyu Azərbaycan ordusunun irəliləməsini əks etdirən görüntülər yayıb.

    Bu gün Oxu.Az-ın redaksiyasına Kəlbəcər şəhərindən çəkilmiş görüntülər göndərilib.

    Görüntülərdə barbar ermənilər tərəfindən dağıdılmış, yandırılmış, viran qoyulmuş şəhərin mənzərəsi əks olunub. Düşmən şəhəri tamamilə məhv edib, daşı daş üstdə qoymayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? – RƏSMİ

    İşğal altında olmuş həm respublika, həm də yerli əhəmiyyətli bütün yollar (2661 kilometr) tam təmir olunacaq və tikiləcək.

    Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

    Onun sözlərinə görə, Ağdam istiqamətində heç bir yol-tikinti işi aparılmır, yalnız Ağdama aparan yolun bir hissəsi təmir edilib.

    O əlavə edib ki, indi işğaldan azad edilmiş bəzi rayonlarda yol infrastrukturunun bərpası üzrə layihələr hazırlanır:

    “Bu gün Azərbaycan Prezidentinin tapşırığına əsasən, agentliyimiz Suqovuşana, Suqovuşandan Talış kəndinədək yolun, eləcə də Füzuli-Şuşa yolunun tikintisi ilə məşğuldur”.

    Mətbuat xidmətinin rəhbəri azad edilmiş ərazilərə aparan R19, R29, R33 respublika əhəmiyyətli yolları xüsusi qeyd edib:

    “Gəncədən Kəlbəcər və Laçına R19 yolu çəkiləcək. R29 yolu Bərdədən Tərtərə, Tərtərdən Kəlbəcərə aparacaq. Daha bir yol, R33 Ağcabədidən başlayır və Hindarx-Ağdam marşrutu ilə davam edir”.

    A.Nəcəfli bildirib ki, Hacıqabul-Bəhramtəpə-Horadiz-Mincivan-Ermənistan sərhədi yolunun tikintisi nəzərdə tutulur. Hazırda agentlik Horadiz-Mincivan-Ermənistan sərhədi hissəsi ilə bağlı plan hazırlayır və bu plan digər dövlət strukturları ilə razılaşdırılmalıdır.

    O əlavə edib ki, bu yol vasitəsilə Cəbrayıl, Qubadlı və Laçın rayonlarına da getmək mümkün olacaq.

  • Кельбаджарский район передали Азербайджану под контролем российских миротворцев

    Кельбаджарский район передан азербайджанской стороне.


    Об этом сообщил представитель миротворческого контингента ВС России полковник Семен Дегтярев, передает ТАСС.

    “Сегодня Кельбаджарский район официально передан азербайджанской стороне в соответствии с трехсторонним соглашением глав государств”, – отметил Дегтярев.

    В Минобороны РФ сообщили журналистам, что процесс передачи проконтролировали российские миротворцы.

    “Военнослужащие российского миротворческого контингента при выполнении условий трехстороннего соглашения в ходе передачи Кельбаджарского района обеспечили безопасность гражданского населения и организованную передачу района”, – отметили в военном ведомстве.

    Передача контроля над районом под наблюдением российских миротворцев, добавили в Минобороны, началась с 00:00 25 ноября в соответствии с трехсторонним заявлением президента Азербайджана Ильхама Алиева, главы РФ Владимира Путина, а также премьер-министра Армении Никола Пашиняна.

  • Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib – VİDEO

    Kəlbəcər rayonu Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti altında təhvil verilib.


    TASS xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    “Rusiya sülhməramlı kontingentinin hərbçiləri Kəlbəcər rayonunun Azərbaycan tərəfinə təhvil verilməsi zamanı mülki əhalinin təhlükəsiz və mütəşəkkil köçürülməsini təmin etdilər”, – məlumatda bildirilib.

    Qeyd edək ki, Kəlbəcərin təhvil verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən həyata keçirilib.

  • “Qarabağ” Avroliqada növbəti oyununa çıxır – AFİŞA

    “Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

    Qurban Qurbanovun komandası qrupdakı dördüncü matçında “Sivasspor”la üz-üzə gələcək.

    Bakı vaxtı ilə 21:55-də başlayacaq qarşılaşma İstanbul şəhərində keçiriləcək.

    Tərəflər arasında baş tutan ilk qarşılaşmada Türkiyə təmsilçisi 2:0 hesablı qələbəyə sevinmişdi.

    Bu oyuna qədər qrup mərhələsində keçirdiyi hər üç oyunda məğlub olan “Qarabağ” sonuncu yerdədir. “Sivasspor” 3 xalla üçüncü, “Makkabi” 6 xalla ikinci, “Vilyarreal” 9 xalla birinci yerdə qərarlaşıb.

  • Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.

    “Report”un xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

    DİN-in Mətbuat Xidməti “Report”a məlumatı təsdiqləyib.

    E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.

    Qeyd edək ki, BŞBPİ-nin Mətbuat Xidməti ləğv edilib.

  • Ürəyinin üstündəki telefonu düşmən gülləsinə sipər olan qazimiz danışdı – VİDEO

    Sentyabrın 27-də başlanan Azərbaycanın düşmən tapdağı altında olan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə qazimiz Asif Məmmədli də iştirak edib.

    Laçın istiqamətində gedən döyüşlərdə Asif Məmmədlinin həyatını mobil telefonu xilas edib. Ürəyinin üstündəki telefon düşmən gülləsinə sipər olub.

    Onun sözlərinə görə, döyüş meydanından yaralı əsgər yoldaşını çıxararkən sağ qolundan yaralıb.

    Azərbaycan Televiziyası Qaxın Güllük kəndinin qəhrəman övladı haqqında süjet hazırlayıb.

    Həmin süjeti təqdim edirik:

  • Vətən uğrunda canından keçən daha bir qəhrəmanımız – VİDEO

    Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqq mübarizəsində döyüşərək qəhrəmancasına həlak olan igidlərdən biri də Mahmud Məlikov olub.

    Azərbaycan Televiziyası 26 yaşında şəhidlik zirvəsinə ucalmış Mahmud Məlikovun ailəsindən süjet hazırlayıb.

    İgidimizin atası bildirib ki, bu torpaqda yaşayırıqsa, onu qanımızla, canımızla qorumalıyıq.

    Daha ətraflı süjetdən izləmək mümkündür:

  • Pandemiyaya baxmayaraq, ölkədə vaxtı keçmiş kreditlərin həcmi azalıb

    Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 6,5 milyon manat təşkil edib.

    Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, noyabrın 1-nə olan göstəricilərə əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 5,9 faiz azdır.

    Eləcə də, ilin əvvəli ilə müqayisədə müvafiq təşkilatların müddətlər üzrə kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi 22,9 faiz azalıb.

    Qeyd edək ki, bu kreditlər ümumi kredit qoyuluşlarının 6,8 faizini təşkil edib.