Month: December 2020

  • Bakıda yolu keçən kişini avtomobil vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

    İnşaatçılar metrosunun yanında yolu keçən 1976-ci il təvəllüdlü Məmmədov Arif Aydın oğlunu avtomobil vurub.

    Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə beyin travması diaqnozu qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • SON DƏQİQƏ: bu ərazilər də Azərbaycana QAYTARILIR – Ermənilərə sabah saat 17:00-dək VAXT VERİLDİ

    Sabah saat 17:00-a qədər Zəngəzur istiqamətindəki bütün əlverişli yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək.

    AZSABAH.COM Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib.

    İlk Qafan ətrafındakı yüksəkliklər boşaldılır. Çünki bu ərazilər Azərbaycanın dövlət sərhədinə daxildir. Ermənilərə sabaha qədər vaxt verilib.

    “Damcılı kəndinin və ətrafdakı yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi bütün Qafan rayonuna nəzarət etmək imkanı verir”, – erməni mənbələr yazırlar.


    Erməni teleqram kanalları isə yazır ki, yüksəkliklərin təhvil verilməsindən sonra Qafan rayonunun kəndləri atəş məsafəsində olacaq və orada yaşamaq mümkün olmayacaq. Bu kəndlərə azərbaycanlı qaçqınlar qayıdacaq. Hazırda ermənilər ərazini tərk edir.

    Dövlət sərhədi beynəlxalq səviyyədə tanınmış ərazilərə uyğun olaraq, Qafandan Mehriyə qədər bərpa edilir.

    Qafan şəhərinin meri Gevork Parsyan bir az öncə açıqlama yayıb: “Bu gün saat 17:00 qədər ətraf yüksəklilərdən geri çəkilməyimiz barədə bizə əmr verilib. Biz bu yüksəklikləri təhlükəsizlik zonası yaratmaq üçün qoruyurduq, amma İrəvandan gələn əmrə görə, axşama qədər geri çəkilməliyik”.

    Erməni mediasının yazdığı kimi sabah yox, bu gün saat 17:00-a qədər vaxt verilib.

  • Türkiyədə daha 243 nəfər koronavirusdan öldü

    Türkiyədə son sutka ərzində 243 nəfər koronavirusdan ölüb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Ölkədə son 24 saatda 27 515 yeni yoluxma qeydə alınıb. Ümumilikdə ağır xəstələrin sayı 5803-ə bərabər olub.

  • Посол Израиля: Разрабатывается двустороннее соглашение с Азербайджаном в сфере инноваций

    Израиль и Азербайджан разрабатывают двустороннее соглашение в сфере инноваций.

    Как сообщает АПА-Экономикс, об этом сообщил посол Израиля в Азербайджане Джордж Дик на международной конференции World Net Summit, организованной в рамках “Недели инноваций”.

    По его словам, в будущем после подписания документа будет создана платформа для сотрудничества между азербайджанскими и израильскими компаниями.

  • İsrail və Azərbaycan innovasiyalar sahəsində razılaşma imzalayacaq

    İsrail və Azərbaycan innovasiyalar sahəsində ikitərəfli razılaşma istiqamətində birgə işlər aparır.

    “APA-Economics”in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “İnnovasiya həftəsi” çərçivəsində təşkil olunan “World Net Summit” beynəlxalq konfransda deyib.

    Onun sözlərinə görə, gələcəkdə razılaşma imzalanandan sonra Azərbaycan və İsrail şirkətləri və startapları arasında əməkdaşlıq üçün platforma yaradılacaq.

    Bundan əlavə, səfir İsrail şirkətlərinin Azərbaycanla hətta COVID-19 pandemiyası dövründə belə əməkdaşlığa hazır olduğunu bildirib.

  • Türkiyədə daha 243 nəfər koronavirusdan öldü

    Türkiyədə son sutka ərzində 243 nəfər koronavirusdan ölüb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Ölkədə son 24 saatda 27 515 yeni yoluxma qeydə alınıb. Ümumilikdə ağır xəstələrin sayı 5803-ə bərabər olub.

  • 4 məşhur brauzerdə ciddi sistem boşluğu aşkar edilib

    Microsoft şirkətinin mütəxəssisləri IT təhlükəsizlik mövzusuna aid yeni hesabatlarında internetdə yayılmış yeni zərərli tətbiqlərdən danışıblar. Həmin tətbiqlərin alqoritmləri isə bir neçə məşhur brauzerin təhlükəsizlik mexanizmini deaktiv edə bilirlər. Hackerlərin istifadə etdikləri bu yeni üsul istifadəçilərin də xəbərləri olmadan onların istifadə etdikləri brauzerlərə əlavələri (extensions) yazır. Bu zərərli tətbiqlər tərəfindən brauzerlərə yazılan əlavələrin isə yeganə məqsədləri istifadəçiyə veb pəncərədə reklam spamlarını göstərməkdir. Bu barədə 4pda saytı xəbər verib.

    Microsoft mütəxəssislərinin sözlərinə əsasən Adrozek adlı virus ümumilkdə özündə 173.000-ə yaxın unikal URL ünvanı birləşdirən 159 domen bazasındakı botnet ilə əlaqəlidir. Bu cür bazanın daxilinə isə zərərli proqram təminatının 15.000 versiyası daxildir. Mütəxəssislər qeyd ediblər ki, sözügedən botnet bu ilin may ayında istifadəyə verilib. Zərərli proqram təminatının yayılmasının pik göstəricisi isə avqust ayına təsadüf edir. Belə ki, həmin vaxtda gün ərzində 30.000-ə yaxın cihaz bu proqram təminatı ilə yoluxurdu. Hackerlərin istifadə etdikləri zərərli proqram təminatı Google Chrome, Microsoft Edge, Mozilla Firefox və Yandex Browser brauzerlərini əhatə edir.

    Hackerlərin əsas məqsədləri monetizasiya ilə bağlı axtarış sorğularının nəticələrinə reklamların daxil edilməsidir. Bununla belə aşkar edilmiş virus təhlükəsizlik ayarlarını tənzimləyərək brauzerə əlavələrin yüklənməsi və reklamların istifadəçilərə təqdim olunması üzrə geniş imkanlara sahib olur. Onu da qeyd etmək lazımdır ki, Adrozek virusu cihaza quraşdırılandan sonra o özünü QuickAudio.exe, Audiolava.exe və Converter.exe tətbiqləri kimi təqdim edir. Həmçinin Adrozek legitim proqram təminatı kimi qeyd olunur. Mütəxəssislər qeyd ediblər ki, sözügedən virusun standart antivirus tətbiqləri vasitəsilə aşkar edilməsi qəlizdir. Buna görə də onlar machine learning sistemindən istifadə edən alternativ proqram təminatlarını məsləhət görürlər.

  • Riçard Morninqstar: “Torpaqların qaytarılması Azərbaycanın nailiyyətidir”

    “Yeni prezident Cozef Bayden administrasiyasının Azərbaycanda, bütövlükdə Qafqazda daha fəal olacağına ümid edirəm”.

    Bunu “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinarda “Atlantik Şurası”ndakı Qlobal Enerji Mərkəzinin direktoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar bildirib.

    “ABŞ-ın buradakı fəaliyyəti olduqca tarazlı olmalı, diqqət mərkəzində təkcə enerji məsələləri olmamalıdır. Azərbaycan mütəmadi olaraq bildirir ki, coğrafi mövqeyinə görə bir sıra ölkələrlə – Rusiya, İran, Türkiyə, ABŞ ilə dost münasibətlər qurmalıdır. Buna anlayış göstərməliyik”, – keçmiş səfir söyləyib.

    O qeyd edib ki, uzun illər sonra torpaqlarının böyük hissəsini qaytarmaq Azərbaycanın çox böyük, ağlasığmaz nailiyyətidir:

    “Bu məsələdə Rusiya hələlik “öz kartlarını” gizli tutur. O, faktiki olaraq Ermənistanı tam fəlakətdən xilas edib, onun darmadağın olmasını istəməyib. Mən bu münaqişənin tamamilə həll olunmasını istərdim. Bu, regiondakı bütün ölkələrin, o cümlədən elə Ermənistanın da marağındadır. Lakin məsələnin yaxın vaxtlarda tam şəkildə həll olunacağını görmürəm”.

  • Bu şəxslərə dövlət yeni ev tikəcək

    Xəbər verdiyimiz kimi, Ermənistanın təcavüzü nəticəsində 8 221 daşınmaz əmlaka ziyan dəydiyi məlum olub.

    Nazirlər Kabinetindən verilən məlumata görə, bərpası və təmiri mümkün olmayan əmlak sahibləri müasir layihələr əsasında tikilmiş yeni tikililərlə təmin olunacaqlar.

    Bərpası və təmiri mümkün olan əmlaklar isə dövlət hesabına təmir və bərpa ediləcək.

    Qeyd edilib ki, ilkin mərhələdəki yardımlar nəqliyyat vasitələrinə görə ödənişləri nəzərədə tutmur.

  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şuşada işlərə başlayıb

    “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrindən ibarət heyət Şuşa şəhərindədir və orada qiymətləndirmə işləri aparılır. Bu, gələcək planlarımızı həyata keçirmək üçün lazımdır”.

    “Report” xəbər verir ki, bunu Komitənin sədr müavini İlqar İsbatov bildirib.

    “Şuşadakı mənzil fondunun, məktəblərin, bağçaların, xəstəxanaların və digər infrastruktur obyektlərinin vəziyyətini qiymətləndirməliyik, ən əsası isə şəhərin tarixi-mədəni abidələrinin vəziyyətini öyrənməliyik. Bu istiqamətdə mütəxəssislər qruplara bölünüb və hər kəs öz sahəsi üzrə işlərlə məşğuldur. Erməni vandallarının Şuşada törətdiyi dağıntılar çox böyük təəssüf doğurur. Bu gün şəhərdəki mədəni abidələrimizi dağılmış vəziyyətdə görmək ağrıdıcıdır. Bütün işğaldan azad edilmiş ərazilər üzrə Fəaliyyət Planı müəyyənləşdirmişik. İlk növbədə, ərazi planlaşdırma sənədlərinin hazırlanmasını düşünürük. Bu iş bir neçə mərhələli olsa da, biz onu qısa müddətdə yekunlaşdırmağı düşünürük”, – o qeyd edib.