Month: December 2020

  • Avropa Yeni ilə məhdudiyyətlərlə girir

    Almaniya. 16 dekabr – 10 yanvar müddətində tarixlərinin ən şiddətli qapanma olacaq; aptek və ərzaq dükanlarından başqa hər şey bağlanacaq. Məktəb dərsləri ləğv edilib. Beş nəfərdən çox adamın toplaşması qadağandır.

    Niderland. 15 dekabr – 19 yanvar tarixlərində qapanma tətbiq olunacaq. Yalnız ərzaq mağazaları işləyəcək. 16 dekabrdan etibarən məktəblər və universitetlər distant təhsilə keçəcək. Hotellər işləyəcək.

    Britaniya. Londonda 16 dekabrdan etibarən maksimum məhdudiyyətlər qüvvəyə minir.

    Yunanıstan. 7 yanvaradək qapanma tətbiq olunacaq. Ərzaq mağazaları xaricində bütün satış mərkəzləri bağlanacaq, bölgələr arasında nəqliyyat qadağandır, komendant saatı tətbiq olunacaq

    Avstriya. Dekabrın 7-dən qapanma dayandırıldı – mağazalar, gözəllik salonları və muzeylər açıldı, ibtidai siniflər əyani dərslərə qayıtdı. Yanvarın 7-də hotellər və restoranlar açılacaq.

    Fransa. Dekabrın 15-dən məhdudiyyətlərin qaldırılmasının ikinci mərhələsi başlayır – karantin komendant saatı ilə əvəz ediləcək, ölkəni gəzmək mümkün olacaq. Restoranlar yanvar ayının ortalarına qədər açılmayacaq.

    İtaliya. 24 dekabr – 27 dekabr, 31 dekabr – 3 yanvar və 5 – 6 yanvar tarixlərində tam bir qapanma gözlənilir. Qalan müddətlərdə komendant saatı qüvvədədir, orta məktəblərdə dərslər distant keçiləcək, teatrlara, filmlərə və fitness mərkəzlərinə qadağalar qüvvədədir.

  • Azərbaycanla Türkiyə arasında yeni təbii qaz kəməri qurulur – CANLI YAYIM

    Azərbaycanla Türkiyə arasında yeni bir təbii qaz kəməri qurulur.

    “Haber Global” məlumat verir ki, Naxçıvana təbii qaz tədarük edəcək layihə iki ölkənin enerji nazirləri arasında imzalanacaq.

    Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Fateh Dönməz və Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Naxçıvan Muxtar Respublikası ilə Təbii Qaz Təminatı üzrə Anlaşma Memorandumu imzalayacaq.

    İmzalanma mərasimindən əvvəl çıxış edən Şahbazov deyib:

    “İki ölkə enerji sahəsində nəhəng layihələrə imza atırlar.

    Azərbaycan Türkiyəyə 18 milyard dollarlıq sərmayə qoyub”.

  • Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

    Xidmətdən verilən məlumata görə, dekabrın 16-sı gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

    Qeyri-sabit hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

  • Российские миротворцы не пропустили Эйнуллу Фатуллаева в монастырь Худавенг

    Российские миротворцы не пропустили главного редактора информационно-аналитического портала Haqqin.az Эйнуллу Фатуллаева к монастырю Худавенг (Дадиванк) в Кельбаджарском районе. Журналист намеревался посетить монастырь в рамках своей командировки на освобожденные территории.

    Дежурившие у монастыря российские миротворцы заявили, что не могут никого пропустить без соответствующего разрешения командования миротворческих сил. Несколько дней назад в Худавенг также не смогла попасть группа иностранных журналистов.

    «Я попытался поговорить с армянскими священнослужителями в монастыре. Я представился журналистом и попросил их дать интервью. Однако они заявили, что не вступают в общение с журналистами», – сказал Эйнулла Фатуллаев.

    Монастырь Худавенг является одним из самых известных и хорошо сохранившихся албанских храмов. Он расположен на территории села Венг, на левом берегу реки Тертер в Кельбаджарском районе. Нынешний монастырский комплекс был построен в IX-XIII веках. За десятилетия оккупации Кельбаджарского района, армяне пытались сфальсифицировать данные о монастыре и присвоить религиозный памятник албанской культуры.

  • Sərt karantin rejimi onlayn satışda çətinlik yaratdı – SAHİBKARLARDAN ETİRAZ

    Bu gündən yenidən ölkəmizdə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinə başlanıb.

    Sərtləşdirilmiş xüsusi karantin rejimi müddəti dövründə bir çox sahələrin fəaliyyətinə icazə verilməyəcək. Eyni zamanda, vətəndaşların hərəkətinə SMS ilə və ya “icaze.e-gov.az”dan alınmış icazə əsasında icazə veriləcək.

    Nazirlər Kabinetinin qərarına görə, Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla), ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri tərəfindən yalnız çatdırılma xidməti (onlayn satış) göstərilə bilər.

    Ticarət və ictimai iaşə sahəsindəki sahibkarlar çətinlik ilə qarşılaşıblar. Belə ki, ticarət və ictimai iaşə müəssisələrinin işçiləri onlayn satışı həyata keçirmək üçün obyektə və ya anbara getməlidirlər. Lakin bunun üçün sahibkarlara və işçilərinə icazə verilmir. Marja ilə əlaqə saxlayan sahibkarlar qaydalardan narazıdırlar.

    Sahibkarlar özləri və işçiləri üçün gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalından icazə ala bilmirlər. Məlumatları daxil edən sahibkarlara aşağıdakı cavab göndərilir:

    “Sizin fəaliyyət istiqamətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 dekabr tarixli 488 nömrəli Qərarında nəzərdə tutulan fəaliyyət istiqamətinə aid olmadığından, icaze.e-gov.az saytından icazə almağınız mümkün deyil”.

    Qısası, fəaliyyət istiqaməti üzrə yerində xidmətə icazə verilməməsi onlayn satışa da imkan vermir. Çünki, iş adamları mağazalarda olan əşyaları evlərinə daşıyaraq onlayn satış həyata keçirməli deyillər, bunun üçün bir neçə işçi obyektdə olmalı, həmçinin məhsulları evlərə çatdıran işçilər işə çıxmalıdırlar.

    Verilən məlumata görə, onlayn satış üçün işə çıxan işçilər “icaze.e-gov.az” portalından icazələri olmdığına görə cərimələnir.

    Digər bir məlumata görə, sahibkarlara Dövlət Vergi Xidmətinə yaxınlaşaraq təsnifat kodunu dəyişməyi tövsiyə olunur. Bir çox sahibkarlar gələcəkdə problemlər yaranacağını nəzərə alaraq bu təklifdən imtina edirlər. (Marja)

  • Виктор Гасымов о выборе вакцины от коронавируса

    Коронавирус продолжает стремительно распространяться. Уже сегодня на повестке дня стоит вопрос вакцинации от этой болезни. Азербайджан присоединился к COVAX – коллективному механизму работы над вакциной от коронавируса.

    Об этом 15 декабря заявил заместитель министра здравоохранения АР Виктор Гасымов на брифинге оперштаба при Кабмине.

    По его словам, братская Турция, с которой мы активно сотрудничаем, уже подписала соглашение о закупке 50 млн доз вакцины от коронавируса.

    “При выборе препарата необходимо обращать внимание не только на его эффективность, но и безопасность. Вы спросите, можно ли использовать вакцины, которые проходят третью фазу клинических испытаний. Конечно же, нет. Это станет возможно лишь после того, как будут достигнуты положительные результаты”, – сказал В.Гасымов.

    По его словам, согласно закону о лекарственных средствах во время эпидемий, стихийных бедствий и других чрезвычайных ситуаций, может быть дано разрешение на импорт вакцины, но только в том случае, если страна-производитель предоставит все необходимые документы, а аналитический центр Минздрава их одобрит.

    “Как правило, температура хранения вакцины составляет 2-8 или минус 20 градусов.

    Учитывая, что мы планируем приобрести вакцины BioNTech и Pfizer, начата работа по созданию соответствующих условий для их хранения.

    Хочу сказать, что препараты, которые мы доставим в страну, будут на 100% безопасными”, – сказал В.Гасымов.

  • Azərbaycan hansı ölkədən vaksin alacaq? – RƏSMİ AÇIQLAMA

    “COVID-19 vaksinlərinin alınması üçün transmilli platformalara qoşulma və ikitərəfli müzakirələr aparılır”.

    Bunu mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

    O qeyd edib ki, ölkəmiz vaksin alınması üçün Türkiyə ilə danışıqlar aparır:

    “Türkiyədən 50 milyon doza vaksin alınması üçün müqavilə imzalanıb. Vaksinin təcili istifadə halları Azərbaycan Respublikasının Dərman Vasitələrinin İstifadəsi haqqında qanuna əsasən aparılır”.

    “Vaksinlərin saxlanılma şəraitini nəzərə alaraq, “soyuq zəncir” sistemini təkmilləşdirmək lazımdır”, – deyə o qeyd edib.

  • Kimlər koronavirusu ağır formada keçirir? – TƏBİB sədrindən AÇIQLAMA

    “Azərbaycan həkimləri, tibb işçiləri bu xəstəliklə ön xətdə mübarizə aparmağa davam edirlər. Pandemiyaya qarşı əsas mübarizə vaksinin olmasıdır”.

    Bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Onun sözlərinə görə, bu il SARS CoV-2-nin yeni növü ilə rastlaşmışıq:

    “Əhalinin sayı dünyada artdıqca, infeksiyaların xəstəlik törətmə qabiliyyəti də artır. COVID-19 əvvəl heyvanlarda xəstəlik törədirdisə, indi insanlarda xəstəlik yaradır. Hər bir xəstəliyin radikal yayılmasının qarşısının alınması vaksinasiya sayəsində mümkündür”.

    O bildirib ki, qripə qarşı vaksin koronavirusa qarşı effektli ola bilməz:

    “Vaksinlərin icadından sonra daha güvənli dünyada yaşayırıq. Onlarla xəstəlik ləğv edilib və ya ləğv edilmək üzrədir, milyonlarla insanın həyatı xilas olub.

    Koronavirus ən çox ağciyər hüceyrələrinə bağlanır. Koronavirusda 10 faiz ağırlaşma genetik faktorlar nəticəsində olur”.

  • Ramin Bayramlıdan koronavirusa görə sərt karantin tədbirləri ilə bağlı AÇIQLAMA

    “Koronavirus pandemiyasının qarşısı birinci növbədə dərman vasitələri ilə alına bilər”.

    Bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Onun sözlərinə görə, bu, hazırda mümkün deyil və dərmanın tapılması uzun illər ala bilər:

    “Digər yol sərt karantin tədbirləridir. Bu isə böyük xərclər tələb edir. Ona görə hazırda real olan yol vaksinasiyadır. Vaksinlərin əhəmiyyətini bu günlərdə xəstələnmə hallarının sürətlə artması göstərir.

    Reanimasiya şəraitində bir xəstənin həyatını xilas etmək üçün 5-10 mütəxəssis çalışmalı olur”.

  • Azərbaycanda koronavirus vaksinasiyası ilə bağlı AÇIQLAMA – VİDEO

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, Səhiyyə nazirinin müavini Viktor Qasımov və Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev iştirak edirlər.

    Brifinqdə ölkədə koronavirusla və vaksinlərlə bağlı son vəziyyət müzakirə edilir.