Month: December 2020

  • Uşaqlarda koronavirusun yeni əlamətləri görünüb

    Nyu-York Universitetinin “Grossman” Tibb Fakültəsinin mütəxəssisləri COVID-19-a yoluxan uşaqların qarşılaşa biləcəyi bir sıra qeyri-adi simptomlar aşkar ediblər.

    Bu barədə “Express” xəbər yayıb.

    Elm adamlarının sözlərinə görə, uşaqlar tez-tez koronavirusu yüngül, ya da asemptomatik formada keçirirlər. Buna baxmayaraq, bəzən infeksiya çox sistemli iltihab sindromu (MIS-C) ilə birlikdə ürək, ağciyər, qan damarları, böyrəklər, həzm sistemi, beyin, dəri, yaxud gözlər kimi bəzi orqan və toxumaların iltihabına səbəb olur.

    Alimlər COVID-19-a yoluxan uşaqların simptomlarını və bunun səbəb olduğu iltihab sindromunu analiz edərkən, araşdırma iştirakçılarının 83 faizində “mukokutanöz dəyişikliklər” – şişmiş və qızarmış gözlər, qızarmış yanaqlar, ovuclar, şişmiş, qabarıq və parlaq qırmızı görünən “çiyələk dili” əlamətlərini görüblər.

  • Fransa humanitar Ermənistana göndərib

    Fransa humanitar yardım dolu daha bir təyyarəni Ermənistana göndərib.

    Axar.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.

    Onun sözlərinə görə, İrəvana çatdırılacaq yardımlar Aznavur Fondu tərəfindən yığılıb.

    Qeyd edək ki, noyabrın 22-si və 27-də Fransadan Ermənistana 2 dəfə humanitar yardım göndərilmişdi.

  • “Onunla döyüşdə üz-üzə gəlmək intihardır” – Hikmət Mirzəyev haqda şok faktlar

    “Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Hikmət Mirzəyev Zəfər paradında da yenə ən öndəydi”.

    Median.Az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

    O, general Mirzəyev haqda bir sıra maraqlı məlumatları açıqlayıb:

    “Ona polkovnik rütbəsini ümummilli lider Heydər Əliyev şəxsən özü təqdim edib. 2002-ci ildə isə Heydər Əliyevin sərəncamı ilə general-mayor rütbəsini alıb. Bu il oktyabrın 17-də isə Ali Baş Komandan ona general-leytenant rütbəsi verib. Hikmət Mirzəyevin hər bir rütbəsində dövlətə dərin xidmət var, o, kabinetlərdə oturaraq rütbə almayıb.
    O, 2016 və 2020-ci illərdə Qarabağda aparılan hərbi əməliyyatların əsas rəhbərlərindəndir. Cəbrayıl rayounun işğaldan azad edilməsi əməliyyatının başçısıdır. Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbəridir. Onun yetişdirdiyi xüsusi təyinatlı qüvvələr digər qoşun növlərindən tamamilə fərqlənirlər. Xüsusi təyinatlı zabitlərimiz Ordumuzun görən gözü, vuran qolu, ddüşünən beyni hesab olunur.

    Yaralı XTQ zabitlərimizin müalicəsi zamanı iynədən istifadə mmümkünsüz olurdu. Çünki dəmir kimi bədən, qol əzələləri iynəni qırırdı, iynə əzələyə daxil ola bilmirdi. Nə qədər qəribə görünsə də də, xeyli belə faktlar var və biz onları görmüşük, bu barədə ətraflı izahata ehtiyac da yoxdur”.

    Elçin Alıoğlu qeyd edib ki, Hikmət Mirzəyev dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir:

    “O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir.

    Döyüşdə Hikmət Mirzəyevlə üz-üzə gəlmək rəsmən intihar deməkdir. Onun xüsusi əlbəyaxa döyüş bacarığı, soyuq və odlu silahlardan möcüzəvi şəkildə istifadə etmək məharəti sadəcə inanılmazıdır. Biz bütün bunları filmlərdə görmüşük. Şuşanın işğaldan azad edilməsi bunun təsdiqidir. Ali Baş Komandan İlham Əliyevin Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik etməsi təsadüf deyildi”.//sfera.az

  • Şuşanın Qazançı kilsəsindən yeni görüntülər – VİDEO

    Baku TV Şuşadakı tarixi Qazançı (erməni Qriqorian) Kilsəsindən eksklüziv görüntülər əldə edib.

    Qeyd edək ki, bu kilsədə məğlubiyyət ərəfəsində qondarma işğalçı rejimin rəhbəri Araik Arutyunyan dua etmişdi, bunu əks etdirən görüntülər geniş müzakirələrə səbəb olmuşdu.

    Kilsənin sözügedən yeni görüntülərini təqdim edirik:

  • Армяне учат малолетних детей ненавидеть азербайджанцев – ВИДЕОФАКТЫ

    Есть ещё один армянский миф о том, что азербайджанцы растят своих детей в ненависти к армянам. Но вот мол у армян все по другому, их дети растут в мире и без ненависти ко всем нациям, в том числе к туркам и азербайджанцам.

    Day.Az представляет небольшую подборка видео армянских детей. Из кадров видно, чему детей “учат” армянские родители с самого раннего детства.

    То, что в таком раннем детстве ребенок улавливает, закладывается у него на подкорковом уровне и такой ребенок всю жизнь будет ненавидеть азербайджанцев и турков. Отсюда и начинаются корни у армянского сепаратизма.

  • Rusiya sülhməramlıları Ermənistanda yol qəzasına düşdülər, xəsarət alanlar var

    Ermənistanda Rusiya sülhməramlılarının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Report”un Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Mehri rayonunda olub.

    Belə ki, İrana məxsus dövlət seriya nişanlı yük avtomobili Rusiya hərbçiləri üçün ərzaq daşıyan “KamAZ”la toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki hərbçi yaralanıb.

    Hadisənin başvermə səbəbi məlum deyil.

    Rusiyanın Müdafiə Nazirliyi hələ xəbəri təsdiqləməyib.

  • В Мингячевире сбит велосипедист

    В Мингячевире автомобиль сбил велосипедиста.

    Как передает АПА, инцидент произошел на улице Тебриз.

    По сообщению, автомобиль марки “ВАЗ-21015” сбил передвигавшегося на велосипеде Алиева Мубариза Хасрат оглу 1971 г.р.

    Пострадавший госпитализирован с тяжелыми травмами в городскую больницу и прооперирован.

    Его состояние оценивается как тяжелое.

    Полиция выясняет обстоятельства происшествия.

  • Vida məktubunda qəhrəman olacağını yazan şəhid kapitan

    Vətən müharibəsində şəhid olan hər bir hərbçimizin həyatı ilə yaxından tanış olduqda, keçdiyi ömür yolunu vərəqlədikdə onların necə vətənpərvər, mərd, cəsur, əsl vətəndaş olduqları insanın gözləri qarşısında canlanır. Belə igidlərimizdən biri də şəhid Əsəd Fərhad oğlu Həsənovdur.

    “Report”un Aran bürosu xəbər verir ki, Əsəd Həsənov 1988-ci il aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində doğulub. Evin tək oğlu olub, hələ altıncı sinifdə oxuyarkən valideynlərinə hərbçi olmaq arzusunu bildirib.

    Anası Mələk Həsənova deyir ki, Əsəd hələ uşaq yaşlarında məğrurluğu, qürurlu olması ilə seçilib: “Bir gün böyüyəndə hərbçi olmaq arzusunu bildirdi: “Ana, hərbçi əsl kişi sənətidir”. Dedim, Allah xeyrini versin! Niyyətin hara, mənzilin də ora”.

    Əsəd arzusuna qovuşur – hərbi təhsil alır. Xidməti vəzifəsini cəsur zabit kimi ön cəbhədə yerinə yetirir. Çox keçmədən özünü peşəkar zabit kimi tanıtdırır.

    Vətən müharibəsinin başladığı 27 sentyabrda Əsəd telefonda doğmalarına bu sözləri yazaraq vidalaşır: “Hər birinizi öpür, bağrıma basıram. Özünüzdən muğayat olun! Balalarımıza yaxşı baxın! Onları sizə tapşırıram! Oğlum Hüseyn həmişə mənimlə fəxr etsin. Atası qəhrəman olacaq”.

    O, müharibənin od-alovundan keçir. Artileriya dəstəsi ilə düşmənin postlarını dağıdır, xeyli zirehli texnikasını və canlı qüvvəsini məhv edir. Sonuncu dəfə oktyabrın 1-i səhər saatlarında valideynləri ilə telefonla danışır. Bu onun son danışığı olur.

    Həmin gün düşmənin minamyotdan atdığı mərmi Əsədin yaxınlığında partlayır. Otuz iki yaşlı kapitan Əsəd Həsənov bu döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Doğulduğu kənddə qəbristanlıqda dəfn edilir. Başdaşı üzərində son vida sözləri həkk olunur.

    “Həmin gün telefon zəngini gözlədim, zəng gəlmədi. Axşam telefonum zəng çaldı. Bacısı, həyat yoldaşı, uşaqlar – hamı ağlayırdı. Bacısı dedi ana, Əsəd şəhid olub”,- Mələk Həsənova əlavə edir.

    Atası Fərhad Həsənov deyir ki, övladının Vətən uğrunda şəhd olmasından qürur hissi keçirir.

    “Övlad itkisi valideyn üçün ağırdır. Amma Xocalı faciəsini gözümüzün qarşısına gətirəndə, heç öz canıma da hayfım gəlmir, nəinki övladıma”.

    Şəhid zabitimizin özündən sonra iki övladı yadigar qalıb. İllər keçsə də bütün şəhidlərimiz kimi Əsədin də adı heç vaxt unudulmayacaq, xalqımızın qan yaddaşında əbədi qalacaq.

    Allah rəhmət eləsin!

  • Bakıda avtomobil gənc qadını vuraraq xəsarət yetirdi

    Bakıda 28 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Biləcəri qəsəbəsində 1992-ci il təvəllüdlü Mustafayeva Solmaz Səhravi qızı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb, ona qapalı kəllə-beyın travması, sağ bud sümüyünün sınığı və döş qəfəsinin əziyi diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda idarə rəisi vəzifəsinə TƏYİNAT – FOTO

    Şəmkir Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmri Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov imzalayıb.

    Əmrlə Zöhrab Məmməd oğlu Adıgözəlov bu vəzifəyə təyinat alıb.

    Qeyd edək ki, bu təyinatadək Z.Adıgözəlov Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhər şöbəsində baş məsləhətçi kimi çalışıb.