Month: December 2020

  • Ali Məhkəmənin hakimi koronavirusa yoluxub – FOTO

    Ali Məhkəmənin hakimi İnqilab Nəsirov koronavirusa yoluxub.

    Unikal.org-un əldə etdiyi məlumata görə, 2003-cü ildə açıq ürək əməliyyatı keçirən hakimin indiki vəziyyətinin kritik ağır olduğu bildirilir.

    Qeyd edək ki, İnqilab Nəsirov 2003-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.

    2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.

  • Alyaskada vaksin olunan tibb işçisi xəstəxanaya yerləşdirildi

    ABŞ-da vaksin olunan tibb işçisinin səhhətində problemlər yaşanıb.

    Hadisə Alyaska ştatında baş verib. Vaksin olunan tibb işçisinin bir neçə saat sonra qəfil halı pisləşib. O, xəstəxanaya yerləşdirilib. Tibb işçisinin “Pfizer” və “BioNTech” şirkətlərinin birgə istehsalı olan vaksindən istifadə etdiyi bildirilir. Hazırda xəstə müşahidə altındadır və həyati təhlükəsi yoxdur.

    Qeyd edək ki, bu, sözügedən vaksinlərin istifadəsindən sonra yaranan ilk belə hal deyil. Bir müddət əvvəl Böyük Britaniyada da eyni vaksindən istifadə edən şəxsin halı pisləşmişdi. Həmin vaksinlərin allergik təsirləri olduğu deyilir.

  • Şəhidin xanımı: “Paltarlarını büküb, saxlamışam ki, qoxusu getməsin” – VİDEO

    Şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Hərbi Dəniz Qüvvələrinin kəşfiyyatçısı Vüsal Məmmədovdur.

    O, Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub.

    V.Məmmədovun yeddi aydır ailə həyatı qurduğu Zemfira Məmmədova bildirir ki, kimsə onun harada işlədiyini bilmirdi.

    Vətəni göz-bəbəyi kimi qoruyan şəhid doğulacaq övladının xəbərini də döyüşlərdə olarkən öyrənib.

    Həyat yoldaşı Z.Məmmədova yeddi aylıq evliliklərində Vüsalı cəmi dörd ay gördüyünü bildirir.

    Şəhid Vüsal Məmmədov haqqında Baku TV-nin süjetini təqdim edirik:

  • İlin ən yaxşı baş məşqçiləri bilindi

    FIFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adını elan edib.

    “Report”un məlumatına görə, kişilərdən “The Best” mükafatına İngiltərə “Liverpul”una rəhbərlik edən Yurgen Klopp layiq görülüb. Almaniyalı mütəxəssis “Lids Yunayted”dən Marselo Byelsa və Almaniya “Bavariya”sından Hans-Diter Fliki geridə qoyub.

    Niderlandın qadınlardan ibarət əsas yığmasının baş məşqçisi Sarina Viqman isə qadın namizədlər arasında birinci olub.

  • Koronavirusun ilk əlaməti qızdırma deyilmiş – DİQQƏT

    Koronavirusun gəldiyini bilmək üçün qızdırmanı gözləməyin.

    Uhan şəhər xəstəxanasının həkimləri daxil olan xəstələrin anamnezini araşdıraraq, koronavirusun ilk və diqqətə alınmayan əlamətlərinin tamam başqa olduğunu müəyyən ediblər.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, virusa yoluxmanın ilk əlaməti adi qripə bənzər simptomları özünü xəstəliyin orta mərhələsində, hətta atipik pnevmoniyanın başlanğıcında göstərə bilər.

    Koronavirusun ilk əlaməti isə həzm sistemində özünü göstərir: ürəkbulanma, qarında ağrı, ishal, ağciyərlər olan nahiyədə sıxılma, ürək döyüntüsünün artması.

    Həkimlər bir çox xəstələrin hətta yüksək temperatursuz xəstəxanaya gətirildiyini bildirib. Ona görə qızdırma yoxdursa, koronavirus yoxdur deyə düşünmək yanlışdır.

    Koronavirus mütləq bəzi test və analizlərlə dəqiq diaqnoz olunur.

  • Təhsil Nazirliyində yeni təyinat olub

    Azərbaycan Təhsil Nazirliyində yeni təyinat olub. “Report”un əldə etdiyi məlumata görə, Səbuhi Rzayev Nazirliyin Vətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdir müavini təyin edilib.

    Bundan əlavə Təhsil Nazirliyinin Vətəndaş müraciətlərinə baxılması sekotrunun müdiri vəzifəsi də ona həvalə edilib.

    1988-ci il təvəllüdlü S.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunu olub.

    O, bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışıb.

  • Представитель ЕС хотел организовать встречу глав МИД Азербайджана и Армении

    Верховный представитель ЕС по иностранным делам и политике безопасности, вице-президент Еврокомиссии Жозеп Боррель хотел организовать совместную встречу министра иностранных дел Азербайджана Джейхуна Байрамова с главой МИД Армении Ара Айвазяном.

    Как передает Report, об этом он заявил по прибытии на заседание Совета партнерства ЕС-Армения в Брюсселе.

    “Поскольку со мной общались оба министра, мы попытались установить трехсторонний контакт – Европейский союз, Армения и Азербайджан. Это было невозможно, поэтому я встречусь с ними отдельно”, – сказал он.

    Боррель отметил, что достигнутное при помощи России соглашение о прекращении огня в Карабахе предотвратило дальнейшие человеческие жертвы, подчеркнул, что оно должно полностью соблюдаться. “Но на прошлой неделе, к сожалению, мы слышали сообщения с обеих сторон о нарушениях режима прекращения огня. Полное соблюдение режима прекращения огня остается настоятельной необходимостью”, – подчеркнул он.

  • Aİ rəsmisi Azərbaycan və Ermənistan XİN rəhbərlərini görüşdürmək istəyib

    Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla birgə görüşünü təşkil etmək istəyib.

    “Report” xəbər verir ki, bunu Josep Borrellin özünü bəyan edib.

    “Hər iki nazir (Azərbaycan və Ermənistan) mənimlə danışdıqları üçün üçtərəfli təmas qurmağa çalışdıq – Avropa İttifaqı, Ermənistan və Azərbaycan. Mümkün deyildi, buna görə hər iki nazirlə ayrıca görüşəcəyəm”,deyə o bildirib.

    Borrell Rusiyanın köməyi ilə Dağlıq Qarabağda əldə olunan atəşkəs razılaşmasının daha çox insan itkisinin qarşısını aldığını qeyd edərək, buna tam əməl edilməli olduğunu vurğulayıb:

    “Ancaq keçən həftə, təəssüf ki, atəşkəsin pozulması ilə bağlı xəbərlər eşitdik. Atəşkəsə tam riayət edilməsi vacib şərt olaraq qalır”.

  • Ağstafada karantin rejimini pozan kafe aşkarlanıb

    Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhər ərazisində “Əriklik” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Polis əməkdaşları dərhal kafenin fəaliyyətini dayandırıb.

    Obyektin sahibi Elçin Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, müştərilər barəsində qanunamüvafiq tədbir görülüb.

    Ağstafa rayon Məhkəməsinin qərarı ilə E. Əkbərov 5 sutka inzibati həbs edilib.

  • В Баку совершен наезд на пешехода

    В столице зафиксировано дорожно-транспортное происшествие.

    Как передает Report, инцидент зафиксирован в Ясамальском районе.

    Возле станции метро “Иншаатчылар” легковой автомобиль сбил переходившего дорогу Арифа Айдын оглы Мамедова, 1976 года рождения.

    Пострадавший был доставлен в больницу в карете скорой помощи. Врачи диагностировали у А.Мамедова телесные повреждения различной степени тяжести.

    По факту ведется расследование.