Month: December 2020

  • Bakı sakinini döyüb pulunu aldılar

    Bakının Binəqədi rayonunda polis quldurluqda şübhəli bilinən şəxsləri axtarır.

    Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Mir Cəlal küçəsində üç nəfər 32 yaşlı Şəhriyar Aslanovu döyərək onun 3 min 500 manat pulunu alıblar.

    Cinayətkarların şəxsiyyətləri müəyyənləşdirilib. Onlar yaxınlıqda kirayədə yaşayan Elton, Elnur və Şahin adlı şəxslərdir. Hazırda 7-ci Polis Bölməsinin əməkdaşları həmin şəxsləri axtarır.

    Qeyd edək ki, son bir gündə paytaxtda iki quldurluq hadisəsi qeydə alınıb.

  • Zəfər Gününün qeyri-iş günü olması parlamentin müzakirəsində

    Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

    “Report” xəbər verir ki, dəyişiklik layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

    O bildirib ki, məcəlləyə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.

    Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr – Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

    Digər bir dəyişikliklə isə məcəlləyə yeni – 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü – “Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir”.

    Müzakirələrdən sonra məcəlləyə dəyişiklik layihəsi II oxunuşda qəbul edilib.

  • Освобожден от должности начальник управления Минэкологии

    В Министерстве экологии и природных ресурсов произведены кадровые перестановки.

    Освобожден от занимаемой должности начальник регионального управления №4 Мубариз Велиев.

    Об этом Oxu.Az сообщила пресс-секретарь ведомства Ирада Ибрагимова. Она отметила, что он получил другое назначение.

    “В настоящее время его обязанности временно исполняет замначальника Госслужбы экологической безопасности Рамал Багиров”, – сказала пресс-секретарь.

  • İdarə rəisi vəzifəsindən azad olundu

    Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

    4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Mübariz Vəliyev vəzifəsindən azad olunub.

    Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Mübariz Vəliyev digər vəzifəyə təyin olunması ilə əlaqədar əvvəlki vəzifəsindən azad edilib:

    “Hazırda idarənin rəisi vəzifəsi müvəqqəti olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırova həvalə olunub”.

  • Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edildi – RƏSMİ

    “Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru və digər vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, “Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən Tahirov Fövzi Tahir oğlunun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Fövzi Tahirovun qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən xəstəxananın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla 2020-ci ilin əvvəllərindən 30 noyabr 2020-ci il tarixədək olan müddət ərzində əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə həmin xəstələrin sənədlərinin aidiyyəti qurumlara göndərilməsi müqabilində ayrı-ayrı şəxslərdən sözügedən müəssisədə Ailə-Sağlamlıq şöbəsinin müdiri vəzifəsində işləyən Bəşirova Məhbubə Mübariz qızı vasitəsilə xəstəxananın inzibati binasındakı xidməti otağında ümumilikdə 10 min manat, xəstəxananın baş mühasibi Abbasov Nizami Əşrəf oğlu vasitəsilə ümumilikdə 5 min 300 manat, habelə qeydiyyatçı vəzifəsində işləyən Ağayeva Fatma Cahid qızı vasitəsilə ümumilikdə xeyli məbləğdə pul vəsaitini rüşvət qismində alaraq, həmin pulu qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilənlərlə əlaqədar, Baş İdarənin əməkdaşları tərəfindən Fövzi Tahirovun xidməti otağına və avtomobilinə baxış keçirilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən sosial kartlar, pul vəsaitləri və müxtəlif əlyazma qeydlər aparılmış bloknotlar aşkar edilərək sübut qismində götürülüb.

    Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqavilələrinin bağlanılması və ya müddətinin uzadılması müqabilində ayrı-ayrı şəxslərdən rüşvət alması, xəstəxanaya ayrılmış dərman vasitələrini mənimsəməsi hallarına dair əsaslı şübhələrin araşdırılması, habelə cinayətin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

  • Bakıda 82 yaşlı COVID-19 xəstəsi intihar etdi

    Son bir gündə Bakıda iki intihar hadisəsi qeydə alınıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində 82 yaşlı Məmməd Məmmədov intihar edib. Kişi özünü evinin çardağından asıb. Onun cəsədi 14 dekabr saat 08:10 radələrində aşkarlanıb.

    Məlum olub ki, həmin şəxs koronavirus infeksiyasına yoluxubmuş. Rayon prokurorluğu intiharın səbəblərini araşdırır.

    İkinci intihar hadisəsi Qaradağ rayonunda qeydə alınıb. 1980-ci il təvəllüdlü Ucar rayon sakini Xəyalə Məmmədova qohumunun evində intihar edib. Qadın özünü zirzəmidə yaylığından asıb. İlkin məlumatlara görə, o, ruhi xəstəlikdən əziyyət çəkib.

    Faktla bağlı istintaq Rayon Prokurorluğu tərəfindən aparılır.

  • DSX-nin polkovniki vəfat etdi

    Dövlət Sərhəd Xidmətinin polkovniki Şaiq Abdullayev vəfat edib.

    Publika.az xəbər verir ki, o, ötən gün doğulduğu Qazax rayonunda dəfn edilib. Şaiq Abdullayevlə eyni gündə qardaşı, uzun müddət Qazaxda müxtəlif vəzifələrdə çalışmış Hüseyn Abdullayev də dünyasını dəyişib.

    Qohumları onların ikisinin də koronavirusun səbəb olduğu ağırlaşmadan vəfat etdiyini bildirib.

  • Новые кадры разминирования в Нагорном Карабахе – ВИДЕО

    Telegram-канал РИА Новости опубликовал новые видеокадры обезвреживания российскими миротворцами взрывоопасных предметов в Нагорном Карабахе.

  • Dağlıq Qarabağın minalardan təmizlənməsinin yeni görüntüləri – VİDEO

    Rusiyalı sülhməramlıların Dağlıq Qarabağda partlayıcılar olan obyektləri zərərsizləşdirmələri ilə bağlı növbəti video yayımlanıb.

    “RİA Novosti”nin “Telegram” kanalında yayımlanan həmin görüntüləri təqdim edirik:

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке снизилась на 1,04%, или 0,53 доллара за баррель – до 50,88 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008 года (149,66 доллара за баррель).