Month: November 2020

  • Azərbaycanın yaşayış məntəqələrinə “Smerç” raketlərinin buraxılmasının görüntüləri – VİDEO

    Sosial şəbəkələrdə Ermənistan Silahlı Qüvvələrinin “Smerç” (BM-30) reaktiv yaylım atəşi sistemindən Azərbaycan şəhərlərinin hədəfə alınma görüntüləri yayılıb.

    Kadrları “Voyennıy obozrevatel” “Telegram” kanalı paylaşıb.

    “Bitmiş müharibənin epizodlarından biri”, – deyə videoda bildirilib.

    Bu görüntülər Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın şəhərlərində mülki əhaliyə qarşı törətdiyi cinayətlərin daha bir təsdiqidir.

  • Əli eskalatorda qalan rusiyalı uşağı xilas etmək üçün hamı səfərbər oldu – VİDEO

    Rusiyada ticarət mərkəzində dəhşətli hadisə baş verib. Belə ki, uşağın əli eskalatorun arasında qalıb.

    Bu barədə kadrları “ÇP Soçi” paylaşıb.

    Məlumata görə, uşaq yıxılıb və vaxtında qalxa bilməyib. Nəticədə eskalator onun əlini çəkməyə başlayıb.

    Videoda onlarla sakinin ağrıdan qışqıran uşağın əlini xilas etmək üçün pilləkənin hərəkətini dayandırmağa çalışması görünür.

    Xoşbəxtlikdən uşağın əlləri ciddi xəsarət almayıb. O, cızıqlar və bərk qorxu ilə canını qurtara bilib.

  • Sumqayıtda küçədə kişi meyiti tapıldı

    Sumqayıt şəhərinin 39-cu məhəlləsində küçədə kişi meyiti aşkarlanıb.

    APA-nın məlumatına görə, aparılan araşdırma zamanı meyiti tapılan şəxsin 1964-cü il təvəllüdlü Əsgərov Rafiq Firudin oğlu olduğu müəyyən edilib.

    Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 18 ноября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 55 943 189.

    Суточный прирост составил 592 749.

    За весь период пандемии скончались 1 343 379 человек, выздоровели – 38 963 254.

    Больше всего инфицированных в США – 11 695 711. На 2-м месте – Индия (8 912 907), на 3-м – Бразилия (5 911 758). В первую пятерку также входят Франция (2 036 755) и Россия (1 971 013).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 254 255, а по количеству выздоровевших – Индия – 8 335 109.

    Иран с 788 473 заболевшими занимает 14-е место, Турция (421 413) – 25-е.

    В Армении коронавирусом заболели 118 870 человек, в Грузии – 85 952.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 42 461 летальный исход.

    На сегодня в Азербайджане подтверждены 79 158 случаев инфицирования коронавирусом, 56 894 человека вылечились, 1 005 – скончались.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Azərbaycanda koronavirusa yoluxan 79 158 nəfərin 1 005-i ölüb, 56 894-ü sağalıb.

    Ümumilikdə, dünyada 55 943 122 nəfərdə koronavirus aşkar edilib.

    Virusdan 1 343 378 xəstə ölüb, 38 963 186 nəfər sağalıb.

    Asiyada 15 258 754, Avropada 14 431 264, Şimali Amerikada 13 752 145, Cənubi Amerikada 10 446 207, Afrikada isə 2 011 202 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (11 695 711 nəfər), Hindistan (8 912 907 nəfər), Braziliya (5 911 758 nəfər), Fransa (2 036 755 nəfər) və Rusiyadır (1 971 013 nəfər).

    İranda 788 473, Türkiyədə 421 413, Ermənistanda 118 870, Gürcüstanda isə 85 952 nəfərdə koronavirus müəyyən edilib.

  • Название города Шуша окрасили в цвета азербайджанского флага – ВИДЕО

    Распространены новые кадры освобожденной от оккупации Шуши.

    На видеокадрах звучит Государственный гимн Азербайджанской Республики.

    Примечательно, что название города написано на основе цветов нашего национального флага.

    Представляем читателям это видео.

  • Şuşanın adı yazılmış yeni lövhə himn sədaları altında şəhərdə yerləşdirildi – VİDEO

    İşğaldan azad olunmuş Şuşanın yeni görüntüləri yayılıb.

    Görüntülərdə Şuşada Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi əks olunub. Diqqət çəkən məqamlardan biri də şəhərin adının dövlət bayrağımızın rəngləri əsasında yazılışıdır.

    Həmin görüntüləri təqdim edirik:

  • В бакинском поселке будут снесены аварийные жилые дома

    Исполнительная власть Сабунчинского района Баку объявила открытый тендер на снос находящихся в аварийном состоянии жилых домов в поселке Рамана.

    Как сообщает Report, сумма взноса за участие в тендере составляет 300 манатов.

    Претенденты могут через единый интернет-портал госзакупок подать первичные документы до 12:00 7 декабря, а тендерное предложение и банковскую гарантию в размере 1% от его стоимости – до 18:00 15 декабря.

    Итоги тендера будут объявлены на портале 16 декабря в 12:00.

  • Bakıda qəzalı vəziyyətdəki yaşayış binaları söküləcək

    Sabunçu Rayonu İcra Hakimiyyəti Bakının Ramana qəsəbəsindəki qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi üçün açıq tender elan edib.

    Report xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

    İddiaçılar ilkin sənədləri dekabrın 7-si, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1 faizi qədər bank təminatını isə dekabrın 15-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

    Tenderin nəticəsi dekabrın 16-da, 12:00-da portalda açıqlanacaq.

  • Türkiyədə karantin rejimi sərtləşdirildi

    Türkiyədə koronavirusa yoluxma hallarının artması karantin rejiminin sərtləşməsinə səbəb olub.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında bu barədə məlumat verib.

    Ərdoğan deyib ki, yoluxma hallarının belə davam etməsi hamı üçün ağır nəticələrə gətirib çıxara bilər.

    O həmçinin qeyd edib:

    “Həftə sonları saat 10:00-20:00 arası istisna olmaqla, küçələrə çıxmaq məhdudlaşdırılacaq. Məktəblər ilin sonuna qədər onlayn olaraq davam edəcək”.