Month: December 2020

  • 2021-ci ildə Bakıda Formula 1 keçiriləcək

    Azərbaycanda 2021-ci ildə Formula 1 Qran prisinin keçiriləcəyi tarix təsdiq edilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, Avtomobil İdmanı Federasiyasının (FİA) Ümumdünya şurası 2021-ci il üçün “Formula-1” təqvimini təsdiqləyib.

    Təqvimdə Azərbaycanda Formula 1 Qran prisinin 2021-ci il 6 iyunda keçirilməsi nəzərdə tutulur.

  • Koronavirusa yoluxan Xalq artistinin səhhəti pisləşdi

    Xalq artisti Sabir Əliyev koronavirus infeksiyasına yoluxub.

    Axşam.az xəbər verir ki, xanəndənin səhhəti bu günlərdə daha da ağırlaşıb.

    Ailəsi bildirib ki, S.Əliyev hazırda Kürdəxanı qəsəbəsində xəstəxanalardan birinə yerləşdirilib.

    Onlar müalicənin yaxşı aparılmadığından xanəndənin səhhətinin daha da pisləşdiyini deyiblər.

    “Lazımi qurumlardan Sabir Əliyevin daha yaxşı xəstəxanaya yerləşdirilməsinə kömək edilməsini xahiş edirik”,- deyə, ifaçının yaxınları bildirib.

  • Füzulidə ikimərtəbəli ev yandı

    Füzuli rayonunun Əhmədbəyli kəndində ümumi sahəsi 242 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 85 m² sahədə yanıb.

    Fövqəladə Hallar Nazirliyinən bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Putin: “Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir”

    Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın bir hissəsidir.

    Bu barədə Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransı zamanı deyib.

    Putin Qarabağla əlaqədar imzalanmış razılaşmaya da toxunub.

    O qeyd edib ki, razılaşmada əsas nəticə insanların həyatının qorunmasıdır, qalanları isə ikinci dərəcəli məsələlərdir.

  • Putindən Rusiyanın Qarabağla bağlı mövqeyi barədə AÇIQLAMA

    Rusiya Prezidenti Vladimir Putin rəsmi Moskvanın Dağlıq Qarabağ zonasındakı vəziyyətlə bağlı mövqeyindən danışıb.

    Bu barədə o, illik mətbuat konfransı zamanı deyib.

    “Rusiyanın mövqeyi həmişə belə olub ki, qan tökülmədən razılığa gələk. Bizim mövqeyimiz ATƏT-in Minsk qrupunda da belə olub”, – deyə Rusiya lideri bildirib.

    O qeyd edib ki, Rusiya uzun illər ərzində Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana qaytarılması mövqeyindən çıxış edib.

  • Baş nazirdən mülki əhaliyə düşmən təcavüzü nəticəsində dəyən ziyanın ödənilməsi ilə bağlı VACİB SƏRƏNCAM

    2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə sərəncam imzalanıb.

    Bu barədə sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.

    Sərəncamın icrası Maliyyə Nazirliyinə tapşırılıb.

    Bildirilib ki, nazirlik 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli 2343 nömrəli sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş qaydada mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli sərəncamı ilə yaradılmış işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq 9 068 128 (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsaitin 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsini təmin etməlidir.

    Sərəncamda göstərilən vəsaitin 2 920 500 (iki milyon doqquz yüz iyirmi min beş yüz) manatının Gəncə Şəhər İcra Hakimiyyətinin, 67 000 (altmış yeddi min) manatının Mingəçevir Şəhər İcra Hakimiyyətinin, 1 848 500 (bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz) manatının Ağdam Rayon İcra Hakimiyyətinin, 586 000 (beş yüz səksən altı min) manatının Ağcabədi Rayon İcra Hakimiyyətinin, 233 000 (iki yüz otuz üç min) manatının Bərdə Rayon İcra Hakimiyyətinin, 124 000 (bir yüz iyirmi dörd min) manatının Beyləqan Rayon İcra Hakimiyyətinin, 41 000 (qırx bir min) manatının Cəbrayıl Rayon İcra Hakimiyyətinin, 4 000 (dörd min) manatının Naftalan Rayon İcra Hakimiyyətinin, 2 296 500 (iki milyon iki yüz doxsan altı min beş yüz) manatının Tərtər Rayon İcra Hakimiyyətinin, 494 500 (dörd yüz doxsan dörd min beş yüz) manatının Füzuli Rayon İcra Hakimiyyətinin və 421 500 (dörd yüz iyirmi bir min beş yüz) manatının Goranboy Rayon İcra Hakimiyyətinin müvafiq xəzinə hesabına ödənilməsini təmin etməlidir.

    Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Nazirlər Kabinetinə hesabat təqdim etməlidirlər.

    Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Azərbaycan ərazisindən külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb – FOTO

    Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığının qarşısı alınıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Almaniyaya yük aparan 67E47910 dövlət nömrə nişanlı “Volvo” markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman əşyaların içərisində şübhəli təsvirlər müəyyən olunub.

    Şübhəli təsvirlər əsasında nəqliyyat vasitəsinin qoşqusuna fiziki baxış həyata keçirilən zaman köhnə mebellerin içində süni olaraq yaradılmış və üzərinə taxta örtük çəkilərək aşkar edilməsi çətinləşdirilmiş gizli saxlanc yerlərindən 30 bükümdə, ümumu çəkisi 23 kq 950,6 qram olan narkotik vasitə sayılan tiryək aşkar edilərək götürülüb.

    Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.



  • İlham Əliyev: “Əfqanıstanın Azərbaycana dəstəyi qardaşlıq rəmzi və beynəlxalq hüquqa hörmət əlamətidir”

    Azərbaycan artıq 20 ilə yaxındır ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir. Biz bütün bu illər ərzində ölkənizdə təhlükəsizliyin qorunmasına sadiqliyimizi nümayiş etdirmişik. Çünki təhlükəsizlik və sabitlik olmadan gələcək qurmaq çox çətindir.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edərkən söyləyib.

    1990-cı illərin əvvəlində Azərbaycanın da oxşar vəziyyətlə üzləşdiyini xatırladan dövlətimizin başçısı qeyd edib ki, Əfqanıstan hökumətinin səyləri artıq bəhrəsini verir. Azərbaycan dost ölkənin modernləşdirmə proqramında iştirak etməkdən hər zaman məmnunuq duyur.

    “Hazırda regional nəqliyyat məsələlərində də irəliləyiş var. Şadıq ki, artıq Azərbaycan vasitəsilə Əfqanıstandan beynəlxalq bazarlara müəyyən yüklər nəql edilir. Biz məmnuniyyətlə öz nəqliyyat imkanlarımızı təqdim edirik. Bildiyiniz kimi, nəqliyyat sahəsi hər zaman mənim sizin Prezidentinizlə görüşlərimin gündəliyindədir və biz burada yaxşı irəliləyiş görürük. Regional geosiyasi vəziyyətdə dəyişiklikləri nəzərə alsaq, əlbəttə ki, əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır”, -deyə Azərbaycan Prezidenti vurğulayıb.

    Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində bizim ədalətli mübarizəmizi dəstəklədiyinə görə qardaş Əfqanıstana təşəkkürünü bildirərək deyib: “Biz bu dəstəyi müharibə zamanı da hiss etdik. Əfqanıstan Azərbaycana ictimai şəkildə dəstək verən ilk ölkələrdən oldu. Biz buna görə minnətdarıq, bütün Azərbaycan xalqı bunu bilir və yüksək qiymətləndirir. Biz bunu qardaşlıq rəmzi və eyni zamanda, beynəlxalq hüquqa hörmətin əlaməti hesab edirik”.

  • Gəncədə mənzildə meyit tapıldı

    Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    FHN-dən bildirilib ki, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Zəkəriyev Emin Tariyel oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • В Азербайджане выявлены 4 124 новых случая инфицирования коронавирусом, скончались 38 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 4 124 новых случая инфицирования коронавирусом, еще 4 205 человек вылечились и были выписаны домой.

    Об этом 17 декабря сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 38 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 191 460 человек, 2 088 из них скончались, 127 064 – вылечились, 62 308 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 016 003 теста (за последние 24 часа – 17 426) на COVID-19.