Month: December 2020

  • Abşeronda karantin qaydalarını pozan çay evi aşkarlandı

    Abşeron rayonunda komendant saatının tələblərini və karantin qaydalarını pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xırdalan şəhərində polislər tərəfindən nəzarət tədbirləri həyata keçirilən zaman “Ray club” adlı çay evinin müəyyən edilən tələbləri kobud sürətdə pozaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

    Çay evində qaydalara zidd olaraq müştərilərə qəlyan da təklif edilib. Obyektin sahibi, xidmət personalı və orada olan 18 müştəri Abşeron Rayon Polis İdarəsinə gətiriliblər. Onlar barəsində İnzibati protokollar tərtib edilib. Toplanan materiallar baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

  • “Bizim toyumuz olacaqdı” – Şəhid nişanlısı – VİDEO

    “Bizimləsən” verilişində şəhidimiz Samirin nişanlısı Nərmin qonaq olub.

    Median.Az big.az-a istinadən xəbər verir ki, Nərmin bildirib ki, Samirlə sinif yoldaşı olublar. Hətta beşinci sinifdən bir yerdə oxuyub eyni partanı bölüşüblər.

    Nərmin şəhidimizi tez-tez yuxusunda gördüyünü deyir.

    Həmin görüntüləri təqdim edirik:

  • Türkiyədə zəlzələ baş verib

    Türkiyənin Balıkesir bölgəsində zəlzələ baş verib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    4.1 bal gücündəki zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.

  • В Товузе сбит насмерть пешеход

    В Товузе произошло дорожно-транспортное происшествие (ДТП) со смертельным исходом.

    Как передает АПА, инцидент произошел в селе Ашагы Гушчу.

    Легковой автомобиль сбил мужчину средних лет. От полученных травм мужчина скончался на месте.

    Полиция выясняет обстоятельства ДТП и личность погибшего.

  • Paşinyan yenidən SƏFƏRBƏRLİK ELAN ETDİ – ŞOK SƏBƏB

    Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinə yeni səfərbərliklə bağlı tapşırıq verib.

    Median.Az xəbər verir ki, müharibədə məğlub olan və kapitulyasiya aktına imza atan Ermənistanda baş nazirin istefası ilə bağlı etirazlar davam edir.

    Hakimiyyət etirazların qarşısını almaq üçün güc tətbiqi ilə yanaşı, müxtəlif inzibati resurslardan da istifadə edir. Bu resurslardan biri də Nikol Paşinyanın istefasını tələb edənlərin üç aylıq səfərbərliyə alınmasıdır.

    “Antitod” hərəkatının rəhbəri Anahit Mutafyan bildirib ki, Nikol bununla bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.

    “Onun istefasını tələb edənlər səfərbərliyə çağrılacaqlar. Bununla onların ağzını bağlamağa çalışırlar. Bu 90-cı illərdə istifadə edilmiş vasitələrdəndir. Bu dəfə bunun baş verməsinə imkan verməyəcəyik”, – Anahit deyib.azsabah

  • Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

    Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    APA-nın məlumatına görə, yolu keçən Ağdaş sakini, 34 yaşlı Əliyev Tural Adil oğlunu “Tofaş” markalı avtomobil vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Вакцина от Pfizer получит оценку ВОЗ через несколько недель

    Всемирная организация здравоохранения даст свою оценку вакцине от COVID-19 производителя Pfizer через несколько недель, заявила на брифинге в пятницу главный научный сотрудник ВОЗ Сумия Сваминатан.

    “Мы ожидаем, что в ближайшие несколько недель комиссия (ВОЗ) рассмотрит досье Pfizer и обнародует свое мнение”, – передает ее слова РИА Новости.

    По словам С.Сваминатан, комиссия ВОЗ по оценке вакцин получила данные от как минимум 10 производителей, и будет их рассматривать по мере поступления дополнительной информации о лекарствах, которые проходят третью фазу испытаний.

    Вслед за Pfizer ВОЗ рассчитывает в ближайшие недели также начать рассматривать досье Moderna, а затем AstraZeneca.

  • Azərbaycanda daha bir məmur koronavirusdan öldü – FOTO

    Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

    Oxu.Az xəbər verir ki, E.Ağayeva koronavirusdan müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

  • Xaçmazda yanğınla nəticələnən partlayış olub, xəsarət alan var

    Xaçmaz rayonunun Çiləgir kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.

    Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

    Partlayış dalğasının təsirindən tikilinin pəncərəsi çərçivədən çıxıb. Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Hadisə zamanı xəsarət almış 1 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • SOCAR TAP vasitəsilə nə qədər gəlir əldə edəcək? – AÇIQLAMA

    Trans-Adriatik Boru kəməri (TAP) vasitəsilə qazın nəqlindən əldə olunacaq SOCAR-ın mənfəət nisbəti səhmdar payına uyğun olacaq.

    Bunu Oxu.Az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

    O bildirib ki, SOCAR öz səhmdar payına müvafiq olaraq, ümumi xərclərin 20 faizini maliyyələşdirib, bu da 900 milyon avro civarında kapital qoyuluşu deməkdir. Bununla da SOCAR-ın mənfəət nisbəti səhmdar payına və hüquqlarına uyğun formalaşacaq.

    Nəql ediləcək qazın İtaliyadakı operatoru haqqında məlumat verən İ.Əhmədov əlavə edib ki, İtaliya ərazisində TAP bu ölkənin qazpaylayıcı şəbəkəsi “Snam Rete” ilə calaşdırılıb:

    “İtaliyanın bu yerli şəbəkəsinin operatoru “Snam” şirkətidir. Bu şəbəkə üzərindən qaz həm də başqa ölkələrə də nəql olunacaq. “Şahdəniz-2” layihəsindən çıxarılan qazın alışı ilə bağlı müqavilələr hələ 2013-cü ilin dekabrında imzalanıb. Bu müqavilələr 25 illik dövrü əhatə edir”.

    Qeyd edək ki, TAP-da SOCAR-la yanaşı, BP 20 faiz, Snam S.p.A 20 faiz, Fluxys 19 faiz, Enagas 16 faiz və Axpo 5 faiz paya sahibdirlər.