Month: December 2020

  • Nazir müavini ermənilərin dağıtdığı tarixi binanın görüntülərini yaydı – VİDEO

    Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Cəbrayılın Süleymanlı kəndindən video paylaşıb.

    O, “Twitter” hesabından paylaşdığı görüntülərdə qeyd edib:

    “Cəbrayıl rayonunun Süleymanlı kəndində 1893-cü ildə inşa edilmiş, Ermənistan işğalı nəticəsində dağıdılan bina…

    Mütəxəssislərimiz girişin üstündəki yazıları müəyyənləşdirməyə çalışır. Qarabağın azad edilmiş ərazilərində mədəni mülklərin monitorinqi davam edir”.

  • Uzun işğal illərindən sonra Kəlbəcərin Seyidlər kəndi – VİDEOREPORTAJ

    Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Seyidlər kəndindən videoreportaj hazırlayıb.

    Həmin videoreportajı təqdim edirik:

  • AzTV şəhid yaxınlarına və qazilərə müraciət etdi – FOTO

    Azərbaycan Televiziyası Vətən Müharibəsinin şəhidlərinin, qazilərin ailələrinə və onların yaxınlarına müraciət edib.

    AzTV-dən verilən məlumata görə, telekanal Vətən Müharibəsi qəhrəmanlarından heç birinin diqqətdənkənar qalmamasına çalışır. Bunun üçün isə onların ailə və yaxınlarının köməyinə ehtiyac var:

    “AzTV müharibə şəhidlərinin olduğu ilk günlərdən onlarla bağlı materiallar dərc edir, qəhrəmanların və ailələrinin cəmiyyətdə tanıdılması istiqamətində fəaliyyət göstərir. Həmçinin, qazilərimizi də diqqətsiz qoymamışıq. Onların yatdığı xəstəxanalardan dəfələrlə reportajlar vermiş, özləri və ailələri ilə bağlı süjetlər yayımlamışıq.

    AzTV hər bir şəhid və qazimizlə bağlı süjet hazırlamağı başlıca vəzifə hesab edir. İstər “AzTV Xəbər”də, istərsə də ictimai-siyasi, sosial, hərbi verilişlərdə onlarla bağlı bir neçə reportaj yayımlanır.

    Əziz şəhid ailələri! Qəhrəman övladınızı bütün Azərbaycan xalqının tanımasını istəyirsinizsə, bizə müraciət edin. Komandamız ailənizdən, həmçinin şəhidimizin həyatından bəhs edən süjetlər hazırlasın, Vətən Müharibəsi qəhrəmanlarını hamıya birlikdə tanıdaq.

    44 günlük müharibənin qaziləri, sizi də unutmamışıq! Özünüz, müharibədə göstərdiyiniz qəhrəmanlıq, şücaətdən hər kəsin xəbərdar olmağını istəyirsinizsə, siz də AzTV-yə müraciət edin.

    Müraciət üçün təqdim etdiyimiz nömrəyə mesaj yazmağınızı xahiş edirik: (+994) 50 408-83-90. Mesajda şəhidin və ya qazinin adı, soyadı, çəkiliş olunacaq ünvanı və əlaqə nömrəsini qeyd etməyiniz xahiş olunur”.

  • Şuşanın azadlığı uğrunda şəhid olan baş çavuş

    Daxili İşlər Nazirliyinin baş çavuşu Abbasov Elvin Şamil oğlu 7 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

    Bu barədə nazirlik məlumat yayıb.

    Bildirilib ki, şəhid baş çavuş evli idi, iki övladı var.

  • Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında – VİDEO

    Rusiya mətbuatında Azərbaycan əsgərlərinin Sumqayıt sakinlərinə hədiyyə etdikləri ifa yayılıb.

    “Vestnik Kavkaza” saytında sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin sürətlə yayılan ifası istifadəçilər tərəfindən heyranlıqla qarşılanıb.

    Videonu paylaşan “Vestnik Kavkaza” yazıb ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbçiləri, bu mahnını gitara müşayiəti ilə Sumqayıtda yaşayan hər kəs üçün oxuyublar.

    Videonun altında 400-dən çox şərh yazılıb və ifa 12 min bəyənmə toplayıb. İstifadəçilər ifaçılara sağ-salamat evlərinə dönmələrini arzulayıblar.

  • В Баку будут установлены новые дорожные знаки – ОФИЦИАЛЬНО + ФОТО

    На проезжей части улицы Микаила Усейнова в Баку была нанесена разметка для проезда маршрутных автобусов, в связи с чем в ближайшие дни будут установлены соответствующие дорожные знаки.

    Об этом говорится в сообщении Бакинского транспортного агентства (БТА).

    Агентство призвало водителей соблюдать требования выделенной полосы для общественного транспорта.

    “Это необходимо как для комфортного движения автобусов, так и для того, чтобы избежать административной ответственности и штрафных санкций за нарушение ПДД.

    По данной полосе могут передвигаться только автобусы маршрутных линий и транспортные средства оперативного назначения “, – говорится в заявлении БТА.

  • Bakıda yeni yol nişanları qoyulacaq – RƏSMİ + FOTO

    Yaxın günlərdə paytaxtın Mikayıl Useynov küçəsində avtobus zolağının tələblərinə uyğun olaraq müvafiq yol nişanları qoyulacaq.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

    “Sürücülərdən hərəkətdə olarkən avtobus zolağının tələblərinə əməl etmələri xahiş olunur. Bu, həm avtobusda hərəkət edənlərin rahatlığı, həm də lüzumsuz yerə cərimə olunmamağınız üçün faydalıdır. Zolağın tələblərinin pozulması inzibati məsuliyyət yaradır və bu qaydaları pozan şəxslər barədə cərimə sanksiyası tətbiq edilir.

    Xüsusi hərəkət zolağı boyunca yalnız həmin küçədən keçən müntəzəm xətt avtobusları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər”, – deyə qurum bəyan edib.

  • Репортаж из еще одного освобожденного от оккупации села Джебраильского района – ВИДЕО

    Министерство обороны Азербайджана подготовило видеорепортаж из села Сарыджаллы Джебраильского района.

  • İşğaldan azad edilən Cəbrayılın daha bir kəndinin görüntüləri – VİDEO

    Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Sarıcallı kəndindən videoreportaj hazırlayıb.

    Həmin reportajı təqdim edirik:

  • В Баку на мужчину совершено разбойное нападение

    Полиция Бинагадинского района Баку разыскивает подозреваемых в разбое.

    Как сообщили Oxu.Az в РУП, на улице Мир Джалала трое злоумышленников избили 32-летнего Шахрияра Асланова и отняли у него 3 500 манатов.

    Установлены личности нападавших: это проживающие поблизости в качестве квартирантов некие Эльтон, Эльнур и Шахин. В настоящее время сотрудники 7-го отделения полиции осуществляют розыск подозреваемых.

    Отметим, что за минувшие сутки в столице зарегистрированы два разбойных нападения.