Month: December 2020

  • Azərbaycanın prinsipial zəfəri davam edir: Mübariz, Ramil, Dilqəm, Şahbaz, Amin… – ŞƏRH

    Noyabrın 10-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Rusiya Federasiyası Prezidenti Vladimir Putin, eləcə də, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın imzaladığı birgə Bəyanatın 8-ci bəndi hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur.

    Bu proses çərçivəsində münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan müharibə vaxtı əsir düşən hərbçiləri və girov saxlanılan mülki şəxsləri mübadilə etməli idi. 44 günlük müharibə vaxtı ölmüş hərbçilərin mübadiləsi prosesinə isə hələ daha öncədən başlanılmışdı.

    İstər cəsədlərin, istərsə də hərbi əsir və girovların mübadiləsində Beynəlxalq Qırmızı Xaç Komitəsi yaxından iştirak edir. Həmçinin, Rusiya Prezidenti Vladimir Putin də bu prosesin problemsiz həyata keçirilməsi üçün sülhməramlılar vasitəsilə dəstək verəcəyini açıqlayıb.

    Atəşkəs başa çatdıqdan sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin əsirliyində və girovluğunda olan vətəndaşların geri qaytarılması üçün lazımi prosedurları həyata keçirməyə başladı.

    Macarıstanın paytaxtı Budapeştdəki həbsxanadan Ramil Səfərovun 2012-ci ildə Azərbaycana ekstradisiyası və sonra əfv olunması, 2010-cu ildə Tərtər rayonu ərazisində böyük şücaət göstərərək, erməni hərbçilərini məhv etmiş gizir Mübariz İbrahimovun nəşinin Azərbaycana qaytarılması ölkə başçısı İlham Əliyevin gördüyü işlərin nəticəsidir.

    Məhz bu faktlar kimi 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun da Azərbaycana ekstradisiyası daim dövlətimizin diqqət mərkəzində olub.

    Girovların qaytarılması məsələsi gündəmə gələndən daim bu iki azərbaycanlı mülki şəxsin ölkəmizə qaytarılması müzakirə obyekti olub.

    Artıq məlum olduğu kimi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası dünən Şahbaz Quliyev və Dilqəm Əsgərovun ölkəmizə gətirildiyini açıqlayıb.

    Onlar Dağlıq Qarabağın ermənilərin əlində olan rayonlarında və Laçın dəhlizində müşahidə funksiyasını aparan Rusiya sülhməramlı missiyasının rəhbəri, general-leytenant Rüstəm Muradovla bir təyyarədə vətənə qaytarılıb.

    Həmçinin, cəmiyyətimizi narahat edən məqamlardan biri də hərbçi Amin Musayevin əsirlikdən qurtarılması ilə bağlı olub. Xatırlayırsınızsa, Amin Musayevin yaralı vəziyyətdə əsir düşdüyü, tibbi yardım maşınında ona işgəncə verilməsi ilə bağlı internet resurslarında görüntülər yayılmışdı. Bu səbəbdən 26 yaşlı Aminin Azərbaycana qaytarılması da prinsipial məsələyə çevrilmişdi.

    Ölkəmiz məhz prinsipiallıq göstərərək, onun da qaytarılmasını təmin etdi. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu gün açıqladığı 12 nəfərdən ibarət hərbi əsirlikdən azad olunmuş şəxslərin içərisində 10-cu sırada onun da adı vardı.

    Ümumiyyətlə, Azərbaycan Respublikası 10 noyabr birgə Bəyanatının müddəalarında üzərinə düşən vəzifələri dürüstlüklə icra etməkdə davam edir. Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. Bu razılığın nəticəsi olaraq Azərbaycan Ermənistan tərəfinə 44 hərbi əsir və mülki şəxs qaytarıb.

    Sonuncu fakt da Azərbaycan tərəfinin birgə Bəyanatın tələblərinə tam riayət edəcəyinə dair heç kimdə şübhə qalmamalı olduğunu göstərir. Azərbaycan hərbçilərimizə əsir və girov düşmüş bütün erməniləri qaytarmaqla bu inamı artıqlaması ilə doğrulda bilib. Həmçinin, Dilqəm Əsgərov və Şahbaz Quliyevin ölkəmizə qaytarılması Azərbaycanın prinsipial zəfərinin təzahürüdür.

  • Группа военнослужащих ВС Азербайджана награждена орденами и медалями

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении военнослужащих вооруженных сил Азербайджана, передает Азертадж.

    С полным списком награжденных можно ознакомиться по ссылке.

  • Ermənistan vətəndaşı Sədərək rayonu istiqamətində ölkəsinə təhvil verildi

    Bu ilin iyul ayında Ermənistan vətəndaşı, 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib. Hərbiçilərimiz tərəfindən saxlanılan Narek Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.

    “Report” xəbər verir ki, dekabrın 15-də əsir və girovların dəyişdirilməsi ilə bağlı əldə olunmuş qarşılıqlı razılaşmaya uyğun olaraq Narek Sardaryan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində hər iki tərəfdən olan heyətlərin iştirakı ilə Ermənistana təhvil verilib.

  • Rusiya Azərbaycandan pomidor idxalına icazə verib

    Rosselxoznadzor dekabrın 16-dan Azərbaycanın bir müəssisəsininin Rusiyaya pomidor daşınmasına icazə verib.

    APA-nın Moskva müxbiri xəbər verir ki, qurumdan bildirilib ki, təqdim olunan analiz məlumatlarının nəticələrinə görə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Rosselxoznadzor dekabrın 16-dan etibarən Azərbaycanın Xızı rayonu ərazisində yerləşən Aqroterm MMC-dən Rusiyaya pomidor gətirilməsini mümkün hesab edib.

    Qərar Rusiya ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında 9, 11 və 14 dekabr 2020-ci il tarixlərində aparılan danışıqların nəticələrindən sonra qəbul edilib.

    Qeyd olunub ki, hazırda Azərbaycandan daha iki istixana məhsulunun idxalına icazə məsələsi nəzərdən keçirilir.

  • Karantin qaydalarını pozan futbolçu komandadan qovuldu

    Belçikanın “Ostende” komandası oyunçusu Fabris Ondoa ilə müqaviləni pozub.

    “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, buna kamerunlu qapıçının koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi səbəb olub.

    Hadisə ötən həftə baş verib. 24 yaşlı qolkiperin evindən çox səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu üzə çıxıb.

    Hadisə yerinə gəlmiş polislər qonaqların hücumuna məruz qalıb.

  • Xudavəng monastrı talan edilib: Nazirlik bəyanat yaydı

    Mədəniyyət Nazirliyi Xudavəng monastır kompleksinin talan edilərək kompleksə məxsus olan xaçların, zənglərin və digər elementlərin Ermənistana daşınması və orada satışa çıxarılması ilə bağlı bəyanat yayıb.

    Nazirlikdən Qaynarinfo-ya daxil olan bəyanatda deyilir:

    “27 sentyabr – 10 noyabr tarixlərində davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərin nəticəsi olaraq Kəlbəcər rayonu da noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad edilib. İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksinin talan edilərək kompleksə məxsus olan xaçların, zənglərin və digər elementlərin Ermənistana daşındığı barədə məlumatlar yayılıb.

    Bu günlərdə Ermənistan mediasında yer alan xəbərlər bunu təsdiq edir. Bildirilir ki, dekabrın 16-da Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində “Dadivankdan Yerevana” adlı satış-sərgi keçiriləcək (https://bit.ly/3qXSesb). Sərgidə Dadivank (Xudavəng) monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar nümayiş olunacaq. Həmçinin Dağlıq Qarabağ ermənilərinə yardım məqsədilə kulinariya və şirniyyat məhsullarının satışı keçiriləcək.

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yayılan bu məlumatlarla bağlı bir daha diqqətə çatdırır ki, UNESCO-nun 1970-ci il Konvensiyası mədəniyyət sərvətlərinin qanunsuz olaraq gətirilməsinin, çıxarılmasının və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yönəldilmiş tədbirləri, eləcə də 1954-cü il Haaqada qəbul edilən “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”sı işğalçının üzərinə işğal edilmiş ərazilərdə mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində addımlar atma öhdəliyi qoyur. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində Haaqa Konvensiyasının İkinci Protokolunun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.

    Bildiririk ki, Mədəniyyət Nazirliyi tərəfindən bu məsələ ciddi nəzarətdə saxlanılır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılır və bu kimi mənimsəmə faktları ilə bağlı zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcək. Eyni zamanda, beynəlxalq təşkilatları, xüsusilə UNESCO-nu bu faktlara hüquqi qiymət verməyə və Ermənistanın Azərbaycan ərazisindəki tarixi-mədəni irsə qarşı törətdiyi müharibə cinayətlərini araşdırmağa çağırırıq.

    Məlumat üçün bildiririk ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Xudavəng monastır kompleksi qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının xristian memarlığının ən böyük və ən gözəl abidələrindən biridir.

    Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra Xudavəng monastır kompleksi erməni abidəsi kimi dünyaya təqdim edilməyə başlanıb”.

  • Президент Азербайджана наградил ряд военнослужащих медалями “За Родину”

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении военнослужащих вооруженных сил Азербайджана медалью “За Родину”, передает Азертадж.

    С полным списком награжденных можно ознакомиться по ссылке.

  • İcbari tibbi sığorta ilə bağlı qərar təsdiqləndi

    Nazirlər Kabineti “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nı təsdiq edib.

    Median.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-25.1-ci maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi qaydasını müəyyən edir.

    Bu Qaydada istifadə olunmuş anlayışlar Qanunda verilmiş mənaları ifadə edir.

    İcbari tibbi sığorta fondunun gəlir və xərcləri

    Qanunun 15-9-cu maddəsinə uyğun olaraq, icbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardan ibarətdir:

    – sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları;

    – subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər;

    – icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər;

    – müştərək maliyyələşmə məbləği;

    – qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş borc;

    – “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

    – Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar;

    – Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzərdə tutulan, habelə qanunla qadağan olunmayan digər mənbələr.

    Qanunun 15-21.4-cü maddəsinə uyğun olaraq ilin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir və bu vəsait fondun xərclərinin maliyyələşdirilməsində istifadə olunur.

    Qanunun 15-9.1.6-cı maddəsində nəzərdə tutulmuş müştərək maliyyələşmə məbləği istisna olmaqla, 15-9.1-ci maddədə göstərilmiş digər mənbələrdən icbari tibbi sığorta fonduna daxil olan vəsaitlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) bank hesabına toplanılır və Qanunun 15-21.1.1- 15-21.1.3-cü maddələrində göstərilən məqsədlər üçün istifadə edilir.

    İcbari tibbi sığorta vəsaitləri, o cümlədən həmin vəsaitlər üzrə gəlir və xərclərin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-1-ci maddəsinə uyğun olaraq Agentlik tərəfindən aparılır.

    İcbari tibbi sığorta vəsaitləri üzrə təqdim edilən hesabat

    Agentlik tərəfindən yanvar ayının 1-dən dekabr ayının 31-dək (31-i daxil olmaqla) dövrü əhatə edən İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə hesabat (əlavə olunur) auditor rəyi ilə birlikdə növbəti ilin 30 iyun tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

    Hər təqvim ili tamamlandıqdan sonra, növbəti ilin ilk ayının 31-dən gec olmayaraq, Qanunun 15-10.1.1-ci maddəsinə əsasən Agentliyin hesabına ödənilmiş vəsaitlər üzrə Agentliklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında, Qanunun 15-10.1.2- 15-10.1.7-ci maddələrində nəzərdə tutulmuş vəsaitlər üzrə isə Agentliklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında tutuşdurma Aktı tərtib edilir.

  • Uşaqlar Şaxta Baba ilə məsafə saxlamalıdır – ÜST-dən xəbərdarlıq

    Ümumdünya Səhiyyə Təşkilatı əmindir ki, Şaxta Babanın yaşına baxmayaraq COVID-19-a qarşı immuniteti var və bu il hər kəsə hədiyyə paylayacaq.

    Median.Az Yenisabah-a istinadən xəbər verir ki, bunu ÜST-nin texniki eksperti Mariya Van Kerkhoven bildirib.

    “Şaxta Baba risk qrupuna daxil olduğu üçün dünya uşaqlarının narahatlıqlarını bölüşürük. Ancaq onun bu virusa qarşı immunitetinin olduğunu deyə bilərəm. Onunla qısa bir söhbət etdik, hər şey qaydasındadır. Dünyanın bir çox dövlət başçıları, Şaxta Babanın gəlməsi üçün karantin məhdudiyyətlərini yumşaldıblar. Beləliklə, Şaxta Baba bütün hədiyyələri çatdıracaq”deyə, ÜST rəsmisi bildirib.

  • Ukraynada erməni nazirə qarşı cinayət işi qaldırıldı

    Ukraynanın Milli Antikorrupsiya Bürosu Daxili İşlər naziri Arsen Avakov və Milli Bankın keçmiş rəhbəri Valeriya Qontaryeva barəsində iş qaldırıb.

    Bu barədə “Ukrainskie Novosti” agentliyi məlumat yayıb.

    “Milli Antikorrupsiya Bürosu Milli Bankın keçmiş rəhbəri Valeriya Qontaryeva və Daxili İşlər naziri Arsen Avakovun mümkün sui-istifadə halları ilə bağlı cinayət işi açıb”, – deyə nəşr bildirib.

    Qeyd olunur ki, iş 62 milyon avro vəsaitin əldə olunması ilə əlaqədardır. Pullar Avstriyanın “Meinl Bank Aktiengeselchaf” açılmış “CityCommerce Bank” hesablarında saxlanılıb.

    Faktla bağlı istintaq “vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadəsi” maddəsilə iş qaldırıb.