Month: December 2020

  • Bakıda “Hyundai” yandı: Xəsarət alan var

    Bakı şəhərinin Sabunçu rayonunda “Hyundai” markalı minik avtomobilinin salon hissəsi yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Yanğın zamanı bir nəfər xəsarət alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Репортаж из освобожденных от оккупации сел Шахвеледли и Имамбаги Джебраильского района – ВИДЕО

    Министерство обороны Азербайджана подготовило видеорепортаж из освобожденных от оккупации сел Шахвеледли и Имамбаги Джебраильского района.

  • Cəbrayılın işğaldan azad edilən daha iki kəndindən reportaj – VİDEO

    Azərbaycanın Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Şahvələdli və İmambağı kəndlərindən videoreportaj yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • 44 günlük Vətən müharibəsinin xüsusi təyinatlı şəhid kəşfiyyatçısı – VİDEO

    Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kəşfiyyatçısı və snayperi Zaur Saleh oğlu Kərimovdur.

    “Report” xəbər verir ki, Z.Kərimov Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sərhəd Qoşunlarında xidmət keçən Zaurun hərbçi olmasına valideynləri razı olmayıb. Ancaq hərbə marağı onu yenidən ordu sıralarına geri qaytarıb.

    Bərdə şəhərində hərbi kurs keçdikdən sonra müddətdən artıq hərbi qulluqçu (MAHHXHQ) kimi hərbi xidmətə başlayıb. Hərbi xidmətdə xüsusi fədakarlıq və şücaət göstərdiyinə görə komandirləri onu XTQ-də xidmət etməyi məsləhət görürlər. Beləcə Zaur kursu uğurla bitirərək XTQ-də xidmətə başlayır.

    Sentyabrın 27-də Vətən müharibəsi başlayanda ağır döyüş tapşırıqlarını yerinə yetirmək üçün Zaur da snayper, kəşfiyyatçı kimi ön cəbhəyə yollanır, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətində düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edir. Sonuncu dəfə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalır.

    Onun nəşi oktyabrın 28-də Kürdəmir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılır.

  • Ötən ay Azərbaycanda anadan olan uşaqların sayı açıqlandı

    Noyabr ayı ərzində qeydə alınan doğumların sayı açıqlanıb.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycanda ötən ay ərzində 9 920 doğum qeydə alınıb.

    Dünyaya gələn körpələrdən 133-ü əkiz, yeddisi isə üçəm olub.

    Eyni zamanda, noyabr ayı ərzində qeydə alınan ölümlərin sayı isə 8 385 olub.

  • MM sədrindən ümummilli liderlə bağlı paylaşım – FOTO

    Milli Məclisin sədri Sahibə Qafarova ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.

    Onun“Twitter” hesabından etdiyi paylaşımda deyilir:

    “Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 17-ci il dönümüdür. Ulu öndəri böyük hörmət və həsrətlə yad edirik. Onun əsasını qoyduğu güclü Azərbaycan, Prezident İlham Əliyevin liderliyi altında günbəgün daha da güclənir, qüdrətli ölkə olur”.

  • Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğu bağlanır

    Rusiya Federasiyasının Nyu-Yorkdakı Baş Konsulluğu ABŞ-da COVID-19-un yayılması səbəbindən yaranan əlverişsiz epidemioloji vəziyyətə görə 2020-ci ilin sonuna qədər fəaliyyətini dayandıracağını açıqlayıb.

    Bu barədə qurumun “Twitter” səhifəsində yazılıb.

    “Epidemioloji vəziyyətin kəskinləşməsi səbəbindən Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğu bu ilin sonunadək karantin üçün müvəqqəti olaraq bağlanacaq. Əvvəllər müəyyən olunmuş vaxtda görüş təyin edən ziyarətçilər iş bərpa edildikdən sonra prioritetə uyğun qaydada qəbul ediləcəklər”, – deyə məlumatda qeyd edilir.


    Qeyd edək ki, ABŞ-da 16 295 714 nəfərdə koronavirus aşkar edilib. Ölkə həm yoluxma həm də ölüm (302 762 nəfər) sayına görə dünya dövlətləri arasında birinci yerdədir.

  • “Haber Global” ümummilli liderin anım günü ilə bağlı video hazırladı: “Vəsiyyəti yerinə yetirilən ata” – VİDEO

    Azərbaycanın sevdalısı olan Heydər Əliyev vəsiyyəti yerinə yetirilən bir atadır… 12 dekabr, bu gün onun vəfatının ildönümüdür. Qarabağın işğaldan xilas olmasını istəyən Heydər Əliyevin ölümündən 17 il sonra vəsiyyəti yerinə yetirildi. İllər əvvəl qurduğu ordu gücləndi və bu müqəddəs vəzifəni yerinə yetirdi.

    Bu barədə “Haber Global”ın hazırladığı video materialda qeyd edilir.

    Bildirilir ki, 1993-cü ildə Heydər Əliyev ölkəsinin başına keçəndə Azərbaycanda vəziyyət ağır idi, Birinci Qarabağ müharibəsi davam edirdi, torpaqlar hissə-hissə işğal olunurdu. Bu vəziyyəti dəyişdirmək asan deyildi, Azərbaycan iqtisadi böhranla mübarizə aparırdı, ölkədə daxili qarışıqlıq yaranmışdı və ən əsası yeni müstəqil olan Azərbaycanın Ermənistanın hücumlarına müqavimət göstərmək üçün nizami ordusu yox idi.

    Təcrübəli siyasətçi Heydər Əliyev əvvəlcə ölkədəki xaosa son qoydu, sonra müharibəni dayandırdı və iqtisadiyyatı gücləndirməyə başladı.

    Dünyanın nəhəng neft şirkətləri ilə imzalanan əsrin müqaviləsi onun böyük mübarizəsinin qələbəsi idi. O, xarici investorların çökmüş bir ölkəyə investisiya qoymalarına imkan verdi. Heydər Əliyev neft gəlirlərinin çox hissəsini orduya yönəltdi. Azərbaycan artıq nizami bir orduya sahib idi və günbəgün daha da güclənirdi. Qarabağı xilas etmək məsələsi əslində o vaxt başlamışdı. Heydər Əliyev tez-tez problemləri birbaşa yerindəcə həll edərək cəbhəyə gedirdi.

    Heydər Əliyev 80 yaşında, 12 dekabr 2003-cü ildə ABŞ-da Klivlend Klinikasında vəfat etdi. Gələcəyə ümidlə baxan, sürətlə inkişaf edən iqtisadiyyata sahib olan dövlət və doğru strategiya miras qoydu… Bu strategiyanı davam etdirmək üçün öyrətdiyi gənc bir siyasətçi…

    Əliyev oğluna vəsiyyət etmişdi ki, Qarabağı, xüsusən Şuşanı işğaldan qurtarsın. Şuşada qələbə qazandığı gün İlham Əliyev əvvəlcə müjdəni atası ilə bölüşdü, sonra ictimaiyyətə açıqladı.

    İlham Əliyev qələbəni bu sözlərlə elan etdi: “Mən xoşbəxt bir insanam, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdim”.

    O gün Azərbaycan xalqı sevincdən göz yaşlarına boğuldu və ilk dəfə Heydər Əliyevin Şuşa ilə bağlı vəsiyyətini öyrəndilər. Bu vəsiyyət onun ölümündən 17 il sonra yerinə yetirildi. Bir atanın başlatdığı tarixi oğlu döyüşdə zəfərlə taclandırdı.

  • Председатель Дома Азербайджана: Подход официального Парижа к фактору оккупации нелогичен и непонятен

    На французском новостном портале www.atlantico.fr опубликована статья “Роль Франции. Нагорно-карабахский конфликт или крах французского гуманизма”.

    В материале председателя функционирующего во Франции Дома Азербайджана, генерального секретаря Ассоциации друзей АР Мирвари Фаталиевой говорится о том, что подход официального Парижа к фактору оккупации, признанному международным сообществом, является нелогичным и непонятным.

    В статье напоминается, что в 1990-х годах около миллиона азербайджанцев подверглись варварской этнической чистке со стороны армян и были изгнаны с родных земель, а во время Ходжалинского геноцида были с особой жестокостью убиты 613 мирных азербайджанцев.

    Автор также отметила, что приняты международные документы, требующие возвращения оккупированных территорий Азербайджана, что военные преступления, совершенные Арменией против мирного населения нашей страны в ходе 44-дневной войны, подтверждены в том числе такими НПО, как Amnesty International и Human Rights Watch.
    Кроме того, она подчеркнула, что армянская община Франции развернула кампанию травли нейтральных и принципиальных журналистов, угрожая им расправой.

    И автор задается вопросом: “Как это будет истолковано изменчивой логикой французского гуманизма? …как можно назвать осквернение и разрушение армянами, покидавшими оккупированные территории, кладбищ, мечетей, вырубку и поджоги лесов, уничтожение культурного наследия и природы? Чем объяснить эту логику, ведущую к уничтожению французского гуманизма?”.

     М.Фаталиева напомнила, что Франция тоже поддержала четыре резолюции Совет Безопасности ООН о безотлагательном и безусловном освобождении оккупированных Арменией территорий Азербайджана, отметив, что официальный Париж должен соблюдать свои обязательства.

    Приводя заявление министра иностранных дел Франции Жана-Ива Ле Дриана, не согласного с позицией Национальной ассамблеи и Сената и отметившего, что “это означает отказаться от нашей роли посредника”, автор подчеркивает: “Будем надеяться, что слова главы МИД свидетельствуют о том, что французский гуманизм еще жив”.
    Более подробно со статьей можно ознакомиться по линку

  • Azərbaycan evinin sədri: “Rəsmi Parisin işğal amilinə yanaşma tərzi məntiqsiz və anlaşılmazdır”

    Fransanın www.atlantico.fr xəbər portalında “Fransanın rolu. Dağlıq Qarabağ münaqişəsi və ya Fransa humanizminin iflası” başlıqlı məqalə dərc olunub.

    Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Fransada fəaliyyət göstərən Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın qələmə aldığı məqalədə rəsmi Parisin beynəlxalq birlik tərəfindən təsbit olunmuş işğal amilinə yanaşma tərzinin məntiqsiz və anlaşılmaz olduğuna diqqət cəlb edilib.  

    Məqalədə 1990-cı illərdə bir milyona yaxın azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə həyata keçirilmiş etnik təmizləməyə məruz qaldığı, doğma torpaqlarından qovulduğu, Xocalı soyqırımı zamanı 613 dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyi yada salınıb. 

    Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: 
    https://www.atlantico.fr/decryptage/3594536/le-conflit-du-haut-karabakh-ou-la-faillite-de-l-humanisme-francais-france-armenie-azerbaidjan-conflit-defense-guerre-neutralite-mirvari-fataliyeva-